Məhkəmə qərarları › İş №1(012)-357/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-357/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-357/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Yasama rayonu, Şirvanzadə küçəsi məh 523, ev 13, mənzil 5-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhərində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 işlədiyi Xırdalan şəhəri «Kristal-Abşeron-2» şəhərciyi, bina 06, obyekt 06-da yerləşən qapısı açıq dərzi sexinə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 40 manat dəyərində əl çantasını, həmin çantanın içərisində olan şəxsiyyət vəsiqəsini, iki ədəd bank kartlarını, üç ədəd açarlarını, bir ədəd 60 manat dəyərində gün eynəyini, 500 manat nağd pulunu və Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 məxsus digər mühüm şəxsi sənədi olan ********** nömrəli «VÖENİ» gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, Bakı şəhəri, Yasamal rayonunda daimi qeydiyyatda olsada, hazırda narkotik vasitələrdən istifadə etdiyi üçün atası onu evə qoymur, o da qalmağa yerim olmadığı üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binaların zirzəmisinidə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, «Kristal-Abşeron-2» bina 6, obyekt 6-nın yaxınlığında piyada gəzən vaxtı binanın 1-ci mərtəbəsində olan dərzi sexinin giriş qapısının açıq olduğunu görmüş, sexdə işləyən dərzidən işlənmiş köhnə paltartikən maşını alıb-almaması ilə maraqlanmaq məqsədi ilə sexə daxil olmuş, lakin sexə daxil olandan sonra, sexdə heç kimin olmadığını görüb və bundan stifadə edərək, həmin vaxtı sexdə divara bərkidilmiş dəmirdən asılan əl çantasını götürüb oğurlayaraq oradan uzaqlaşmışdır. Yaşadığı binanın zirzəmisinə qayıdıb, orada həmin dərzi sexindən oğurladığı əl çantasının içərisinə baxmış, çantanın içərisində 3 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq və 5 ədəd 20 manatlıq əskinazlar olmaqla ümumilikdə 500 manat pul oldğunu görmüşdür. Özü üçün yemək və digər ərzaq məhsulları alaraq həmin 500 manat pulu özü üçün xərcləmiş, dərzi sexindən oğurladığı çantanı isə içərisində olan digər əşyalar və sənədlərlə birlikdə, həmin oğurluq etdiyi binanın yaxınlığına atmışdır. Həmin oğurladığı çantanı oğurluq etdiyi binanın yaxınlığına ona görə atmışdır ki, kimsə tapıb sahibinə qaytarsın. Həmin dərzi sexində işləyən qadını əvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin çantanı pula ehtiyacı olduğu üçün oğurlamışdır. Həmin oğurladığı çantadan yalnız tək pulu götürmüş, çantanın içərisində olan sənəd və digər əşyaları, oğurladığı çanta qarşıq oğurluq etdiyi binanın yaxınlığına atmışdır. Oğurluq edərkən onun məqsədi çantada olan pulu oğurlamaq olmuşdur. Həmin oğurluğu tək etmiş, həmin oğurluq barədə heç kimə heç nə deməmiş, başqa heç bir oğurluq etməmişdir. O, çantada eynək və VÖEN olduğunu görməmiş və çantadan heç bir eynək və VÖEN oğurlamamışdır. Çantadan yalnız 500 manat pul oğurlamışdır. Çantanı oğurluq etdiyi dərzi sexinin yaxınlığına atanda, həmin çantada olan kart, şəxiyyət vəsiqəsi və digər nə varsa hamısı çantanın içərisində olmuşdur. Ola bilsin ki, kimsə başqa şəxs həmin VÖEN və eynəyi götürmüşdür. Narkotik vasitələrdən istifadə edir, həmin istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxslərdən yalnız özü istifadə etmək üçün alır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Qabil qızı ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Lakin Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal-Abşeron» -2, bina 6, obyekt 6-da icarəyə götürdüyü sexdə dərzi işləyir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində işə gəlmiş, həmin günü saat 13 radələrində dərzi sexindən çıxıb 10 dəqiqəlik şəxsi işi ilə əlaqədar binanın komendantının yanına getmiş, komendantın yanınak gedərkən dərzi sexinin giriş qapısını açıq qoymuş, O, sexə qayıdanda içərisində 500 manat pulu, şəxsiyyət vəsiqəsi, kovid pasportu, oğlu Zərərçəkmiş şəxs2 adına olan «VÖEN» sənədi və bir ədəd 60 manata aldığı gün eynəyini çənta qarşıqı oğurlandığını görmüşdür. Çantasının 40 manata aldığını və bu səbəbdən də həmin oğurluq nətiçəsində ona 600 manat maddi ziyan dəydiyini göstərmişdir. Həmin dərzi sexinin bir otaqlı olduğunu, bu səbəbdən də əl çantasını həmin sexdə divara bərkidilmiş dəmir asılqana asmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, btidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Abşeron rayon, Masazır qəsəbəsində yaşayır. Fərdi əməklə məşğul olur, anası Zərərçəkmiş şəxs1 isə, Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal-Abşeron» 2-də bina 6, obyekt 6-da icarəyə götürdüyü sexdə dərzi işləyir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində anası Zərərçəkmiş şəxs1 işə gəlmiş, həmin günü saat 13 radələrində dərzi sexindən çıxıb 10 dəqiqəlik şəxsi işi ilə əlaqədar binanın komendantının yanına getmiş, anası Zərərçəkmiş şəxs1 komendantın yanına gedəndə dərzi sexinin giriş qapısını açıq qoymuş, anası dərzi sexinə qayıdanda içərisində 500 manat pulu, şəxsiyyət vəsiqəsi, kovid pasportu, bir ədəd 60 manata aldığı gün eynəyi və onun adına olan VÖEN çanta qarşıqıq oğurlandığını müəyyən etmişdir. Həmin oğurluq nəticəsində anası Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat maddi ziyan dəymiş, onun isə adına Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsində açdırdığı VÖEN oğurlanmışdır. Adına olan VÖENİ anası Zərərçəkmiş şəxs1 yaşadıqları evə aparması üçün vermiş, həmin vaxtdan da anasının çantasnda qalmışdır. xx.xx.2022-ci il tarixdə anasına məxsus çanta dərzi sexindən oğurlananrkən içərisində olan pul və sənədlərlə bərabər onunda adına olan VÖEN oğurlanmışdır. Həmin oğurluq nəticəsində anası Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan dəymiş, onun isə adına olan VÖEN oğurlanmaqla ona ziyan dəymişdir. Həmin oğurluq hadisəsindən bir neçə gün sonra çanta tapılıb içərisində olan şəxsiyyət vəsiqəsi və digər sənədlər tapılsada, anası Zərərçəkmiş şəxs1 məxsus 500 manat pul, bir ədəd 60 manata aldığı eynəkvə onun adına olan VÖEN çantada olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1123 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd süni dəri materialdan hazırlanmış, 30x30 sm ölçülü, tünd yaşılğ rəngli Çin istehsalı, üzərində bərkidilmiş dörd künc metalın üzərində «S Olver» sinse 1969 yazılar olan , ön, arxa və daxili hissəsi zəncirbənd ilə açılıb bağlanan çantanın istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 10,00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis İdarəsinin xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması üçün barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtaışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri qüvvədə saxlanılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 30x30 sm ölçülü, tünd yaşılğ rəngli, Çin istehsalı, üzərində bərkidilmiş dörd künc metalın üzərində «S Olver» sinse 1969 yazılar olan, ön, arxa və daxili hissəsi zəncirbənd ilə açılıb bağlanan çanta maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtaışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il taixdə polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspert rəyi ilə, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən yaranan məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdə həbsdə saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, 30x30 sm ölçülü, tünd yaşılğ rəngli, Çin istehsalı, üzərində bərkidilmiş dörd künc metalın üzərində «S Olver» sinse 1969 yazılar olan, ön, arxa və daxili hissəsi zəncirbənd ilə açılıb bağlanan çanta ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılaraq Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdə 01 gün həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 30x30 sm ölçülü, tünd yaşılğ rəngli, Çin istehsalı, üzərində bərkidilmiş dörd künc metalın üzərində «S Olver» sinse 1969 yazılar olan, ön, arxa və daxili hissəsi zəncirbənd ilə açılıb bağlanan çanta ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar