Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-35/2024 09.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, küçə 35 nömrəsiz fərdi yaşayış evində yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində istintaqda seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəvz edilmiş, xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası FHN-nin Xaçmaz Regional İdarəsində sürücü vəzifəsinə işə düzəldəcəyinə inandırıb aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs 25 fevral 2022-ci il tarixdə Xaçmaz rayonu, N.Nərimanov küçəsi, “Orxan” marketdə olan ödəmə terminalından göndərdiyi 750 manatı, 28 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qayalı” marketdəki ödəmə terminalından göndərdiyi 200 manatı, 01 mart 2022-ci il tarixdə yənə də həmin ünvanda yerləşən “Qayalı” marketdəki ödəmə terminalından göndərdiyi 700 manatı və 80 manatı, 02 mart 2022-ci il tarixdə Xaçmaz rayonu, R.Behbudov küçəsi, “Appetite” marketdəki ödəmə terminalından göndərdiyi 70 manatı, 03 mart 2023-cü il tarixdə Xaçmaz rayonu, C.Cabbarlı küçəsində yerləşən “AL” marketdəki ödəmə terminalından göndərdiyi 100 manat, 28 mart 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “HAK” supermarketdəki ödəmə terminalından göndəriyi 1000 manatı, 2022-ci ilin mart ayının axırlarında Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında verdiyi 6000 manatı, 06 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Seyid” marketdəki ödəmə terminalından Samirin göndərdiyi 2000 manat pulu, 05 may 2022-ci il tarixdə Samirin göndərdiyi kart hesabına Xaçmaz şəhəri, H.Əliyev prospekti 57 ünvanında yerləşən “Dondurma” marketdəki ödəmə terminalından göndərdiyi 100 manat pulu, 2022-ci ilin iyun ayının əvvəllərində isə Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında 5000 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs 16000 (on altı min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətlə tanış olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 1 il bundan əvvəl Zərərçəkmiş şəxsla tanışlığı yaranmış, təxminən 2022-ci ilin fevral ayında Zeyqəm ona FHN-də işə düzəltmək üçün köməklik edə biləcəyini soruşmuşdur. Samirin də həmin ərəfələrdə “Hacı Valeh” adı ilə tanıdığı şəxs olmuş və həmin şəxs Samir dövlət işinə işə düzəlmək istəyən olsa, köməklik edə biləcəyini demişdir. Zeyqəm də ona müraciət etdikdən sonra “Hacı Valeh” adlı şəxsə bu barədə bildirmiş, bundan sonra həmin şəxs Samirə işə düzəlmək üçün 11000 manat pul lazım olduğunu demişdir. Samir də Zeyqəmə bu barədə demiş və Zeyqəm də onunla razılaşmışdır. Zeyqəmi FHN-nin Xaçmaz Regional İdarəsinə sürücü düzəltməli imiş və bundan sonra müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə Zeyqəm Samirə 11000 manat pul vermişdir. Həmin pulların bir hissəsini X5 rayonundan ödəniş terminalı ilə Samirə məxsus bank kartına atmış, 6000 manat pulu isə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşüb Zeyqəmdən götürmüşdür. Həmin vaxt o, Zeyqəmə orada tanışı olduğunu, həmin şəxsin Zeyqəmi işə düzəltmək üçün köməklik edəcəciyini demişdir. Bundan sonra o, ümumi Zeyqəmin ona verdiyi 11000 manat pulu “Hacı Valeh” adlı şəxslə əvvəllər tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğu üçün həmin şəxs onda olan pulundan 11000 manat pulu çıxmışdır. “Hacı Valeh” Samirə Zeyqəmin işini 1 ay ərzində düzəldəcəyini demiş, lakin müxtəlif bəhanələrlə Zeyqəmi həmin işə düzəltməmişdir. Samir də “Hacı Valeh” adlı şəxsin onu aldatdığını başa düşmüşdür. Bundan başqa Samir Zeyqəmdən hissə-hissə olmaqla 11000 manat pul aldığını, sadəcə Zeyqəm ona verdiyi pulu faiz borcu şəklində götürdüyü üçün borcun üzərinə hesablanmış faizləri nəzərə alıb 15000 manat verdiyini iddia etməsini bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, FHN-də işə düzəlmək istəmiş, bu məqsədlə 2022-ci ilin fevral ayında tanışı “Ruslan” adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Həmin vaxtda atası Şahid1 Fərrux oğlu ilə birlikdə mobil telefon vasitəsi ilə Samirlə əlaqə saxlamış, Samirlə danışan zaman FHN-nin Xaçmaz Regional İdarəsində sürücü vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. Samir də ona köməklik edə biləcəyini, onu işə düzəltmək üçün 11000 manat pul lazım olduğunu bildirmişdir. Həmin 11000 manat puldan 1000 manatı ilkin olaraq tibb komissiyası üçün, qalan 10000 manat pulu isə işə düzəlmək üçün lazım olduğunu bildirmiş, Zeyqəm də Samirlə razılaşmışdır. Bundan sonra Samir onunla mütəmadi əlaqə saxlayaraq işlərin düzəlməyi üçün hər dəfə müxtəlif bəhanələrlə Zeyqəmdən yənə də pul tələb etmişdir. O, Samirə etibar etdiyi üçün Samirə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, Samirin Zeyqəmə göndərdiyi bank kartlarına ümumilikdə 5000 manat pul göndərmişdir. Zeyqəm həmin pulları 25 fevral 2022-ci il tarixdə Xaçmaz rayonu, N.Nərimanov küçəsi, “Orxan” marketdə olan ödəmə terminalından 750 manat, 28 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qayalı” marketdən əlavə olaraq 200 manat, 01 mart 2022-ci il tarixdə yənə də həmin ünvanda yerləşən “Qayalı” marketdən 700 manat və 80 manat, 02 mart 2022-ci il tarixdə Xaçmaz rayonu, R.Behbudov küçəsi, “Appetite” marketdəki ödəmə terminalından 70 manat, 03 mart 2023-cü il tarixdə Xaçmaz rayonu, C.Cabbarlı küçəsində yerləşən “AL” marketdəki ödəmə terminalından 100 manat, 28 mart 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “HAK” supermarketdəki ödəmə terminalından 1000 manat pul göndərmişdir. Bundan sonra 2022-ci ilin mart ayının axırlarında Samir Zeyqəmlə əlaqə saxlayaraq aprel ayının 5-i tarixində işə çıxacağını, ona görə də onunla görüşmək istədiyini bildirmişdir. Zeyqəm, atası və Namiq adlı qohumları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində görüşmüşlər. Samir Zeyqəmi “Elçin” adlı şəxslə görüşdürmüş və Elçini FHN-nin əməkdaşı kimi təqdim etmişdir. Bundan sonra mart ayının axırlarında Zeyqəm işə düzəlmək üçün qalan 6000 manat pulu Samirlə görüşüb Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında həmin 6000 manat pulu Samirə vermiş, həmin pulu verən zaman qohumu Namiq də Zeyqəmin yanında olmuşdur. Aprelin 5-i tarixində Samirlə yenidən əlaqə saxlayıb işinin niyə yubandığı ilə maraqlanmış, Samir də müxtəlif bəhanələrlə yənə də ondan vaxt istəmişdir. 06 aprel 2022-ci il tarixdə Samir işin düzəlməsi üçün yənə də Zeyqəmdən pul istəmiş, Zeyqəm də həmin vaxt ünvan 3 ünvanında yerləşən “Seyid” marketdəki ödəmə terminalından Samirin göndərdiyi kart hesabına 2000 manat da pul, həmçinin 05 may 2022-ci il tarixdə Samirin göndərdiyi kart hesabına Xaçmaz şəhəri, H.Əliyev prospekti 57 ünvanında yerləşən “Dondurma” marketdəki ödəmə terminalından 100 manat pul göndərmişdir. Təxminən iyun ayının əvvəllərində Samir onunla əlaqə saxlayıb FHN-nin Xaçmaz Regional İdarəsində yer olmadığını, Zeyqəmi Bakı şəhərində yerləşən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Zeyqəm ilk vaxtda Samirlə razılaşmasa da, sonradan məcbur olub onunla razılaşmışdır. Samir Zeyqəmə həmin işin əmək haqqısı daha yüksək olduğunu və dənizdə xidmət apardığı üçün 15 gün işdə, 30 gün isə evdə olacağını demiş, Zeyqəm də ona inanmışdır. Həmçinin Samir Bakı şəhərində işə düzəltmək üçün əlavə olaraq 5000 manat pul və yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış istəmiş, Zeyqəm də onun dediyi kimi yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış almışdır. Həmçinin onun dediyi 5000 manat pulu da düzəltmiş, iyun ayında atası Şahid1 Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında görüşüb 5000 manat pulu və aldığı arayışı Samirə vermişdir. Orada Samir atası Qorxmaza növbəti gün işə başlayacağını bildirmiş, lakin hər dəfə müxtəlif bəhanələrlə verdiyi vədini yerinə yetirməmişdir. Zeyqəm və atası Qorxmaz Həsənov verdikləri ümumilikdə 16000 manat pulu ondan tələb etmiş, Samir pulu qaytarmadığı üçün Samirdən polisə şikayət edəcəyini bildirmişdir. Samir də 27 sentyabr 2022-ci il tarixdə FHN-də işə düzətmək üçün aldığı puldan 1000 manat pulu atası Şahid1 məxsus təqaüd kartına göndərmişdir. Lakin bundan sonra qalan 15000 manat pulu qaytarmamış, Zeyqəm də Samirin onu aldatdığını başa düşüb şikayət etmişdir. hazırda dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Fərrux oğlu ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs FHN-də işə düzəlmək istəmiş, bu məqsədlə 2022ci ilin fevral ayında tanışı “Ruslan” adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Həmin vaxtda oğlu Zərərçəkmiş şəxs ilə birlikdə mobil telefon vasitəsi ilə Samirlə əlaqə saxlamış, Samirlə danışan zaman oğlu Zeyqəm FHN-nin Xaçmaz Regional İdarəsində sürücü vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. Samir də köməklik edə biləcəyini, işə düzəltmək üçün 11000 manat pul lazım olduğunu bildirmişdir. Həmin 11000 manat puldan 1000 manatı ilkin olaraq tibb komissiyası üçün, qalan 10000 manat pulu isə işə düzəlmək üçün lazım olduğunu demişdir. O və oğlu Zeyqəm onunla razılaşmış, bundan sonra 2022ci ilin fevral ayının axırlarından etibarən oğlu Zeyqəm ona tibb komissiyasında işə düzəlmək üçün köməklik edəcəyini bildirdiyi üçün Samirin təqdim etdiyi bank kartına hissəhissə olmaqla, ümumilikdə 1000 manat göndərmişlər. Bundan sonra Samir oğlu Zeyqəmi mütəmadi əlaqə saxlayaraq işlərin düzəlməyi üçün hər dəfə müxtəlif bəhanələrlə yənə də pul tələb etmişdir. O, Samirə etibar etdiyi üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla, Samirin oğlu Zeyqəmə göndərdiyi bank kartlarına 4000 manat pul göndərmişdir. Bundan sonra 2022-ci ilin mart ayının axırlarında Samir oğlu Zeyqəmlə əlaqə saxlayaraq aprel ayının 5-i tarixində işə çıxacağını bildirmiş, ona görə də görüşmək istədiyini demişdir. Qorxmaz, oğlu Zeyqəm və Namiq adlı qohumu ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində görüşmüşlər. Samir həmin görüş zamanı oğlu Zeyqəmi “Elçin” adlı şəxslə görüşdürmüş və Elçini FHN-nin əməkdaşı kimi təqdim etmişdir. Bundan sonra mart ayının axırlarında oğlu Zeyqəm işə düzəlmək üçün qalan 6000 manat pulu Samirlə Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında həmin 6000 manat pulu Samirlə görüşüb ona vermiş, həmin 6000 manat pulu verən zaman qohumu Namiq də onun yanında olmuşdur. Aprelin 5-i tarixində Zeyqəm Samirlə yenidən əlaqə saxlayıb işin niyə yubandığı ilə maraqlanmış, Samir də müxtəlif bəhanələrlə yənə də vaxt istəmişdir. Təxminən iyun ayının əvvəllərində Samir oğlu ilə əlaqə saxlayıb FHN-nin Xaçmaz Regional İdarəsində yer olmadığını, onu Bakı şəhərində yerləşən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Oğlu Zeyqəm ilk vaxtda onunla razılaşmasa da, sonradan məcbur olub onunla razılaşmışdır. Samir həmin işin əmək haqqısı daha yüksək olduğunu və dənizdə xidmət apardığı üçün 15 gün işdə, 30 gün isə evdə olacağını demişdir. Həmçinin Bakı şəhərində işə düzəltmək üçün əlavə olaraq 5000 manat pul və yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış istəmiş, Zeyqəm də onun dediyi kimi yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış almışdır. Həmçinin onun dediyi 5000 manat pulu da düzəltmiş, iyun ayında o, Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında görüşüb 5000 manat pulu və aldığı arayışı Samirə vermişdir. X3 növbəti gün işə başlayacağını bildirmiş, lakin hər dəfə müxtəlif bəhanələrlə verdiyi vədini yerinə yetirməmişdir. O və oğlu Zərərçəkmiş şəxs verdikləri ümumilikdə 16000 manat pulu Samirdən tələb etmiş, Samir pulu qaytarmadığı üçün polisə şikayət edəcəklərini bildirmişlər. Samir də 27 sentyabr 2022-ci il tarixdə FHN-də işə düzətmək üçün aldığı puldan 1000 manat pulu Qorxmaza məxsus təqaüd kartına göndərmiş, lakin bundan sonra qalan 15000 manat pulu qaytarmamışdır. Zeyqəm də Samirin onları aldatdığını başa düşüb şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs onun qaynı, Təqsirləndirilən şəxs isə Zeyqəmi FHN-ə işə düzəldən şəxs kimi tanımışdır. Namiq 2022-ci ilin fevral ayında Zeyqəm onunla əlaqə saxlayıb FHN-ə işə düzəlmək üçün Samir adlı şəxslə tanış olduğunu, həmin şəxsin ona köməklik göstərə biləcəyini bildirmişdir. Zeyqəmi həmin şəxs FHN-nin Xaçmaz Regional İdarəsinə sürücü vəzifəsinə düzəldəcəyini demiş, Zeyqəmi işə düzəltmək qarşılığında Samir Zeyqəmdən 11000 manat pul istəmişdir. Həmin vaxt Zeyqəm ilkin olaraq bir hissəsini yaşadığı Xaçmaz rayonundan ödəmə terminalları vasitəsi ilə Samirin ona təqdim etdiyi kart hesablarına göndərmiş, bundan sonra təxminən mart ayının axırlarında Zeyqəm onunla əlaqə saxlayaraq aprelin 5-i tarixində işə başlayacağını, bu məqsədlə qalan pulu Samirə vermək üçün Bakıya gələcəyini bildirmişdir. Bundan sonra Zeyqəm və atası Qorxmaz onun yaşadığı evə gəlmiş, onlar Xaçmaz rayonunda yaşadıqları üçün Bakı şəhərini yaxşı tanımadığından Samirlə görüşə gedən zaman Namiqdən onlarla birlikdə getməyi xahiş etmişlər. Namiq də etiraz etməyib onlarla birlikdə Samirlə görüşə getmiş, Samirlə görüş zamanı Samir pulun qalan hissəsinin verilməyini də tələb etmişdir. Samir pul veriləndən sonra aprelin 5-i tarixində Zeyqəmin işə başlayacağını bildirmiş, həmin görüş zamanı orada Namiq, Zeyqəm, Zeyqəmin atası Qorxmaz və Samir olmuşlar. Həmin görüşə qədər Zeyqəm Samirə FHN-də işə düzəlmək üçün hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pul göndərmiş, bundan sonra Zeyqəm qalan 6000 manat pulu Samirə vermək üçün Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında Samirlə görüşmüşdür. Həmin görüş zaman Zeyqəm Namiqin yanında Samirə qalan məbləğdən 6000 manatı vermiş, bundan sonra Namiq işləri ilə əlaqədar rayona getmişdir. Lakin həmin məsələ ilə bağlı mütəmadi olaraq maraqlanmış, təxminən 2022-ci ilin iyun ayının əvvəllərinə qədər olan müddət ərzində Samir hər dəfə müxtəlif bəhanələrlə Zeyqəmin işə düzəltmək məsələsini yubandırmışdır. İyun ayının əvvəllərində isə FHN-nin Xaçmaz Regional İdarəsində yer olmadığı üçün onu Bakı şəhərində yerləşən FHN-nin idarələrindən birinə işə düzəltməyi təklif etmiş, onun müqabilində əlavə olaraq Samir Zeyqəmdən 5000 manat pul istəmişdir. Bildiyi qədəri ilə həmin 5000 manatı qayınatası Qorxmaz Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında Samirlə görüşüb vermiş, həmçinin Samir növbəti gün Zeyqəmin işə başlayacağını da qayınatası Qorxmaza həmin görüş zamanı demişdir. Lakin Samir yənə də müxtəlif bəhanələrlə Zeyqəmi işə düzəltməmiş, aldığı ümumillikdə 16000 manat puldan sadəcə 1000 manat qaytarmışdır. Çünki həmin vaxt Şahid1 Samirə polisə şikayət eləcəyini dediyi üçün Samir qorxmuş, lakin sonrakı vaxtlarda Samir Zeyqəmdən FHN-ə işə düzəlmək üçün aldığı 15000 manat pulu qaytarmamışdır. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun bibisioğludur. Zərərçəkmiş şəxs isə təxminən 2022-ci ilin iyun ayında Samirin vasitəsi ilə tanımışdır. Elçin Samir həmin ərəfədə ona müraciət edərək Zeyqəmdən onu FHN-də işə düzəltmək üçün pul aldığını, lakin həmin pulu “Hacı Valeh” adlı tanışına versə də, həmin pulu ala bilmədiyini bildirmişdir. Həmin şəxsi işə düzəltməkdə Elçinin Samirə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Elçin də ona lazımi sənədləri toplayıb rəsmi olaraq FHN-nə müraciət etməyini demişdir. Bundan sonra 2022-ci ilin təxminən iyun ayında Samir Zeyqəmi onun işlədiyi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" MMC şirkətinin ofisinə gətirmiş, Elçin də onları qəbul etmişdir. Həmin vaxt onun Zeyqəmlə tanışlığı yaranmış, orada Samirin Zeyqəmdən onu işə düzəltmək üçün pul aldığını bilmişdir. X7 yaxın dostu kimi təqdim etmiş, Elçinə həmin şəxsi işə düzəltmək üçün köməklik etməyini istəmişdir. Bundan sonra Elçin yənə də Samirə lazımi sənədləri toplayıb rəsmi olaraq FHN-nə müraciət etmək lazım olduğunu bildirmişdir. Orada olan zaman Elçinin yanında hər hansı formada pul haqq-hesabı olmamış, bundan sonra onlar çıxıb getmişlər. Təxminən bir ay sonra Samir Zeyqəmi götürüb yənə də onun yanına gətirmiş, orada yənə də Samir Elçindən köməklik istəmiş, lakin Elçin Samirə bu məsələ ilə bağlı bir daha qəti olaraq köməklik edə bilməyəcəyini demişdir. Bundan sonra bir daha Samir onun yanına həmin şəxsi gətirməmişdir. Samir həmin vaxt Elçinin bildiyinə görə Zeyqəmdən onu işə düzəltmək üçün pul almış, lakin birlikdə iş gördüyü “Hacı Valeh” adlı şəxs ona vəd verdiyi kimi Zeyqəmi işə düzəltməmişdir. Həmçinin Zeyqəmin atası Şahid1 Elçinlə bu məsələ ilə bağlı əlaqə saxlayanda Elçin ona da bu məsələ ilə əlaqəsi olmadığını, onun pulunu dələduzluq yolu ilə ələ keçirmiş şəxslərin barəsində qanuni tədbir görülməsi üçün polisə müraciət etməyini bildirmişdir. Həmçinin Elçin onlarin arasında olan razılaşmadan heç bir məlumatı olmadığı üçün həmin pulun məbləği ilə bağlı heç nə deyə bilməmişdir. Çünki həmin pulu Samirin Zeyqəmdən aldığını, o, həmin razılaşmada, eləcə də pulun alınmasında iştirak etməmişdir. Bundan başqa Elçin Samirdən hər hansı məbləğdə Zərərçəkmiş şəxs işə düzəltmək üçün pul almadığını, həmçinin Samir Zeyqəmdən pul alanda da onun xəbəri olmadığını, bütün olanları Samirdən sonradan eşitdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilavasitə şübhəli şəxs olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə 30 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə tərəfimdən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti atına vermə qətimkan tədbiri axtarış elan edilməklə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq İstintaq şöbəsinə təhvil verilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi göstərildiyindən Bakı istintaq Təcridxanasına təhvil veriləcəkdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 4000 manat maddi ziyanın zərərçəkmiş şəxsə tam ödənilməsinə dair ərizə təqdim etmiş və həminin ziyanın 25% hissəsinin dövlət büdcəsinə ödənilməsinə dair məhkəməyə qəbz təqdim etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət təqibinə CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməli və o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə ilkin məhkəmə baxışlarında 17 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 102 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə ilkin məhkəmə baxışlarında 17 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 102 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-35/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-35/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver