Məhkəmə qərarları › İş №1(012)-352/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-352/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-352/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 14 yanvar 2021-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs Firudin oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, 6-cı dayanacaq adlanan yerin yaxınlığında yerləşən «Kəndimiz» marketin qapısını güc tətbiq etməklə açaraq, saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub, ordan sonuncuya məxsus 1320 manat nağd pulu, 200 manat miqdarında qəpikləri, hər birinin dəyəri 10 manat olmaqla 20 ədəd “Azercell”ə məxsus danışıq kartları, hər birinin dəyəri 10 manat olmaqla 25 ədəd və hər birinin dəyəri 5 manat olmaqla 10 ədəd “Azərfon”a məxsus danışıq kartları, hər birinin dəyəri 2 manat olmaqla 40 ədəd və hər birinin dəyəri 1 manat olmaqla 20 ədəd “Bakcell”ə məxsus danışıq kartları, 950 manat dəyərində olan 1 ədəd istifadədə olmuş müşahidə kamerasının DVR aparatı, hər birinin dəyəri 0,80 manat olmaqla 80 ədəd “Snikers” markalı şokaladları, hər birinin dəyəri 0,60 manat olmaqla 10 ədəd “Kit-Kat” şokaladları, hər birinin dəyəri 3,90 manat olmaqla 10 qutu nazik göy “Sobranie” siqareti, hər birinin dəyəri 3,70 manat olmaqla 10 ədəd nazik “Kent 4” siqareti, hər birinin dəyəri 3,70 manat olmaqla 15 ədəd “Kent 4 mentol” siqareti, hər birinin dəyəri 2,60 manat olmaqla 10 ədəd nazik “LD” siqareti, hər birinin dəyəri 3,90 manat olmaqla 7 ədəd qalın ağ “Sobranie” siqareti, hər birinin dəyəri 3,70 manat olmaqla 4 ədəd qalın “Kent 8” siqareti, hər birinin dəyəri 3,90 manat olmaqla 5 ədəd kompakt “Sobranie” siqareti gizli olmaqla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3359,10 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Firudin oğlunu qonşu kimi tanıyır. Sonuncunun məhəllədə «Kəndimiz» adlı marketi vardır. Həmişə o, Zərərçəkmiş şəxsla alver etmiş və sonuncu ona yetim olduğuna görə köməklik etmiş, hətta onun marketinə borcu da olmuşdur. 14 yanvar 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı evindən çıxıb tək özü piyada həmin marketə tərəf gəlmiş və marketin yaxınlığındakı qonşu daş hasardan keçib yaşayış həyətə düşmüş oradan Zərərçəkmiş şəxs həyətinə keçib, marketin həyətinə olan qapısına tərəf getmiş və divara keçirilmiş dəmir armaturları divardan çıxarıb qapını açmışdır. Sonra da marketin içərisinə girib əlindəki alışqanın işığı ilə marketi axtarmağa başlamışdır.Əvvəlcə mağazanın sərgisində olan 4-5 blok müxtəlif növlü siqaret qutusunu götürüb selofan paketə yığmışdır. Sonra da kassaya tərəf gedib kassanı açmış və orada yumru balaca plasmas qabda qəpiklər olduğunu görmüşdür. Həmin qəpikləri də başqa torbaya töküb selofanın içərisinə qoymuşdur. Sonra taxçadakı konturları görüb onları da həmin tobaya atmış və mağazanın sərgisinə keçib orada olan şokolatları da həmin tobaya yığmışdır.Bundan sonra oradakı soyuducunun üzərində görüntü kamerası aparatı olduğunu görmüşdür.Elə başa düşmüşdür ki, etdiyi oğurluq həmin kamera aparatının yaddaşına düşmüşdür. Ona görə də aparatın şunurunu fırlayıb yerindən çıxardıb torbaya atmış və gəldiyi yerdən çıxıb evinə qayıtmışdır. Evdə oğurldadığı əşyalara baxıb saydıqda 1 ədəd 10 manatlıq Sim kontur, 15 manatlıq Nar kontur, 70 manatlıq Cin kotur, qəpikləri saydıqda 40 manat oldu. 10 ədəd Çitkat şokolatı, 10 ədəd Snikers şokolatı, 10 qutu nazik göy Sabiraniya siqareti, bir blok 10 qutu Kent-4 siqraeti, bir blok 10 qutu Smorkinq siqareti, bir blok-10 qutu nazik LD siqareti, 7 qutu ağ qalın Sobiraniya, 4 qutu qalın Kent-8 siqareti, 5 qutu nazik kampakt Sabiraniya və kameranın aparatını oğurladığını görmüşdür. Aparatın qapağını söküb peçə atıb yandırmış, dəmirini isə yaxınlıqda olan sahibsiz evin quyusuna tullamışdır. Oğurladığı əşyalardan Şokolatları yemiş, siqaretləri özü çəkmiş, Nar və Cin konturları isə telefonuna yükləyib istifadə etmişdir. Evdə qalan oğurladığı siqaretləri isə selafon torbaya yığmış və özü ilə götürüb qəsəbənin kənarındakı xəstəxananın yanında olan mağazaya gəlib satıcıya yaxınlaşıb siqaret satmağını bildirdikdə, mağazanın sahibinin oğlu ondan şübhələnib siqaretlə birlikdə onu Abşeron RPİ-nə gətirmişdir. O Vüqar Qasımovun marketindən tək oğurluq etmiş, adlarını göstərdiyi əşyalardan başqa heç nə oğurlamadığını, marketdə nəğd pul olmadığını və Vüqar Qasımovun dediyi qədər marketdən oğurluq etməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət törətdiyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Qəsəbədə 6-cı dayanacaq adlanan yerdən bir xeyli kənarda ona məxsus «Kəndimiz» marketi vardır. Həmin marketdə ərzaq, sənaye və digər mallar satır. Həmin marketi o və arvadı X6 işlədir. Gündəlik iş rejiminə əsasən o, marketi səhər saat 09-da açır və axşam saat 21-də qapısını bağlayıb evinə gedir. 2021-ci ilin yanvar ayının 13-də o, axşam saat 21 radələrində marketi bağlayıb evinə getmişdir. Səhəri günü yəni, 14 yanvar 2021-ci il tarixdə, saat 09 radələrində o,marketə gələrkən görmüşdür ki, makretin arxa qapısı sındırılaraq açılmış və oradan əşyalar oğurlanmışıdr. Bundan sonra o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxtı müəyyən olunmuşdur ki, marketdən naməlum şəxslər tərəfindən 20 ədəd 10 manatlıq “Azercell”ə məxsus danışıq kartları, 25 ədəd 10 manatlıq, 10 ədəd isə 5 manatlıq “Azərfon”a məxsus danışıq kartları, 40 ədəd 2 manatlıq, 20 ədəd isə 1 manatlıq “Bakcell” məxsus danışıq kartları, 1320 manat nağd pulu, 200 manat miqdarında qəpikləri, 950 manat dəyərində 1 ədəd istifadədə olmuş müşahidə kamerasının DVR aparatını, 1 ədədinin qiyməti 0.80 manat olmaqla 80 ədəd “Snikers” şokaladı ümumi 64 manat, 1 ədədinin qiyməti 0.60 manat olmaqla 10 ədəd “Kit-Kat” şokaladı ümumi 6 manat, 1 qutunun qiyməti 3.90 manat olmaqla 10 qutu nazik göy “Sobranie” siqareti ümumi 39 manat, 1 qutunun qiyməti 3.70 manat olmaqla 10 ədəd nazik “Kent 4” siqareti ümumi 37 manat, 1 qutunun qiyməti 3.70 manat olmaqla 15 ədəd “Kent 4 mentol” siqareti ümumi 55.5 manat, 1 qutunun qiyməti 2.60 manat olmaqla 10 ədəd nazik “LD” siqareti ümumi 26 manat, 1 qutunun qiyməti 3.90 manat olmaqla 7 ədəd qalın ağ “Sobranie” siqareti ümumi 27.30 manat, 1 qutunun qiyməti 3.70 manat olmaqla 4 ədəd qalın “Kent 8” siqareti ümumi 14.80 manat, 1 qutunun qiyməti 3.90 manat olmaqla 5 ədəd kompakt “Sobranie” siqareti 19.50 manat dəyərində əmlakı oğurlanmışdır. Əvvəllər həmin oğruluğun kim tərəfindən törədilməsini bilməsə də, sonradan həmin oğurluğun Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, təqaüdçü olmaqla yaşadığı ünvanda yerləşən “Xədicə” marketi işlədir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Belə ki, 08 fevral 2021-ci il tarixdə həmişəki kimi mağazasında olan zaman adını qeyd etdiyi Surət adlı şəxs ona 10 qutu nazik “LD”, 5 qutu nazik “Kent 4” mentol, 3 qutu nazik “Kent 4” və 1 qutu qalın ağ “Sobranie” siqaretlərini gətirib satmaq istəmişdir. O isə Surətin yaşının az olmasını eyni zamanda hər hansı şirkətdə və ya firmada işləməməsini görüb Surətin satdığı siqaretlərin oğurluq olmasını düşünmüşdür. Ona görə Surətin satdığı siqaretləri almamışdır. Həmin şəxs mağazadan çıxıb başqa istiqamətdə getməyə başlamışdır. Həmin şəxsdən şübhələndiyi üçün ərazi üzrə əməliyyat müvəkkili, Azad Nağızadəyə zəng vurmuşdur. Bundan sonra polis əməkdaşı gələnə qədər həmin şəxsin arxasınca gedib saxlamışdır. Bundan sonra polis əməkdaşı gəlmiş və onlar birlikdə həmin şəxsi Abşeron RPİ-nə gətirib təhvil vermişdilər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayon Saray qəsəbəsi onun xidməti ərazimə aiddir. Abşeron rayon Saray qəsəbəsində 14 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Firudin oğluna məxsus olan «Kəndimiz» marketindən ümumi dəyəri 2000 manat məbləğində olan siqaret, kontur və pul oğurlanması barədə Abşeron RPİ-nin İstintaq Şöbəsində araşıdrma materialı olmuşdur. 07.02.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs həmin mağazadan oğurlanan bir salafan siqareti Saray qəsəbəsində yerləşən mağazaya satmaq istəyərkən mağazanın sahibi ondan şübhələndiyi üçün həmin şəxsi gətirərək Abşeron Rayon Polis İdarəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs ilə aparılan izahatı söhbətlər zamanı sonuncu, 14.01 2021-ci il tarixdə Abşeron rayon Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Firudin oğluna məxsus mağazadan oğurluq etdiyini etiraf etmişdir. Odur ki, tərəfindən bu barədə raportla idarə rəisinə məruzə edilmiş və Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Saray qəsəbəsində 6-cı dayanacaq adlanan yerdən bir xeyli kənarda həyat yoldaşı Zərərçəkmiş şəxs Firudin oğluna məxsus «Kəndimiz» marketi vardır. Həmin marketi sonuncu ilə bərabər o da işlədir. Marketdə ərzaq, sənaye və digər mallar satılır. Gündəlik iş rejiminə əsasən həyat yoldaşı Zərərçəkmiş şəxs marketi hər gün səhər saat 09-da açır, axşam saat 21-də isə qapısını bağlayıb evinə gəlir. 2021-ci ilin yanvar ayının 13-də də həyat yoldaşı Zərərçəkmiş şəxs axşam saat 21 radələrində marketi bağlayıb evə gəlmşdir. Səhəri günü yəni, 14 yanvar 2021-ci il tarixdə, saat 09 radələrində marketi açmağa gedərkən görüb ki, makretin arxa qapısı sındırılaraq açılmışdır və marketdən əşyalar oğurlanmışıdr. Bundan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxtı müəyyən olunmuşdur ki, marketdən naməlum şəxs tərəfindən 600 manat dəyərində Sim, Cin və Nar konturlar, 400 manat dəyərində müxtəlif növlu siqaretlər, 1320 manat nəqd pul və 200 manat miqdarında qəpiklər, 80 manat dəyərində Sinikers şakalatı və 950 manat dəyərində müşahidə kamerasının aparatı oğurlanmışdır. Əvvəllər o, bunu bilməsədə sonradan ona həmin marketdən həmin oğurluğ edən şəxsin elə Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan “xxxx” MMC-nin 18 mart 2021-ci il tarixli 124 saylı rəyindən görünür ki, 1 ədəd istifadədə olmuş müşahidə kamerasının DVR aparatının qiyməti 300 manat, üzəri Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış “LD nazik” markalı siqaretin 1 ədədinin qiyməti 2.6 manat olmaqla 10 qutu siqaretin qiyməti 26 manat, üzəri Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış “Kent 4 mentol nazik” markalı siqaretin 1 ədədinin qiyməti 3.6 manat olmaqla 5 qutu siqaretin qiyməti 18 manat, üzəri Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış “Kent 4 nazik” markalı siqaretin 1 ədədinin qiyməti 3.6 manat olmaqla 3 qutu siqaretin qiyməti 10.8 manat, üzəri Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış “Sobranie ağ qalın” markalı siqaretin 1 ədədinin qiyməti 3.9 manat olmaqla 1 qutu siqaretin qiyməti 3.9 manat ekspertiza tədqiqatına təqdim olunan oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə 2021-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri 358.70 manat təşkil edir. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 21 aprel 2021-ci tarixli qərardan görünür ki, 08 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Kəndimiz” marketdən oğurladığı əşyalardan 6 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq Bakcell danışıq kartları, 1 ədəd DVR aparatı, 10 qutu nazik “LD”, 5 qutu nazik “Kent 4” mentol, 3 qutu nazik “Kent 4”, 1 qutu qalın ağ “Sobranie” siqaretləri müstəntiq, polis mayoru Ramiz Mecdunov tərəfindən baxış keçirilərək götürülmüş və 21 aprel 2021-ci il tarixdə maddi sübut kimi tanınmaqla, Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Firuddin oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 08.02.2021-ci il tarixdən 10.02.2021-ci il tarixədək şübhəli şəxs qismində, Abşeron Rayon Məhkəməsinin 4(012)-78/2021 saylı, 10.02.2021-ci i tarixli qərarı ilə həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı ümumilikdə 3 (üç) ay 17(on yeddi) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 07 (yeddi) ay 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan tarixdə Təqsirləndirilən şəxs “Kəndimiz” marketdən oğurladığı əşyalardan 6 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq Bakcell danışıq kartları, 1 ədəd DVR aparatı, 10 qutu nazik “LD”, 5 qutu nazik “Kent 4” mentol, 3 qutu nazik “Kent 4”, 1 qutu qalın ağ “Sobranie” siqaretləri sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 (üç) ay 17(on yeddi) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4(dörd) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini Sumqayıt şəhər və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs “Kəndimiz” marketdən oğurladığı əşyalardan 6 ədəd 1 manatlıq, 5 ədəd 2 manatlıq Bakcell danışıq kartları, 1 ədəd DVR aparatı, 10 qutu nazik “LD”, 5 qutu nazik “Kent 4” mentol, 3 qutu nazik “Kent 4”, 1 qutu qalın ağ “Sobranie” siqaretləri sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar