Məhkəmə qərarları › İş №1(012)-351/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-351/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-351/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Şahid şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi şəxs, X4 onu və ailəsini “İnstagram” sosial şəbəkəsində olan “gasanoffa13” hesabından onu və ailəsi barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salmağa çalışan məlumatları yaymış, anasını qardaşını və özünü isə fərqli-fərqli cinayəlləı törətməklə ittiham etmişdir. Halbuki qeyd olunanların heç birisi iıə əlaqəsi yoxdur, iddia etdikləri tamamilə böhtan və təhqirlərdən ibarətdir. Qoşmaya əlavə edəcəyi sənədlərdən də görünür ki, təqsirləndirilən şəxs X4 öz adına olan şəxsi istifadəsindəki “İnstagram” sosial şəbəkəsindəki hesabından “Hekayə” (Story) bölməsində onun və ailəsinində içində yer aldığı şəkil paylaşmışdır. “gasanoffa13” adlı instagram hesabının öz adına olduğunu və özünün gündəlik istifadəsində olmasını göstərmək üçün öz şəkillərini paylaşdığını göstərən ekran şəklini (screenshot) də sənədlərə əlavə etmişdir ki, qaranlıq bir məqam qalmasın, yaxud səhifənin onun adına olmaması ilə bağlı bəhanələrlə məhkəmənin fikrini yanlış aspektlərə yönətməsin. Şəkil onun, ana, ata, qardaşı, o, və həmin şəxsin özünün də yer aldığı şəkildir. Şəkilin altından yazdığı təhqiramiz ifadələr, nalayiq sözlər və vulqarizmlər (söyüşlər) göz qabağındadır Yazdıqları bilavasitə onun və onun ailəsinin şərəf və ləyaqətini ləkələyəcək, habelə alçatdacaq tərzdə ifadələrdir. Özünündə də qeyd etdiyi kimi “sizi hər yerdə biabır edəcəm” deyərək bu qanunsuz hərəkətləri daha da uzadacağını bildirir və onu və ailəsini təhdid edir. Həmçinin “zaur_gunay” adlı rəsmi instagram hesabının şərh (comment) bölməsində dilə alınmayacaq səviyyədə sözlər işlətmişdir. Barəsində şikayət etdiyi şəxs onu və ailəsini insan alveri ilə məşğul olmaqdan, narkotik vasitəsi aludəçısı olmaqla birlikdə onu ağır cinayət törətməkdə ittiham edir (Cinayət Məcəlləsi 147.2 ağır və xususılə agır cinayətdə ittiham etməklə). Halbuki buna heç bir əsas yoxdur və bunla bağlı bır subutu olmadığı halda belə onu cəmiyyət içində nüfuzdan salmağa çalışır Onun və ailəsi barəsində ittihamlarında Azərbaycan Respublikası. Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddəsinin tərkibləri var. Ona görə də X1 Cinayət Məcəlləsinin 147-148-ci maddələrindən irəli gələn məsuliyyətə cəlb edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 16.05.2022-ci il tarixdə dəftərxanaya etiraz ərizəsi verməklə Gülarə Camılı barəsində olan şikayətin icraata qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin və barəsində şikayət verilən şəxsin barəsində məlumatlar tam olaraq göstərilməmişdir. Bundan başqa xüsusi ittihamçı X5 məhkəmə hazırlıq iclasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq təkrarən gəlməmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar