Məhkəmə qərarları › İş №1(012)-357/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-357/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-357/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yetmiş manat müqabilində iki ədəd sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 0,305 qram və 0,408 qram olmaqla ümumi çəkisi 0,713 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa və bir ədəd üzəri yazılı kağız bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 0,093 qram, 0,268 qram, 0,122 qram və 0,110 qram olmaqla ümumi çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə daşımış və saxlamış, 16 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanında binanın dəhlizində saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,305 qram və 0,408 qram olmaqla ümumi çəkisi 0,713 qram olan narkotik vasitə heroin və dörd ədəd bükümüdə ayrı-ayrılıqda çəkiləri 0,093 qram, 0,268 qram, 0,122 qram və 0,110 qram olmaqla ümumi çəkisi 0,593 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fiziki və psixi cəhətdən sağlamdır. Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İşləmir. Fiziki və psixi cəhətdən sağlamdır. Şübhəli şəxs qismində saxlanıldığı andan ona, hüquq və vəzifələri izah edilmişdir. O bildirmişdir ki, təxminən on ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 70 manat müqabilində heroin və metamfetamin almışdır. Həmin şəxs onları, ayrıayrı bükümlərdə verib hərəsindən yarım qram olduğunu bildirmişdir. O, onları əynindəki şalvarın cibinə qoymuş və yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə iki dostu ilə oturub söhbət edən zaman iki nəfər şəxs evə daxil olub polis əməkdaşı olduqlarını bildirərək, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onları polis idarəsinə dəvət etmişlər. Onlarda etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişlər. Polis İdarəsində xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün ona dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd metal qutunun içərisindəki, iki ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə olan heroini, iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağızına və bir ədəd üzəri yazılı kağıza bükülmüş psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Daha sonra həmin bükümlər onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmışdır, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra o həmin narkotik vasitələri və psixotrop maddələri xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 70 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Polis əməkdaşlarından Məmmədov İbrahim evə daxil olarkən stolun üstündə içərisində 573 manat olan pul qabını və gümüş təsbehi götürmüş, o, polis idarəsində dindirildikdən bir neçə gün sonra arvadı ora dəvət edilərək idarədən bayırda 573 manatdan yalnız 240 manatı qaytarılmış, gümüş təsbehi isə verilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Abşeron RPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu ev 2, mənzil 14 də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayon, Masazır qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, Şahid1 tərəfindən 16 dekabr 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 00:35 radələrində onun və Şahid1 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda, Abşeron rayonu, Masazır qəsəbəsi, Məzlumlar evi, yaşayış massivi Bina 2-nin 3-cü mərtəbəsində tərəflərindən saxlanıldıqdan sonra, şəxsiyyətini dəqiqləşdirərək Abşeron RPİnə dəvət etmişdirlər. Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd metal qutunun içərisindəki iki ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddəni, iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağızına və bir ədəd üzəri yazılı kağıza bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların, iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərində aşkar olunmuş iki ədəd şəffaf rəngli sellofan bükümdəki qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddə heroin və iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağızına və bir ədəd üzəri yazılı kağıza bükülmüş kristal şəkilli maddələr metamfetamindir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 16 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 70 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən Abşeron RPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu ev 2, mənzil 14 də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayon, Masazır qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, Şahid1 tərəfindən 16 dekabr 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 00:35 radələrində onun və Şahid1 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda, Abşeron rayonu, Masazır qəsəbəsi, Məzlumlar evi, yaşayış massivi Bina 2-nin 3-cü mərtəbəsində tərəflərindən saxlanıldıqdan sonra, şəxsiyyətini dəqiqləşdirərək Abşeron RPİ-nə dəvət etmişdirlər. Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd metal qutunun içərisindəki iki ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddəni, iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağızına və bir ədəd üzəri yazılı kağıza bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Onun üzərində olan 240 manat pul isə arvadına çatdırılmışdır. Ondan təsbeh götürülməmişdir. O, evdə yox, binanın dəhlizində saxlanılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu ev 2, mənzil 14 də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayon, Masazır qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, tərəfindən 16 dekabr 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 00:35 radələrində onun və Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir və Təqsirləndirilən şəxs yaşadığı ünvanda, Abşeron rayonu, Masazır qəsəbəsi, Məzlumlar evi, yaşayış massivi Bina 2-nin 3-cü mərtəbəsində tərəflərindən saxlanıldıqdan sonra, şəxsiyyətini dəqiqləşdirərək Abşeron RPİ-nə dəvət etmişdirlər. Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd metal qutunun içərisindəki iki ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddəni, iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağızına və bir ədəd üzəri yazılı kağıza bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərində aşkar olunmuş iki ədəd şəffaf rəngli sellofan bükümdəki qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddə heroin və iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağızına və bir ədəd üzəri yazılı kağıza bükülmüş kristal şəkilli maddələr metamfetamindir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 16 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 70 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 6/7075 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – tədqiqata təqdim edilmiş üzərində "...(imza) İbayev..." sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qr., 0,408 qr., ümumi təmiz çəkisi 0,713 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qr., 0,268 qr. 0,122 qr. 0,110 qr. ümumi təmiz çəkisi 0,593 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tarkibli psixotrop maddə-metamfetamindir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd metal qutunun içərisindəki, iki ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə olan heroinə, iki ədəd qızılı rəngli, bir ədəd gümüşü rəngli folqa kağıza və bir ədəd üzəri yazılı kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İ hissəsinin 27-ci bəndində psixotrop maddəmetamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Abşeron rayon İHB-nın Masazır kənd üzrə ərazi nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir məlumat qeydə alınmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 14 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs əməli hazırkı cinayət qanunvericiliyinə əsasən az ağır cinayət hesab edildiyindən və təyin edilmiş cəzadan azad olunmasının üzərindən 01 ildən daha az müddət keçdiyini nəzərə alaraq məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Məhkəmə onun əməlində cinayətin resedivi olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını, ağırlaşdıran hal kimi resediv olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə isə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 481 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,613 qram heroin, 0,493 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,613 qram heroin, 0,493 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar