Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-350/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Aydmbəyov küçəsi, Döngə 1, ev 55, mənzil 50-də qeydiyyatda olan və Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 21 saylı evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəlli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncu ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə köhnə bazar adlanan yerin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini daşla sındırmaqla qanunsuz içəri daxil olaraq kassadan 800 manata nəgd pul vəsaitini, 195 manat dəyərində 01 ədəd Samsung J5 Pro markalı mobil telefonu, 265 manat dəyərindən 01 ədəd Mi8 Lihti, 175 manat dəyərində 02 ədəd Samsung J2 Pro 2018 markalı mobil telefon, 175 manat dəyərində 01 ədəd Samsung J3 Pro 2018 markalı mobil telefonu, 240 manat dəyərində 01 ədəd Samsung A 01 markalı mobil telefonu, 105 manat dəyərində 01 ədəd Black Bery 9900 markalı mobil telefonu, 135 manat dəyərində 01 ədəd LG markalı mobil telefonu, 145 manat dəyərində 01 ədəd işlənmiş İphone 5S markalı mobil telefonu, 165 manat dəyərində 01 ədəd işlənmiş İphone 6 markalı mobil telefonu, 95 manat dəyərində 01 ədəd Samsung J2 Prime markalı mobil telefonu, 115 manat dəyərində 01 ədəd Samsung Note 3 markalı mobil telefonu, 722 manat dəyərində 01 ədəd HP markalı noutbuke, 47 manat dəyərində 02 ədəd Fli F196 markalı mobil telefonu, 45 manat dəyərində 02 ədəd KJT markalı mobil telefonu, 35 manat dəyərində 03 ədəd KJTL 105 markalı mobil telefonu. 35 manat dəyərində 04 ədəd KJTL 106 markalı mobil telefonu. 35 manat dəyərində 02 ədəd KJTL 1280 markalı mobil telefonu, 43 manat dəyərində 02 ədəd KJTL X202 markalı mobil telefonu, 55 manat dəyərində 02 ədəd KJTL B360 markalı mobil telefonu, 35 manat dəyərində 01 ədəd KJTL 1200 markalı mobil telefonu, 35 manat dəyərində 01 ədəd KJTL Bİ 10 markalı mobil telefonu, 107 manat dəyərində 02 ədəd Nokia 125 markalı mobil telefonu, 75 manat dəyərində 02 ədəd Nokia 106 markalı mobil telefonu, 65 manat dəyərində 02 ədəd Nokia 105 markalı mobil telefonu, 85 manat dəyərində Samsung V 310 E markalı mobil telefonu, 110 manat dəyərində 01 ədəd Nokia 150 markalı mobil telefon, ümumilikdə 300 manat dəyərində Sim, Nar, Cin konturlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4439 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində dostu Elməddinlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristal Abşeron 2 yaşayış kompleksinin həyətində görüşmüş, həmin vaxt Elməddin ona bir yerdə oğurluq etməsini təklif etmiş, bundan sonra onlar piyada köhnə bazar adlanan əraziyə getmiş, orada Elməddin telefon dükanlarının birinin üzərində bakcell sözü yazılmış dükanın plastik qapısının üzərində olan şüşəsini yerdə olan daşı götürüb şüşənin üzərinə ataraq sındırmışdır. Bundan sonra Elməddin dükana daxil olmuş, o da Elməddinə kömək etmək üçün arxada dayanmış, Elməddinin ona verdiyi telefonları mağazanın içərisindən götürüdüyü sellofana qoymuş ona vermişdir. Elməddinin özüdə dükandan noutbuku, konturları və 280 manat nəğd pulu götürüb oradan çıxarmışlar. Bundan sonra onlar xəstəxanaya tərəf gedib yoldan 1 manatlıq taksiyə əyləşib Elmədinlə yaşadığlı kristal Abşeron 2 yaşayış kompleksinin qarşısında düşmüş, Elmədinlə yaşadığı binaya yəni bina 10 mənzil 39 b-yə qalxmışdır. Həmin vaxtı evdə heç kim olmamış, onlar evdə əşyaları açanda orada 25 ədəd mobil telefonlar həmin telefonlardan 8 ədədi ikinci əl Samsung markalı telefonlar 17 ədədi isə sadə nokia və digər markalı mobil telefonları olmuş, sadə telefonların 7-nin batareyası olmuş, digərləri isə maket telefonlar olmuşdur. Onlar razılaşaraq əşyaları götürüb Gəncə şəhərinə apararaq satmaq qərarına gəlmiş və həmin günün səhərsi yol taksi avtomaşını ilə Gəncə şəhərinə getmişlər. Onlar həmin telefonları sata bilmədikləri üçün Elməddinə vermiş, Elməddində həmin telefonları özü ilə Bakı şəhərinə gətirmişdir. Bundan sonra o, Elməddinlə görüşməmişdir. Hazırda anası tərəfdən zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənildiyinə görə zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxınıdır ki, icarə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə bazar adlanan yerdə 032 Telekom telefon dükanını işlədir. İş qrafiki səhər saat 09 radələrindən axşam asaat 20 radələrinə kimidir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhərinə şəxsi işləri ilə bağlı getmiş, onun yerinə dükanı qohumu Rəcəb qalmışdır, xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində olan vaxt ona zəng vurub telefon dükanından oğurluq olmuşdur. xx.xx.2021-ci il tarixdə işlədiyi dükana gəlmiş, həmin vaxt ona məlum olmuşdur ki, kassadan təxminən 800 manata yaxın nəğd pul vəsaiti, 195 manat dəyərində 01 ədəd Samsung J5 Pro markalı mobil telefonu, 265 manat dəyərindən 01 ədəd Mi 8 Liht, 175 manat dəyərində 02 ədəd Samsung J2 Pro 2018 markalı mobil telefon, 175 manat dəyərində 01 ədəd Samsung J3 Pro 2018 markalı mobil telefon, 240 manat dəyərində 01 ədəd Samsung A 01 markalı mobil telefon, 105 manat dəyərində 01 ədəd Black Bery 9900 markalı mobil telefon, 135 manat dəyərində 01 ədəd LG markalı mobil telefon, 145 manat dəyərində 01 ədəd işlənmiş 1 phone 5 s markalı mobil telefon, 165 manat dəyərində 01 ədəd işlənmiş İ phone 6 markalı mobil telefon, 95 manat dəyərində 01 ədəd Samsung J2 Prime markalı mobil telefon, 115 manat dəyərində 01 ədəd Samsung Note 3 markalı mobil telefon, 722 manat dəyərində 01 ədəd HP markalı noutbuke, 47 manat dəyərində 02 ədəd Fli F196 markalı mobil telefon, 45 manat dəyərində 02 ədəd KJT markalı mobil telefon, 35 manat dəyərində 03 ədəd KJTL 105 markalı mobil telefon, 35 manat dəyərində 04 ədəd KJTL 106 markalı mobil telefon, 35 manat dəyərində 02 ədəd KJTL 1280 markalı mobil telefon, 43 manat dəyərində 02 ədəd KJTL X202 markalı mobil telefon, 55 manat dəyərində 02 ədəd KJTL B360 markalı mobil telefon, 35 manat dəyərində 01 ədəd KJTL 1200 markalı mobil telefon, 35 manat dəyərində 01 ədəd KJTL Bİ 10 markalı mobil telefon, 107 manat dəyərində 02 ədəd Nokia 125 markalı mobil telefon, 75 manat dəyərində 02 ədəd Nokia 106 markalı mobil telefonu, 65 manat dəyərində 02 ədəd Nokia 105 markalı mobil telefonu, 85 manat dəyərində Samsung V 310 E markalı mobil telefon, 110 manat dəyərində 01 ədəd Nokia 150 markalı mobil telefonu, ümumilikdə 300 manat dəyərində Sim, Nar, Cin konturlarımın, nisyə dəftərləri oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 4439 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsin anası tərəfdən ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən «Köhnə Bazar» adlanan yerin yaxınlığındakı Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini xx.xx.2021-ci il tarixdə gecə saatlarında naməlum şəxslər daşla sındırmaqla, oraya daxil olaraq mağazadan müxtəlif markalı mobil telefonları kassadan pul və 200 manat dəyərində bir manatlıq konturları və noutbuk oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 4439 manat məbləğində maddi ziyan vurması ilə bağlı Abşeron RPİ-si İŞ-də cinayət işi başlanaraq istintaq aparılmışdır. Həmin cinayət işi üzrə onun tərəfindən əməliyaat-axtarış işi açılmaqla əməliyyat tədbirliri keçirilmişdir. xx.xx.2021-ci il tarixdə onun tərəfindən keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, qeyd olunan cinayət əməlini X4 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini daşla sındırmaqla, oradan müxtəlif çeşidlərdə mobil telefonları kassadan 500 manat pul vəsaiti, 200 manat dəyərində bir paçka bir manatlıq kontur və 1 ədəd noutbuku oğurlamışlar. Bununla bağlı İŞ-nə rəisimi raprot vermiş və X4 istintaqa təqdim edilmişdir. Lakin həmin əşyaların oğurladıqdan sonra kimlərə satmaları barədə hər hansı bir müsbət nəticə əldə olunmamış, bununla bağlı əməliyyat axtarış tədbirləri davam etirilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1, 68.2-ci maddələrinə əsasən 03 il 09 ay azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nə dəyişiklik olduğundan CM-nin 177.2.4-cü maddəsindən xaric olunmuş, cəzası endirilərək 02 il azadlıqdan məhrum etmə, CM 67.1, 68.2-ci maddələrinə əsasən 4000 manat cərimə cəzası saxlanılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının müddəti başa çatmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı 4000 manat cərimə cəzası 268 saat ictimai işlər cəzası ilə əvəz olunmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ictimai işlər cəzası CM-nin 47.3 maddəsinə əsasən 33 gün azadlıqdan mərhum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəxs barəsində axtarış elan edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə dəvət olunmasına baxmayaraq, ibtidai istintaqın çağrışına gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxsin anası tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs ilə barışaraq sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsrin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 9-cu bəndinə görə hökm çıxararkən məhkəmə CM-nin 34-cü maddəsində göstərilən əsaslar olduqda CM-nin 61.1.3 və 61.1.5-ci maddələrinə istinad etməklə cinayətin bir qrup şəxsin tərkibində törədilməsi halını cəzanı ağırlaşdıran hal kimi tanımağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə olunması, o cümlədən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət törətmiş şəxslərin islah olunması nəinki onlara törətdikləri cinayətə görə şəxsiyyətlərinə və əməllərinin xarakterinə uyğun qanuni, obyektiv və ədalətli cəza verilməsindən, həmçinin azadlıqdan məhrum edilmiş məhkumlara cəzaçəkmə müəssisəsinin növünün düzgün tətbiq edilməsindən xeyli dərəcədə asılıdır. Həmin Plenumunun qərarının 4-cü bəndində göstərilmişdir ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin qanunun 5-ci bəndində göstərilmişdir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Azərbaycan Respublikası CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərildiyi kimi şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməsi üçün hökmlə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilməsi əsas şərtdir. Hazırkı işlə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1, 68.2-ci maddələrinə əsasən 03 il 09 ay azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nə dəyişiklik olduğundan CM-nin 177.2.4-cü maddəsindən xaric olunmuş, cəzası endirilərək 02 il azadlıqdan məhrum etmə, CM 67.1, 68.2-ci maddələrinə əsasən 4000 manat cərimə cəzası saxlanılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının müddəti başa çatmışdır. Yəni Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtarmışdır. Həmin hökmlə təyin edilmiş 4000 manat cərimə cəzası CM-in 68.2-ci maddəsinə əsasən əlavə cəza kimi müstəqil icra edilməsi müəyyən olunmuşdur. Lakin sonradan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 4000 manat cərimə cəzası 268 saat ictimai işlər cəzası ilə əvəz olunmuş, daha sonra Gəncə şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ictimai işlər cəzası CM-nin 47.3 maddəsinə əsasən 33 gün azadlıqdan mərhum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi həmin 4000 manat cərimə cəzası müstəqil icra olunmaqla əlavə cəza kimi nəzərə alınmışdır. Sonradan məhkəmə hökmü ilə deyil, məhkəmə qərarı əsasında təyin edilmiş cərimə cəzası dəyişdirilərək, ictimai işlər cəzasına, daha sonra ictimai işlər cəzası azadlıqdan mərhum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Göründüyü kimi Konstitusiya Məhkəməsi bir daha vurğulayır ki, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə məhkum olunmuş şəxs məhkumluğu olan şəxsi hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin məqsəd və motivini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-350/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-350/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver