Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-352/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, «Azpetrol» YDM-də operator işləyən, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Hökməli-Qobu yolu ilə Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında yerləşən “AL Market” mağazasının qarşısındakı ərazidə «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin ərazidə yolu soldan sağa keçən piyada X5 avtomobilin sol qabaq hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızmalar, inkişaf etmiş travmatik beyin ödemi, sol bud və baldır sümüklərinin yerdəyişən açıq sınıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək İlyas İlyasovun baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızmalar, inkişaf etmiş travmatik beyin ödemi, sol bud və baldır sümüklərinin yerdəyişən açıq sınıqları, komatoz vəziyyət və bunların nəticəsində inkişaf etmiş baş-beyinin travmatik ödemindəm Bakı şəhərində Respublika Kliniki Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olmaqla faktiki olaraq, Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yaşayır. ’’Azəpetrol” yanacaqdoldurma məntəqəsində kassir aperator vəzifəsində işləyir. “Chevrolet Nexia” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 29 oktyabr 2022-ci il tarixdə saat təxminən 10 radələri olardı dayısıgilə getmək üçün evdən çıxmış və tam ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi Chevrolet Nexia markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu ilə üzü Qobu qəsəbəsi istiqamətinə doğru saatda 60 km/surətlə hərəkət etdirmişdir. Yanında kimsə olmamış, avtomobil yüksüz olmuşdur. Hərəkət etdiyi yol iki tərəfli olsa da ensiz olmuş, öz yolunla getdiyi vaxtı qabaqda yolun hərəkət hissəsinin sağ kənarında bir nəfər şəxsin hərəkət etdiyim istiqamətə doğru piyada getdiyini görmüş, lakin surətini azaltmamış və həmin piyada yolu soldan sağa doğru adi addımla keçməyə başlayanda artıq bir iki addım atmış, bu vaxtı o, özünü itirmiş, çünki əks yoldan da maşın gəlmiş və əks yola çıxa bilmədiyi üçün maşını saxlaya bilməmiş, elə gəldiyi surətlə də həmin şəxsi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Dərhal maşını saxlamış və vurduğu oğlanı maşına mindirəndə oraya yığışan bir nəfər şəxs ondan mobil telefon nömrəsini almışdır. Yolda olduqda xəsarət yetirdiyi şəxsin atası kimi özünü təqdim edən şəxs ona zəng vurmuş və o, idarə etdiyi avtomobillə piyadanı vurduğunu bildirmişdir. Vurduğu şəxsi də Respublika xəstəxanasına aparmış, bir qədər sonra isə onun valideyinləri xəstəxanaya gəlmiş, xəstəxanada məlum olmuşdur ki, avtomobillə vurduğu şəxs X6r. Bundan sonra avtomobillə vurduğu həmin şəxsin müalicəsi ilə məşğul olmasına baxmayaraq 03 yanvar 2023-cü il tarixdə müalicə aldığı Akademik Mirqasımov adma Respublika Kliniki xəstəxanasında ölmüşdür. Bundan sonra o, X4 ailəsinə 6000 manat pul yardım etmişdir. Göstərmişdir ki, hadisə vaxtı mən ayıq olmuş, ümuiyyətcə spirtli içki qəbul etmir, X5 əvəllər tanımamış, onunla heç bir ədavəti və düşənşiliyi olmamışdır. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq, Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə ailə üzvüləri ilə birlikdə yaşayır. xx.xx.1988-cı ildə Zəngilan rayonunda anadan olmuş X9 oğludur. Oğlu İlyas subay olmuş, onun soyadını öz atasının adını yazdırmışdır. xx.xx.2023-cü il tarixdə oğlu saat 11 radələrində İlyas Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evindən çıxaraq Hökməli-Qobu yolunda yerləşən “Al marketidən çörək alıb evə qayıtmaq istəyərkən bu zaman yolda onu Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Nexia markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuş nəticədə sürücü oğlunu Respublika Klinik xəstəxanasına aparmışdır. Bunu eşitdikdən sonra o, dərhal xəstəxanaya getmiş, orada oğluna ilk tibbi yardım göstərilmiş, lakin 66 gün xəstəxanada müalicə olunmuş, lakin bütün müdaxilələrə baxmayaraq almış olduğu xəsarətlərdən 03 yanvar 2023-cü il tarixdə mülaicə aldığı xəstəxanada vəfat etmişdir. Bundan sonra oğlu İlyası Abşeron rayonu Sulutəpə-Hökməli istiqamətində yerləşən qəbirsanlığında dəfn etmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 03 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü X4 meyitinin məhkəmə tibbi müayinəsinə və laborator müayinənin cavabına əsasən aşağıdakı nəticəyə gəlir:
1. X1 meyitində aşağıdakı xəsarətlər aşkar edildi - baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızmalar, inkişaf etmiş travmatik beyin ödemi, sol bud və baldır sümüklərinin yerdəyişən açıq sınıqları həyatı həyatı əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl, qərarın təsviri hissəsində göstiərilən şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər.
2. X1 ölümünə səbəb - baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızmalar, inkişaf etmiş travmatik beyin ödemi, sol bud və baldır sümüklərinin yerdəyişən açıq sınıqları, komatoz vəziyyət və bunların nəticəsində inkişaf etmiş başbeyinin travmatik ödemi olmuşdur.
3. X1 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023cü il saat 13:00) 2-4 saat əvvəl baş vermişdir və bu da mərhumun adma olan tibbi sənəddə qeyd olunan xx.xx.2023-cü il saat 11:05 tarixə uyğun gəlir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 8/43 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Nexia markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adma “B1,B,C1,C” kateqoriyalı BD 034851 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2032-ci il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 2/36174 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş-yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Nexia markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Nexia markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Nexia markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov