Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-35/2022 29.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu Xətai prospekti 33-də qeydiyyatda olmaqla Abşeron rayonu Osman Sarıvəlli küçəsi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cümaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətmişdir. Beləki, o, tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N3.04.N0N1-ci il tarixdə saat 1N radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qaçqınlar məhəlləsində yerləşən içərisində təmir işləri gedən fərdi yaşayış evinə qanunsuz daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs1 məxsus evin pəncərəsinin qabağında olan 1 ədəd N00 manat dəyərində “Samsung AN0” markalı mobil telefonu və telefonun kaburasında olan N40 manat pulu oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 440 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə N3.04.N0N1-ci il tarixdə saat 16:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, N6-cı məhəllə M.Hüseynzadə küçəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən içərisində təmir işləri gedən evə qanunsuz daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxsN məxsus mətbəxdə evin pəncərəsinin qabağında olan 50 manat dəyərində sim nömrəsi və N manat kontur olan N00 manat dəyərində Redmi Note 5 markalı mobil telefonu oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsN ümumilikdə N5N manat dəyərində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə N4.04.N0N1-ci il tarixdə saat 13:30 radələrində Abşeron rayonu, Yoncalıq qəsəsəbi Nizami küçəsində yerləşən içərisində təmir işləri gedən ikimərtəbəli fərdi yaşayış evinə qanunsuz daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs3 məxsus birinci mərtəbədə masanın üstündə olan içərisində 5 manat dəyərində sim nömrəsi, 15 manat dəyərində datakart və N manat kontur olan N00 manat dəyərində Xiomi AN markalı mobil telefonu oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə NNN manat məbləğində ziyan vurmuşdur Bundan başqa o, təkrarən tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə N4.04.N0N1-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Yoncalıq qəsəsəbi Nizami küçəsində yerləşən içərisində təmir işləri gedən ikimərtəbəli fərdi yaşayış evinə qanunsuz daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus evin ikinci mərtəbəsində pəncərənin qabağında olan içərisində 5 və 8 manat dəyərində sim nömrələri, 4 manat kontur olan N50 manat dəyərində Samsung A31 markalı mobil telefonu oğurlayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə N67 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, N018-ci il tarixdə ailə həyatı qurmuş, N019-cu ilin fevral ayında Dübrar su zavodunda marketing departamentinin müdiri vəzifəsindən azad olunmuşdur. N018-ci il tarixdə ailə həyatı qurmiş, N019-cu il tarixdə qızı Simuzər, N0N0-ci il tarixdə digər qızı Firuzə dünyaya gəlmişdir. Arvadı XN Nazirliyinin N saylı hərbi hissəsində rabitəçi işləyir. N018-ci il tarixdən etibarən dekretə çıxdığına görə 44 manata əməkhaqqı alır. O, N016-cı il tarixdə özünə Passat markalı avtomobil almış, maddi vəziyyətinin ağır olmasına görə həmin avtomobili satmaq məcburiyyətndə qalmışdır. Sonra isə N019-cu il tarixdə kreditlə 3600 manat ilkin ödəniş ödəməklə hər ay 396 manat ödəmək şərtilə Pejo markalı avtomobil almışdır. Lakin maddi durumu çox çətin olduğundan başqa yollardan istifadə edərək pul qazanmaq qərarına gəlmişdir. Təxminən N-3 il əvvəl o, telefon alqı-satqısı ilə məşğul olan Fikrət adlı şəxslə tanış olmuşdur. Onunla aralarında normal münasibətlər var idi. N3 aprel N0N1-ci il tarixdə belə qərara gəlmişdir ki, yeni tikilmiş həyət evlərindən makler adı ilə daxil olub oradan mobil telefon ələ keçirərək satıb pul əldə etsin. Bu məqsədlə N3.04.N0N1-ci il tarixdə saat 1N radələrində Abşeron rayonu, Xırdalan şəhərində Qaçqınlar Məhəlləsi deyilən ərazidə boş evlərə baxmışdır. Həmin vaxt içərisində təmir işləri gedən evə yaxınlaşmışdır. Həmin evdə bir nəfər usta işləyirdi. O, həmin şəxsə yaxınlaşıb evi almaq istədiyini bildirmiş, bu minvalla evə daxil olub otaqlara baxmağa başlamışdır. Həmin şəxs isə evin ikinci mərtəbəsində yerləşən hamamda iş görmüdür. O, həmin şəxsin fikrinin yayındığından istifadə edərək evin ikinci mərtəbəsində otaqda pəncərənin qırağında olan 1 ədəd qara rəngli “Samsumg” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra həmin şəxsin şübhələnməməsi üçün onunla bir qədər söhbət etdikdən sonra həmin evdən çıxaraq getmişdir. Bundan sonra N3 aprel N0N1ci il tarixdə saat 16.50 radələrində Xırdalan şəhəri N6-cı məhəllə M.Hüseynzadə küçəsində beşmərtəbəli evlərdə təmir işlərinin getdiyini görmüş, ikinci mərtəbəyə qalxdıqda orada mənzilin qapısının açıq olduğunu görüb içəri girmiş, orada 3-4 nəfər ustanın işlədiyini görüb onlara bildirmişdir ki, o, da yaxınlıqda ev almış, bu evə oxşayır, bu evin onun evindən böyük yoxsa kiçik olmasına baxmaq isətdiyi üçün gəlmişdir. Ustalar ona icazə vermişlər. O, mətbəxə daxil olmuş, orada pəncərənin qarşısında Redmi Note 5 markalı telefonu götürüb cibinə qoymuş və mətbəxdən çıxıb evi tərk etmişdir. Bundan sonra Fikrətin telefonuna zəng edib bildirmişdir ki, onda özünə məxsus telefonu satmaq istəyir. Fikrət ona bildirmişdir ki, «gəl işlədiyim yerə». O, Fikrətin işlədiyi Bakı şəhəri N8 may küçəsi Səməd Vurğun bağı ilə üzbəüz telefonların alqısatqısı mağasında Redmi Note 5 markalı mobil telefonu 45 manat müqabilində almışdır. Bundan sonra N4 aprel N0N1-ci il tarixdə saat 13 radələrində o, Abşeron rayonu Yoncalıq qəsəbəsi Nizami küçəsində ikimərtəbəli fərdi yaşayış evlərinin yanından keçərkən görmüşdür ki, bir evin giriş qapısı yoxdur. O, içəri daxil olub ikinci mərtəbəyə qalxdıqda orada ustanın işlədiyin görüb makler olduğunu, belə evlərin şəklini çəkib baha qiymətə sata biləcəyini bildirib ondan evin şəkillərini çəkmək üçün icazə istəmişdir. Usta ona icazə vermişdir. O, əlində olan fotoaparatla evin ikinci mərtəbəsinin otağlnın şəkillərini çəkdikdən sonra birinci mərtəbəyə düşmüşdür. Orada masanın üstündə Xiomi AN markalı mobil telefonu götürüb cibinə qoymuş və evi tərk etmişdir. Oradan çıxdıqdan sonra yenə də bir həyət evinə yaxınlaşmış, qapını yoxladıqda açıq olduğunu görüb içəri daxil olmuşdur. Bir nəfər qızın evin döşəməsinə lak vurduğunu görmüş, qıza evin şəkillərini çəkib baha qiymətə satmaq istədiyini demişdir. Qız ona heç nə deməmiş və razılıq vermişdir. Mən otağın fotoşəkillərini çəkərkən qız mətbəxə keçmiş, bu zaman otaqda açıq pəncərinin çöl tərəfində Samsung A31 markalı mobil telefon olduğunu görüb həmin telefonu cibinə qoyub oradan çıxıb getmişdir. Zəng edib Fikrətlə onun işlədiyi yerdə görüşmüşdür. İki telefona görə Fikrət ona 100 manat pul vermişdir. Səhəri gün, N4.04.N0N1-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərin polis olduqlarını bilmişdir. Bundan sonra polis əməkdaşları ona oğurluq cinayətində şübhəli olduğunu bildirərək Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə polis idarəsinə getmişdir. Polis İdarəsində onunla fərdi söhbət zamanı N3.04.N0N1-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Qaçqınlar Məhəlləsi deyilən yerdə tam hazır olmayan evdə usta işləyən sonradan adını bildiyi, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon oğurladığını bildirmişdir. Həmin telefon onda olduğu üçün istintaqa təqdim etmişdir. O, qeyd etmişdir ki, Fikrət onun oğurluq telefonlar satdığımı bilməmiş sonuncu ondan telefonları alarkən şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Sonda o, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, fərdi qaydada ev təmiri ilə məşğul olur. Bu səbəbdən Bakı şəhəri və Abşeron rayonunda müxtəlif evlərdə təmir işləri görür. N0N1-ci ilin mart ayından Abşeron rayonu, Xırdalan şəhərində Qaçqınlar Məhəlləsi deyilən yerdə tam hazır olmayan evdə kafel metlaq vurur. N3.04.N0N1-ci il tarixdə saat 1N radələrində evdə iş görən zaman bir nəfər tanımadığı şəxs evə yaxınlaşaraq ev almaq istədiyini maraqlanmışdır. O, da həmin şəxsə təmir etdiyi evin də satılıq olduğunu bildirmişdir. Bir qədər həmin şəxs onunla söhbət edib evin otaqlarını gəzmişdir. Bundan sonra həmin tanımadığı şəxs evdən çıxıb getmişdir. O, evdə iş görən zaman evin ikinci mərtəbəsində yataq otağı kimi nəzərdə tutulmuş otağın pəncərəsinin qarşısına qoyduğu 1 ədəd “Samsung A-N0 S” markalı mobil telefonunu yerində görməmişdir. Bundan sonra o, telefonunu bir qədər axtarsa da tapa bilmədiyi üçün DİN-in 10N xidmətinə zəng edərək mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək baxış keçirib hadisə yerini müayinə etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində Qaçqınlar Məhəlləsi deyilən yerdə yerləşən usta işlədiyi evdən ona məxsus 1 ədəd 400 manat dəyərində “Samsung A-N0 S” markalı mobil telefonu və telefonumun arxasında kaburada olan N40 manat pulu oğurlanmış və nəticədə ona ümumilikdə 640 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxsN ifadəsindən görünür ki, ailəsinii dolandırmaq məqsədilə yeni tikilmiş evlərdə santexnik və elektrik kimi işləyir. N0N1-ci il aprel ayının 16-dan etibarən Xırdalan şəhəri N6-cı məhəllə, M.Hüseynzadə küçəsndə beşmərtəbəli binanın ikinci mərtəbəsində Fərhad adlı şəxsin evində santexnik və elektrik işləri görür. N3 aprel N0N1-ci il tarixdə saat 16.50 radələrində o, yuxarıda qeyd olunan evdə qardaşı Niyaməddin, qardaşı Şafayətin oğlu Gündüz və tanışı Cabir ilə birlikdə işləmişlər. Qapı açarla bağlı olmasa da örtülü idi. Bu zaman bir nəfər tanımadığı şəxs qapını açıb içəri daxil olmuşdur. Onlardan xahiş etmişdir ki, olar otaqlara baxın. Onlar ondan səbəbini soruşduqda bildirmişdir ki, o, da bu yaxınlkıqda bu evə oxşar ev almışdır. Sadəcə olaraq evini böyüklüyünə baxır. O, bildirmişdir ki, evə gələrkən istifadə etdiyi Redmi Note 5 markalı mobil telefonumu mətbəxdə pəncərinin qarşısına qoymuşdur. Onlar isə zalda olmuşlar. Onlar icazə vermiş, həmin şəxs zala və mətbəxə baxdıqdan sonra heç bir söz demədən çıxıb getmişdir. Bundan N dəqiqə onra evə gəlmək məqsədilə paltarını dəyişmiş və qardaşı oğlundan xahiş etmişdir ki, mətbəxdə pəncərənin qarşısına qoyduğu telefonu ona versin. Qardaşı oğlu bildirmişdir ki, telefon yoxdur. Onda şübhələnmişdir ki, onun telefonunu bir qədər əvvəl evə gələn tanımadığı şəxs oğurlamışdır. Dərhal başqa telefonla öz telefonuna zəng vurmuş, lakin zəng çatmamışdır. Ona görə də N4 aprel N0N1-ci il tarixdə Abşeron RPİ-nə gəlib telefonunun oğurlanması barədə məlumat vermişdir. O, həmin hadisənin şahidi olmamışdır. Onun telefonunu həmin şəxs mətbəxə keçərək oğurlamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Redmi Note 5 markalı telefonu 550 manata almış, oğurlanan vaxtı telefonunda 50 manat dəyərində ***-***-**-** sim nömrəsi, həmin sim nömrəsində N manatlıq kontur var idi. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, təxminən ay yarım olar ki, Sabirabad rayonundan Xırdalan şəhərinə gəlib fərdi evlərdə rəngsaz kimi işləyir. N4 aprel N0N1-ci il tarixdə saat 13.30 radələrində o, Abşeron rayonu Yoncalıq qəsəbəsi Nizami küçəsində ikimərtəbəli fərdi yaşayış evində ikinci mərtəbədə divara ağ rəng vurarkən özünə məxsus Xiomi AN markalı telefonunu isə birinci mərtədəbə masanın üstünə qoymuşdur. Bu vaxtı bir nəfər tanımadığı şəxsin ikinci mərtəbəyə qalxaraq makler olduğunu, bu evlərin şəkillərini çəkib baha qiymətə satacağını bildirmişdir. Ona görə də o, həmin şəxsə icazə vermişdir. Həmin şəxs birinci mərtəbəyə düşüb təxminən beş dəqiqədən sonra çıxıb getmişdir. O, təxminən 10 dəqiqədən sonra birinci mərtəbəyə düşdükdə görmüşdür ki, masanın üstünə qoyduğu telefonu yoxdur. Onda şübhələnmişdir ki, onun telefonunu bir qədər əvvəl evə gələn tanımadığı şəxs oğurlamışdır. Ona görə də N4 aprel N0N1-ci il tarixdə Abşeron RPİ-nə gəlib telefonunun oğurlanması barədə məlumat vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, evdə iş görərkən evə gələn şəxsin ona məxsus telefonu oğurladığının şahidi olmamış, lakin dəqiq bilir ki, onun telefonunu həmin şəxs oğurlamışdır. Xiomi AN markalı telefonu 550 manata almış, həmin vaxtı telefonunda 5 manar dəyərində ***-***-**-** sim nömrəsi və 15 manat dəyərində datakart, həmin sim nömrəsində N manatlıq kontur olmuşdur. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, ailəsini dolandırmaq məqsədilə yeni tikilmiş evlərdə usta Naib Cəfərovun yanında köməkçi kimi işləyir. Onun əsas işi, döşəməyə və evin taxta materialdan olan pilləkənlərinə lak-boya vurmaqdan ibarətdir. N016-cı il tarixdən etibarən Abşeron rayonu Yoncalıq qəsəbəsi Nizami küçəsində yeni tikilmiş evlərdə usta köməkçisi kimi işləyir. N4 aprel N0N1-ci il tarixdə saat 14 radələrində o, Abşeron rayonu Yoncalıq qəsəbəsi Nizami küçəsində Mobil adlı şəxsə məxsus tam təmirli ikimərtəbəli həyət evinə gəlib qapını açmış, həmin günü usta gəlməmişdir. Ona görə də evin qapısının açarlarını ona vermişdir. O, qapını açıb istifadəsində olan Samsung A31 markalı mobil telefonunu cibindən çxarıb pəncərənin çöl tərəfində betonun üstünə qoyub taxta maaterialdan olan döşəməni laklamağa başlamışdır. Həyət qapısı açıq idi. Bu zaman bir nəfər içəri daxil olmuş, əvvəlcə elə başa düşmüşdür ki, evə daxil olan evin sahibidir. O, ondan evin sahibi olubolmadığını soruşmuşdur. Həmin şəxs evin sahibi olmadığını, sadəcə olaraq təmir olunmuş evləri daxildə şəkillərini çəkib reklam üçün paylaşdığını bildirmişdir. Yəni özünü makler kimi təqdim etmişdir. Həmin şəxs ondan evini içərisinin şəkillərini çəkməsi üçün icazə istəmişdir. O, həmin şəxsə bildirmişdir ki, evə daxil olmamaq şərtilə qapıdan evin içərisinin şəkilıərini çəkə bilər. Həmin şəxs onunla razılaşmışdır. O, mətbəxə keçəndə həmin şəxs isə evin qapısının qarşısında dayanıb teleffotopratla evin orağın şəklini çəkmişdir. Təxminən 15-N0 dəqiqə mətbəxdə işini görüb qurtardıqdan sonra otağa qayıtmışdır. Həmin şəxs işini qurtardığını bildirərək çıxıb getmişdir. O, otaqda işini davam etdirmişdir. Təxminən yarım saatdan sonra işini qurtarıb otağın pəncərəsinə yaxınlaşmış və çöl tərəfə qoyduğu telefonu götürmək istəyəndə görmüşdür ki, telefonu yerində yoxdur. Onda şübhələnmişdir ki, onun telefonunu mətbəxdə iş görərəkən guya otağın şəkillərini çəkmək adı ilə gələn həmin şəxs götürmüşdür. Ona görə də Abşeron RPİ-nə gəlib telefonunun oğurlanması barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, evdə iş görərkən şəkil çəkmək adı ilə evə gələn şəxsin ona məxsus telefonu oğurladığının şahidi olmamış, onun telefonunu həmin şəxs onun mətbəxə keçməyindən istifadə edəırək oğurlamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişldir ki, oğurlanan ona məxsus telefonun qiyməti 600 manatdır. Lakin o, həmin telefonu kreditlə aldığı üçün telefon ona 755 manata başa gəlmişdir. Bildirmişdir ki, telefonunda 5 manat dəyərində ***-***-**-** və 8 manat dəyərində 050 976-59-50 sim nömrələri vardır. Həmin sim nömrələrində 4 manatlıq kontur var idi. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini, şikayətçi olmadığnı bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən ŞahidN ifadəsində göstərdi ki, N4 aprel N0N1-ci il tarixdə işdə növbədə olan zaman Abşeron rayonu, Xırdalan şəhəri H.Cavid küçəsində yaşayan Abbasov X11 rayon polis idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri Qaçqınlar məhəlləsində inşa etdirdiyi fərdi yaşayış evindən ona məxsus Samsung markalı və N0 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını ona ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi bizə göstəriş vermişdir ki, həmin şəxsin evindən oğurluq edən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu oğlurlayan şəxsin xx.xx.1991-ci il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, O.sərvərli küçəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs N4.04.N0N1-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tərəfimizdən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, N3.04.N0N1-ci il tarixdə saat 1N radələrində Abşeron rayonu, Xırdalan şəhərində Qaçqınlar Məhəlləsi deyilən ərazidə boş evlərə baxırmış. Həmin vaxt içərisində təmir işləri gedən evə yaxınlaşmış. Həmin evdə bir nəfər usta işləyirmiş. O, həmin şəxsə yaxınlaşıb evi almaq istədiyini bildirmiş. Bu minvalla evə daxil olub otaqlara baxmağa başlamış. Həmin şəxs isə evin ikinci mərtəbəsində yerləşən hamamda iş görürmüş. O, sonradan adını bildiyi, Zərərçəkmiş şəxs1 fikrinin yayındığından istifadə edərək evin ikinci mərtəbəsində otaqda pəncərənin qırağında olan 1 ədəd qara rəngli “Samsumg” markalı mobil telefonu götürüb cibinə qoymuş. Bundan sonra həmin şəxsin şübhələnməməsi üçün onunla bir qədər söhbət etdikdən sonra həmin evdən çıxaraq getmişdir. Bundan sonra o, bildirdi ki, N3 aprel N0N1-ci il tarixdə saat 16.50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, N6-cı məhəllə M.Hüseynzadə küçəsində yerləşən ikimərtəbəli binanın kinci mərtəbəsinə qalxdıqda orada mənzilin qapısının açıq olduğunu görüb içəri girmiş, orada 3-4 nəfər ustanın işlədiyini görüb onlara “mən də yaxınlıqda ev almışam, bu evə oxşayır gəlmişəm baxım ki, bu ev mənim evimdən böyükdür yoxsa kiçik”-demiş, ustalar ona icazə vermişlə. O, mətbəxə daxil olub pəncərənin qarşısında Redmi Note 5 markalı telefonu götürüb cibinə qoymuş və mətbəxdən çıxıb evi tərk etmişdir. Bundan sonra o, bildirdi ki, N4 aprel N0N1-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Yoncalıq qəsəbəsi Nizami küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş qapısı olmayan həmin evə daxil olub ikinci mərtəbəyə qalxdıqada orada ustanın işlədiyin görüb “mən maklerəm belə evlərin şəklini çəkib baha qiymətə sata bilirəm”deyib ondan evin şəkillərini çəkmək üçün icazə istəmiş, usta ona icazə vermiş, əlində olan fotoaparatla evin ikinci mərtəbəsinin otağının şəkillərini çəkdikdən sonra birinci mərtəbəyə düşmüş, orada masanın üstündə Xiomi AN markalı mobil telefonu götürüb cibinə qoyaraq evi tərk etmişdir. Bundan sonra o, bildirmişdir ki, N4 aprel N0N1-ci il tarixdə saat 13 radələrində həmin küçədə yerləşən qonşu evin qapısına yaxınlaşıb yoxlamış, açıq olduğunu görüb içəri daxil olmuş, bir nəfər qızın evin döşəməsinə lak vurduğunu görmüş, qıza “evin şəkillərini çəkib baha qiymətə satmaq istəyirəm”-demiş, qız ona heç nə deməmiş və razılıq vermişdir. O, otağın fotoşəkillərini çəkərkən qız mətbəxə keçmiş, bu zaman otaqda açıq pəncərinin çöl tərəfində Samsung A31 markalı mobil telefonu götürüb cibinə qoyaraq oradan çıxıb getmişdir. O, oğurladığı telefonları tanışı Fikrət adlı şəxsə satdığını bildirmişdir. Bununla bağlı rəhbərliyə raportla müraciət olundu və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq orqanına verdiyi ifadəsi ilə ŞahidN ifadəsini təsdiq etmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, təxminən üç ilə yaxındır ki, Bakı şəhəri N8 may qəsəbəsində yerləşən dayısı oğlu Rasifə məxsus telefonların alqı-satqısı ilə məşğul olur. Mağazanın adı «Lite telefon» adlanır. Təxminən iki ilə yaxındır ki, tanışı Şaiqin vasitəsilə Arəşi tanımışdır. Arəş onun telefon alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. N3 aprel N0N1-cil il tarixdə Arəş istifadəsində olan telefon vasitəsilə ona zəng edərək bildirmişdir ki, onda satılıq telefon var. O, Araşa N8 may metrostansiyasının yaxınlığında yerləşən Səməd Vurğun parkına gəlməsini xahiş etmiş. saat 16 radələrində Arəş parka gəlmişdir. Onun əlində Redmi Note 5 markalı telefon var idi. Lakin həmin telefonun qutusu və sənədləri yox idi. Arəş bildirmişdir ki, həmin telefon ona məxsusdur və satmaq istəyir. O, Arəşlə həmin telefonu 100 manat müqabilində almağa razılaşmışdır. Ona 100 manat pulu verib qara rəngli Redmi Note 5 markalı telefonu almış və Arəşin şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bundan sonra Arəş çıxıb getmişdir. Bundan sonra N4 aprel N0N1-ci il tarixdə saat 17 radələrində Arəş yenidən telefon vasitəsilə ona zəng edib bildirmişdir ki, onda satılıq telefon var. O, Arəşə işlədiyi mağazanın arxa tərəfində yerləşən binaların yanına gəlməsini bildirmişdir. Qısa müddət sonra Arəş oraya gəlmişdir. Həmin vaxtı Arəşin əlində Samsung A31 markalı və qara rəngli Xiomi AN markalı telefon olmuş, o, həmin telefonları ondan cəmi N30 manat pul verib almışdır. Yenidən ondan şəxsiyyət vəsiqəsinin kserosurətini almışdır. O, Redmi Note 5 markalı, Samsung A31 markalı və qara rəngli Xiomi AN markalı telefonu isə istintaq orqanına təqdim edə bilər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Arəş ona həmin telefonların ona və ailəsinə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə təcili olaraq satdığını bildirmiş, o, həmin telefonların oğurluq olduğunu bilməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş X8 ifadəsindən görünür ki, təxminən bir ilə yaxın müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində Azərbaycan Respublikasının Milli X1 İsgəndərovun rəhbərliyi ilə 5 mərtəbəli bina tikilir. Araz müəllim həmin binanın tikintisinə nəzarəti ona tapşırmışdır. O, tikintiyə nəzarət etmişdir. Həmin binada olan evlər müxtəlif şəxslərə satılır və ev sahibləri tərəfindən təmir işləri görülür. Sonradan ona məlum olmuşdur ki, N3.04.N0N1-ci il tarixdə həmin beşmərtəbəli binanın ikinci mərtəbəsində ustalar təmir işi ilə məşğul olarkən bir nəfər şəxs gələrək guya evlə maraqlandığını bildirərək ustaların razılığı ilə evə daxil olmuş və Canəli adlı şəxisn telefonunu oğurlamışdır. Bildirmişdir ki, oğurluq baş verən ev satılmamış, rəhbərliyin razılığı əsasında həmin evdə ustalar tərəfindən təmir işləri görülmüşdür. Həmin ustalar arasında Canəli adlı usta da var idi. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə N8.09.N006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə N0.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilən şahidin verdiyi ifadəsi də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 18 iyun N0N1-ci il tarixli NN7 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd “Redmi Note 5” markalı mobil telefonun işlənmə dərəcəsi nəzərə alınmaqla N0N1-ci ilin aprel ayına olan orta bazar qiyməti N00 manat, bir ədəd “Xiomi AN” markalı mobil telefonun işlənmə dərəcəsi nəzərə alınmaqla N0N1-ci ilin aprel ayına olan orta bazar qiyməti N00 manat, bir ədəd üzərində “Samsung A31” markalı mobil telefonun işlənmə dərəcəsi nəzərə alınmaqla N0N1-ci ilin aprel ayına olan orta bazar qiyməti N50 manat, bir ədəd üzərində “Samsunq AN0” markalı mobil telefonun işlənmə dərəcəsi nəzərə alınmaqla N0N1-ci ilin aprel ayına olan orta bazar qiyməti N00 manatdır. Beləliklə qeyd olunan əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla N0N1-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 850,0 manat müəyyən edilir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 yazdıqları ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan zərərçəkmiş şəxslərə ödənilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi bir ədəd “Samsung AN0” markalı, həmçinin Şahid3 təqdim etdiyi bir ədəd “Redmi Note 5” markalı, bir ədəd “Xiomi AN” markalı, bir ədəd “Samsung A31” markalı telefonlar ekspertizadan sonra maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3 – cümaddələri ilə düzgün tövsifedilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cimaddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın N-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatıüzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindənzərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmişşəxsəödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “N4” dekabr N0N1-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X1N 31.05.N019cu il, X13 03.08.N0N0-cu il tarixlərdə anadan olmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə N4.04.N0N1-ci il tarixdə saat NN-05-də şübhəli şəxs qismində tutulmuş, barəsində N6.04.N0N1-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin məhkəmənin çağrışına gəlmədiyi və gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 17.0N.N0NN-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb MSYyə yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.N-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi saxlandığı 0N gün və həbsdə olduğu 0N ay 1N (iki ay on iki) gün –cəmi 0N ay 14 (iki ay on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 ay N8 ( dörd ay iyirmi səkkiz ) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini polisin nəzarəti altına alma qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 5N-1.N-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat N3:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili MüdafiəçiN Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.0N.N001-ci il tarixli, 31 saylı qərarına (03.05.N018-ci il tarixli, N0N saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-ci maddələri ilə təqsirli bilinsin və ona 0N (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 0N gün və həbsdə olduğu 0N ay 1N (iki ay on iki) gün –cəmi 0N ay 14 (iki ay on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 ay N8 gün ( dörd ay iyirmi səkkiz) gün müddət ona təyin edilmiş 0N (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 ay 0N (bir il yeddi ay iki) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına alma qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat N3:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi bir ədəd “Samsung AN0” markalı, həmçinin Şahid3 təqdim etdiyi bir ədəd “Redmi Note 5” markalı, bir ədəd “Xiomi AN” markalı, bir ədəd “Samsung A31” markalı telefonlar ekspertizadan sonra maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili MüdafiəçiN Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.0N.N001-ci il tarixli, 31 saylı qərarına (03.05.N018-ci il tarixli, N0N saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən N0 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-35/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-35/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver