Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-355/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər törətmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs 17 dekabr 2015-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi VAZ 21074 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən «Sahil» marketin qarşısında hərəkətdə olarkən Zərərçəkmiş şəxs avtomaşın yolunun kənarında dayanaraq telefonla danışmasını və onun hərəkətinə məhdudiyyət yaratmasını görüb avtomaşını saxlayıb sonuncuya tərəf yaxınlaşaraq mübahisə elməyə başlamış, əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı sürətlə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarş cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan, ictimai qaydanın kobud sürətdə pozaraq, cəmiyyətə açıqca açıqca hörmətsizlik ifadə edərək ictimai yerdə, vətəndaşların gözü qarşısında zor tətbiq edərək yumruq və təpiklə Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurmuş və üstündə gəzdirdiyi istintaq zamanı müəyyən olunmayan silah qismində istifadə edilən bıçaqla sonuncunun sol budundan və sol əlindən vuraraq ona qapalı kəllə beyin travması. baş beyin silkələnməsi, sağ gicgah və gözaltı yumşaq toxumalarının əziyi və qançırı, sol budun yuxarı 1/3-nin sol oturaq sinirinin posttravmatik zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sol aşağı ətrafın cüzi funksiya pozğunluğu ilə. sol əlin 1-ci barmağının kəsilmiş yarası ilə nəticələnən xuliqanlıq niyyətilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağ ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı» na (Siyahı l) daxil olan təmiz çəkisi 0,248 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşımaqla üzərində saxlamış, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2021-ci il tarixdə saat 19:40 radələrində Abşeron rayonu Novxanı kəndində H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron Rayon polis idarəsinə gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə 0,248 qram heroiıı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o fərdi olaraq fəhləliklə məşğul olub ailəsini dolandırır. O, tanışı X2 2015-ci ilin dekabr ayında 1 aylıq idarə etmək üçün VAZ 2107 markalı ** KP *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili götürmüşdür. Həmin vaxt X1 rayonu Xırdalan şəhərində 1 saylı notariat kontorunda VAZ 2107 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmək üçün 1 aylıq etibarnamə vermişdir. Həmin avtomobili sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 15 dekabr 2015-ci il tarixdə günorta radələrində idarə etdiyi VAZ 2107 markalı ** KP *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobillə yaşadığı evin həyətindən çıxıb Novxanı qəsəbəsinin içinə doğru hərəkət etmişdir. Təxminən saat 15 radələrində tək idarə etdiyi avtomobillə Novxanı qəsəbəsində yolun kənarında yerləşən «Sahil» marketin qarşısından keçdikdə yolun işlək hissəsində dayanaraq telefonla danışan bir nəfər şəxsi görmüşdür. Həmin şəxs avtomobilimin hərəkətinə maneə olduğu üçün siqnal verib həmin şəxs kənara çəkilməsi və avtomobillərin hərəkətinə maneə olmaması üçün işarə vermişdir. Lakin həmin şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs onun hərəkətinə qarşı kobud əl hərəkətləri etmiş, onun bu hərəkəti ona pis təsir etdiyindən avtomobili yolun kənarında həmin şəxsdən təxminən 7- 8 metr irəlidə saxlayıb maşından düşərək ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə görə irad bildirib yolun hərəkət hissəsindən çıxmamasının səbəbini soruşmaq istədikdə Tural heç nə olmamış kimi ona kobud əl hərəkətləri ilə irad bildirməyə başlamışdır. Həmin şəxsin küçədə ona qarşı eldiyi hərəkətlər çox pis təsir etdiyindən o həmin şəxsin sifətindən iki dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxtı əlində maşının açarları olmuş, açarın üzərində kiçik brelok kimi bıçaq olduğundan həmin bıçaqla onun sol ayağından ondan kənara çəkilməsi üçün vurmuşdur. Bu vaxtı digər bir şəxsin onlara yaxınlaşdığını görmüş, sonradan onlara yaxınlaşan şəxsin Zərərçəkmiş şəxs qardaşı Röyal adlı şəxs olmasını bilmiş, Röyal onlara yaxınlaşdıqda onu kənara çəkmişdir. Bundan sonra Zərərçəkmiş şəxs da ondan kənarlaşdığı üçün o gedib VAZ 2107 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və çıxıb getmişdir. O hadisə yerində tək olmuş və Zərərçəkmiş şəxs ona qarşı kobud hərəkətlərinə görə onunla əlbəyaxa olub dalaşmışdır. Hadisə marketin yanında yolun kənarında olduğundan yoldan keçən kənd uşaqları yoldan keçərkən onu görüb tanımışlar, həmin uşaqlar maşından düşüb onlara yaxınlaşmaq istəsələr də, buna imkan verməmiş, onlara özü münasibətlərə aydınlıq gətirəcəyini bildirmiş və çıxıb getmələrini söyləimşdir. Həmin uşaqlar da hadisə vaxtı onlara yaxınlaşmadan çıxıb getmişlər. Hadisə yerindən keçərkən onların mübahisələrini görmüş şəxslər Novxanı kənd uşaqları olmuş, onların hazırda dəqiq adlarını xatırlamır. Bundan başqa hadisə yerində kənardan keçən yol adamları da olmuş və həmin yol adamları da onların əlbəyaxa olduğunun şahidi olmuşlar.Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq suvenir bıçaq olmuş və o bıçağı maşının açarlarının üzərinə keçirmiş, hadisə vaxtı maşından düşərkən açarları çıxardıb əlində saxladığı üçün hadisə vaxtı Zərərçəkmiş şəxs ona qarşı kobudluq etməsindən əsəbləşib suvenir bıçaqla onun ayağından vurmuşdur. Hadisədən sonra qorxduğu üçün həmin suvenir bıçağı açarın üzərindən çıxardıb hazırda xatırlamadığı yerə atmış, bu səbəbdən də onu hazırda istintaqa təqdim edə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs göstərmişdir ki, 03.03.2021-ci il tarixdə saat 13 radələriııdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə gedib orada anket məlumatlarını bilmədiyi üzdən tanıdığı hündür boylu təxminən 30 yaşlı şəxsdən özü istifadə elmək üçün 10 manat müqabilində 1 ədəd şəffaf rəngli sellofan bükümün içində narkotik vasitə heroin almış və özü istifadə etmək məqsədi ilə kitrit qutusunun içinə yerləşdirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 03 mart 2021 -ci il tarixdə saat 19:40 radələriııdə o yaşadığı Abşeron rayonu Novxanı kəndində H.Z. Tağıyev küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitə olan heroini istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər və onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu söyləmişlər. Bu səbəbdən o onların idarə etdiyi avtomaşına əyləşmişdir. Polis əməkdaşları onu Abşeron RPİ-ə gətirmişlər. Abşeron RPİ-də əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, daha sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə vidcoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə hər hansı bir dövrüyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruştılmıış və əyər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklil edilmişdir. Bu səbəbdən o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində şəffaf rəngli sellotana bükülmüş içərisində narkotik vasitə olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütlənin haradan və nə vaxt aldığı ondan polis əməkdaşları tərəfindən soruşulmuşdur. O isə həmin heroini Sumqayıt şəhər ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyulub, üzəri möhürlənmiş və götürülmüşdür. Daha sonra axtarış götürmədə iştirak edən şəxslər tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Onun üzərindən narkotik vasitə aşkar edilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil və heç bir xəstəlikdən əziyət çəkmir. Saxlanılan və üzərinə şəxsi axtarış və götürmə zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor təzyiq olmamışdır. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, 17 dekabr 2015-ci il tarixdə saat 14:30 radələrində yemək yeyib qardaşı Röyal ilə birlikdə namaz qılmaq üçün Novxanı kənd Məscidinə getmişdir. Məsciddə namaz qıldıqdan sonra geri qayıtdıqda yolun kənarındakı «Sahil» marketə girmişdir. Mobil telefonuna zəng gəldiyi üçün telefonu ilə danışa-danışa marketdən çıxmışdır. Qardaşı Röyal ondan bir qədər irəlidə olmuş, Röyal ona evə getdiyini bildirmişdir. O Röyala telefonla danışıb gələcəyini bildirmişdir. Həmin vaxtı yolun kənarında olduğu üçün yoldan maşınların hərəkətini görmüşdür. Bu vaxtı solundan nömrəsini bildiyi qabaq buferi olmayan VAZ 2107 markalı maşın onun üstünə doğru hərəkət etdiyini görüb kənara çəkilmiş və sürücüyə əli ilə işarə edib nə hərəkət etdiyini demiş, ona iradını bildirmişdir. Bu vaxtı sürücü maşını yolun kənarına verib saxlamış və maşından düşüb iti addımla ona tərəf gəldiyini görmüşdür. O telefonla danışığını davam etdirib onun hərəkətlərinə əhəmiyyət vermək istəməməmişdir. Lakin sürücü ona çatan kimi əli ilə yaxasından tutub onu hədələmiş və söyüş söyüb onu təhqir etmişdir. O əli ilə onun əlini kənara itələyib hərəkətlərinə əhəmiyyət vermək isməsə də, həmin sürücü yenidən yaxasından tutub gözləmədiyi anda yumruqla başından bir dəfə ardıcıl zərbə vurmuşdur. Həmin vaxtı yoldan keçən nömrəsini və markasını xatırlamadığı maşın onların bərabərliyində saxlamış və maşında olan şəxslər onu vuran şəxsə üzünü tutub köməyə ehtiyac olub-olmadığını soruşmuş, sanki maşında olan şəxslər qabaqcadan planlı şəkildə həmin şəxsə köməyə gəlmişlər. Həmin şəxs ona əl qol atdığı üçün onlar əlbəyaxa olmuşlar, həmin şəxsin əllərini yaxasından kənara itələyən anda sağ əlində kiçik kəsici alətin olduğunu görmüşdür. Həmin şəxs əlindəki alətlə onun sol ayağından bir dəfə vurmuşdur. Belə olan halda onun üzərinə yerimiş, həmin şəxs ikinci zərbəni ona vurmaq istəyəndə sol əlini qabağa vermiş, bu anda hiss elmişdir ki. onun əlindəki alət sol barmağını kəsmişdir. Bu anda qardaşı Röyal arxadan gəlib onlara çatmış və həmin şəxsi ondan kənara çəkmişdir. Bundan sonra həmin şəxs onu söyərək gedib maşina əyləşmiş və iti sürətlə sürüb oradan uzaqlaşmışdır. Bundan sonra qardaşı Röyal atasına zəng vurub bu barədə demiş və sonra taksi maşını saxlayıb onu Novxanı qəsəbəsindəki bələdiyyə ilə üzbəüz poliklinikaya aparmışdır. Orada ona ilk tibbi yardım göstərilsə də, ona Bakı şəhəri Kliniki Tibbi yardım Mərkəzə getməyi məsləhət görmüşlər. O xəstəxanaya gedərkən hüşu özündə olmamışdır. Xəstəxavnada olarkən huşu özünə gəlmiş və xəstəxanada olduğunu bilmişdir. Həmin şəxsi yalnız üzdən tanıyır. Novxanı kəndində təxminən yaşadığını bilmiş, lakin dəqiq ünvanı və anket məlumatlarını bilməmişdir. Həmin şəxslə əvvəl arasında heç bir ədavətli münasibət olmamışdır. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuşlar, həmin şəxslərdən bir neçəsi başqa bir maşında oradan keçərkən dayanmışlar, onu döyən şəxsi işarəsini gözləmişlər ki, münaqişəyə qoyulsunlar. Tibbi ekspertin müayinəsindən keçərkən onu döyən şəxsin, tanışlarının da ətrafda olduqlarını bildirmiş, lakin digər şəxslər tərəfindən döyüldüyünü göstərməmişdir. Həmçinin onu yumruq və təpiklə döyən şəxsin əlində bıçağa oxşar dəmir alətin olduğunu və həmin kəsici alətlə də xəsarət aldığını demiş, həmin şəxsin əlində başqa alətin olduğunu gösrməmişdir Məhkəmə istintaqında şahid X7 elan edilmiş ifadəsindən görünür ki, 17 dekabr 2015-ci il tarixdə saat 14:30 radələrində yemək yeyib qardaşı Tural ilə birlikdə namaz qılmaq üçün Novxanı kənd Məscidinə getmişdir. Məsciddə namaz qıldıqdan sonra geri qayıtdıqda yolun kənarındakı «Sahil» marketə girmişdir.Turalın telefonuna zəng gəldiyi üçün o mobil telefonu ilə danışa-danışa marketdən çıxmışdır. O Turaldan bir qədər irəlidə olmuş, marketdən çıxdığı üçün qarşıda piyada getmişdir. Turalın arxada qaldığını görüb ona evə getdiyini demiş.Tura lisə ona telefonla danışıb evə gələcəyini bildirmişdir. Bir qədər Turaldan aralanmış təsadüfən çevrilib arxaya baxmış və Turalın gəlib gəlmədiyini bilmək istəmişdir. Bıı anda qardaşının yanında VAZ 2107 markalı avtomobil dayandığını, bir nəfər şəxsin isə qardaşı ilə əlbəyaxa olduğunu görmüşdür. Əvvəlcə nə baş verdiyini anlamamış, lakin həmin şəxsin qardaşının Turala ardıcıl zərbələr endirdiyini görüb qaçaraq arxadan onlara çatmış və həmin şəxsi qardaşından kənara itələmişdir ki, çıxıb getsin. Həmin şəxsdə qardaşını söyə söyə və hədələyərək gedib maşina minmiş və iti sürətlə oradan uzaqlaşmışdır. Qardaşı Tural həmin şəxs tərəfindən döyülmüş, Turalın başında barmağında, sol ayağında xəsarətlər olmuşdur. Onun halsız olduğunu görüb atasına zəng vurub bu barədə demiş və sonra taksi maşını saxlayıb onu Novxanı qəsəbəsindəki bələdiyyə ilə üzbəüz poliklinikaya aparmışdır. Orada qardaşına ilk tibbi yardım göstərilsə, ona orada X14 getməyi məsləhət görmüşlər. Onlar xəsatəxanada olarkən qardaşının huşu özündə olmamışdır. Xəstəxanada olarkən qardaşına yardım etmişlər və onun huşu özünə gəlmişdir. Həmin şəxsi yalnız üzdən tanıyır, Novxanı kəndində təxminən yaşadığını bilmiş, lakin dəqiq ünvanı və anket məlumatlarını bilməmişdir. Həmin şəxslə qardaşı Turalın əvvəl arasında heç bir ədavətli münasibət olmamışdır. VAZ 2107 markalı avtomobilin sürücüsünü görüb qaçaraq onlara yaxınlaşmış həmin şəxsi qardaşından kənara çəkmişdir. Bu anda da qardaşının sifətindən, başından zərbələr aldığını, həmçinin sol əlinin barmağında və sol ayağında iti alətlə kəsilmiş izlər olduğunu görmüşdür. Lakin həmin şəxsi kənara itələdiyini üçün onun əlində kəsici aləti əvəlləcədən görməmişdir. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuşlar, belə ki. kənarda dayanmış maşında olan şəxslər sanki qardaşını döyən şəxsə köməyə gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 mart 2021- ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ- nin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Novxanı kəndində getmiş və 03.03.2021 -ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 19:40 radələrində Abşeron rayonu Novxanı kəndində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum oldu ki. Abşeron rayon Pİ-nə gətirdiyimiş şəxs xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs ii/ərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulnuışdıır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd şəllat rəngli sellofana bükülmüş bir bükülünü çıxardaraq təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni 03.03.2021 -ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükülüyə baxış keçirilmiş orada qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş və sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış narkotik vasitə heroinə bənzər maddəni üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 digər şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli 6/881 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Din-nin zərflər üçün 56» №-li möhür əksi. «... Ə.Fərid..» və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 0.248 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. QEYD: heroinin təmiz çəkisi-0.248 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.198 qram. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X3 10 mart 2021-ci il tarixli 718 nömrəli ambulator məcburi məhkəmənarkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.01.2016-cı il tarixli 11 Ə №li rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gicgah və sol gözaltı yumşaq toxumalarının əziyi və qançırı, bərk küt əşya (əşyalar) təsirindən törənmişdir: sol budun yuxarı 1/3-nin sol oturaq sinirinin postravmatik zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası sol aşağı ətrafın cüzi funksiya pozğunluğu ilə, sol əlin 1-ci barmağının kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; Qərarda qeyd olunan müddətə yəni 17.12.2015-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərin qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gicgah və sol gö/allı yumşaq toxumalarının əziyi və qançırı, sol əlin birinci barmağının kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; digər xəsarət isə sol budun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,198 qram narkotik vasitə heroin maddi sübut tanınaraq, saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və CD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 24 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin İŞ-nə təhvil verilərək iş üzrə icraat təzələnmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, 10 avqust 2016-cı il tarixdə iş üzrə icraat dayandırılmış, 09 aprel 2021-ci il tarixdə icraat təzələnərək icraata qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə baxışında həmçinin 03.03.2021-ci il tarixli CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid3. Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kitril qulusunun içində şəffaf sellofanda toz şəkilli qəhvəyi rəngli maddə aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hali kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə 03.03.2021-ci il tarixdən 05.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, 02 (iki) gün cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs oğlu cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalında həbs olunduğu vaxtdan, yəni 15 oktyabr 2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109,90 ( bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 0.198 qram narkotik vasitə olan heroin məhv edilməli, bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X16 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 1 (bir) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs oğlu cəzaçəkmə müddətinin başlanğıcı o, məhkəmə iclas zalında həbs olunduğu vaxtdan yəni, 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Abşeron rayon Pİ-də saxlanılan qalıq qalan 0.198 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X16 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-355/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-355/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver