Məhkəmə qərarları › İş №1(012)-354/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-354/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-354/2025 21.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs, övladı X2 vəfat etmiş atasından miras kimi qalmış İsmayıllı rayonu ərazisində yerləşən daşınmaz əmlakın əldə edilməsi ilə bağlı məhkəmə və sənədləşmə xərclərini qarşılayacağı təqdirdə əldə ediləcək 400000 manat dəyərindəki əmlakı satıb, birgə biznes qurub qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq sonuncunun etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən "Mango" mağazasının qarşısında 10000 manatı, 2022-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən "Mango" mağazasının qarşısında 10000 manatı, 13 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən "Fəvvarələr bağı”nda 9000 manatı və xx.xx.2022-ci il tarixdən başlayaraq sonuncu dəfə 21 dekabr 2022-ci il tarixdə 300 manat olmaqla ünvan 2 ünvanında yerləşən "Million" elektron ödəmə sistemi vasitəsilə onun 416873****6618" seriyalı "Kapital Bank" plastik bank kartınin hesabına hissə-hissə köçürülmüş cəmi 7230 manatı alıb ələ keçirib, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs cəmi 36230 (otuz altı min iki yuz otuz) manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə ilkin olaraq təqsirli olmadığını bildirsə də, lakin sonuncu məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə təqsirli olduğunu etiraf edərək, zərərçəkçiş şəxslə razılaşdığını bildirərək, ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, tanıyır, Zərərçəkmiş şəxsla xatırladığı qədəri ilə 2020-ci ildə ev alan zaman tanış olmuş, sonradan aralarında sevgi münasibəti yaranmış və həmin vaxtdan onunla ər-arvad münasibətində yaşamış, onunla qeyri-rəsmi münasibətdə yaşadığı xanım kimi gündəlik xərclərini qarşılamağı üçün onun adına müxtəlif məbləğlərdə pullar göndərmiş, Zərərçəkmiş şəxs ondan 19 yaş böyük olmuş, ancaq Zərərçəkmiş şəxs ona öz həyat yoldaşı kimi baxacağını bildirdiyinə görə onunla ər-arvad münasibətində olmuş, bu məqsədlə ondan pul almış, başqa heç bir məqsədlə pul almamış, bu məqsədlə hazırda miqdarını xatırlamadığı məbləğdə pul almış, vərəsəlik işinin həlli üçün ona pul verməsini bildirməsinə dair, onun oğlunun adına İsmayıllı rayonunda keçmiş həyat yoldaşından vərəsəliklə mirası olduğunu, bu barədə Zərərçəkmiş şəxs məlumatı olduğunu, lakin o Zərərçəkmiş şəxs vərəsəliklə bağlı hər hansı məbləğdə pul almamış, həmin şəxslə ancaq ər-arvad kimi münasibətdə yaşadığı üçün pul almış, Yaqubun ifadəsində göstərdikləri tamamilə yalan olduğunu,Zərərçəkmiş şəxs ona nə Şahid1 iştirakı ilə 9000 manat, nə də ki, Şahid2 iştirakı ilə iki dəfəyə (hər biri 10000 olmaqla) 20000 manat pul verməmiş, Nilufərin iştirakı ilə Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almamış, Zərərçəkmiş şəxs ona 13 oktyabr 2022-ci ildə zəng vurub qızına mebel almaq üçün 2500 manat pula ehtiyacı olduğunu demiş, Yaqub ona Nilufərdən öz adına 2500 manat borca pul almağını və həmin pulu Yaquba verməyini xahiş etmiş, o da onunla razılaşmış və birlikdə gedib, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "Borani" restoranında Nilufərlə görüşmüş, görüş zamanı Yaqub yalandan Nilufərə guya ki, ona 2500 manat pul lazım olduğunu, 15-20 gün ərzində üzərində 500 manat əlavəsi ilə 3000 manat pulu ona qaytarcağını demiş, Nilufər də onun təklifi ilə razılaşmış, Nilufərin üzərində o mqidarda pul olmadığı üçün evdən götürüb, gətirəcəyini demiş, sonra isə getmiş, Yaqub ilə gəzə-gəzə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "AzDram" teatrının binasının qarşısına gəlmiş, bir az sonra Nilufər də ora gəlmiş, 12 ədəd 200 manatlıq və 01 ədəd 100 manatlıq əskinasları olmaqla 2500 manatı Yaquba vermiş, Nilufər onu tanımadığı üçün pulu Yaquba vermiş, Yaqub da 2500 manat pulu götürüb, Nilufərin yanında ona vermiş, Nilufər getdikdən sonra oradan çıxıb 65 saylı avtobusa minmiş, avtobusun içində Yaqub 2500 manat pulu ondan almış, Aidəni isə ilk dəfə Yaqubun vasitəsi ilə tanımış, Yaqub, Aidəni atası üçün aldığı evi təmizləmək üçün gətirmiş, lakin, təmizlik işinə görə Aidə 300 manat pul istəmiş, lakin həmin zaman ona 100 manat pul verə biləcəyini bildirmiş, onunla razılaşmadığı üçün Aidə çıxıb getmiş, Yaqub Aidəyə ondan alacağı puldan verəcəyini vəd etdiyi üçün Aidə yalandan belə məzmunlu ifadə verdiyini, həmçinin Aidənin, Yaqubla birlikdə Şabran rayonunda yerləşən Yaquba məxsus olan fermaya baxmaq üçün gedən zaman, xəbəri olmadan onunla Yaqubun şəkilini çəkdiyini, sonra isə onunla Yaqub arasında mübahisə yaranan zaman Aidə və Yaqub həmin şəkili çıxardaraq ona göstərib ailə üzvlərinə xüsusi ilə atasına və oğluna göstərəcəkləri ilə onu hədələdiyini, Yaqubun onu həmin fermaya aparmaqda məqsədinin, onun vərəsəlik pullarını aldıqdan sonra qeyd olunan fermaya heyvanların alması olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ərizə təqdim edərək, aralarında əldə edilmiş razılığa əsasən zərərçəkmiş şəxsin 36230 manat zərərin 11230 manat hissəsini güzəşt edərək, qalan 25000 manat ziyanı tələb etdiyini, həmin məbləğin ödənilməsinin təxminən 06 aya, vərəsəlik işinin həllindən asılı olaraq həyata keçiriləcəyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş məbləğin miqdarı əvvəl düzgün göstərilmədiyi üçün onlar razılığa gələ bilməmişlər, ərizəsində qeyd etdiyi kimi sonradan razılaşma əldə edildiyi üçün o, da razılaşmışdır ki, vərəsəlik işindən ona düşəcək paydan zərərçəkmiş şəxsin zərərini qaytarsın. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o Təqsirləndirilən şəxs atası ilə qonuşu olduğuna görə tanımış və həmin müddət təxminən 20 ildən artıq olmuşdur. Hazırda xatırlamadığı günlərdən birində Təqsirləndirilən şəxs ilə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Şok marketin qarşısında rastlamış, bu zaman sonuncu ona vəfat etmiş həyat yoldaşı Ehsan Əliyevin vərəsəlikdən qalmış 400.000 min manatlıq əmlakı olmasını, həmin əmlakla bağlı işin İsmayıllı Rayon Məhkəməsinin icraatında olmasını bildirərək, onu bu işlərin tezləşdirilməsində köməklik etməsini sonda onunla birlikdə iş quracağına dair vəd verərək, üçün 50.000 min manat pul lazım olduğunu bildirmiş, o, sonuncunun dediklərinə aldanaraq ona müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vermişdir. Sonda istintaq zamanı sübut edilmiş məbləğ 36230 manat müəyyən edilmiş o, həmin məbləğlə razılaşmışdır. Hazırkı dövrə qədər ona hər hansı məbləğdə vəsait ödənilməsə də, o, Təqsirləndirilən şəxs ilə danışıq zamanı razılığa gələrək ona güzəşt etmiş, tələb etdiyi məbəğin həcmini 25000 manata endirmişdir. Təqsirləndirilən şəxs da ona söz vermişdir ki, vərəsəlik işi həllini tapan kimi həmin məbləği ona qaytaracaqdır. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə təqdim edərək, ümumilikdə ona dəymiş 36230 manat zərərin 11230 manat hissəsini güzəşt edərək, qalan 25000 manat ziyanı tələb etdiyini, vərəsəlik işi ilə əlaqədar 06 ay müddətində ödəyəciyi ilə bağlı aralarında razılıq əldə etməsini və buna görə də hazırda sonuncuya qarşı şikayət və tələbinin olmadığını, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, tanıyır, Zərərçəkmiş şəxsla qonaqlıqda tanış olmuş va həmin vaxtdan hazıradək Zərərçəkmiş şəxsla münasibətləri olmuş, Təqsirləndirilən şəxs isə 2022-ci ildə tanışının oğlunun toyunda tanış olmuş, həmin toya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəvət etmiş, 13 oktyabr 2022-ci il tarixdə saat təxminən 13-14 radələrində "5 mərtəbə adlanan" ərazidə yerləşən "Boranı" restoranın yanında olan zaman Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng vurub, Təqsirləndirilən şəxs pul verəcəyini, bu zaman orada iştrak etməyini xahiş etmiş o, da etiraz etməmiş, Zərərçəkmiş şəxs ona "Torqovıy" adlanan əraziyə gəlməyini bildirmiş, o da piyada Zərərçəkmiş şəxs dediyi ünvana gedib, təxminən 15 dəqiqəyə həmin ünvana çatmış, Zərərçəkmiş şəxs yanına çatan zaman Təqsirləndirilən şəxs da onun yanında olduğunu görmüş, orada Sevda ilə görüşmüş, Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Sevdaya 9.000 manat pulu verir ki, Gədəbəy rayonunda olan torpaq sahəsini özəlləşdirsin (səndələşdirsin) və həmin torpaq sahəsini satıb, əldə etdiyi gəlir ilə İsmayıllı rayon məhkəməsindəki vərəsəlik işini həll etsin, yəni Təqsirləndirilən şəxs vəfat etmiş olan həyat yoldaşından onlara miras yolu ilə qalmış olan 400.000 (dörd yüz min) manat pulu birlikdə alıb, onunla yəni Yaqubla iş qursun, ona görə də Sevda həmin işi tezləşdirmək məqsədi ilə Yaqubdan təcili olaraq 9.000 manat pul istəmişdir, Təqsirləndirilən şəxs isə həmin zaman bildirmişdir ki o, həmin 9.000 manat pulu 15 günə Zərərçəkmiş şəxs geri qaytaracaqdır, o isə Zərərçəkmiş şəxs demişdir ki, Təqsirləndirilən şəxs verdiyi 9.000 manat pulu notarius vasitəsi ilə versin, lakin, Yaqub Sevdanın özünün tanışı olduğunu yaxın münasibətlərinin olduğu üçün buna ehitiyac olmadığını, daha sonra birlikdə "Torqovıy" adlanan ərazidə yerləşən skamyaların birində əyləşdiklərini, Zərərçəkmiş şəxs onun iştirakı ilə 9.000 manat pulu sayıb, Təqsirləndirilən şəxs verdiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu verdikdən sonra onları orada qoyub getdiyini, həmin vaxtdan 3-4 ay keçdikdən sonra Zərərçəkmiş şəxsla görüşən zaman o, bildirmişdir ki, Sevda ondan qaçır, Sevdanın hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, Zərərçəkmiş şəxs pulunun qaytarmasının lazım olduğunu bildirmiş, əgər pulu qaytarılmadığı halda Yaqubun ondan polisə şikayət edəcəyini bildirmiş,həmin zaman isə Sevda ona nəlayiq sözlərlə cavab verib, telefonu söndürdüyünü, Zərərçəkmiş şəxs ona deməsinə görə isə o, Təqsirləndirilən şəxs təxminən 80.000-100.000 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə iş görməli olduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 9.000 manat pul verdikdən sonra, Sevda, Yaqubdan təkrar pul istədiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yenidən pul verməsinə qoymadığını, Təqsirləndirilən şəxs verilən pulların 100 və 200 manatlıq pul əskinazları olduğunu bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 10 ildir ki, tanıyır, belə ki 2014-cü ildə ona vəkil ehtiyac olduğundan tanışına vəkil axtardığını bildirmiş, həmin ərəfədən onun Zərərçəkmiş şəxsla münasibətləri yaranmış, Təqsirləndirilən şəxs isə təxminən 3 il olar ki tanımış, onu isə Zərərçəkmiş şəxs vasitəsi ilə tanımış, 2022-ci ilin mart ayında, ad günündən 5-6 gün əvvəl Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 10.000 manat pul istəyir, belə ki, həmin məbləğin ona, oğlu Elmirə vəfat etmiş həyat yoldaşından qalmış olan mirasla bağlı vərəsilik işinin həlli üçün lazım olduğunu, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs 10.000 manat pul vermək istədiyini deyib, pulu ona verən zaman yanında şahid olmağını xahiş etmiş, o da Yaquba etiraz etməmiş, bundan sonra Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş, bir müddət sonra Sevda Yaquba zəng vurub, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən "Mango" mağazasının qarşısında olduğunu bildirmiş, Yaqubla birlikdə Sevdanın dediyi yerə getmiş, orada Sevdayla görüşmüş, Zərərçəkmiş şəxs orada 10.000 manat pul sayıb Sevdaya vermiş, Sevda pulu götürüb çıxıb getmiş, 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ona yenidən zəng vurub, Sevdanın təkrar ondan eyni səbəblə yəni, oğlu Elmirə atasından qalmış olan mirasla bağlı vərəsəlik işinin həlli üçün 10.000 manat pul istədiyini bildirmiş, Zərərçəkmiş şəxs Sevdaya pul verən zaman onun da iştrak etməyini xahiş etmiş, bu dəfə də Yaquba etiraz etməyərək, xatırladığı qədər ilə 2022-ci ilin aprel ayında saat 11 radələrində Yaqub onu götürmək üçün evinə gəlmiş, onlarda olan zaman Sevda, Yaquba zəng vurub Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən "Manqo" mağazasının qarşısına gəlməyi təklif etmiş, Yaqubla yenidən eyni qaydada qeyd olunan ünvana getmiş, orada Yaqub pulu Sevdaya vermiş, bundan sonra söhbət zamanı Yaqub Sevdaya 20.000 manat pul verdiyini, lakin vərəsəliklə bağlı heç bir nəticə olmadığını demiş, bu zaman Sevda oğlunun vərəsəlik işinin həlli məqsədi ilə zəruri hərəkətlərin edildiyini qeyd edib, tezliklə nəticə əldə olunacağını bildirmiş, daha sonra oradan ayrılmış, yolda olan zaman Yaqubdan Sevdaya hansı səbəbdən pul verməsi barədə soruşmuş, bu zaman Yaqub ona Sevda ilə münasibətlərinin olduğunu, onun oğluna qalmış olan vərəsəlik işinin həlli üçün pul verdiyini bildirmiş, bundan başqa ona məlum olmuşdur ki, Yaqubun Şabran rayonunda yerləşən ferması vardır, 2022-ci ilin iyun ayında, Yaqub və Sevda ilə birlikdə, Yaquba məxsus olan Şabran rayonundakı fermaya getmiş, yolda olan zaman Sevda keçmiş həyat yoldaşından oğluna mülk qaldığını, oğlu həmin əmlaka vərəsəlik aldıqdan sonra həmin mülkü sataraq 200.000 manat əldə edəcəyini, həmin puluda Yaqubun fermasına mal-qara almaq istədiyini bildirmiş, Yaqub isə cavabında bunun yaxşı fikir olduğunu, alınacağı təqdirdə fermanın genişlənəcəyini və gəlirin daha da çoxalacağını bildirmişdir. Verilən sullara cavab olaraq isə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında 10.000 manat, 2022-ci ilin aprel ayında 10.000 manat pul vermiş, Yaqubun bildirdiyinə görə isə Sevda ilə münasibətləri olmuş,həmin ərəfədə Zərərçəkmiş şəxs həmin 20.000 manat məbləği Sevdaya oğlu Elmirə atasından qalmış mirasla bağlı vərəsəlik işinin həlli üçün vermişdir, onun iştirakı ilə cəmi 20.000 manat pul verilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 4 ildir ki, tanıyır blə ki, onunla Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə qayınansı Təqsirləndirilən şəxs arasında faktiki ər-arvad münasibətləri olmaqla onlar birlikdə yaşamış, onlar arasındakı yaxın münasibət təxminən 2-3 il davam etmişdir. X3 onun həyat yoldaşıdır, onun atası Əhsən vəfat etdikdən sonra İsmayıllı rayonundakı notariusdan onlara zəng edilmiş, zəng edən şəxs Elmir Əliyevə atası Əhsən Əliyedən vərəsəlik yolu ilə əmlak qaldığını, bununla əlaqədar İsmayıllı rayonuna gəlməsinin tələb olunduğunu bildirmişdir. Sonradan vərəsəlik işi qohumlar arasında mübahisəli olduğu üçün məhkəmə işləri olmuşdur. Sonradan Elmir həbs edilmiş və işləri yarımçıq qalmışdır. Yaqubun dediklərinin tamamilə yalan oldunuğunu, heç zaman nə qayınanası, nə də ki, Yaquba yoldaşının atasından qalmış əmlakla bağlı hər hansı hərəkət etməsini xahiş etmədiklərini və ya bununla bağlı hər hansı məbləğdə pul almadıqlarını, Yaqubun qayınanası Sevda ilə qeyri-rəsmi nigahda yaşadığı müddətdə birlikdə xərclədiyi pulları qayınanası Sevdadan tələb etdiyini bildirməklə əsassız şikayət etdiyini qeyd etmişdir. Verilən sullara cavab olaraq isə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmiş, Yaqub qayınanası Sevda ilə gəzməyə və istirahətə getmək üçün xərclədiyi pullarla bağlı şikayət vermiş, Zərərçəkmiş şəxs qayınanası Sevdaya vərəsəlik işinin həlli ilə bağlı hər hansı məbləğdə pul verməmiş, ümumiyyətlə özü və həyat yoldaşı Elmir, Yaquba vərəsəliklə bağlı iş görməsi üçün hər hansı bir formada xahiş etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 21 noyabr 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. Təqsirləndirilən şəxs ilə Şahid2 arasında 12 mart 2024-cü il tarixdə keşirilmiş üzləşdirmə protokolundan müəyyən edilir ki, Şahid2 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir.

4. Təqsirləndirilən şəxs ilə Şahid1 arasında 13 mart 2024-cü il tarixdə keşirilmiş üzləşdirmə protokolundan müəyyən edilir ki, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir.

5. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 13 mart 2024-cü il tarixdə keşirilmiş üzləşdirmə protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir.

6. “Cinayət işinin icraatının dayandırılması haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.3.2 maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı cinayəti törədən şəxsin müəyyən edilməsinədək dayandırılmışdır.

7. “Cinayət işi üzrə icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə” 23 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir.

8. “Cinayət işinin icraatının dayandırılması haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.3.2 maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı cinayəti törədən şəxsin müəyyən edilməsinədək dayandırılmışdır.

9. “Cinayət işi üzrə icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir.

10. “Baxış keçirmə və götürmə haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, pul köçürülmələri barədə qəbzlərin surəti sübut kimi götürülmüşdür.

11. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir.

12. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

13. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” barədə 06 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;

14. “Baxış keçirmə və götürmə haqqında” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, telefon yazışmaları sübut kimi götürülmüşdür.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 mart 2024-cü il tarixli tələbnaməsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət işinin xx.xx.2020-ci ildə məhkəməyə göndərildiyi müəyyən edilir.

16. Abşeron rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 1(012)-84/2021 saylı ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

17. Abşeron rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 7(012)-75/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 05 ay 15 gün hissəsi 01 (bir) il azaldılmışdır.

18. “Sübutların qiymətləndirilməsi” haqqında 16 sentyabr 2024-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 36230 manat pul verməsi faktı şahid ifadələri və qəbzlərlə sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmaqla məhkəmə məsuliyyətinə verilmiş, barəsində 06 avqust 2024-cü il tarixdə elan edilmiş ittiham seçilmiş və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi pulların ödəniş qəbzləri, Zərərçəkmiş şəxs istifadəsi olan mobil telefonda Təqsirləndirilən şəxs arasında olan whatsapp yazışmalarının kserisurətləri maddi sübut qismində tanınmışdır;

19. Sumqayıt şəhər Probasiya Şöbəsinin 10 sentyabr 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs cəzası başa çatdığına görə o, 20 aprel 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır;

20. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, ümumilikdə ona dəymiş 36230 manat zərərin 11230 manat hissəsini güzəşt edərək, qalan 25000 manat ziyanı tələb etdiyini, vərəsəlik işi ilə əlaqədar 06 ay müddətində ödəyəciyi ilə bağlı aralarında razılıq əldə etməsini və sonuncuya qarşı şikayət və tələbinin olmadığını azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir;

21. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, ümumilikdə ona dəymiş 36230 manat zərərin 11230 manat hissəsini güzəşt edərək, qalan 25000 manat ziyanı tələb etdiyini, vərəsəlik işi ilə əlaqədar 06 ay müddətində ödəyəciyi ilə bağlı aralarında razılıq əldə etmişlər.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılaşaraq aralarında barışıq əldə etməsini əməlində cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə törətdiyi az ağır cinayət əməlinə görə Abşeron rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli, 1(012)-84/2021 tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin 7(012)-75/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza 01 il azadılmış, və 20 aprel 2022-ci il tarixdə cəzanı çəkib qurtarmaqla qeydiyyatdan çıxarılmışdır. Beləliklə Təqsirləndirilən şəxs məhkumuq müddətində hazırda törədilməsində təqsirləndirildiyi az ağır cinayətlər kateqoriyasına aid əməli törətməsi Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə residivin müəyyən edilməsi zamanı nəzərə alınmasa da bu bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında razılığa gələrək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə göndərilmiş ödəniş qəbzləri, həmçinin sonuncular arasında aparılmış whatsapp yazışmalarının kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindətəqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə göndərilmiş ödəniş qəbzləri, həmçinin sonuncular arasında aparılmış whatsapp yazışmalarının kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar