Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-352/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, Qarabağ müharibəsi veteranı, Qobustan rayonu, Bəklə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09 radələrində sürücü işlədiyi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin həyətində istifadə etdiyi “Tatra T” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında olarkən eyni müəssisədə sürücü işləmiş X5 ona yaxınlaşıb həmin gün bir neçə dəqiqə əvvəl istifadəsində olan “Ford” markalı yük avtomobilini park edərkən ona “bir az da yaxın ver, müdirin stoluna yaxın olsun” deməsini şəxsiyyətini aşağılayıcı ifadə kimi qəbul etməsi səbəbindən əsəbləşərək ona yaxınlaşıb öz iradlarını bildirdikdən sonra onunla zarafat edən şəxsin ünvanına nalayiq ifadələr işlətməsindən qəzəblənərək avtomobilin kabinəsinin pilləkənində üzü yola tərəf durub zərbə endirəcəyi təqdirdə kabina tərəfdən yerdə üzü “Tatra T” markalı yük avtomobilinə, arxası yola tərəf olan İmamverdi Alyarovun “Tatra T” markalı avtomobildən əks istiqamətdə 3-5 metr aralıdan 5-7 km/saat sürətlə hərəkət edən Şəki rayonu, Bideyiz kənd sakini Şahid2 istifadə etdiyi "xxxx" markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin altında qalacağı ehtimalını görməli olduğu və ya gördüyü halda lazımi diqqət və ehtiyatlılıq göstərməyərək sağ ayağı ilə güclü təpik zərbəsi endirib İmamverdi Alyarovun döş qəfəsinin ön səthinin sağ yarısının qançırı kimi sağlamlığa zərərvurmayan xəsarət yetirməklə döş qəfəsinin ön səthinin sağ yarısının qançırı kimi sağlamlığa zərərvurmayan xəsarət yetirmiş, İmamverdi Alyarov bu zərbənin təsirindən səndələyərək 2-3 addım arxa-arxaya gedib yıxılmaqla sağ kürək və sol kürəkkürəkaltı nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər aldıqdan sonra başı "xxxx" markalı yük avtomobilinin sol tərəfdən ikinci təkərinin altında qalaraq başbeyinin toxumasının, qişalarının əzilib-dağılması, qansızmaları və evakuasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxsaylı qəlpəli və deffektli sınıqları, baş nahiyəsinin sol gicgah hissəsindən başlayan və alın-təpə nahiyələrindən keçməklə sağ gicgah hissəsində tamamlanan iri ölçülü dəri və sümük deffektli əzilibcırılmış yarası, başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın və çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol ağciyərin cırılmış yaraları, soldan l-Vİ qabırğaların sol körpücük, sol kürək sümüklərinin sınıqları, boyun və döş qəfəsinin sol yarısının ön hissəsinin yumşaq toxumalarına və əzələlərə qansızmalar, sol bazu sümüyünün orta və yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı, boyun nahiyəsinin ön və sol yan səthlərinin sıyrığı, başın sol gicgah-alın nahiyəsindən başlayan və üzün sol yarısından, boyunun sol yan səthindən sol çiyin qurşağı-körpücüküstü nahiyələrdən keçməklə sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinədək davam edən iri ölçülü qançırı və sıyrığı, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı kimi sağlamlığa ağır zərəvurmanın əlamətlərinə malik xəsarətlər alıb baş və üz nahiyələrinin deformasiyası ilə nəticələnən baş beyinin toxumasının və qişalarının əzilib-dağılması, qansızmaları, evakuasiyası, kəllə əsası və kəllə qapağı sümüklərinin, üz skeleti sümüklərinin çoxsaylı sınıqları kimi həyatla bir araya sığmayan xəsarətlər sonuncunun ölümünə səbəb olmaqla İmamverdi Alyarovu ehtiyatsızlıqdan öldürmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020ci ilin aprel ayından “4 nömrəli magistral yolların istismarı“ MMC-də "xxxx" sürücüsü kimi işləməyə başlamışdır. Həmin yük avtomobilinin dövlət qeydiyyat nişanı **-JL-*** olmuşdur. X2 ondan bir neçə il əvvəl MMC-də “Ford” markalı yük avtomobilinin sürücüsü kimi fəaliyyət göstərmişdir. xx.xx.2021- ci il tarixdə saat 08 radələrində İmamverdi MMC-nin həyətində “Ford” markalı yük avtomobilini park edərkən sonuncuya çöldən istiqamət vermişdir. İmamverdi MMC-nin rəhbərliyinin oturduğu binaya yaxın park etdiyindən ona zarafatla “bir az da yaxın ver, müdirin stoluna yaxın olsun” demişdir. İmamverdi maşın işləyən vəziyyətdə ona nəsə demiş həmin sözləri eşitmədiyindən əhəmiyyət verməmişdir. Sonra isə İmamverdi maşından düşərək MMC-də asfaltın istehsal olunduğu yerə getmişdir. Az müddət sonra orda qaldıqdan sonra özünün sürdüyü "Tatra”nı MMC-nin həyətinə, yəni hadisə olan yerə vermiş və avtomobilin kabinəsində vintaçanla işləməyə başlamışdır. Bir müddət sonra İmamverdi onun oturduğu kabinədə sürücü tərəfdən, yeni oturduğu yerdən qapını açmış, yanına qalxmış və sinəsindən tutaraq acıqla “bayaq nə deyirdin? Mən qəhbə deyiləm” demiş və onu ağır söyüşlərlə təhqir etmişdir. İmamverdiyə “nə olub itə dönmüsən, mən sənlə zarafat etdim, əgər zarafat istəmirsənsə bundan sonra zarafat etmərəm” demişdir. Bundan sonra İmamverdi kabinədən düşmüş, düşə-düşə yenə də söyüş söymüşdür. İmamverdi yerə düşəndə yəni ayaqları tam şəkildə yerdə olanda yenidən üzü ona tərəf dönərək var-yoxuna söymüşdür. Həmin ağır söyüşə görə özünü itirmiş və sağ ayağı ilə İmamverdinin sinəsindən təpiklə vurmuşdur. Təpik vuranda "xxxx"nın pilləkənində olmuşdur. Həmin vaxt heç bir saniyə keçməmiş İmamverdi onun vurduğu ayaq zərbəsindən yıxılmış və başı "xxxx"dan 3-4 metr aralıdan keçən "xxxx" markalı yük avtomobilinin sürücü tərəfdən olan ikinci təkərinin altında qalmışdır. Bunu gördükdə özünü itirmiş və İmamverdinin başının tam əzildiyini gördükdə sonuncunun öldüyünü başa düşmüşdür. Həmin vaxt bu hadisəyə görə başına vurmuşdur. Hadisə baş verdikdə saat 09 radələri olmuşdur. Həmin vaxt MMC-də onlardan başqa heç kəs olmamışdır. Hadisə ilə bağlı rəhbərliyə zəng edərək məlumat vermişdir. Bir müddət sonra rəhbərlik və MMC-nin digər əməkdaşları gəlmişlər. Daha sonra isə hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. İmamverdi ilə başı aralarında mübahisə olduğundan və sonuncu onu ağır söyüşlərlə təhqir etdiyindən "xxxx"ı görməmişdir. İmamverdini öldürmək məqsədi ilə vurmamışdır. Əgər sonuncunu öldürmək istəsə, əlində olan vintaçanla vurarmış. Həmçinin həmin vaxt "xxxx"nın günlükləri açıq olduğundan "xxxx"ı görməmişdir. Mübahisə vaxtı MMC-də mübahisələrini heç kəs görməmişdir. MMC-nin həyətində yük avtomobillərinin 5 km/saat sürətlə hərəkət etməsi müəyyən edilmişdir. "xxxx"ı isə əvvəlcədən görmədiyindən onun hansı sürətlə hərəkət etməsini bilməmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə işlədiyi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin ərazində yerləşən "xxxx" MMC-nin həyətində başı "xxxx" markalı yük avtomobilinin təkəri altında qalıb ölən 1972-ci il təvəllüdlü X8 onun atası olmuşdur. Atası ilə anası Şahid1 arasında rəsmi nikah olmadığından anasının soyadını daşımışdır. Xırdalan şəhərində böyümüşdür. Yəni atası və anası 23 il əvvəldən Xırdalan şeherində yaşamağa başlamışlar. Atası 2015-ci ildən "xxxx" MMC-də yük avtomobilinin sürücüsü kimi işləməyə başlamışdır. Atası iş yoldaşları ilə həmişə normal münasibət saxlamış və öz işindən heç vaxt narazı olmamışdır. Atası çox mülayim ailəsinə bağlı bir insan olmuşdur. 08 noyabr 2021-ci il tarixdə saat 11 radələrində dayısı Fərhad Quluyev zəng edərək atasının iş yerində vəfat etdiyini bildirmişdir. Lakin atasının iş yerinə getməmişdir. Bir müddətdən sonra atasının meyitini evə gətirmişlər. Meyiti gətirənlər arasında hadisə yerində olmuş xalası Xəyalə Quliyevanın əri Şahid3 atasının səhər saatlarında iş yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını və sonuncunun atasının sinəsinə qəsdən təpik vuraraq təxminən 3-4 metr aralıdan keçən "xxxx" markalı yük avtomobilinin təkəri altına saldığını və bunun nəticəsində atasının başının təkərin altında qaldığını və atasının öldüyünü öyrənmişdir. Bildiyi qədər atasının iş yoldaşları ilə aralarında heç bir problemi olmamışdır. Lakin hadisə günü atası və Təqsirləndirilən şəxs bir-biriləri ilə mübahisə etmiş və sonuncu atasının sinəsindən təpik vuraraq onu qəsdən yaxınlıqdan keçən "xxxx" markalı yük avtomobilinin altına salmışdır. Bunun nəticəsində atasının başı əzilmiş və hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs niyyəti atasının sinəsindən ayağı ilə zərbə vuraraq "xxxx" markalı yük avtomobilinin altına salmaq olmuşdur. Çünki, hadisənin gedişində Təqsirləndirilən şəxs hadisənin baş verməsi barədə müxtəlif sözlər danışmışdır. Bütün bunlar ona atasının başı altında qalmış "xxxx"ın sürücüsündən, qohumu Ramildən və başqalarından məlum olmuşdur. Belə ki, həmin sürücünün danışmasına görə Təqsirləndirilən şəxs üzü yola tərəf olmuş, "xxxx" ağır yüklü olduğundan 5-7 km/saat, yəni orta sürətlə yeriyən adamın sürəti ile hərəkətdə olmuş, "xxxx" sürücüsü hər hansı təhlükə gözləmədən təxminən qeyd etdiyi sürətlə qabaq hissəsi "Tatra” markalı yük avtomobilinin yanından keçərkən atası yerdə, Təqsirləndirilən şəxs isə üzü atasına tərəf "xxxx" markalı yük avtomobilinin kabinəsindən yəni hündürdən atasına çox güclü təpik vurmuşdur. Zərbə vuran sürücü bilməmiş deyildir ki, bu cür zərbədən sonra atasına ölməkdən başqa heç bir şans qoymamışdır. “Kamaz" sürücüsünün deməsinə görə atasına təpiklə yetirilən zərbəni görmüş ayağını əyləcə basmışdır. Onun bu hərəkəti ilə avtomaşın yüklü olduğundan, torpaq qrunt olduğundan və həmin sahədə "xxxx" hərəkəti istiqamətində maililik olduğundan qabaqdan ikinci sırada olan təkər atasının başının üstündən keçmişdir. Təqsirləndirilən şəxs yalan danışması elə ondan aydın görünür ki, sonuncu üzü yola olmasına və "xxxx"ın onun dayandığı yerdən 3-4 m aralıdan getməsinə baxmayaraq atasının sinəsindən güclü zərbə endirərkən "xxxx"ı görmədiyini bildirməsidir. 3 m-dən keçən "xxxx"ı görməyən şəxsin atasına bu məsafədən zərbə endirərkən heç bir pis niyyətinin olmadığını deməsi aşkar şəkildə məsuliyyətdə yaxa qurtarmaqdan başqa bir şey deyildir. Hadisədən sonra hadisə yerində olmuş, hadisə baş verən yerdən təxminən 20 m aralıda 5 km/saat sürətlə hərəkət etməni göstərən qırmızı rəngli işarə olmuşdur. Ramil və orada olan digər şəxslər müəssisənin həyətinə girərkən maşınların bu sürətlə hərəkət etdiyini ona demişlər. Bir sözlə hadisə yerində olduqdan sonra Ramilin və digər tanımadığı şəxslərin danışmasından aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərbəni endirərkən atasının cəmi 3 metrliyindən keçən "xxxx" markalı avtomobilin altına yıxmaq və onun maşının təkəri altında qalması ilə yaşamasına heç bir şans verməmək olmuşdur. Bütün bunlardan "xxxx" sürücüsü danışdığından digər qohumları da məlumatlıdırlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətmişdir, ona görə də sonuncu izləri itirməyi yaxşı bilir. Çünki, müstəntiqlərin həqiqəti necə aydınlaşdırması üsullarını mənimsəmişdir. Atasını öldürdükdən sonra bütün hərəkətləri öz cinayətini ört basdır etməkdən, yalanlar danışıb mərhumun ailəsini və istintaq orqanını aldatmağa cəhdlərdə ibarət olmuşdur. "xxxx" sürücüsünün deməsinə görə zərbə o qədər qüvvətli olmuşdur ki, "xxxx" sürücüsü ayağını dərhal əyləcə basmışdır. Çünki məsafə az olduğundan atasının başının təkərin altında qalması üçün zərbədən sonra müvazinətini itirərək 1 və ya 2 addım addımlamasının mümkünlüyü aydın olmuşdur. "xxxx" sürücüsü başa düşmüşdür ki, atası belə bir zərbədən sonra yıxılaraq istifadə etdiyi maşının altına düşəcək bu səbəbdən də dərhal əyləcə basmışdır. Faktiki olaraq atası dayandığı yerdən müvazinətini itirərkən arxası "xxxx"a tərəf 1 metr və ya bir az çox məsafə qət etmişdir. Yəni həqiqətdə "xxxx"! yalnız atası görməyə bilərdi, üzü "xxxx"a tərəf olan Təqsirləndirilən şəxs yox. Buna görə də ilk gündən "xxxx"nın sürücüsünün niyyətinin atasının maşının altına qəsdən salmasını öyrənib onunla heç bir barışığa getməmişlər. Ramilin və "xxxx" sürücüsü Şahid2 dediklərini bilmişdir. Təqsirləndirilən şəxs atasını ölməzdən qabaq təhqir etmiş və atası məhz bu səbəbdən Təqsirləndirilən şəxs "xxxx"nın kabinəsində olarkən sonuncunun bu təhqirinin səbəbini soruşmuşdur. Lakin aqressiv davranışla qarşılaşmış və Təqsirləndirilən şəxs tərəfindən ağır tonnajlı yük avtomobilinin altına salınmışdır. "xxxx" markalı yük avtomobilin sürücüsü Şahid2 heç bir şikayəti və tələbi yoxdur. Çünki sonuncunun hadisənin qarşısını almaq imkanı olmamışdır. Atası "xxxx"ın sağ tərəfində yerləşən ikinci təkərinin altında qalaraq ölmüşdür. Lakin Təqsirləndirilən şəxs şikayəti vardır. Çünki o, atasının sinəsindən qəsdən möhkəm təpik vuraraq onu Şahid2 idarə etdiyi "xxxx" markalı yük avtomobilinin altına salmışdır. Təpik vurarkən onun yuxarıdan aşağı vurmuş, üzü "xxxx" markalı avtomobilə doğru olmuşdur. Onun "xxxx" markalı avtomobili görməməsi mümkün deyildir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə işlədiyi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin ərazində yerləşən "xxxx" MMC-nin həyətində başı "xxxx" markalı yük avtomobilinin təkəri altında qalıb ölən 1972-ci il təvəllüdlü X8 onun həyat yoldaşı olmuşdur. O və mərhum İmamverdi Alyarov arasında rəsmi nikah olmamışdır. Onların bu münasibətdən iki oğlu (2001-ci il təvəllüdlü İbrahim Quluyev və 2005-ci il təvəllüdlü İmaməli Quluyev) dünyaya gəlmişdir. Təxminən 23 il əvvəldən Xırdalan şəhərində yaşamağa başlamışlar. İmamverdi 2015-ci ildən "xxxx" MMC-də yük avtomobilinin sürücüsü kimi işləməyə başlamışdır. İmamverdi iş yoldaşları ilə həmişə normal münasibət saxlamış və öz işindən heç vaxt narazı olmamışdır. O, çox mülayim ailəsinə bağlı bir insan olmuşdur. 08 noyabr 2021-ci il tarixdə saat 11 radələrində qardaşı Fərhad Quluyev zəng edərək İmamverdinin iş yerində vəfat etdiyini bildirmişdir. Lakin İmamverdinin iş yerinə getməmişlər. Oraya əvvəlcə həmin müəssisədə işləmiş bacısı Xəyalə Quliyevanın əri Ramin Qasımov getmişdir. Bir müddətdən sonra İmamverdinin meyitini evə gətirmişlər. Meyiti gətirənlər arasında hadisə yerində olmuş X11 səhər saatlarında iş yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını və sonuncunun İmamverdinin sinəsinə qəsdən təpik vuraraq təxminən 3-4 metr aralıdan keçən "xxxx" markalı yük avtomobilinin təkəri altına saldığını, bunun nəticəsində İmamverdinin başının təkərin altında qaldığını və sonuncunun öldüyünü demişdir. İmamverdinin iş yoldaşları ilə aralarında heç bir problemi olmamışdır. Lakin hadisə günü İmamverdi və Təqsirləndirilən şəxs bir- biriləri ilə mübahisə etmiş və sonuncu özünün istifadə etdiyi "xxxx" markalı yük avtomobilinin pilləkənində duraraq möhkəm zərbə ilə İmamverdinin sinəsindən təpik vuraraq onu qəsdən yaxınlıqdan, yəni təxminən 3-4 metr yaxınlıqdan aşağı sürətlə keçən "xxxx" markalı yük avtomobilinin altına salmışdır. Bunun nəticəsində İmamverdinin başı əzilmiş və hadisə yerində ölmüşdür. "xxxx" markalı yük avtomobilin sürücüsü Şahid2 heç bir şikayəti və tələbi yoxdur. Çünki sonuncunun hadisənin qarşısını almaq imkanı olmamışdır. Atası "Kamaz”ın sağ tərəfində yerləşən ikinci təkərinin altında qalaraq ölmüşdür. Lakin Təqsirləndirilən şəxs şikayəti vardır. Çünki o, İmamverdinin sinəsindən qəsdən möhkəm təpik vuraraq onu Şahid2 idarə etdiyi "xxxx" markalı yük avtomobilinin altına salmışdır. Təpik vurarkən onun yuxarıdan aşağı vurmuş, üzü "xxxx" markalı avtomobilə doğru olmuşdur. Onun "xxxx" markalı avtomobili görməməsi mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz 5511 yük” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımaqla məşğul olur. 7 noyabr 2021 -ci il saat 20:00 radələrində Ağsu rayonunda yerləşən zavoddan “Otsep toz” adlanan yükdən avtomobilinə yükləmiş və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “4 nömrəli magistral yolların istismarı“ MMC-ə gətirmişdir. 8 noyabr 2021 -ci il tarixdə saat 04 radələrində MMC- ə çatsa da həmin vaxt MMC yükü qəbul etməmişdir. Yüklə birlikdə "xxxx"ın ümumi çəkisi təxminən 27-30 ton etmişdir. Saat 09 radələrində MMC-də iş başladığından "xxxx"ı MMC-ə daxil etmiş və MMC-nin həyətində 5 km/saat sürətlə hərəkət etdirmişdir. Avtomobil hərəkətdə olarkən gediş trayektoryasının sol tərəfində "xxxx" markalı yük avtomobili görmüşdür. Həmin avtomobilin kabinəsində bir nəfər, yerdə "xxxx"dan bir qeder aralıda başqa bir nəfər üzüzə durub söhbət etmişlər. "xxxx"dan təxminən 3-4 metr aralıdan keçmişdir. "xxxx"ın kabinəsi söhbət edən şəxslərin yanından, yəni bərabərliyindən keçdikdən çox az müddət sonra sol yan yəni sürücü tərəfdə olan güzgüdən anidən "xxxx"nın kabinəsində olan şəxsin yerdə olan şəxsə doğru çox güclü ayaq zərbəsi endirdiyini, yəni ayağının yerdə duran şəxs istiqamətində qəflətən sürətlə tam açıldığını görmüşdür. Bu zaman yalnız ayağı görmüş, lakin yerdə duran şəxs görünüş dairəsində olmamışdır. Həmin an yerdə duran şəxsi güzgüdən görməsə də qeyri-iradi başa düşmüşdür ki, zərbə yerdə duran şəxs istiqamətində atılmış və həmin şəxs bu zərbədən avtomaşının altına düşə bilər. Anidən bunu dərk etdiyinə görə, ayaq zərbəsinin atıldığını gördüyü anda dərhal mufta və əyləci basmışdır ki, avtomaşını yerində saxlasın. Avtomobili dayandıran kimi dərhal yerə düşmüş və həqiqətən qorxduğu və düşündüyü şeyin baş verdiyini görmüşdür. Belə ki, "xxxx" sürücüsü ilə söhbət edən orta yaşlı kişi "xxxx" sürücüsünün ona vurduğu ayaq zərbəsindən müvazinətini itirərək yıxılıb idarə etdiyi "xxxx"ın altına düşmüşdür. Həmin vaxt "xxxx"ın sol tərəfdən ikinci sırada yerləşən təkəri kişinin başını əzmiş və kişi hadisə yerində ölmüşdür. Hadisədən sonra "xxxx" sürücüsünün ölən şəxsi təhqir etdiyindən aralarında mübahisə yarandığını və mübahisə zəminində "xxxx" sürücüsünün ölən kişinin sinəsindən qəflətən güclü zərbə vurduğunu, həmin zərbənin nəticəsində ölən kişinin baş nahiyəsinin bu zaman ordan keçərkən avtomobilinin təkərinin altına düşdüyünü bilmişdir. Həmçinin sonradan "xxxx" sürücüsünün Təqsirləndirilən şəxs, ölən şəxsin isə MMC-də sürücü vəzifəsində işləmiş X8 olduğunu öyrənmişdir. Hadisəyə qədər həmin şəxslərdən heç birini tanımamışdır. "xxxx" markalı avtomaşının yanından keçəndə aralarında təxminən 3-4 metr aralığında məsafə olmuşdur. Həm Təqsirləndirilən şəxs, həm onun idarə etdiyi avtomaşınlar çox böyük qabaritli yük avtomaşınlarıdır. İki avtomobilin arasında da görməni məhdudlaşdıran heç bir divar, çəpər olmamışdır. Hadisə də səhər saat 09 radələrində günün işıqlı vaxtında baş vermişdir. Bu baxımdan Təqsirləndirilən şəxs mənim avtomobilimi görməsinə mane olan heç bir şey olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təpik vurulduğunu görməyi ilə avtomobili dayandırmağı arasında 1 saniyədən az vaxt keçmişdir. Çünki avtomobili çox az sürət ilə yəni normal insanın orta yerimə sürəti ilə hərəkət etdirmişdir, bu səbəbdən avtomobili bu müddət ərzində tam saxlamağa nail olmuşdur. Bu onu göstərir ki, İmamverdi Alyarovun təpik zərbəsi alması və istifadə etdiyi "xxxx"ın təkərinin altına düşməsi arasında 1 saniyədən az vaxt keçmişdir. Bütün bunlar barəsində İmamverdi Alyarovun ailəsinə və digər yaxınlarına da məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə işlədiyi Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin ərazisində yerləşən "xxxx" MMC-nin həyətində başı "xxxx" markalı yük avtomobilinin təkəri altında qalıb ölən 1972-ci il təvəllüdlü X8 bacanağı olmuşdur. Belə ki, baldızı Şahid1 ilə mərhum İmamverdi Alyarov arasında rəsmi nikah olmasa da onlar 20 ildən çox ər-arvad kimi yaşamışlar. Onların bu münasibətdən iki oğulları (2001-ci il təvəllüdlü İbrahim Quluyev və 2005-ci il təvəllüdlü İmaməli Quluyev) dünyaya gəlmişdir. 2015-2018-ci illər arasında "xxxx" MMC-də sürücü kimi işləmişdir. Öz ailəsi ilə birlikdə İmamverdi Alyarovun ailəsi ilə qonşuluqda yaşamışdır. 08 noyabr 2021-ci il tarixdə saat 10 radələrində MMC-də mexanik işləyən Arzu adlı şəxs İmamverdinin iş yerində vəziyyətinin ağırlaşdığını bildirmiş və onun oraya gedərək sonuncunu evə aparmasını istəmişdir. Həmin vaxt evdə olmuşdur. Dərhal evdən çıxmış və təxminən 40 dəqiqə sonra MMC-nin həyətinə çatmışdır. MMC-nin həyətində İmamverdini "xxxx" markalı avtomobilin sol ikinci təkərinin altında başının qaldığını görmüşdür. "xxxx"dan 3-4 metr aralıda isə "xxxx" markalı yük avtomobili olmuşdur. İmamverdi elə oradaca ölmüş və hərəkətsiz halda qalmışdır. Həmin vaxt İmamverdiyə Təqsirləndirilən şəxs adlı həmin "xxxx" markalı yük avtomobilinin sürücüsü tərəfindən təpiklə zərbə vurdulduğunu və İmamverdinin bu zərbədən sonra müvazinətini itirərək bir neçə addım arxaya atdığını və "xxxx"ın altına düşdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs ilə hadisə yerində söhbət etmişdir. Sonuncu İmamverdini öldürmək üçün vurmadığını demişdir. Lakin Təqsirləndirilən şəxs niyyətinin İmamverdinin sinəsindən ayağı ilə zərbə vuraraq "xxxx" markalı yük avtomobilinin altına salmaq olduğunu bilmişdir. Çünki, hadisənin gedişində Təqsirləndirilən şəxs hadisənin baş verməsi barədə müxtəlif sözlər danışmışdır. Belə ki, "xxxx" markalı yük avtomobilinin sürücüsünün danışmasına görə Təqsirləndirilən şəxs üzü yola tərəf olmuş, "Kamaz” ağır yüklü olduğundan 5-7 km/saat, yəni orta sürətlə yeriyən adamın sürəti ilə hərəkətdə olmuş, "xxxx" sürücüsü hər hansı təhlükə gözləmədən təxminən qeyd etdiyi sürətlə qabaq hissəsi "xxxx" markalı yük avtomobilinin yanından keçərkən İmamverdi yerdə, Təqsirləndirilən şəxs isə üzü İmamverdiyə tərəf "xxxx" markalı yük avtomobilinin kabinəsindən yəni hündürdən İmamverdiyə çox güclü təpik vurmuşdur. Zərbə vuran sürücü bilməmiş deyildir ki, bu cür zərbədən sonra İmamverdiyə ölməkdən başqa heç bir şans qoymamışdır. "xxxx" sürücüsünün deməsinə görə İmamverdiyə təpiklə yetirilən zərbəni görmüş ayağını əyləcə basmışdır. Onun bu hərəkəti ilə avtomaşın yüklü olduğundan, torpaq qrunt olduğundan və həmin sahədə "xxxx" hərəkəti istiqamətində maililik olduğundan qabaqdan ikinci sırada olan təkər İmamverdinin başının üstündən keçmişdir. Təqsirləndirilən şəxs yalan danışması elə ondan aydın görünmüşdür ki, sonuncu üzü yola olmasına və "xxxx"ın onun dayandığı yerdən 3-4 m aralıda getməsinə baxmayaraq İmamverdinin sinəsində güclü zərbə endirərkən "xxxx"ı görmədiyini bildirməsidir. 3 m-dən keçən "xxxx"ı görməyən şəxsin İmamverdiyə bu məsafədən zərbə endirərkən heç bir pis niyyətinin olmadığını deməsi aşkar şəkildə məsuliyyətdə yaxa qurtarmaqdan başqa bir şey deyildir. Təqsirləndirilən şəxs zərbəni endirərkən İmamverdinin cəmi 3 metrliyindən keçən "xxxx" markalı avtomobilin altına yıxmaq və sonuncunun maşının təkəri altında qalması ilə yaşamasına heç bir şans verməmək olmuşdur. "xxxx" sürücüsünün deməsinə görə zərbə o qədər qüvvətli olmuşdur ki, "xxxx" sürücüsü ayağını dərhal əyləcə basmışdır. Çünki məsafə az olduğundan İmamverdinin başının təkərin altında qalması üçün zərbədən sonra müvazinətini itirərək 1 və ya 2 addım addımlamasının mümkünlüyü aydın olmuşdur. "xxxx" sürücüsü başa düşmüşdür ki, İmamverdi belə bir zərbədən sonra yıxılaraq istifadə etdiyi maşının altına düşəcək bu səbəbdən de dərhal əyləcə basmışdır. Faktiki olaraq İmamverdi dayandığı yerdən müvazinətini itirərkən arxası "xxxx"a tərəf 1 metr ve ya bir az çox məsafə qət etmişdir. Yəni həqiqətdə "xxxx"ı yalnız İmamverdi görməyə bilərdi. Təqsirləndirilən şəxs isə üzü "xxxx"a tərəf olduğundan, "xxxx" aşağı sürətlə hərəkət etdiyindən, həmçinin güclü səs çıxardığından onu görməməsi mümkün deyildir. Bütün bunlar Şahmarın İmamverdini qəsdən "xxxx"ın altına salması fikrini möhkəmləndirmişdir. İmamverdinin meyitini hadisə yerindən götürdükdən sonra Azərbaycan Respublikası SN-nin mərkəzi meyitxanasına aparmışlar. Meyit müayinə olunduqdan sonra təhvil verilmiş və İmamverdini Masazır qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin ərazində yerləşən "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyir. İşi əsasən MMC-də olan işlərin görülməsinə nəzarət edir və MMC-nin rəhbərindən aldığı göstərişləri icra edir. MMC-də hər gün iş saat 08 radələrində başlanır, saat 17 radələrində isə bitir. 08 noyabr 2021-ci il tarixdə MMC-nin rəhbərliyinin daxili əmrinə əsasən iş günü elan edilmişdir. Ona görə həmin gün saat 08 radələrində Bakı- Şamaxı avtomobil yolunda olmuş və orada görülən işlərlə bağlı göstərişlərini vermişdir. Saat 08:31 radələrində MMC-nin baş mexaniki Şahid5 ona MMC-nin ərazisində hadisənin baş verməsi ilə bağlı məlumat vermişdir. Təcili MMC-ye gəlmiş ve görmüşdür ki, yükləməyə dayanmış sürücü Şahmarın idarə etdiyi avtomobil dayanmış, həmin avtomobilin yanında MMC-yə Axsu rayonundan yek gətirən "xxxx" markalı avtomobil dayanmış və İmamverdidə həmin avtomobilin sol tərəfində arxa təkərinin altında başı əzilmiş vəziyyətdə ölmüşdür. Orada məlum olmuşdur ki, İmamverdi ilə Şahmarın arasında mübahisə olmuş, Şahmar İmamverdiyə ayaqla zərbə vurmuş, İmamverdi oradan keçən həmin "xxxx" markalı avtomobilin təkərinin altına yıxılmış və avtomobilin təkəri sonuncunun başını əzmişdir. Ondan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifədəsində göstərmişdir ki, Aşağı Güzdək qəsəbəsinin ərazində yerləşən "xxxx" MMC-də yol ustası və iş icraçısı işləyir. İşi əsasən yollarda işlərin icrasına nəzarəti həyata keçirməkdən ibarətdir. 08 noyabr 2021-ci il tarixdə MMC-nin rəhbərliyinin göstərişinə əsasən MMC-nin 3 nəfər əməkdaşı Ələkbər, Nizami, Xaləddinin ilə Bakı- Şamaxı avtomobil yolunun Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində yolda çatlaq olan yerləri təmir etməyə hazırlaşmışlar. Həmin gün təxminən saat 09 radələrində onlara MMC-nin həyətində sürücü Şahmarın digər sürücü İmamverdiyə təpiklə zərbə vurması, İmamverdinin yaxınlıqdan keçən "xxxx" markalı avtomobilin təkərinin altına yıxılması, avtomobilin onu əzməsi və sonuncunun bunun nəticəsində vəfat etməsi barəsində məlumat vermişlər. Hadisənin baş verməsini görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2021-ci il tarixli 2670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertinin xx.xx.2021-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başbeyinin toxumasının, qişalarının əzilib-dağılması, qansızmaları və evakuasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin çox saylı qəlpəli və deffektli sınıqları. Baş nahiyəsinin sol gicgah hissəsindən başlayan və alın-təpə nahiyələrindən keçməklə sağ gicgah hissəsində tamamlanan iri ölçülü dəri və sümük deffektli, əzilmişcırılmış yarası. Başın sağ təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası. Alt dodağın və çənə nahiyəsinin əzilmiş-cırılmış yarası. Sol ağciyərin cırılmış yaraları, soldan İ - Vİ qabırğaları sol körpücük, sol kürək sümüklərinin sınıqları, boyun və döş qəfəsinin sol yarısının ön hissəsinin yumşaq toxumalarına və əzələlərə qansızmalar. Sol bazu sümüyünün orta və yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı. Boyun nahiyəsinin ön və sol yan səthlərinin sıyrığı. Başın sol gicgah-alın nahiyəsindən başlayan və üzün sol yarısından, boyunun sol yan səthindən sol çiyin qurşağı-körpücüküstü nahiyələrdən keçməklə sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinədək davam edən iri ölçülü qançırı və sıyrığı. Döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı. Sağ kürək və sol kürək-kürekaltı nahiyələrinin sıyrıqları. Döş qəfəsinin ön səthinin sağ yarısının qançırı. Qeyd edilə xəsarətlər həyatidirlər, İ.Q.Altarovun ölümündən bir qədər əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən qərarada göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəki olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. İ.Q.Alyarovun meyitində aşkar edilimiş xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarısının qançırı insan bədənin hissəsilə endirilmiş zərbə nəticəsində,sağ kürə sol kürək- kürəkaltı nahiyələrinin sıyrıqları və xəsarətlərinin isə öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyəməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Həmin xəsarətlər həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərərcələri təyin edilmir. İ.Q. Alyarovun meyitində aşkar olunmuş digər xəsarətlərin yəni, baş-beyinin toxumasının, qişalarının əzilib-dağılması, qansızmaları və evakuasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin çox saylı qəlpəli və deffektli sınıqları, baş nahiyəsinin sol gicgah hissəsindən başlayan və alın-təpə nahiyələrindən keçməklə sağ gicgah hissəsində tamamlanan iri ölçülü dəri və sümük deffektli, əzilibcırılmış yarası, başın sağ təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın və çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol ağciyərin cırılmış yaraları, soldan İ - Vİ qabırğaları sol körpücük, sol kürək sümüklərinin sınıqları, boyun və döş qəfəsinin sol yarısının ön hissəsinin yumşaq toxumalarına və əzələlərə qansızmalar, sol bazu sümüyünün orta və yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı, boyun nahiyəsinin ön və sol yan səthlərinin sıyrığı, başın sol gicgah-alın nahiyəsindən başlayan və üzün sol yarısından, boyunun sol yan səthindən sol çiyin qurşağı-körpücüküstü nahiyələrdən keçməklə sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinədək davam edən iri ölçülü qançırı və sıyrığı, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı xəsarətlərinin qərarda göstərilən şəraitdə, yəni yük avtomaşının təkərinin bədən üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb - baş və üz nahiyələrinin deformasiyası ilə nəticələnən baş- beyinin toxumasının və qişalarının əzilib dağılması, qansızmaları, evakuasiyası, kəllə əsası və kəllə qapağı sümüklərinin, üz skeleti sümüklərinin çoxsaylı sınıqları kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolun, 1,4 - benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5423 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasdında X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmə trasoloji ekspertizasının xx.xx.2021- ci il tarixli 3/2008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamasının üzərində "... X5 əynində olmuş bir ədəd qolsuz gödəkçə ... “ yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin ön hissəsinin sol yuxarı tərəfində zəif əks olunmuş iz - ümumi əlamətlərinə əsasən təqdim edilmiş bağlamasının üzərində “ ... Təqsirləndirilən şəxs əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş "... bir cüt ayaqqabının sağ tayının altlıq hissəsindən qala bilər. Lakin gödəkcənin ön hissəsinin sol yuxarı tərəfində aşkar edilmiş iz zəif əks olunduğundan və izdə iz qoyan obyektin xüsusi əlamətləri müşahidə edilmədiyindən gödəkcənin səthindəki izin konkret hansısa ayaqqabı altlığından yaranmasını müəyyən etmək mümkün deyil. Məhkəmə yol - nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022 - ci i tarixli 8/3124 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Kamaz - 5511 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti 28 May qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 ədəd «CD» disk cinayət işinə əlavə edilmiş, X7 məxsus 01 ədəd qara rəngli qolsuz jilet, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd tünd boz rəngli poliver, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd yaşıl rəngli uzunqol poliver, 01 ədəd qara rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hacıyev X10 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrun etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Fəxri Fərmanın sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri tərəfindən Vətən Müharibəsi zamanı vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Təltif olunmuşdur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, videonun yeni birinci saniyədən bir nəfər şəxsin müəssisənin həyətində olan 3 ədəd arxa-arxaya durmuş yük avtomobilindən ən sağdakı "Tatra” markalı sarı rəngli yük avtomobilinə yaxınlaşdığı müəyyən edilmişdir. Videonun 49-cu saniyəsində qarşı tərəfdən hərəkətdə olan, "xxxx" markalı avtomobildən 3-5 metr aralıdan keçən "xxxx" markalı yük avtomobilinin hərəkət edən zaman birdən birə dayanması müşahidə olunur. Videonun 50-ci saniyəsində bir nəfərin "xxxx" markalı avtomobilin arxa tərəfindən çıxması və əllərini başına vurması görünür. 1 dəqiqə 5-ci saniyədə isə həmin şəxs yenidən çıxdığı yerə, yəni "xxxx" markalı avtomobillə "xxxx" markalı avtomobilin arasına gedir və videonun sonunadək görünmür. İstintaq zamanı həmin şəxsin hadisəni törətmiş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs videoda əksini tapan hadisədən bilavasitə sonra nümayiş etdirdiyi davranış onun İmamverdi Alyarovu ehtiyatsızlıqdan öldürdüyünü bir daha təsdiq edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsinhüquqi varisinin, şahid ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, qəsdən adam öldürmə cinayətləri ilə müqayisədə ehtiyatsızlıqdan adam öldürmə cinayətlərinin ictimai təhlükəliliyinin daha aşağı olması ilə fərqlənir. Bu cinayətlərin ictimai təhlükəliliyi daha çox təqsirkarın şəxsiyyəti, onun müəyyən olunmuş qaydalara münasibəti və s. ilə əlaqədar olur. Müasir dövrdə elm və texnikanın, istehsalatın yüksək sürətlə inkişaf etdiyi bir şəraitdə ictimai münasibətləri tənzim edən çoxlu sayda qaydalar mövcuddur ki, müəyyən etinasız, laqeyd münasibət nəticəsində həmin qaydaların pozulması ehtiyatsızlıqdan törədilən adam öldürmə cinayətinin baş verməsinə səbəb olur. Şərh olunan cinayətin obyekti qismində başqa şəxsin həyatı çıxış edir. Bu cinayət obyektiv cəhətdən məişətdə, təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrinin yerinə yetirilməsi zamanı və s. hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Əməlin CM-nin 124-cü maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın əməlində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmanı ağırlaşdırıcı hal kimi nəzərdə tutan hər hansı başqa cinayətin tərkibi olmamalıdır. Başqa sözlə, əgər CM-in hər hansı maddəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əməli ağırlaşdırıcı hal kimi nəzərdə tutarsa, onda təqsirkarın əməli həmin əlamət üzrə tövsif olunmalıdır. Şərh olunan cinayət subyektiv cəhətdən ehtiyatsızlığın cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növü ilə xarakterizə olunur. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümü ilə nəticələnəcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan zərərçəkmiş şəxsin ölümünün qarşısını alacağını güman edir (CM-in 26.2-ci maddəsi). Cinayətkarcasına etinasızlıqla adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bunu görmür (CM-in 26.3-cü maddəsi). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Nahit Hacıyev və xx.xx.2011-ci il təvəllüdlü Nazilə Hacıyeva adlı 2 azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən 2 azyaşlı övladının olmasını və Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ehtiyatsızlıqdan törədilmiş cinayətin az ağır cinayət olmasını, zərərçəkmiş şəxsin hüquqi varisnin ondan şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01 ay 17 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X7 məxsus 01 ədəd qara rəngli qolsuz jilet, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd tünd boz rəngli poliver, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd yaşıl rəngli uzunqol poliver, 01 ədəd qara rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. İş üzrə 354 manat 16 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01(bir) ay 17(on yeddi) gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 10(on) ay 13(on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X7 məxsus 01 ədəd qara rəngli qolsuz jilet, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd tünd boz rəngli poliver, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd yaşıl rəngli uzunqol poliver, 01 ədəd qara rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə 354 manat 16 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-352/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-352/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver