Məhkəmə qərarları › İş №1(012)-356/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-356/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-356/2021 08.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş,evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs məcburi köçkün olması ilə əlaqədar ona dövlət tərəfindən ev veriləcəyini təmin edəcəyinə söz verib yalan vədlər verərək inandırmış, bu məqsədlə 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində işlədikləri «Lənkəran» yeməkxanasında Zərərçəkmiş şəxs 450 (dörd yüz əlli) manat, bundan 10 gün sonra yenə həmin yeməkxanada 500 ( beş yüz) manat pulunu, 2020-ci ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhərində, Xırdalan dairəsi deyilən yerdə 350 (üç yüz əlli) manat pulunu, 2020-ci ilin yaz aylarında Bakı şəhəri Nəsimi rayonu ərazisində 20 Yanvar deyilən ərazidə 500 (beş yüz) manat, sonuncu dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində 200 (iki yüz) manat pulunu, ümumilikdə vahid niyyətlə 2000 (iki min) manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, O, Sabiradad rayonun, Qalağayın kəndində daimi qeydiyyatda olsa da, işi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu ərazisində kirayədə yaşayır. 2019-cu ildə pandemiyadan əvvəl Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar deyilən ərazidə “Lənkəran” yeməkxanasında müğənni kimi fəaliyyət göstərmiş, həmin vaxt Zərərçəkmiş şəxs da həmin yeməkxanada xadimə vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs ilə bir yerdə işlədiyi müddətdə, Zərərçəkmiş şəxs Füzuli rayonundan məcburi köçkün olduğunu bilmiş, o, Zərərçəkmiş şəxs məcburi köçkün kimi dövlət tərəfindən ev alınmasında köməklik edəcəyinə, lakin bunun üçün pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs ona inanaraq razılaşmış, 2019-cu ilin dekabr ayından, 2020-ci ilin sentyabr ayınadək olan müddətdə hissə-hissə olmaqla ona 2000 (iki min) manat pul vermiş, həmin vaxt az yaşlı övladı xəstə olduğu və pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldığı həmin pulları xəstə olan övladının müalicəsi üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs heç bir köməklik etməmiş, ondan hissə-hissə aldığı pulları ehtiyacı olduğu üçün xərcləmişdir. O, əvvəllər heç kimi aldatmamış və heç kimin pulunu almamış, hazırda əməlindən peşman olmuşdur. O, 2019-cu ilin dekabr ayından, 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Zərərçəkmiş şəxs ümumilikdə hisə-hissə olmaqla 2000 (iki min) manat pul almış, həmin pulun 200 (iki yüz) manatını sonuncu dəfə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Fəridədən almış, həmin vaxt Fəridənin əri İlkin də onların yanında olmuş və Fəridənin ona pul verdiyni İlkin də görmüşdür. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, əslən Fizuli rayonundan olsa da, hazırda Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayır. Bakı şəhəri, “20 Yanvar” deyilən ərazidə «Lənkəran» yeməkxanasında xadimə vəzifəsində işləyir, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs da həmin iş yerindən tanıyır. Təqsirləndirilən şəxs pandemiyadan əvvəl 20 Yanvar deyilən ərazidə yerləşən «Lənkəran» yeməkxanasında musiqiçilərlə birlikdə müğənnilik edir. O, Təqsirləndirilən şəxslə həmin yeməkxanada söhbət edən vaxt Təqsirləndirilən şəxs onun məcburi köçkün və evsiz olduğu üçün kirayədə yaşadığını bilmiş, ona məcburi köçkün kimi ev almaqda köməklik edəcəyinə söz vermiş, lakin bunun üçün pul lazım olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs inanmış, bu səbəbdən də məcburi köçkün kimi dövlət tərəfindən ev almaqda ona köməklik edəcəyinə söz vermiş, Təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin dekabr ayında iş yerində 450 (dörd yüz əlli) manat pul vermiş, bundan təxminən 10 gün sonra yenə iş yerində Təqsirləndirilən şəxs həmin iş üçün 500 (beş yüz) manat pul vermiş, Təqsirləndirilən şəxs 500 manat pulu ondan alandan təxminən 15 gün sonra, yəni 2020-ci ilin yanvar ayının əvvəllərində yenə pul lazım olduğunu ona bildirmiş, o, keçmiş həyat yoldaşı Şahid1 borc aldığı 350 (üç yüz əlli) manat pulu Abşeron rayonu, Xırdalan şəhərində, Xırdalan dairəsi deyilən ərazidə keçmiş əri Şahid1 yanında Təqsirləndirilən şəxs vermiş, bundan bir neçə ay sonra Təqsirləndirilən şəxs işin düzəlməsi üçün yenə pul lazım olduğunu bildirmiş, 20 Yanvar deyilən ərazidə ondan 500 (beş yüz) manat pul almış, o, sonuncu dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs 200 (iki yüz) manat pul vermişdir. O, 2019-cu ilin dekabr ayından, 2020-ci ilin sentyabr aynın əvəlinədək olan müddətdə hissə-hissə olmaqla məcburi köçkün kmi dövlət tərəfindən ev alınmasında ona köməklik edəcəyinə söz verdiyi üçün Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul vermiş,həmin pulun 350 manatını keçmiş əri Şahid1 almış, 1500 manatını isə iş yoldaşı Şahid2 borc almış, Təqsirləndirilən şəxs ondan ümumilikdə 2000 manat pul alıb ona məcburi köçkün kimi dövlət tərəfindən ev verilməsində köməklik edəcəyinə söz versə də, ona heç bir köməklik etməmiş və onun pulunu qaytarmamışdır. O, sonda məcbur olub 2020-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs pulu verməyəcəyi halda ondan şikayət edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs 16 yanvar 2020-ci il tarixdə onun istifadəsində olan «Kapital Bank» kartına 100 (bir yüz) manat pul köçürmüş, sonradan qalan pulu Təqsirləndirilən şəxs qaytarmadığı üçün, məcbur olub 25.12.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə şikayət etmiş, bundan sonra Təqsirləndirilən şəxs onu aldadıb ondan aldığı 2000 manat puldan 60 manatını onun iş yoldaşı Şahid2 «Kapital Bank» kartına köçürmüş, qalan 1840 (bir min səkkiz yüz qırx) manat pulunu qaytarmamışdır. O, Şahid2 borc aldığı 1500 manat pulu və keçmiş əri Şahid1 aldığı 350 manat pulu qaytarsa da, Təqsirləndirilən şəxs onun pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə qurmuş, həmin nigahdan onların iki övladı dünyaya gəlmiş, lakin sonradan xasiyyətləri düz gəlmədiyi üçün onlar rəsmi olaraq boşanmış, lakin mütəmadi olaraq Fəridə və uşaqları ilə görüşüb əlaqə saxlamışdır. 2019-cu ilin dekabr ayında keçmiş arvadı Fəridə ilə görüşən vaxt Fəridə söhbət zamanı ona bir nəfər Vüsal adlı iş yoldaşının məcburi köçkün kimi dövlət tərəfindən verilən evlərdən birini onun üçün düzəltməkdə kömək edəcəyinə söz verdiyni, lakin həmin işin düzəlməsi üçün Fəridədən pul istədiyini demiş, həmin Vüsal adlı şəxsə 20 Yanvar deyilən ərazidə yerləşən iş yerlərində 450 (dörd yüz əlli) manat pul verdiyini bildirmişdir. 2020-ci ilin qış aylarında Fəridə ona pul lazım olduğunu bildirdikdə səbəbini Fəridədən soruşmuş, Fəridə məcburi köçkün kimi dövlət tərəfindən ev almaq üçün köməkli edəcəyinə söz vermiş iş yoldaşı Təqsirləndirilən şəxs müəyyən məbləğdə pul verdiyini, lakin Təqsirləndirilən şəxs işin düzəlməsi üçün yenə pul istədiyini, bu səbəbdən də ona pul lazım olduğunu bildirmiş, o, Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dairəsi deyilən ərazidə Fəridə ilə görüşüb 350 manat pulu Fəridəyə vermiş, Fəridə onun yanında ondan aldığı 350 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onun yanında Fəridədən 350 manat pulu aldıqdan sonra, Fəridəyə tez bir zamanda ona məcburi köçkün kimi ev düzəltməkdə köməklik edəcəyinə söz vermiş, lakin Vüsal ümumilikdə hissə-hissə olmaqla Fəridədən 2000 manat pul alsa da verdiyi sözə əməl etməmiş və Fəridəyə məcburi köçkün kimi ev almaqda köməklik etməmişdir. Fəridə Vüsaldan 2000 manat pulunu geri istəsə də, Vüsal Fəridədən aldığı pulu qaytarmamışdır. İş üzrə Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanıyır. O, Fəridə ilə birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən «SALAM ƏLEYKUM» yeməkxanasında bir yerdə işləmiş, Fəridə ilə onun bir iş yoldaşı kimi normal münasibətləri olmuşdur. 2019-cu ildə Fəridə ona Vüsal adlı şəxsin məcburi köçkün kimi dövlət tərəfindən ev verilməsində köməklik edəcəyinə söz verdiyini, lakin bu işin müqabilində həmin Vüsal adlı şəxsin Fəridədən pul istədiyini bildirmiş, bundan bir neçə ay sonra bir neçə dəfə Fəridə ona zəng edərək ondan borc pul alıb Vüsal adlı şəxsə vermiş, Vüsal isə hər dəfə Fəridədən pul alanda vədlər verərək tez bir zamanda Fəridənin ev məsələsini həll edəcəyini bildirmiş, o, hissə-hissə olmaqla Fəridədən ümumilikdə 1500 manat pul almış, Fəridə ondan aldığı 1500 manat pulu və keçmiş əri Şahid1 aldığı 350 manat pulun üzərinə 150 manat pul qoyaraq ümumilikdə Təqsirləndirilən şəxs hissəhissə olmaqla 2000 manat pul versə də, Təqsirləndirilən şəxs Fəridəyə heç bir köməklik etməmiş, Fəridənin işini düzəltməmişdir. O, Vüsal Əliyevi şəxsən tanımamış, bütün olanlar barədə Fəridədən eşitmiş, bu səbəbdən də Vüsalla telefon vasitəsi ilə əlaqə saxlamış, Vüsal telefonda ona da tez bir zamanda Fəridənin ev məsələsinin həll edəcəyini söz versə də, Fəridənin ev məsələsini həll etməmişdir. Fəridə ondan aldığı 1500 manat borcunu qaytaran müddətdə Vüsal ona zəng etmiş, həmini pulun qalan 360 (üç yüz altımış) manatını qaytaracağını desə də, bir neçə dəfə onu aldatmış, sonda Vüsal onun adına olan karta 60 manat pul köçürmüş, o da bankamata gedərək həmin 60 manat pulu kartından çıxartmış və Fəridənin ona olan borcundan həmin 60 manat pulu çıxmışdır. Hazırda Fəridənin ona borcu yoxdur, Fəridəyə borc verdiyi 1500 manat pulun hamısını hissə-hissə olmaqla Fəridə özü ona qaytarmışdır. İş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 09.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Ağayev X2 rayon Məhkəməsinin 1(056)-105/2016 saylı, 07 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, daha sonra 22.01.2018-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən, həmin maddənin 178.1-ci maddəsinə tövsif edilmiş və cəzası 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) günə endirilmiş və 05.09.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilmişdir. İş materiallarında olan Sabirabad RİH Qalağayın kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Ağayev X2 rayonu, Qalağayın kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.09.2009-cu il təvəllüdlü X5, 20.04.2011-ci il təvəllüdlü X6 və 03.06.2013-cü il təvəllüdlü X3 adlı üç azyaşlı uşağı var. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün axtarışda olmuş, 05.04.2021-ci il tarixdə tutulmuş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra məhkəmənin çağırışlarına gəlmədiyi üçün 25.06.2021-ci il tarixdə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən axtarış elan edilmiş və 08.07.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və və cəzaçəkməsinin əvvəli 08.07.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 08.07.2021-ci il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar