Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-353/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1968-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, subay, Abşeron rayonu Atyalı qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə saat 11 radələrində qeyri-rəsmi ərarvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs qızma məxsus Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə sərxoş vəziyyətdə gəldikdən sonra, evdə də spirtli içki qəbul etməkdə davam etmiş, Zərərçəkmiş şəxs onun evdə spirtli içki qəbul etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış bu zəmində münaqişə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrindən əli ilə və evdən götürdüyü bıçaqla döş qəfəsin arxa hissəsindən vuraraq ona sol əlin arxa səthinin və sağ diz oynağı nahiyəsinin qançırları, döş qəfəsinin arxa səthinin səthi kəsilmiş yarası ilə müşaiət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, hadisə vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs evdən qaçmasından istifadə edib, evdə olan neft məhsulundan istifadə etməklə ümumi təhlükəli üsulla evi yandırmış, nəticədə 35.000 manat dəyərində iki mərtəbəli, 6 otaqdan ibarət ümumi yaşayış sahəsi 200 kvadrat metr olan fərdi evin yaşayış sahəsi, evin qonaq otağında olan 1 ədəd 3000 manat dəyərində taxtadan hazırlanmış dolab, 1 ədəd 1000 manat dəyərində 3 metr uzunluğunda stol, hər birinin dəyəri 30 manat olmaqda ümumi 180 manat dəyərində 6 ədəd taxtadan hazırlanmış stul, 1 ədəd 300 manat dəyərində 107sm ekran ölçülü «Sumsung» markalı televizor, hər birinin dəyəri 300 manat olmaqla ümumi 600 manat dəyərində 6x4 metr ölçüdə Təbriz xalçası, 1 ədəd 300 manat dəyərində divan, 1 ədəd 70 manat dəyərində kreslo, hər bir dəstin dəyəri 500 manat olmaqla ümumi 1000 manat dəyərində krustaldan hazırlanış boşqab dəsti, 300 manat dəyərində 1 ədəd qazan dəsti, hamam otağında quraşdırılmış 100 manat dəyərində əl-üz yuyan, sanitar qovşaında quraşdırılmış 60 manat dəyərində unitaz, yataq otağında olan 1 ədəd 100 manat dəyərində yataq dəsti, 1 ədəd 200 manat dəyərində 82 sm ekran ölçülü «Sumsung» markalı televizor, 1 ədəd 100 manat dəyərində televizor altı, 1800 manat dəyərində 15 qram çəkidə 925 əyarlı qızıl boyunbağı, 1920 manat dəyərində 16 qram çəkidə 925 əyarlı qızıl qolbağ, 360 manat dəyərində çəkisi 4 qram olan qızıl sırğa, 2000 manat təşkil edən 25 qram çəkidə qızıl üzük, evin dəhlizində olan 1 ədəd 300 manat dəyərində 2 metr uzunluğunda yumşaq divan, bir ədəd 30 manat dəyərində divar saatı, evin mətbəxdə olan 1 ədəd 500 manat dəyərində “Beko” markalı soyuducu, 1 ədəd 100 manat dəyərində “Evrolux” markalı 4 gözlü qaz sobası, 1 ədəd 90 manat dəyərində tozsoran, 1 ədəd 80 manat dəyərində “Bosh” markalı ət çəkən maşın, 1 dəst 800 manat dəyərində qab-qacaq və 1000 manat nağd pul əskinazım, yəni ümumilikdə Zərərçəkmiş şəxs 51.290 manat dəyərində əmlakını qəsdən yandırıb, sonuncuya külli miqdarda ziyan vuraraq əmlakını qəsdən məhv etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı qadındır. Onunla 2000-ci il tarixdən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, iki övladı vardır. X4 xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, evlidir, iki övladı vardır, halhazırda ailəsi ilə birlikdə Şamaxı rayonunda yaşayır. X8 xx.xx.2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, subaydır, hal-hazırda X6 şəhərinin Aksaray bölgəsində təhsil alır. Tər-Tər rayonu, Süsənli kənindən yaşayan X10 ilə rəsmi olaraq evlidir, rəsmi nigahdan övladı yoxdur. Hal-hazırda Hədiyyə ilə rəsmi olaraq boşanmasa da birlikdə yaşamır. Əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayət törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə xx.xx.2005-ci il tarixdə həbs olunmuş, xx.xx.2006-cı il tarixdə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası seçilsədə, Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilmiş, 2009-cu il tarixdə həbsdən azad olunmuş və 2 il müddətində yəni xx.xx.2011-ci il tarixə kimi məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən zaman Abşeron rayonu Atyalı qəsəbəsində yaşamış, o həbs olunanda Bakı şəhəri Binəqədi rayonu, Sərdarov adına zavodun yataqxanasında bir otaqlı evdə yaşamış, həmin ev isə dövlət hesabına verilmişdir. Həbsdə olan vaxt Kubra həmin yataqxanadan çıxıb, Abşeron rayonu Atyalı qəəbəsində iki mərtəbəli fərdi yaşayış ei tikdirmiş, həbsdən çıxandan sonra bir müddət həmin evdə qalsa da, 2011-ci il tarixdən 2012-ci il tarixə kimi Rusiya Federasiyasının müxtəlif vilayətlərində olmuş, 2021-ci il tarixdə yenidən geri qayıdıb, həmin evdə yaşamışdır. xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində, Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş, həmin vaxt spirtli içki qəbul etmiş evə gələndə qızı Hürü də evdə olmuş, bir neçə dəqiqə sonra Kubra da evə gəlmişdir. Onun spirtli içi qəbul etməyinə irad bildirdiyinə görə Kubra ilə aralarında sözlə mübahisə olmuş, mübaisə sözlə baş vermiş, heç bir dava dalaş hadisəsi baş verməmiş, lakin buna baxmayaraq Kubra qızı Hürü ilə birlikdə çıxıb getmişlər. Baş vermiş mübahisədən əsəbiləşdiyi üçün əlində olan siqareti döşəyin üzərinə atmış, bir neçə dəqiqə sonra isə evin alışdığını görüb, evdən çıxıb getmişdir. Hadisə baş verən gün spritli içkinin təsiri altında olmuş, siqareti döşəyin üzərinə atıb yandırsada, baş verənləri anlamamışdır. Həmin fərdi yaşayış evini həbsdə olan zaman Kubra tikdirib, təmir elətmiş, onun həmin tikintidə heç bir rolu olmamışdır. Aralarında mübahisə sözlə olub, heç bir dava-dalaş hadisəsi baş verməmiş, Kübranı döyməmiş, bıçaqla heç bir xəsarət yetirməmiş, o heç vaxt evi yandırmaq barədə Kubranı hədələməmiş, hadisə günü spirtli içkinin təsiri altında olduğu üçün əsəbiləşmiş, siqareti döşəyin üzərinə atmış, nəticədə də ev yanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2000-ci il tarixdən 2012-ci il arixə kimi qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, iki övladı vardır. X4 xx.xx.2001-ci il tarixdə Şamaxı rayonunda anadan olub, evlidir iki övladı vardır, hal-hazırda ailəsi ilə birlikdə Şamaxı rayonunda yaşayır. X7 xx.xx.2003-cü il tarixdə Şamaxı rayonunda anadan olub, subaydır, hal-hazırda X6 şəhərinin Aksaray bölgəsində təhsil alır. Təqsirləndirilən şəxs 2005-ci il tarixdə qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayət törədiyi üçün həbs olunmuş, barəsində 8 il azadlıqdan məhrum etmə cəzası təyin edilsədə, 4 ildən sonra yəni 2009-ci il tarixdə həbsdən azad olummuşdur. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası seçiləndə birlikdə aldığı Bakı şəhəri. Binəqədi rayonu, Sərdarov adına zavodun yataqxanasında bir otaqlı evdə yaşamış, o, 2006-cı il tarixdə Abşeron rayonu Atyalı qəsəbəsi Çingiz Mustafeyev adına olan küçədə sotunu 2000 manata olmaqla 0,02 Ha torpaq sahasini 4000 manata almış, həmin torpaq sahəsini almaqda Rusiya Federasiyasında yaşayan qardaşı X22 ona maddi yardım etmişdir. Kövsər həmin vaxt da Rusiya Federasiyasında yaşamış, Atyalı yaşayış masivindən aldığı torpaq sahəsində 2006-cı il tarixdən 2008-ci il tarixə qədər olan müddət ərzində iki mərtəbli fərdi yaşayış evini tikdirmiş, fərdi yaşayış evini həm öz vəsaiti həm də qardaşının ona göndərdiyi maddi yardım hesabına yekunlaşdırmışdır. Həmin evin tikintisində və təmirində ona qardaşı Çingiz İsayevdən əlavə heç kim maddi yardım göstərməmiş, fərdi yaşayış evi təmir olunandan sonra işləmiş, həm də qardaşı Çingiz ona maddi dəstək olmuşdur. Məhz məişət əşyalarını öz vəsaiti və qardaşı Çingizin ona maddi yardım etməsi nəticəsində almış, bundan əlavə mərhum valideynləri ona Kövsər Məmməov ilə qeyri-rəsmi ər-arvad münasiətlərində yaşamadığı dövrdə qızıl-ziynət əşyaları hədiyyə etmişdir. Valideynləri Təqsirləndirilən şəxs ilə tanış olmamışdan qabaq ölmüş, ona məxsus Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikintisi və təmirində bacılarının ərləri X5, X26 və Məmmədxan Tapdıqov tərəfindən gətirilmiş adını bilmədiyi usta iştirak etmişdir. Vidadi 2021-ci il tarixdə ölmüş, o, evin tikintisi və təmiri üçün pulu qohumu Məmmədxana vermiş, o isə digər şəxslərə zəhmət haqqı olaraq paylamışdır. Təqsirləndirilən şəxs 2009-cu il tarixdə həbsdən azad olmuş, bundan sonra iki il kamendatura dövründə ona məxsus fərdi yaşayış evində yaşamış, əvvəlcə ona məxsus fərdi yaşayış evində qalmasını istəməsədə, evi yandırıb ona maddi ziyan vuracağı ilə hədələmişdir. O, da qorxudan sonuncuya heç nə deyə bilməmiş, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən 2012-ci il tarixə kimi Rusiya Federasiyasına getmiş, sonuncu geri qayıdandan sonra onunla birlikdə yaşasada, evdə alınan əşyalara evin təmirinə heç bir yrdım göstərməmişdir. Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evində yaşamasına icazə verməsinin yeganə səbəbi evini yandırmağından qorxması olmuşdur. Təqsirləndirilən şəxs spirtli içki alüdəçidir və mütəmadi olaraq spirtli içki qəbul edib evdə münaqişə yaratmış, dəfələrlə onu evdən qovsa da sonradan məcbur qalıb yaşamasına icazə vermişdir. xx.xx.2021-ci tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəldiyini eşidib, işdən icazə alıb evinə gəlmiş, həmin vaxt qızı X28 rayonundan onun evinə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs evə səxroş gəlməsini qızı Hürü məlumat vermiş, o evə gələndə Kövsər fərdi yaşayış evinin birinci mərtəbəsində oturub spirli içki içməyə davam etmiş, ona öz iradımı bildirmiş, çünki onun spirtli içki içərək münaqişə yaratması halları artıq mütəmadi hal olaraq davam etmişdir. Kövsərə öz iradlarını bildirdiyi üçün evdə münaqişə yaradaraq ünvanına nalayiq ifadələr işlətmiş, baş vermiş mübahisə zamanı Kövsər onun baş, üz, bədən nahiyyələrinə davamlı olaraq qəsdən yumruq və təpik zərbələri endirmiş, bundan əlavə bıçaqla da bədəninə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb, evdən qaçmış, təxminən 30 dəqiqə sonra ona məxsus fərdi yaşayış evinin yandığını görmüş, o da DİN-nin 102 xidmətinə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerinə gəlmiş, yanğın söndürənlər evi söndürsələrdə evdə olan bütün əşyaları yanıb yayarsız hala düşmüş, polis əməkdaşları isə hadisə yerinə baxış keçirib ərizəsini aldıqdan sonra Təqsirləndirilən şəxs aparmışlar. Ona məxsus iki mərtəbəli, 6 otaqlı sahəsi 200 kvadrat metr təşkil edən fərdi yaşayış evinin təmirinə 35.000 manat pul xərləmiş, fərdi yaşayış evi həmçinin sanitar qovşağı və hamam da tam şəkildə yanaraq yararsız vəziyyətə düşmüşdür. Evin ancaq mişar daşları qalsada, onun üzü də yanmışdır. Fərdi yaşayış evində olan məişət əşyaları da tam şəkildə yanaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Həmin əşyalar qonaq otağında olan 1 ədəd dəyəri 3000 manat təşkil edən taxtadan dolab, 1 ədəd 1000 manat dəyərində 3 metr uzunluğunda stol, 6 ədəd ümumi dəyəri 180 manat olan taxtadan stul, 1 ədəd dəyəri 300 manat olan 107 ekran Sumsung markalı televizor, 2 ədəd ümumi dəyəri 600 manat olan 6 metr eni 4 metr uzunluqda təbriz xalçası, 1 ədəd dəyəri 300 manat olan divan, 1 ədəd dəyəri 70 manat olan kreslo, 2 dəst ümumi dəyəri 1000 manat olan krustaldan hazırlanış boşqab dəsti, 1 dəst dəyəri 300 manat qazan dəsti, hamam otağında dəyəri 100 manat olan əl-üz yuyan, sanitar qovşaında olan dəyəri 60 manat olan unitaz, yataq otağında olan 1 ədəd dəyəri 100 manat olan yataq dəsti, 1 ədəd dəyəri 200 manat olan 82 ekran Sumsung markalı televizor, 1 ədəd dəyəri 100 manat olan televizor altı, 1 ədəd ümumi dəyəri 1800 manat 15 qram çəkidə 925 əyarlı qızıl boyunbağı, 1 ədəd dəyəri 1920 manat 16 qram çəkidə 925 əyarlı qızıl qolbaq, bir cüt ümumi dəyəri 360 manat ümumi çəkisi 4 qram olan qızıl sırğa, 4 ədəd ümumi dəyəri 2000 manat təşkil edən ümumilikdə çəkisi 25 qram olan qızıl üzük, dəhlizdə olan 1 ədəd dəyəri 300 manat olan uzunluğu 2 metr yumşaq divan, bir ədəd 30 manat dəyərində divar saatı, mətbəxdə olan 1 ədəd dəyəri 500 manat “Beko” markalı soyuducu, 1 ədəd dəyəri 100 manat olan “Evrolux” markalı 4 gözlü qaz sobası, 1 ədəd dəyəri 90 manat olan tozsoran, 1 ədəd 80 manat dəyərində “Bosh” markalı ət çəkən maşın, 1 dəst dəyəri 800 manat olan qab- qacaqdan ibarətdir. Məişət əşyalarının yanması nəticəsində 15.290 manat ziyan dəymişdir. Bundan əlavə mənim 1000 manat nağd pul əskinazı da yanmış, yaşadığı fərdi ev tam olaraq yanıb bütün otaqları yararsız hala düşmüş və evin hörgü daşlarının üzü də yanmış, evdə yaşayış mümkünsüzdür. Bu səbəbdən də evin təmirinə çəkdiyi 35.000 manat xərci ilə yanaşı onun içərisində yanmış əşyalarla birlikdə ümumilikdə 51.290 manat dəyərində maddi ziyan dəymişdir. İlkin araşdırma zamanı izahat verdikdə yanan əşyaların tam dəyərini hesablaya bilməmiş, lakin sonradan dəyən ziyanı hesablamış və Təqsirləndirilən şəxs evi yandırması nəticəsində 51290 manat ziyan dəydiyini aşkar etmişdir. Ona məxsus fərdi yaşayış evinin tikintisində, təmirində, evdə yanan məişət əşyalarının və qızılların alınmasında Təqsirləndirilən şəxs heç biri rolu olmamış, həmin əşyaların böyük qismini öz maddi vəsaiti hesabına bir hissəsini isə qardaşının ona maddi yardım etməsi nəticəsində əldə etmiş, qizil ziynət məmulatlarını isə Təqsirləndirilən şəxs ilə tanış olmamışdan qabaq mərhum valideynləri ona hədiyyə etmişdir. Baş vermiş mübahisə zamanı Kövsər onun baş, üz, bədən nahiyyələrinə davamlı olaraq qəsdən yumruq və təpik zərbələri endirmiş, bundan əlavə bıçaqla da bədəninə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu mətbəx bıçağı ilə bıçaqlamamış, Təqsirləndirilən şəxs spirtli içki alüdəçisidir. Onunla birlikdə yaşamaq mümkünsüzdür. Ondan hər dəfə evdən çıxmasını tələb etdikdə ona məxsus fərdi yaşayış evini yandıracağını demiş, həmin gün Təqsirləndirilən şəxs işdə olduğu vaxt evə sərxoş vəziyyətdə gəlmiş, bunu eşidən kimi evə gəlib, ondan çıxmasını tələb etmiş, Təqsirləndirilən şəxs da onu döydükdən sonra evi sərxoş vəziyyətdə qəsdən yandırmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə ailə həyatı qurmuş, iki övladı vardır. Ailə qurduqdan sonra Şamaxı rayonuna köçmüş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs doğma valideynləridir. Atası Təqsirləndirilən şəxs anasının maddi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evini yandıran gün, yəni xx.xx.2021-ci il tarixdə o, həmin mənzildə olmuş, belə ki, 2-3 gün əvvəl həmin fərdi yaşayış evinə azyaşlı övladları ilə birlikdə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə saat 11 radələrində sərxoş vəziyyətdə evə gəlmiş, o, həmin mənzilə gələndə ilk dəfə idi ki, Kövsər evə gəlmişdir. Evdə olarkən Kövsər ondan pul istəmiş, o, isə pulunun olmadığını bildirmiş, həmin vaxt tələb eltmişdir ki, Kubranı evə çağırsın, çağırmayacağı təqdirdə evi yandıracağı ilə hədələmişdir. O da məcbur qalıb anası Kubraya telefonla zəng vurub, atasının sərxoş vəziyyətdə olduğunu bildirib, evi yandırmaq istədiyini demişdir. Təxminən 30-40 dəqiqə sonra anası işdən evə gəlmiş, həmin vaxt atası Kövsər evdə spirtli içməkdə davam etmiş. Kövsər anası Kubradan pul tələb eləməyə başlamış, anası isə pulunun olmadığını deyib, içkili vəziyyətdə ona məxsus fərdi yaşayış evinə gəlməməyi tələb etmişdir. Göstərmişdir ki, həmin fərdi yaşayış evi anası Kubraya məxsusdur. Atası Kövsər həbsdə cəzasını çəkən vaxt 2006-cı il tarixdə anası həmin torpaq sahəsini almış və fərdi yaşayış evi tikdirib təmir etdirmişdir. Həmin vaxt uşaq olsada evin tikintisi və təmiri vaxtı atasının həbsdə olmasını xatırlayır. Anası Kubra pul verməkdən imtina etdiyinə görə, atası Kövsər münaqişə yaradaraq anasını döymüş, mətbəx bıçağı ilə xəsarət yetirdikdən sonra onlar evdən qaçıb getmişlər, təxminən 30 dəqiqə sonra evin yandığını görmüşdür. Atası Təqsirləndirilən şəxs maddi durumu həmişə pis olmuş, sonuncu evə həmişə baxımsızlıq etmiş, o və qardaşı anasının himayəsi altında böyümüş və evin bütün ərzaq məhsullarını anası almışdır. Onun ev tikdirməyə və ya təmir elətdirməyə heç vaxt imkanı olmamış, eyni zamanda ev tikilib təmir olunan vaxt atası Kövsər həbsdə olmuşdur. Hadisədən əvvəl atası Kövsər hədələmişdir ki, anasını çağırmayacağı təqdirdə evi yandıracaqdır. O, evdən çıxanda 1 litrlik kapron qutunun içərisində neft görmüş, yanğın söndürənlər evi söndürındən sonra, evdə həmin kapron qutunu aşkar edə bilməmiş, atası Kövsərin evi həmin neft məhsulu ilə yandırdığını başa düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X23 qohumudur. Hazırda qohumu X3 rayonu Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evdə yaşayır. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi etibarnamə ilə onun adma alınmışdır. Belə ki, qohumu X3 rayonu Atyalı yaşayış massivində yerləşən həmin torpaq sahəsini almaq istəmiş, lakin sonuncu Şamaxı rayonu, Qurdtəpə kəndində qeydiyyatda olduğu üçün Bakı şəhərində öz adına hər hansı torpaq sahəsi ala bilməmişdir. Onun qeydiyyatı Bakı şəhərinə olduğu üçün 2007-ci ildə qohumu Kubra ona həmin torpaq sahəsini onun adma alınmasını xahiş etmiş ki, sonradan ev tikdirdikdən sonra özü həmin evi öz adma keçirsin və həmin evə qeydiyyata düşsün. O da ona etiraz etməmiş və 11 aprel 2007-ci il tarixdə Abşeron rayonu Atyalı yaşayış massivində yerləşən və X14 adına olan torpaq sahəsinin 0,10 ha hissəsinə dair hüquqların ona verilməsi barədə etibarnamə almışdır. Həmin torpaq sahəsinə dair etibarnamə onun adına verilsə də, həmin torpaq sahəsi X12 mülkiyyətinə aiddir və həmin torpaq sahəsinin alınması ilə bağlı çəkilmiş xərci bilavasitə Kurba İsayeva özü X19 ödəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2021-ci il tarixli 2772 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü X12 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin arxa səthinin və sağ diz oynağı nahiyəsinin qançırları küt əşyanın təsirindən, döş qəfəsin arxa səthinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. X12 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol əlin arxa səthinin və sağ diz oynağı nahiyəsinin qançırları müxtəlif şəraitlərdə, həmçinin insan bədənin hissələri ilə endirilmiş zərbələrin təsirindən, döş qəfəsin arxa səthinin səthi kəsilmiş yarası isə bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gələ bilərdilər. Kompleks məhkəmə yanğın-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına yanğm-texniki və tikinti-texniki ekspertizaların aparılmasından imtina edilmiş və əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 10/268 nömrəli məlumatı alınmış, həmin məlumatda obyektə baxış zamanı hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığı, yanğın baş vermiş hissələrin təmizləndiyi, həmin sahələrdə termiki təsir izlərinin qalmadığı müəyyən edilmiş və toplanmış materialda qoyulmuş sualların cavablandırılması üçün kifayət qədər məlumatın olmadığı göstərilmiş, bu səbəbdən də rəyin material üzrə verilməsinin mümkün olmadığı göstərilmişdir. Kompleks məhkəmə yanğın-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 9/188 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 202 lci ilin nyabr ayına: bir ədəd taxtadan dolubm dəyəri müəyyən edilməmiş, 3 metr uzunluğunda stolun dəyəri müəyyən edilməmiş, taxtadan oturacağın dəyəri 30 manat; 107 sm diaqonalda «Samsunq» markalı televizor - 300 manat, 6x4 metr ölçülü Təbriz xalçasının dəyəri müəyyən edilməmiş, bir ədəd divan 300 manat, bir ədəd kreslo 70 manat, xrustaldan hazırlanmış boşqab dəstinin dəyəri müəyyən edilməmiş, qazan dəstinin dəyəri müəyyən edilməmiş, əl-üz yuyan dəyəri müəyyən edilməmiş, bir ədəd unitaz 60 manat, bir ədəd yataq dəsti dəyəri müəyyən edilməmiş, 82 sm diaqonalda «Samsunq» markalı televizor - 200 manat, bir ədəd televizor altı 100 manat, 15 qram 925 əyarlı qızıl boyunbağı 1800 manat, 16 qram 925 əyarlı qızıl qolbağ 1920 manat, 4 qram rus qızıllı bir cüt sırğa dəyəri müəyyən edilməmiş, 25 qram rus qızılı dəyəri müəyyən edilməmiş, uzunluğu 2 metr olan yumşaq divan 300 manat, bir ədəd divar saat 30 manat, soyuducu «Beko» markalı 500 manat, «Eurolux» markalı 4 döz qaz sobası 100 manat, tozsoran 90 manat, «Bosch» markalı ətçəkən maşın 80 manat, qab qaşıq bir dəst dəyəri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. X11poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onun adına olan Abşeron rayonu Atyalı yaşayış massivində yerləşən 3 sot torpaq sahəsində X15 ev tikməyə icazə verdiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini bildirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2021-ci il tarixli, 2-16679 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 15:55-da müayinə olunarkən onda «Orta dərəcəli» sərxoşluq müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs X15 qəsdən sağlamlığa zərərvurmayan xəsarət yetirməsi xüsusatı ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbirin görülməsi üçün həmin qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs hadisə baş verən gün spritli içkinin təsiri altında olduğunu, siqareti döşəyin üzərinə atıb yandırsada, baş verənləri anlamadığını bildirsə də zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzləşdirilməsi zamanı həmçinin məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşadığı vaxt Atyalı yaşayış masivindən aldığı torpaq sahəsində 2006-cı il tarixdən 2008-ci il tarixə qədər olan müddət ərzində iki mərtəbli fərdi yaşayış evini özü tikdirdiyini, fərdi yaşayış evini həm öz vəsaiti həm də qardaşının ona göndərdiyi maddi yardım hesabına yekunlaşdırdığını, evin tikintisində və təmirində ona qardaşı Çingiz İsayevdən əlavə heç kim maddi yardım göstərilmədiyini, evin məişət əşyalarını öz vəsaiti və qardaşı Çingizin ona maddi yardım etməsi nəticəsində aldığını, həmçinin mərhum valideynlərinin ona Kövsər Məmməov ilə qeyri-rəsmi ər-arvad münasiətlərində yaşamadığı dövrdə qızıl-ziynət əşyaları hədiyyə etdiklərini, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikintisi və təmirində bacılarının ərləri X2, X16 və Məmmədxan Tapdıqovun usta kimi işlədiklərini, Təqsirləndirilən şəxs 2009-cu il tarixdə həbsdən azad olduğunu və sonrakı iki il ərzində komendatura dövründə ona məxsus fərdi yaşayış evində yaşadığını, əvvəlcə sonuncunun ona məxsus fərdi yaşayış evində qalmasını istəməsədə, Təqsirləndirilən şəxs evi yandırıb ona maddi ziyan vuracağı ilə hədələdiyini, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən 2012-ci il tarixə kimi Rusiya Federasiyasına getdiyini, ailəsinin yaşamasına və evin təmirinə heç bir yardım göstərmədiyini, Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evində yaşamasına icazə verməsinin yeganə səbəbi evini yandırmağından qorxması olduğunu, xx.xx.2021-ci tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəldiyini eşidib, işdən icazə alıb evinə gəldiyini, həmin vaxt qızı X18 rayonundan onun evinə qonaq gəldiyini, Təqsirləndirilən şəxs evə səxroş gəlməsini qızı Hürünün ona məlumat verdiyini, evə gəldikdə Kövsərin fərdi yaşayış evinin birinci mərtəbəsində oturub spirli içki içməyə davam ediyini, sonuncuya iradını bildirdikdə evdə aralarında münaqişə yarandığını, baş vermiş mübahisə zamanı Kövsərin onun baş, üz, bədən nahiyyələrinə davamlı olaraq qəsdən yumruq və təpik zərbələri endirdiyini, bundan əlavə bıçaqla da bədəninə xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb, evdən qaçdığını və təxminən 30 dəqiqə sonra ona məxsus fərdi yaşayış evinin yandırılğını təqsirləndirilən şəxsin üzünə qarşı demiş və onu ifşa etmişdir. Bundan başqa təqsirləndirilən şəxs aralarında mübahisə sözlə olduğunu, heç bir dava-dalaş hadisəsi baş vermədiyini, Kübranı döymədiyini, ona heç bir xəsarət yetirmədiyini ifadəsində göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2772 nömrəli rəyi ilə X15 xx.xx.2021-ci il tarixdə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilməsi, həmin xəsarətlərin insan bədənin hissələri ilə endirilmiş zərbələrin təsirindən, döş qəfəsin arxa səthinin səthi kəsilmiş yarası isə bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gəlməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi yandırmaqla özgənin əmlakını qəsdən məhv edərək, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurma əməlləri Cinayət Məcəlləsinin 186.2.1-ci və 186.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X13 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X24 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X24 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-353/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-353/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver