Məhkəmə qərarları › İş №1(012)-350/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-350/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-350/2021 13.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu Vidadi küçəsi, ev 8-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Xudabat Məlikaslan küçəsi, döngə 11-də yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsii ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, V.Xəlilov küçəsində yerləşən yaşayış evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus 1983-cü il buraxılışlı ağ rəngli “VAZ-21013” markalı ** CE *** dövlət qeydiyyat nişanlı minik avtomobilin qapısını açıb naqillərini birləşdirməklə mühərriki işə salaraq sürüb oradan uzaqlaşaraq talama məqsədi olmadan qanunsuz qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə məqsədi ilə 17 fevral 2021-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində “Şərab Evi” marketinin qarşısında mühərriki işlək vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 1992-ci il buraxılışlı, qara rəngli “Mercedes- Benz 200” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşib sürərək qanunsuz qaçırmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı 05.02.2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivinə gəlməsi, həmin gün gecə, yəni 06.02.2021-ci il tarixdə saat 01 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində piyada Biləcəri qəsəbəsinə evinə qayıdan zaman yaşayış binasının qarısında ağ rəngli Vaz 210013 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı açıq olduğu üçün qapısını açıb sükan arxasında əyləşməsi və sükanın alt hissəsində naqillərini birləşdirməklə mühərriyi işə salıb avtomobili sürüb qaçırmasına dair verdiyi ifadəni təsdiq etmir. O, həmin epizod üzrə özünü təqsirli bilmir. 17.02.2021-ci il tarixdə axşam saatlarında işlə bağlı bir nəfər şəxslə görüşmək üçün Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlmişdir. Həmin gün saat 23 radələrində Biləcəri qəsəbəsinə evinə qayıtmaq üçün Xırdalan şəhəri H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində piyada getmişdir. Pulu olmadığı üçün taksi sifariş edə bilməmiş, həmin vaxtı, yəni 17.02.2021-ci il tarixdə saat 23:30 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində “Şərab Evi” marketin qarşısında qara rəngli Mercedes markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriyinin işlək vəziyyətdə olduğunu görüb ətrafa baxmış və heç kəsin olmadığını görərək həmin “Mercedes” markalı avtomobilin qapısını açıb sükan arxasında əyləşmiş və sürüb getmişdir. Həmin avtomobili Biləcəri qəsəbəsində yaşadığı məhlədən kənarda saxlamışdır. Avtomobil iki gün məhlədə qaldıqdan sonra Xırdalan şəhərinə aparıb orada saxlamaq qərarına gəlmiş və 20.02.2021-ci il tarixdə axşam saatlarında sürüb yaşadığı məhləyə evinin qarşısına gətirmişdir. Qonşusu Şahid3 zəng edib məhləyə çıxmasını xahiş etdikdə Orxan küçəyə çıxmış və o, Orxana “Mercedes” markalı avtomobili göstərib yeni aldığını bildirmiş və onunla birlikdə Xırdalan şəhərinə getməsini demişdir. Orxanla birlikdə “Mercedes” markalı avtomobil ilə Xırdalan şəhərinə yola düşərkən avtomobili polis saxlamasın deyə üstünə özünə məxsus olan taksi nişanını taxmışdır. Biləcəri qəsəbəsində daş bazarının yanında polis əməkdaşları avtomobili saxlamağa işarə versələrdə o, avtomobili saxlamayıb hərəkətini davam etdirmiş və yolda Orxana avtomobili qaçırdığını bildirmişdir. Abşeron rayonu Masazır dairəsini keçdikdən sonra maşını yolun kənarında saxlamış və Orxanla avtomobildən düşüb gedərkən yolda polis əməkdaşları onları saxlayıb Abşeron RPİ-nə gətirmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş həmin epizod üzrə ifadəsində göstərmişdir ki, 05.02.2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivinə gəlmişdir. Həmin gün gecə, yəni 06.02.2021-ci il tarixdə saat 01 radələrində Xırdalan şəhəri Quşçuluq yaşayış massivindən Biləcəri qəsəbəsinə evinə piyada qayıdan zaman yaşayış binasının qarısında ağ rəngli “Vaz 210013” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüş və avtomobilin qapısı açıq olduğundan qapısını açıb sükan arxasında əyləşmiş və sükanın alt hissəsində naqillərini birləşdirməklə mühərriki işə salıb avtomobili sürüb qaçırmışdır. Avtomobili qaçırdığı yerdən təxminən 300 metr aralı yol dalan olduğu üçün avtomobili saxlamışdır. Avtomobildə benzin az olduğundan gedə bilməyəcəyini fikirləşmiş və avtomobili saxladığı yerdə atıb piyada getmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Süleymanlı Vüqar Məhəmmədəli oğlu ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarında ağ rəngli “VAZ 21013” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobil onun mülkiyyətində olsada etibarnamə əsasında qardaşı Şahid1 idarə etmişdir. 05.02.2021-ci il tarixdə saat 17 radələrində Natiq avtomobili Xırdalan şəhəri V.Xəlilov küçəsində yaşadıqları evin qarşısında saxlamışdır. 06.02.2021-ci il tarixdə saat 07 radələrində Natiq işə getmək üçün evdən çıxarkən avtomobilin küçədə saxladığı yerdə olmadığını görüb 102 xidmətinə zəng edərək məlumat vermiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmin gün, yəni 06.02.2021-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları ona məxsus qaçırılmış “VAZ 21013” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları ünvandan bir qədər aralıda Abşeron rayonu, Xırdalan şəhəri M.Hadi küçəsində tapmış və bu barədə Natiqə bildirib avtomobili müayinə etdikdən sonra Natiqə təhvil vermişlər. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, özünə məxsus olan “Mercedes-Benz 200” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və maşını hərdən idarə etmək üçün dayısı Şahid2 vermişdir. 17.02.2021-ci il tarixdə səhər saatlarından ona məxsus olan “Mercedes-Benz 200” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısı Şahid2 idarə etmişdir. 17.02.2021-ci il tarixdə saat 23:40 radələrində dayısı İbrahim ona zəng edib Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi “Şərab Evi” mağazasinin qarşısından “Mercedes- Benz 200” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili naməlum şəxsin qaçırdığını bildirdikdə o, İbrahimin işlədiyi Xırdalan şəhərindəki mağazasına gəldikdə İbrahim 17.02.2021-ci il tarixdə saat 23:30 radələrində “Mercedes-Benz 200” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Şərab Evi” maqazasına gəldiyini və avtomobilin mühərriki işlək vəziyyətdə saxlayıb mağazaya daxil olduğunu və beş dəqiqə sonra geri qayıtdıqda avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin DYPŞ-nin YPX-i baş inspektoru vəsifəsində işləyir. 20.02.2021-ci il tarixdə axşam saatlarında YPX-nin inspektoru Şahid5lə Abşeron rayonu Xırdalan şəhərində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə xidmətdə olduqları zaman DİN-in NH-nin “Zirvə” çağırış mərkəzindən efir vasitəsilə 17.02.2021-ci il tarixdə Abşeron RPİ-nin inzibati ərazisi Xırdalan şəhərindən qaçırılmış “Mercedes” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xırdalan dairəsindən “Vaz” dairəsi istiqamətində hərəkətdə olduğu bildirilmişdir. Dərhal deyilən ünvan istiqamətində hərəkət etmiş, Masazır dairəsinin yaxınlığında iki nəfər şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs və Şahid3 saxlayaraq Abşeron RPİ-nə aparmış, avtomobili isə cərimə meydançasında yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin DYPŞ-nin YPX-i baş inspektoru vəsifəsində işləyir. 20.02.2021-ci il tarixdə axşam saatlarında YPX-nin inspektoru Şahid4 ilə Abşeron rayonu Xırdalan şəhərində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə xidmətdə olduqları zaman DİN-in NH-nin “Zirvə” çağırış mərkəzindən efir vasitəsilə 17.02.2021-ci il tarixdə Abşeron RPİ-nin inzibati ərazisi Xırdalan şəhərindən qaçırılmış “Mercedes” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xırdalan dairəsindən “Vaz” dairəsi istiqamətində hərəkətdə olduğunu bildirilmişdir. Dərhal deyilən ünvan istiqamətində hərəkət etmiş, Masazır dairəsinin yaxınlığında iki nəfər şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs və Şahid3 saxlayaraq Abşeron RPİ-nə aparmış, avtomobili isə cərimə meydançasında yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06.02.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri V.Xəlilov küçəsində yaşayan Şahid1 Abşeren RPİ-nə ərizə ilə müraciət edərək 05.02.2021ci il tarixdən, 06.02.2021-ci il tarixə keçən gecə yaşadığı küçədə özünə məxsus olan VAZ-21013 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirmiş, səhər saatlarında tərəflərindən keçirilmiş tədbirlər zamanı VAZ-21013 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xırdalan şəhəri, M.Hadi küçəsində saxlanılmış vəziyyətdə aşkar etmişlər. Bu barədə avtomobilin sahibi Şahid1 deyilmiş və avtomobilə baxış keçirildikdən sonra ona təhvil verilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Xudabat Məlikaslan küçəsi, döngə 11-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdə bu barədə RPİ-nin rəhbərliyinə raportla müracət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə tədqiq edilmiş həmin epizod üzrə ifadəsində göstərmişdir ki, o, hərdən bacısı oğlu Zərərçəkmiş şəxs2 məxsus olan “Mercedes-Benz 200” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 17.02.2021-ci il tarixdə səhər saatlarından “Mercedes-Benz 200” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 17.02.2021-ci il tarixdə saat 23:30 radələrində həmin avtomobil ilə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən işlətdiyi “Şərab evi” mağazasinin qarşısına gəlmiş və tez qayıdacağı üçün avtomobilin mührərrikini işlək vəziyyətdə saxlayıb mağazasina daxil olmuş, mağazada tanış adam olduğu üçün o, mağazada yubanmış və təxminən beş dəqiqə sonra çölə çıxdıqda maşını saxladığı yerdə olmadığını görmüşdür. Başqa bir maşınla Xırdalan dairəsi istiqamətində getmiş, lakin maşını tapa bilməmiş, bu barədə maşının sahibi bacısı oğlu Hacıya bildirmiş və 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmədə tədqiq edilmiş həmin epizod üzrə ifadəsində göstərmişdir ki, “VAZ 21013” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Zərərçəkmiş şəxs1 məxsus olsada etibarnamə əsasında o, idarə etmişdir. 05.02.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “VAZ 21013” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Xırdalan şəhəri V.Xəlilov küçəsində yerləşən yaşadıqları evin qarşısında saxlamışdır. Avtomobilin ön qapıları bağlanmadığı üçün açıq qalmış, arxa qapılarını isə bağlamış və evə getmişdir. Səhəri gün, yəni 06.02.2021-ci il tarixdə saat 07 radələrində işə getmək üçün evdən çıxmış və avtomobili saxladığı yerdə görməmişdir. Bundan sonra o, bir qədər ətrafda avtomobili axtarsada tapa bilməmiş və 102 xidmətinə zəng edib avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat vermiş, həmçinin Abşeron RPİnə ərizə ilə müraciət etmişdir. Həmin gün, yəni 06.02.2021-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları ona zəng edib qaçırılmış ağ rəngli “VAZ 21013” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvandan bir qədər aralıda Abşeron rayonu, Xırdalan şəhəri M.Hadi küçəsində tapdıqlarını bildirdikdə o, həmin yerə getmiş və polis əməkdaşları avtomobili müayinə etdikdən sonra ona təhvil vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmədə tədqiq edilmiş həmin epizod üzrə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, dörd il olarkı onlarla qonşuluqda yaşayır. Etibarın əvvəl “Saypa” markalı avtomobili olmuş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 6-7 ay olar ki, Etibarın həmin avtomobilini görməmişdir. 20.02.2021-ci il tarixdə saat 18 radələrində Etibar onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, onunla məhlədə görüşmək istədiyini bildirdikdə o, sistem köçürtdürdüyünü və sistem bitdikdən sonra çıxacağını demiş, təxminən 20 dəqiqə sonra o, evdən məhəlləyə çıxıb Etibarla görüşmüş və Etibar küçədə dayanmış qara rəngli “Mercedes” markalı avtomobili göstərib yeni aldığını bildirmişdir. Etibara onunla birlikdə Masazır qəsəbəsinə getməyi təklif etdikdə etiraz etməyib həmin avtomobildə Masazır qəsəbəsinə yola düşmüşlər. Biləcəri qəsəbəsində daş bazarının yanında polis əməkdaşları Etibara avtomobili saxlamağı işarə edərkən Etibar maşını saxlamayıb hərəkətini davam etdirdikdə o, Etibardan nə baş verdiyini soruşmuş və Etibar idarə etdiyi avtomobili qaçırdığını bildirmişdir. Abşeron rayonu, Masazır dairəsini keçdikdən sonra Etibar maşını yolun kənarında saxlamış və onlar avtomobildən düşüb gedərkən yolda polis əməkdaşları onları saxlamış və Abşeron RPİ-nə aparmışlar. O, avtomobilə əyləşərkən Təqsirləndirilən şəxs avtomobili qaçırmasından məlumatı olmadığını qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə 28.09.2006cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilən şahidin verdiyi ifadəsi də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş baxış protokollarından müəyyən olunur ki, “VAZ-21013” markalı ** CE *** dövlət qeydiyyat nömrə nişanlı və “Mercedes-Benz 200” markalı **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən hər hansı ehtiyyat hissəsi, qurğusu, avadanlığı sökülməmiş, dəyişdirilməmiş, avtomobillər üzərində hər hansı zədə, əzik, qəza izləri aşkar olunmamış, avtomobillər saz və işlək vəziyyətdə aşkar edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21013” markalı ** CE *** dövlət qeydiyyat nömrə nişanlı, 1983cü il istehsallı, ağ rəngli sedan tipli minik avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə qaytarılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz 200” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı,1992-ci il istehsallı, qara rəngli sedan tipli minik avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə qaytarılmışdır Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimi olmaqla özünü müdafiə xarakteri daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Aif oğlu 26.01.2012-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə narkomaniyadan məcburi müalicə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05.04.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin resedivini yaradır. Təqsirləndirilən şəxs əməllərində cinayətin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi nümayəndəsinin 02.09.2021-ci il tarixli arayışından görünür ki, Əliyev X3 qəsəbəsi, X. Məlikaslanov küçəsində inşa edilmiş özbaşına tikilidə yaşamaqla nümayəndəliyə haqqında heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 20.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən barəsində 22.02.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasında da həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 20.02.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. “VAZ-21013” markalı ** CE *** dövlət qeydiyyat nömrə nişanlı, 1983-cü il istehsallı, ağ rəngli sedan tipli minik avtomobilinin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibizərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, “Mercedes-Benz 200” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı,1992-ci il istehsallı, qara rəngli sedan tipli minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli 20.02.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21013” markalı ** CE *** dövlət qeydiyyat nömrə nişanlı, 1983-cü il istehsallı, ağ rəngli sedan tipli minik avtomobilin saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, “Mercedes-Benz 200” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı,1992-ci il istehsallı, qara rəngli sedan tipli minik avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar