Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-352/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, AR-nın vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək qeyd olunan ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1,180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaq məqsədilə 18 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən istirahət parkından tapdığı X5 məxsus pul kisəsinin içərisindəki sonuncunun adına olan elektron məlumat daşıyıcısı-"xxxx" ASC-yə aid “Birbank” hesab kartından istifadə edib 18 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Spar” marketdən 0,70 qəpik, “X” mağazasından 6,10 manat, Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti, Alatava 2 ünvanında yerləşən “Araz” marketdən 21,53 manat,ünvan 2 ünvanında yerləşən “Spar” marketdən 43 manat,“X” mağazasından 10,40 manat,19 sentyabr 2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu,Mir Cəlal küçəsində yerləşən “Safastore” marketdən 40 manat, ünvan 4 ünvanında yerləşən “Sarı” marketdən 15,20 manat, ünvan 5 ünvanında yerləşən “Real-S” marketdən 45 manat, 8.60 manat, 3,32 manat, 10 manat məbləğində alış–veriş edib həmin kartdan ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 203 manat 85 qəpik pulu elektron məlumat daşıyıcısından istifadə edib gizli talayaraq, zərər çəkmiş X5 cəmi 203 manat 85 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə 14 aprel 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Xəlilov küçəsi ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 qəsdən kürək nahiyəsindən itələməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edib yerə yıxdıqdan sonra sonuncunun əynində olan şalvarın sağ yan cibindən 250 manat pulunu götürüb, ələ keçirərək açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib,barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.2.2 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ünvan 6 ünvanda yaşayır. Əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 18 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən istirahət parkında piyada gəzən zaman oturacaqların birində pul kisəsinin olduğunu görmüşdür. Həmin vaxt orada heç kim olmamış və o həmin pul kisəsini götürmüşdür. Pul kisəsinin içərisinə baxdıqda “Kapital” banka məxsus bank kartının, şəxsiyyət və sürücülük vəsiqələrinin olduğunu görmüşdür. Kartın içərisində pul olduğunu düşünüb cibinə qoymuş, pul kisəsini isə içərisində olan sənədlərlə birlikdə hazırda xatırlamadığı yerə tullamışdır. Bundan sonra Nəsimi rayonu ərazisində yerləşən “Spar”, “Araz” “Real S” adlanan marketlərdən tapdığı kartdan istifadə etməklə alış-veriş etmişdir. Həmin kartdan istifadə etməklə konkret olaraq neçə manat dəyərində alış-veriş etdiyini isə xatırlamır. O həmin kartdan həm 18 həmdə 19 sentyabr 2023-cü tarixlərində istifadə etmişdir. Daha sonra isə kartdan istifadə etmək istədikdə bunun mümkün olmadığını görüb kartı tullamışdır. Bundan başqa, 14 aprel 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən kioskdan bir yaşlı kişinin siqaret aldığını görmüşdür. Həmin yaşlı kişi siqaretin pulunu ödəmək üçün cibindəki pulları çıxardanda cibində təxminən 200 manatdan çox pulunun olduğunu görmüşdür. O həmin kişini kioskun yanından başlamaqla güdməyə başlamışdır. Niyyəti isə kişinin cibindəki pulları ələ keçirmək olmuşdur. O bilirmiş ki, kişinin cibindəki pulları götürsə yaşlı olduğundan ona müqavimət göstərə bilməyəcəkdir. Belə ki, niyyətini həyata keçirmək üçün uyğun yer və uyğun şəraitin yaranmasını gözləmişdir. Kişi hərəkət etdikcə o da kişinin arxasıyca piyada olaraq hərəkət etməyə başlamışdır. Xırdalan şəhərində yerləşən küçələrin biri ilə kişinin hərəkət etdiyini görüb, ətrafda isə kimsənin olmadığından istifadə edib kişinin arxa tərəfindən kişiyə yaxınlaşmışdır. Kişiyə yaxınlaşdıqda hər iki əlini kişinin ciblərinə salıb bədəni ilə itələmişdir ki, kişi yerə yıxılsın. Kişi yerə yıxılandan sonra sağ yan cibində olan pulları götürüb dərhal oradan qaçaraq uzaqlaşmışdır. O pulu götürdükdən sonra həmin vaxt oradan bir nəfər cavan oğlanın keçdiyini görmüş və həmin şəxs yanından keçib getdikdən sonra qaçaraq oradan uzaqlaşmışdır. Yaşlı kişinin cibindən 250 manat pul götürmüşdür və həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. İş üzrə zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Gürcüstan Respublikası vətəndaşı olsa da, azərbaycan dilində sərbəst yazıb, oxuya bilir. Belə ki, o orta təhsilini Gürcüstan Respublikası Qardabani rayonu, Candar kəndində alsa da, 2004-2008-ci illərdə Bakı Texniki Kollecində təhsil almışdır. 18 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən istirahət parkında dostu Oqtayla birlikdə söhbət etdikdən sonra sonuncu çıxıb getmişdir. O isə bir qədər parkda oturduqdan sonra yaşadığı ünvana getmişdir. Həmin gün mobil telefonunu söndürüb yatmışdır. Həmin tarixdə yuxudan oyanan zaman evdə pul kisəsini axtarsa da, tapa bilməmiş və ona məlum olmuşdur ki, pul kisəsini parkda oturan zaman orada unutmuşd. Bundan sonra o həmin gün, yəni 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə daha sonra isə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun pul qabısı qara rəngli olmaqla dəyəri 40 manat olmuşdur. O, 18 və 19 sentyabr 2023-cü il tarixlərində kartından pulların çıxarıldığını görmüş və 19 sentyabr 2023-cü il tarixdə kartını mobil telefonundan bloklamışdır. Kartını bloklayanadək kartından 203,85 manat pul çıxarılmışdır. Belə ki, 18 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Spar” marketdən 43,70 manat, Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti, Alatava 2 ünvanında yerləşən “Araz” marketdən 21,53 manat, “X” mağazasından 16,50 manat, 19 sentyabr 2023cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən “Safastore” marketdən 40 manat, ünvan 4 ümvanında yerləşən “Sarı” marketdən 15,20 manat, ünvan 5 ünvanında yerləşən “Real-S” marketdən 66,92 manat dəyərində alış-veriş edilmişdir. O ilkin araşdırma zamanı və əvvəlki ifadəsində yanlış anlaşılma olduğu üçün ona məxsus kartdan 680 manat pulun çıxarıldığı qeyd edilmişdir. Əslində isə kartından 203,85 manat pul oğurlanmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında qeydiyyatda olsa da, ünvan 11 yaşayış evində tək kirayə yaşayır. Təqaüdçü olduğuna görə 313 manat pensiya alır. 10 aprel 2024-cü il tarixdə pensiyasını almış və kartından çıxardıb üzərində saxlamışdır. Həmin pulun 63 manatını şəxsi ehtiyaclarına xərcləmişdir, 250 manatı isə üzərində saxlamışdır. 14 aprel 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığındakı kioskdan siqaret alıb piyada olaraq evə doğru getmişdir. Həmin tarixdə saat 23:45 radələrində Xırdalan şəhəri, R.Xəlilov küçəsi ilə hərəkətdə olarkən naməlum şəxs kürək nahiyyəsindən itələmiş və o yerə yıxılmışdır. Həmin şəxs onu yerə yıxdıqdan sonra şalvarının sağ cibində saxladığı 250 manat pulunu talayıb oradan qaçaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs tərəfindən 14 aprel 2024-cü il tarixdə,saat 23 radələrində törədilmiş soyğunçuluq cinayət əməlinin görüntülərinin əks olunduğu 1 ədəd “CD” formatlı diskə məhkəmədə baxış keçirildi, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğurlamış olduğu X5 məxsus "xxxx" ASC-yə aid “Birbank” hesab kartından istifadə etməklə 18 sentyabr 2023-cü il tarixdə “Spar” marketdən etdiyi alışverişin görüntüsünün əks olunduğu 1 ədəd “CD” formatlı diskə məhkəmədə baxış keçirildi, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir.Belə ki, Balakən rayon Məhkəməsinin 1(019)-97/2023 saylı 24 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 29,318,1 maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İşdə olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin 21 yanvar 2025-ci il tarixli 17c saylı məktubundan görünür ki, Balakən rayon Məhkəməsinin 1(019)-97/2023 saylı 24 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzası icra olunmamış qalmışdır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayəti məhkumluq dövründə törətdiyindən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. 18 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2024-cü il tarixdə barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkənlərin ifadələrini istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-1,180.2.2 və 180.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza tayini prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini,cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Balakən rayon Məhkəməsinin 1(019)-97/2023 saylı 24 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 29,318,1 maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzası ilə tam toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli hazırkı cinayət işi üzrə həbsə alındığı 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə iki ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddi və ola biləcək əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın, ona qəti olaraq 03(üç)il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə barəsində olan Balakən rayon Məhkəməsinin 1(019)-97/2023 saylı 24 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 29,318,1 maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə iki ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-352/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-352/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver