Məhkəmə qərarları › İş №1(012)-353/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-353/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-353/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxx 1984-cü ildə Ağdərə rayonu, İmarət- Qərəvənt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Kərəmli kəndində də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Covid-19 epidemiyası əleyhinə Azərbaycan Respublikası ərazisində tətbiq edilən sərt karantin qaydalarının tələblərini qəsdən pozaraq 13.01.2021ci il tarixdə saat 20 radələrində yaşadığı Mehdiabad qəsəbəsindən Abşeron rayonu Xırdalan qəsəbəsi Xırdalan dairəsi yaxınlığında yerləşən «Lalə» kafesinə gəlib orada qeyri-qanuni, yəni qadağalara məhəl qoymayaraq çoxsaylı şəxslərlə eyni otaqda istirahət etmiş, saat 23 radələrində epidemiya əleyhinə olan qaydalarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Respublikası DİN-nin X18 Alayının 12-ci Patrul Bölüyünün və Abşeron RPİ əməkdaşlarının kafeyə gəldiyini gördükdə məsuliyyətə cəlb ediləcəyini başa düşüb bundan yaxa qurtarmaq məqsədi ilə kafenin dam örtüyünə qalxaraq bu yolla kafedən qaçıb getməyə çalışarkən polis əməkdaşları buna mane olduqda, sonuncuların ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edib, saxlanıldıqdan sonra onun qanunsuz hərəkətlərini dayandırmağını tələb edərək müvafiq qanuni tədbir görmək üçün Abşeron RPİ-nə aparmaq niyyəti ilə onu qolundan tutub avtopatrul istiqamətində hərəkət edərkən o, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikası DİN-nin X18 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri,polis serjantı Zərərçəkmiş şəxs qarşı fiziki zor tədbiq etməklə müqavimət göstərib sağ əlini buraraq ona hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin beşinci barmağının açıcı vətərinin cırılması və əsas falanqarası oynağının travmatik çıxığı, sağ əlin beşinci barmağının qançırı, şişkinlik halında əzilməsi, sağ qulaq seyvanının sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 315 və 127.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1-ci Qarabağ müharibəsi dövründə valideynləri yaşadıqları Ağdərə rayonundan Göygöl rayonunun Çaykənd kəndinə köçüb orada məskunlaşmış, 2003-cü ildə yaşadığı kənddə orta məktəbi,sonra həqiqi hərbi xidməti başa vurub bir müddət Rusiya Federasiyasında, daha sonra Turkiyə Respublikasında yaşamış, 2020-ci ilin iyun ayında Azərbaycana qayıtmış, bu arada ölkədə Covid 19 epidemiyası yayılıb ciddi karantin rejimi tətbiq edilməklə sərhədlər bağlandığından Türküyə Respublikasına qayıda bilməyib Abşeron rayonu Mehtiabad qəsəbəsində «Qarant Gənclik» yaşayış massivində ailəsi ilə birlikdə yaşayan bacısının yanında qalmalı olmuş, hadisə baş verən tarixədək işləməmişdir. Təxminən 03 il əvvəl Bakı şəhərində kafelərin birində Polad adlı şəxslə tanış olub biri-birinə mobil telefon nömrələri verib arada zəng edib danışmışlar. Türkiyədən qayıdandan sonra Poladla telefon əlaqəsi saxladıqda məlumu olmuşdur ki, sonuncu Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən ərazidə yerləşən «Lalə» adlı kafeni qardaşı Səyyafla icarəyə götürüb işlədirlər. 13.01.2021-ci il tarixdə saat 20 radələrində Polada zəng edib yanına onun işlədiyi kafeyə gəlmək istədiyini bildirmiş. sonuncu etiraz etməmiş, saat 21-22 radələrində marşrut avtobusla Abşeron rayonunun Mehdiabad qəsəbəsindən Poladın işlədiyi «Lalə» kafesinə gəlmiş, kafeyə gəlməkdə məqsədi Poladı görüb çay içib söhbət etmək olmuşdur. Polad onu qarşılayıb onlar kafenin zal otağında oturmuşlar, həmin vaxt Covid-19 epidemiyası ilə bağlı ölkə üzrə karantin rejimi tətbiq olunub ictimai iaşə obyektlərinin fəaliyyətinə qadağa qoyulduğu üçün Polad kafeni işlətsədə onun bağlı olduğu görüntüsü yaratmaq üçün kafenin qapısını bağlamış, kafenin işlədiyini bilən tanış və kənar müştərilər kafeyə gələndə kafenin qapısını açıb onları içəri buraxıb yenə qapını bağlamışlar. Poladla zal otaqda çay içib söhbət edərkən kafenin digər otaqlarında istirahət edən müştərilər olmuş, lakin həmin müştəriləri tanımamışdır,bu vaxt kafenin qapısı bərk döyülmüş, Poladgil başa düşmüşdürki, müştəri qapını bu tərzdə döyə bilməz, polis əməkdaşları, karantin qaydalarının pozulub kafenin işlədiyini bilib xəbər tutduqları üçün gəldiyini yəqin edib qapını açmamışlar. Qapının açılmadığını görən polis əməkdaşları içəri daxil olmaq üçün qapını sındırmağa başlamışlar. Polis əməkdaşları kafeyə daxil olarsa karantin qaydalarını pozduğu, fərdi qoruyucu maskası olmadığı üçün onu polis idarəsinə aparıb cərimə edəcəklərini yəqin edib kafeni hər hansı yolla olsa belə tərk etmək qərarına gəlmişdir. Diqqət edərkən kafenin zal otağından kafenin həyətyanı sahəsində olan istirahət üçün tikilmiş otaqlara, həmin sahədən isə çölə qapı olduğunu görüb dərhal zal otaqdan kafenin həyətyanı sahəsinə oradan da arxa qapı vasitəsi ilə kafenin ərazisini tərk etmiş, bu vaxt polis əməkdaşları zala daxil olmuşlar.Arxa qapıdan kafeni tərk edib yola çıxarkən yolda dayanmış əvvəllər tanımadığı polis serjantı onu görüb yaxınlaşaraq qolundan tutub «kafeyə qayıtmalıyıq» deyib həmin polis əməkdaşına tanımadığı ikinci polis əməkdaş köməyə gəlib zorakı təsir göstərmədən onu kafenin zal otağına qaytarmışlar. Zala daxil olarkən orada olan əvvəllər tanımadığı Azərbaycan Respublikası DİN-nin X18 Alayının polis nəfəri, polis serjantı başına yumruq, ayağına çəkmə ilə vurub ünvanına söyüş edərək «dovşan kimi hara qaçırdın» deyib sual etmişdir. Həmin əməkdaşın ünvanına söyüş işlədib sonra onu dovşan adlandırması ona pis təsir etmiş, bu səbəbdən bir qədər hündür və əsəbi səslə «Əynində olan polis geyimindən istifadə edib nə üçün məni təhqir edib vurursan, gunahım varsa barəmdə cəza tətbiq et, sənin bu hərəkətlərindən X21 Vilayət Eyvazova şikayət edəcəyəm» deyib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmək üçün cibindən mobil telefonu çıxartmışdır. Bunu görən həmin polis serjantı yaxasından yapışıb başını aşağı əyərək orada olan digər polis əməkdaşlarına demişdir ki, «bunun qolunu burub Pİ-nə aparın, onu orada başa salarıq».Tanımadığı iki polis serjantı qolunu burmuş, onu təhqir edən polis əməkdaşı başını aşağı əyib onu kafenin qarşısında dayanmış PPXnin avtomobilinə mindirib Abşeron RPİ-nin növbətçi hissəsinə gətirmişlər. Orada ondan spitli içki və ya narkotik maddə istifadəçisi olub-olmadığını soruşub pis vərdişlərdən uzaq olduğunu bildirsə də onu narkaloji dispanserə aparıb sərxoşluğa dair müayinədən keçirmişlər, onun ayıq olduğu müəyyən edilmiş və Pİ-nə qaytarılmışdır. Onu qəbul edən Pİ-nin təhqiqatçısı, polis mayoru Şahid3 bildirmişdir ki, o kafedə Temur Həsənov adlı polis serjantına müqavimət göstərib onun sağ əlinin 5-ci barmağını sındırmış və Pİ-nin dəhlizində əli sarıqlı oturan sonradan adı məlum olan Zərərçəkmiş şəxs göstərmişdir. Təhqiqatçıya bildirmişdir ki, barmağı sınmış Zərərçəkmiş şəxs kafedə olub-olmamasına diqqət etməmiş, ona hər hansı xəsarət yetirməmiş və onu indi görürür. Bundan sonra barəsində karantin qaydalarının tələblərini pozub inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edib inzibati tənbeh tədbiri seçilməsi üçün onu Abşeron rayon məhkəməsinə aparmışlar, məhkəmənin 14.01.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri seçilmişdir. Bir neçə gündən sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 12-ci PB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs 13.01.2021-ci il tarixdə onun barəsində Abşeron rayon polis idarəsinə raport yazaraq həmin günü kafedə xidməti vəzifələrini yerinə yetirərkən ona müqavimət göstərib xəsarət yetirdiyini göstərmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, kafedə olan polis əməkdaşlarına lazimi diqqət etməmiş, ona görə Zərərçəkmiş şəxs orada olmasına şübhəlidir, karantin qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanarkən heç bir polis əməkdaşına, o cümlədən orada olduğu iddia edilən Zərərçəkmiş şəxs əl qaldırmamış, ona qəsdən xəsarət yetirməmişdir. Sonda o, həmçinin əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2012-ci ildən Azərbaycan Respublikası DİO-na xidmətə qəbul edilmiş, 2020-ci ildən Azərbaycan Respublikası DİN-nin X18 Alayının 12-ci Patrul Bölüyündə polis nəfəri vəzifəsində işləməklə polis serjantı rütbəsindədir, vəzifəsinə xidmət etdiyi ərazidə ictimai əsayişi qorumuq daxildir, işi növbəli olmaqla hər gün saat 20:00-da başayıb səhər saat 08:00-da bitir, xidməti vəzifələrini yerinə yetirmək üçün 9699 çağırışlı ** PV *** dövlət nömrə nişanla «Şevralet Niva» markalı avtopatrul təhkim edilmiş və həmin avtopatrulu idarə edir, bir qayda olaraq bölüyün Nurlan Nuriyev adlı polis nəfəri ilə xidmət aparır. 13.01.2021-ci il tarixdə saat 20:00-da Patrul Bölüyünün polis nəfəri, polis serjantı X4 ilə idarə etdiyi 9699 çağırışlı ** PV *** dövlət nömrə nişanla «Şevralet Niva» markalı avtopatrulda xidmətə başlamış, saat 21 radələrində manqa komandiri, polis baş serjantı Şahid2 3137 çağırışla efir vasitəsi ilə Abşeron RPİ-nə yaxınlaşmaları tapşırılmışdır. Onlar Abşeron RPİ-nə gəldikdə bildirmişlər ki, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətindən verilən məlumata əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən «Lalə» kafesində Covid-19 epidemiyası ilə əlaqədar ölkə ərazisi üzrə tətbiq edilən epidemiya əleyhinə rejimin, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarının pozulduğu, pulla qumar oynandığı bildirilib göstərilən kafeyə gedib faktın yoxlanmasını, karantin qaydalarını pozan şəxslər müəyyən edilərsə onların Abşeron RPİnə gətirilməsi tapşırığı verilmişdir. Bundan sonra idarə etdiyi avtopatrulda X18 Alayının 12ci Patrul Bölüyünün polis nəfəri Nurlan Nuriyev və Bölüyün manqa komandiri, polis serjantı Şahid2, Abşeron RPİ-nin növbətçi hissəsinin avtopatrulunda isə həmin gün Abşeron RPİsi üzrə əməliyyat qrupunda olan təhqiqatçı Şahid3 Kamil oğlu ilə həmin ünvana getmişlər. Kafenin qapısı bağlı olsada kafedən danışıq səsləri eşidilmiş, kafenin qapısını döyən kimi danışıq səsləri kəsilmiş, kafenin qapısını açan olmamış, az sonra tanımadığı şəxs qapını açmış, əməliyyat qrupu ilə kafeyə daxil olmuşdur. Bu vaxt kafenin zal otağında təxminən 8-10 nəfərin fərdi qoruyucu vasitələrdən istifadə etmədən bir yerdə çay və pivə içdiklərini görsələrdə, qumar oynandığı aşkar edilməmiş, bundan sonra kafenin kabinet, mətbəxi, sanitar qovşağı yoxlanmış, qapının birini açarkən bu vaxt 30-35 yaşlarında cavan oğlanın taxta nərdivanla kafenin açıq olan dam örtüyünə doğru qalxıdığını, onları görüb addımlarını tezləşdirərək dama çıxıb oradan Sumqayıt şəhəri istiqamətinə doğru qaçıb yola tullandığını görmüşlər. Polis nəfəri Nurlan Nuriyev həmin şəxsin arxasınca gedərək onu tutub kafeyə gətirərkən köməyə gedib həmin şəxsi kafeyə gətirməkdə kömək etmiş, tanımadığı həmin şəxs kafedə polis əməkdaşlarını görüb demişdir ki, «kişisinizsə mənə nömrənizi verin, bayırda görüşək, görün Sizin başınıza nə oyun açaram» və ünvanlarına nalayiq söyüşlər işlətməyə başlayıb onu dərhal buraxmalarını tələb etmişdir. Onu nizamintizama dəvət edib epidemiya əleyhinə rejim və karantin qaydalarını pozduğunu, fərdi qoruyucu vasitələrdən istifadə etmədiyini izah etdikdə həmin şəxs deyilənlərin əksinə nalayiq və təhqiredici ifadələrini davam etdirmiş, onu təkrar nizam-intizama dəvət edib sonuncu sakitləşmədikdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid3 həmin şəxsdən soyadını, adını və atasının adını soruşmuş, həmin şəxs xeyli kobud tərzə cavab verib özü barədə məlumat verməkdən imtina etmişdir. Kafedə olan vətəndaşların epidemiya əleyhinə rejim qaydalarını pozduqlarını və fərdi qoruyucu vasitələrdən istifadə etməyib Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdikləri üçün onların Abşeron RPİ-nə aparılması tapşırığı verilmiş, kafedə olan digər vətəndaşlar özlərini sakit aparsalarda həmin şəxs polisin qanuni tələblərinə əməl etməyib ictimai qaydanı pozmaqla işçiləri təhqir etdiyindən birinci onu avtopatrula mindirmək qərarına gəlib bu məqsədlə polis nəfəri Nurlan Nuriyev onun sol qoluna, o sağ qoluna girib onu kafenin zalından kafenin dəhlizinə çıxararkən həmin şəxs qəflətən sağ əlinin 5-ci barmağından yapışıb onu buraraq ona xüsusi ağrı yetirməklə əllərindən çıxıb qaçmağa cəhd etmiş, buna imkan vermədikdə yumruqla sağ qulağından vurub qanadaraq həmin nahiyələrdən ona xəsarət yetirmişdir. Buna baxmayaraq onu bir təhər avtopatrula mindirmişlər, əli zədələndiyi üçün avtopatrulu manqa komandiri Şahid2 idarə etməklə Abşeron RPİ-nə gəlib hadisə barədə raport yazmışlar. Orada məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs və kafedə olan digər vətəndaşlar barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq olunması üçün materiallar Abşeron rayon məhkəməsinə göndərilmiş, həmin gün aldığı xəsarətlə bağlı tibbi müayinədən keçərkən hadisə zamanı Təqsirləndirilən şəxs ona hərəkət məhdudluğu ilə müşaət olunan, sağ əlin beşinci barmağının açıcı vətərinin cırılması və əsas falanqa arası oynağının travmatik çıxığı, sağ əlin beşinci barmağının qançırı kimi xəsarətlər yetirdiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, kafedə Təqsirləndirilən şəxs qarşı fiziki, zorakı təsir və hərəkətlər tətbiq edilməmiş, Təqsirləndirilən şəxs nərdivanla tələsik qalxarkən, dam üzərində qaçarkən və ya damdan yerə tullanarkən xəsarət ala bilərdi. Təqsirləndirilən şəxs öz ehtiyatsızlığı səbəbindən aldığı xəsarətin ona tanımadığı polis əməkdaşı tərəfindən yetirildiyini göstərərək törətdiyi cinayətin məsuliyyətindən yayınmağa çalışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 oxşar ifadə verib Zərərçəkmiş şəxs ifadəsini təstiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Bəhmən oğlunun ifadəsindən görünür ki, 2008-ci ildən Azərbaycan Respublikası DİO-na xidmətə qəbul edilib həmin ildən AR DİN-nin X18 Alayının 12-ci Patrul Bölüyünin polis nəfəri vəzifəsində işləyib manqa kamandiridir, polis serjantı rütbəsindədir, bölükdə tabeliyində polis serjantı Zərərçəkmiş şəxs və X5 var, işləri növbəlidir, iş hər gün saat 20:00-da başlayıb səhər saat 08:00-bitir, Zərərçəkmiş şəxs və Nurlan Nuriyevə xidməti vəzifələrini yerinə yetirmək üçün 9699 çağırışlı ** PV *** dövlət nömrə nişanlı «Şevralet Niva» markalı avtopatrul təhkim edilmişdir, avtopatrulu polis nəfəri Zərərçəkmiş şəxs idarə edir və bir qayda olaraq Xırdalan şəhəri Xırdalan dairəsi ərazisində xidmət aparır. Son zamanlar Covid 19 epidemiyası ilə əlaqəlar ölkə ərazisində tətbiq edilmiş epidemiya əleyhinə karantin rejimi və İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərin pozulmasının qarşısını almaq üçün keçirilən tədbirlərə cəlb olunurlar. 13.01.2021-ci il tarixdə saat 20:00-da Patrul Bölüyünün polis nəfəri Zərərçəkmiş şəxsla 9699 çağırışlı 171 dövlət nömrə nişanla «Şevralet Niva »markalı avtopatrulda xidmətə başlayıb, saat 21 radələrində ona verilən tapşırığa əsasən 3137 çağırışla efir vasitəsi ilə Zərərçəkmiş şəxs və X12 RPİ-nə yaxınlaşmalırını tapşırıb özü də Abşeron RPİ-nə gəlmiş, orada bildirimişlər ki, DİN-nin 102 zəng xidmətindən verilən məlumata əsasən Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən «Lalə» kafesində Covid-19 epidemiyası ilə əlaqədar ölkə ərazisi üzrə tətbiq edilən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərin pozulduğu və pul vəsaiti ilə qumar oynandığını bildirib həmin kafeyə gedərək faktın yoxlanmasını, faktlar təstiqini taparsa qanun pozuntusunun aradan qaldırılması və həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün Abşeron RPİ-nə gətirilməsi tapşırığı verilmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs və Nurlan Nuriyev, Abşeron RPİ-nin həmin gün əməliyyat qrupunda xidmətdə olan olan TŞ-nin təhqiqatçısı, polis mayoru Şahid3 ilə birlikdə göstərilən ünvana getmişlər. Ünvana daxil olarkən «Lalə» kafesinin qapısı bağlı olsada kafedən sakit danışıq səsləri eşidilmiş, lakin birdən səs kəsilmiş, sanki orada olan şəxslər polis əməkdaşlarının gəldiyini bilib dərhal səslərini təmamilə kəsmişlər. Kafenin qapısını döysələrdə açan olmamış, bir qədər gözlədikdən sonra tanımadığı şəxs qapını açmış, o, digər əməkdaşlarla birlikdə kafeyə daxil olmuşlar.Bu vaxt kafenin zal otağında 8-10 nəfər fərdi qoruyucu vasitələrdən istifadə etmədədiklərini görsələrdə, amma qumar oynadıqları müəyyən edilməmişdir. Kafenin zal otağından əlavə digər istirahət otaqları olduğundan kabinetləri, mətbəxi, sanitar qovşağı yoxlamağa başlamış, qapılardan birini açarkən bu vaxt 30-35 yaşlarında cavan oğlanın nərdivanla həmin yerdən yuxarı qalxdığını, onları görüb addımlarını tezləşdirməklə dama çıxıb oradan qaçıb yerə tullandığını görmüşlər. Polis nəfəri Nurlan Nuriyev həmin şəxsin arxasınca qaçıb onu yolda tutmuş və kafeyə gətirmişlər. Həmin şəxs kafeyə daxil olub orada başqa polis əməkdaşlarının olduğunu gördükdə «kişisinizsə mənə nömrənizi verin, bayırda görüşək, görün Sizin başınıza nə oyun açıram» deyib ünvanlarına nalayiq söyüşlər işlətməyə başlayıb onu dərhal buraxmalarını tələb etmişdir. Ona epidemiya əleyhinə rejim qaydalarını pozduğunu, fərdi qoruyucu vasitələrdən istifadə etməyib inzibati xəta törətdiyini izah edib sakit olmağı xahiş etsələrdə həmin şəxs hərəkətlərini davam etdirmiş, Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid3 həmin şəxsdən soyadını, adını və atasının adını soruşduqda sonuncu xeyli kobud cavab verib özü barəsində məlumat verməkdən imtina etmişdir. Kafedə olan vətəndaşların epidemiya əleyhinə tətbiq edilən karantin rejimini pozduqları və fərdi qoruyucu vasitələrdən istifadə etməyib AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdikləri üçün onların Abşeron RPİ-nə aparılması tapşırığı verilmişdir. Kafedə olan digər vətəndaşlar özlərini sakit aparsalarda həmin şəxs aqressiv hərəkətlər edib onların qanuni tələblərinə əməl etməyib hərəkətlərini davam etdirdirməyə başlamış, onun qanunsuz hərəkətlərini rəsmiləşdirmək məqsədilə Abşeron RPİ-nə aparmaq üçün onu avtopatrula minməyə dəvət edib o, bundan imtina etdiklə Nurlan Nuriyev onun sol qoluna, Zərərçəkmiş şəxs sağ qoluna girib kafenin zalından avtopatrula apararkən yolda həmin şəxs Zərərçəkmiş şəxs sağ əlini tutub buraraq onların əlindən çıxıb qaçmağa cəhd etmiş, buna imkan vermədikdə o Teymurun sağ qulağından yumruq vurub qulağını qanatmış və əl çəkməmiş, buna baxmayaraq həmin şəxsi bir təhər avtopatrula mindirmişlər. Zərərçəkmiş şəxs əlindən ciddi zədə aldığı üçün avtopatrulu o idarə etmiş və həmin şəxsi gətirib Abşeron RPİ-nin növbətçi hissəsinə təhvil verib baş vermiş hadisə barədə raport yazmışlar.Bu vaxt həmin şəxsin xx.xx.1984-cü ildə Ağdərə rayonunun, İmarət Qərəvənd kəndində anadan olmuş, Abşeron rayonu, Mehtiabad qəsəbəsi, «Qarant-Gənclik» yaşayış massivində yaşayan və heç yerdə işləməyən Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir.Zərərçəkmiş şəxs tibbi yardım almaq üçün xəstəxanaya getmiş, Təqsirləndirilən şəxs və kafedə odan digər müştərilər barəsində AR İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib inzibati tənbeh olunması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir.Zərərçəkmiş şəxs tibbi yardım almaq üçün xəstəxanaya getdikdə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs ona hərəkət məhdudluğu ilə müşayət olunan, sağ əlin beşinci barmağın açıcı vətərinin cırılması və əsas falanqa arası oynağının travmatik çıxığı, sağ əlin beşinci barmağının qançırı və qulağın sıyrığı kimi xəsarətlər yetirmişdir. O, bildirimişdir ki,kafedə Təqsirləndirilən şəxs qarşı heç kim fiziki zorakı və ya psixi təsir göstərməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarının gəldiyini görüb epidemiya əleyhinə rejim qaydalarını pozduğu üçün mütləq inzibati məsuliyyətə cəlb ediləcəyini, bunun üçün Pİ-nə aparılacağını yəqin edib məsuliyyətdən yayınmaq məqsədilə kafeni tərk edib qaçarkən ayağından sıyrıq xəsarəti almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Kamil oğlunun ifadəsindən görünür ki, 2012-ci ildən Azərbaycan Respublikası DİO-na xidmətə qəbul olmuş, 2014-cü ildə Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı vəzifəsində işləməklə polis mayoru rütbəsindədir, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla ədavəti düşmənçiliyi olmayıb və yoxdur. 13.01.2021-ci il tarixdə Abşeron RPİ üzrə əməliyyat qrupunda növbədə olmuş,Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətindən Abşeron RPİ-nə verilən məlumata əsasən Abşeron rayonu,Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerin yaxınlığında yerləşən «Lalə» kafesində Covid-19 epidemiyası ilə əlaqədar ölkə ərazisi üzrə tətbiq edilən epidemiya əleyhinə rejimin, fərdi qoruyucu vasitələrdən istifadə qaydalarının pozulması ilə əlaqədar rəhbərlik həmin kafeyə gedərək faktın yoxlanmasını, faktlar təstiqini taparsa həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün Abşeron RPİ-nə gətirilməsinə tapşırıq verilmişdir. Bundan sonra əlavə kömək üçün Xırdalan şəhəri ərazəsində avtopatrulda xidmət aparan Azərbaycan Respublikası DİN-nin X18 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs, polis nəfəri, polis serjantı Nurlan Nuriyev və manqa kamandiri, polis nəfəri, polis baş serjantı Şahid2 dəvət edilmiş və onlar göstərilən ünvana getmişlər. «Lalə» kafesinə gələrkən kafenin qapısı bağlı olsada içəridən sakit danışıq səsləri eşidilmiş, qapını açan olmamış, az sonra tanımadığı şəxs kafenin qapısını açdıqda o,digər əməkdaşlarla birlikdə kafeyə daxil olmuşdur. Bu vaxt kafenin zal otağında 8-10 nəfərin fərdi qoruyucu vasitələrdən istifadə etmədən istirahət etdiklərini görmüşlər.Onlar kafenin otaqlarını gəzib növbəti otağın qapısını açarkən otaqda nərdivanla kafenin dam örtüyündə açıq olan gözlüyünə doğru 30-35 yaşlarında cavan oğlanın qalxıdığını, onları görüb addımlarını tezləşdirərək dama çıxıb oradan Sumqayıt şəhər istiqamətinə doğru qaçıb oradan yola tullandığını görmüşlər. Polis nəfəri Nurlan Nuriyev həmin şəxsin arxasınca qaçıb onu yolda tutub kafeyə doğru gətirmiş, polis nəfəri Zərərçəkmiş şəxs ona kömək etmişdir. Həmin şəxs kafeyə daxil olub orada daha bir neçə polis əməkdaşının olduğunu görüb «kişisinizsə mənə nömrənizi verin, bayırda görüşək, görün Sizin başınıza nə oyun açıram» deyib orada olan polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər işlədərək dərhal buraxılmasını tələb etmişdir. Həmin şəxsə epidemiya əleyhinə rejim qaydalarını pozduğunu, fərdi qoruyucu vasitələrdən istifadə etmədiyini,bununla inzibati xəta törətdiyini izah edib onu nizam-intizama dəvət etsələrdə həmin şəxs buna əhəmiyyət verməyib polisin ünvanına nalayiq və təhqiredici ifadələrini davam etdirib yenə sərbəst buraxılmasını tələb etmiş, ondan soyadını adını və atasının adını soruşduqda həmin şəxs xeyli nalayiq formada cavab verib özü barədə məlumat verməkdən imtina etmişdir.Kafedə olan vətəndaşların o cümlədən həmin şəxsin epidemiya əleyhinə tətbiq edilən karantin rejimini pozduqları və fərdi qoruyucu vasitələrdən istifadə etməyib Azərbacan Respublikaksı İXMnin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdikləri üçün onların Abşeron RPİnə aparılması tapşırığı verilmiş,kafedə olan digər vətəndaşlar özlərini sakit aparıb onların tələblərinə tabe olsalarda həmin şəxs buna əməl etməyib sakitləşməyərək hərəkətlərini davam etdirdirmişdir. Həmin şəxsin qanuna zidd hərəkətlərini rəsmiləşdirmək üçün Abşeron RPİ-nə aparmaq üçün ona avtopatrula minməyi dəvət edib zal otaqdan kafenin dəhlizinə çıxararkən Pİ-nə ararıldığını dərk edib bundan imtina etməyə başlamış, polis nəfəri Nurlan Nuriyev onun sol qoluna, Zərərçəkmiş şəxs sağ qoluna girib onu avtopatrula apararkən həmin şəxs qəflətən polis nəfəri Zərərçəkmiş şəxs sağ əlini və barmaqlarını tutub buraraq əllərindən çıxıb qaçmağa cəhd etmiş, onlar buna imkan vermədikdə o Teymurun sağ qulağından yumruqla vurub qulağını qanatmaqla əl çəkməmiş,buna baxmayaraq Nurlan Nuriyev və Zərərçəkmiş şəxs onu bir təhər gətirib avtopatrula mindirmişlər, polis nəfəri Zərərçəkmiş şəxs əlindən zədə aldığı üçün avtopatrulu idarə edə bilməmiş, manqa komandiri Şahid2 avtopatrulu idarə edib onu Abşeron RPİ-nə gətirib növbətçi hissəsinə təhvil verib baş vermiş hadisə barədə raport yazmışlar. Kafedə olan digər şəxslərdə Pİ-nə gətirilmiş,bundan sonra Zərərçəkmiş şəxs müqavimət göstərən həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Ağdərə rayonunundan olan Abşeron rayonu, Mehtiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs tibbi yardım almaq üçün xəstəxanaya getmiş, Təqsirləndirilən şəxs və kafedə olub polis idarəsinə gətirilmiş digər şəxslər barəsində epidemiya əleyhinə rejim qaydalarını pozduqları üçün Azərbaycan Respubliakası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib edilib barələrində inzibati tənbeh tədbiri tətbiq olunması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Həmin fakt üzrə araşdırma apararkən Təqsirləndirilən şəxs xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası DİN-nin X18 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri,polis serjantı Zərərçəkmiş şəxs sağ əlini buraraq ona hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin beşinci barmağının açıcı vətərinin cırılması və əsas falanqarası oynağının travmatik çıxığı, sağ əlin beşinci barmağının qançırı, şişkinlik halında əzilməsi, sağ qulaq seyvanının sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət yetirərək zor tətbiq etməklə müqavimət göstərməsi müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. O, bildirmişdir ki,Təqsirləndirilən şəxs qərəzli hərəkətləri təxminən 10-15 dəqiqə davam edib nizam- intizama tabe olmamış, onu Pİ-nə aparmaq istədikdə polis nəfəri Zərərçəkmiş şəxs xəsarət yetirərək müqavimət göstərmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli, sintefon materiallı (dutı) gödəkcə, Teymyr Həsənov və orada olan digər polis əməkdaşlarının əynində xüsusi geyim forması olmuşdur. Məhkəmə istintaqında Şahid1 Vahəddin oğlunun elan edilmiş ifadəsindən görünür ki, 5 il olar ki qardaşı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən yerin yaxınlığında yerləşən «Lalə» kafesini icarəyə götürüb orada fəaliyyət göstərirlər. Covid-19 epidemiyası ilə əlaqədar ölkə ərazisi üzrə tətbiq edilən epidemiya əleyhinə rejim qaydalarına əsasən kafenin fəaliyyəti dayandırılmışdır. İşlədiyi kafenin 4 işçisi olsada karantin dövründə həmin işçilər tez-tez işdən çıxdıqları üçün dəyimişdir, kafe bağlı olduğundan kafenin tozunu almaq üçün bəzən kafeni açmışlar. Təqsirləndirilən şəxs ilə 2 il olar ki, çox yaxın və səmimi münasibətdə olmuş, bildiyinə görə o,işləməmişdir. Təqsirləndirilən şəxs qardaşı Səyyafla iş barəsində söhbət etmək üçün.13.01.2021-ci il tarixdə kafeyə gəlmiş, həmin vaxt qardaşının tanış və dostları kafedə olmuşlar.Həmin tarixlərdə ölkədə sərt karantin rejimi tətbiq edildiyi üçün kafedə oturduqlarından Abşeron RPİ-nin əməkdaşları gəlmişlər, o,polis əməkdaşları ilə kafenin mətbəx hissəsinə keçib zal otağa qayıdarkən Talehi orada görməmiş, bir neçə dəqiqədən sonra iki polis əməkdaşı onu kafeyə gətirmişdir. Orada məlum olmuşdur ki, Taleh polis əməkdaşlarının gəldiyini görüb kafenin arxa çıxışından çıxıb qaçmaq istədikdə polis əməkdaşları onun qarşısını çöl tərəfdən alıb kafenin içərisinə qaytarmışlar. Təqsirləndirilən şəxs buna etiraz etmiş, polis əməkdaşları bir qədər sərt davrandıqları üçün Talehlə polis əməkdaşları arasında münaqişə yaranmış, Taleh həmin polis əməkdaşlarına müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs, kafedə olan bütün şəxsləri və onu Abşeron RPİ-nə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 ifadəsinə oxşar ifadə verərək onun ifadəsini təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14.01.2021-ci il tarixli 111 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət:-hərəkət məhdudluğu ilə müşayət olunan sağ əlin beşinci barmağının açıcı vətərinin cırılması və əsas falanqası oynağının travmatik çıxığı, sağ əlin beşinci barmağının qançırı-şişkinlik halında əzilməsi sağ qulaq seyvanının sıyrığı-bərk küt əşya (əşyaları) təsirindən törənmişdir,qərarda qeyd olunan müddətə və şəraitdə yəni 13.01.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14.01.2021-ci il tarixli 112 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-sol baldır nahiyəsinin sıyrığı:- bərk küt əşya təsirindən törənmişdir, 13.01.2021-ci il tarixdə əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin trasaloji ekspertizası şöbəsinin 14 aprel 2021-ci il tarixli 3/158 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs gödəkcəsinin sağ qoltuq altı hissəsində ətəyin son kənarında 265 mm yuxarıda, sağ çiyin tikişindən 255 mm aşağıda 11 mm uzunluğunda düz xətt formalı zədə vardır. Gödəkcənin arxa hissəsində sağ tərəfdə ətəyin son kənarında 485 mm yuxarıda sağ çiyin tikişindən 120 mm aşağıda 25 mm uzunduğunda düz xətt formalı zədələr vardır. Təqdim edilmiş gödəkçənin səthindəki zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədələridir. İş materiallarında olan Abşeron RPİ-nin təqdim etdiyi 15.03.2021-ci il tarixli 128- 19469 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Abşeron RPİ-nin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu və DİN-nin ƏÇPA-nın 12-ci PB-nin əməkdaşları hadisə yerində olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X18 Alayının 01.04.2021-ci il tarixli 033-3199-1221 saylı məktubunda göstərilmişdir ki, 13.01.2021-ci il tarixdə Abşeron RPİ-nin inzibati ərazisində 2 saylı patrul sahəsində 90 PV-171 dövlət qeydiyyat nişanlı, 9699 çağırışlı patrul evto maşınında xidmətə təyin olunmuş, polis nəfəri Zərərçəkmiş şəxs və Nurlan Nuriyev saat 23:00 radələrində DİN-nin 102 Xidməti-Zəng mərkəzi sisteminin məlumatı əsasında Xırdalan şəhərində yerləşən «Lalə» kafesinin fəaliyyət göstərərək xüsusi karantin rejimini pozduğuna görə əməliyyat qrupu ilə birlikdə həmin ünvana yaxınlaşmış, səkkiz nəfər vətəndaşın karantin rejimini pozduğunu aşkar etmişlər. Onlardan vətəndaş Təqsirləndirilən şəxs RPİ-nə aparılarkən polis nəfəri Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirərək zor tətbiq etməklə müqavimət göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 30.05.2001-ci il tarixli 212 nömrəli əmri ilə təstiq edilmiş «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin 4.33.14-cü bəndinin tələblərinə əsasən motorlaşdırılmış hissələrin (sərh olunanda ƏÇPA) naryadları xidmət aparıldığı zaman ərazi üzrə polis orqanının rəhbərliyinin növbətçilərin və ya əməliyyat keçirilməsinə cavabdeh olan şəxslərin əməliyyat tabeçiliyinə verildiyindən polis nəfəri Zərərçəkmiş şəxs həmin əməliyyat tədbirinə cəlb edilmişdir. Polis nəfəri Zərərçəkmiş şəxs həmin əməliyyat tədbirində iştirak etmək səlahiyyətləri olmuş və eyni zamanda qanunla müəyyən edilmiş vəzifələrini icra etmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 14.01.2021-ci il tarixli 3(012)- 149/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs, həmin məhkəmənin 14.01.2021-ci il tarixli 3 (012)-145/2021 saylı qərarına əsasən X9, həmin məhkəmənin 14.01.2021-ci il tarixli 3 (012)-146/2021 saylı qərarına əsasən X2, həmin məhkəmənin 14.01.2021-ci il tarixli 3 (012)-147/2021 saylı qərarı ilə X7, həmin məhkəmənin 14.01.2021-ci il tarixli 3 (012)-148/2021 saylı qərarına əsasən X3, həmin məhkəmənin 14.01.2021-ci il tarixli 3 (012)-150/2021 saylı qərarı ilə X11 13.01.2021-ci il tarixdə saat 21:15 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Lalə» kafesində karantin rejimini pozduqları üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək hər biri 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 13.01.2021-ci il tarixli 2/407 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə edilərkən onda sərxoşluq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehtiabad qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin 19.04.2021-ci il tarixli 1028 №-li arayışına əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanda bacısının ailə üzvləri ilə yaşamaqla yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan 12.04.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzərində hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd köpdürülmüş (dutı) tipli qara rəngdə gödəkcə maddi sübut kimi tanınaraq Abşeron rayon prokurorluğunun saxlanc anbarında saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliyi özünün tam etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 15.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir qeyd aşkar olunmamışdır. İş materiallarında olan Mehdiabad qəsəbə İƏD üzrə nümyəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, və məhkəmə isrtintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 12 (saat) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X8 35 (otuz beş) saat göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrasını Abşeron rayon icra və probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış və Abşeron Rayon prokurorluğunun maddi saxlanc anbarında saxlanılan üzərində hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara gödəkcə hökm qanunu qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron rayon Probasiya Şöbəsinə və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Abşeron Rayon prokurorluğunun maddi saxlanc anbarında saxlanılan üzərində hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara gödəkcə hökm qanunu qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli vvə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 12 (saat) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X8 35 (otuz beş) saat göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar