Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-357/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-cı ildə Qubadlı rayonu, Tatar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, Qaçaq Nəbi döngəsi, ev 30-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş bir ədəd üzərində F/M40 göstəricisi olan metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən dərman həbini, bir bükümdə çəkisi 0,068 qram, digər bükümdə çəkisi 0,087 qram, 1 ədəd 1 ml həcmli şprisdə 0,3 ml həcmdə olan məhlulda quru halda çəkisi 0,005 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manat müqabilində qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla Xırdalan şəhəri, MD-23 qəsəbəsinə daşımış, 24 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində Abşeron RPİ-yə daxil olmuş məlumat əsasında cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 06:35-dan 06:50-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd üzərində F/M40 göstəricisi olan metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən dərman həbi, 2 ədəd kağız bükümdə ümumi çəkisi 0,155 qram olan, 1 ədəd 1 ml həcmli şprisdə 0,3 ml həcmdə olan məhlulda quru halda çəkisi 0,005 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş,əməlindən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, narkotik vasitələrdən bədənində olan ağrılara göre 2 il olar ki, mütəmadi olaraq istifadə edir. Belə ki, narkotik vasitələr ona sakitləşdirici təsir göstərir. 24 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon qəsəbəsində hərəkətdə olan vaxt polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirdirmişdirlər. O, etiraz etmeyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Polis idarəsində onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra müdafiəçi dəvət olunaraq hüquq və vəzifələri izah olunduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və şəxsi axtarış aparılmağa başlanmışdır. İlk öncə ona üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd özünə məxsus Redmi markalı mobil telefonu, şalvarının sağ cibindən isə bir ədəd istifadə olunmuş şpris və bir ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Bundan sonra ondan təqdim etdiyi kibrit qutusunun içərisindəkinin nə olduğu soruşulduqda kibrit qutusunun içərisindəki 2 edəd kağız bükümdə narkotik vasitə heroin olduğunu digər dərman həbinin ise M40(metadon) həbi olduğunu bildirmişdir, həmin maddələrin hamısını bir yerdə xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı İran vətəndaşından 40 (qırx) manata aldığını bildirmişdir. Şprisi isə heroindən iynə vurmaqla istifadə etdiyini bildirmişdir. Aldığı heroindən bir hissəsini su ilə qarışdırıb şprisdə çəkib hazırlamış ki, evə gedəndə vursun. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində başqa qanunsuz hər hansı bir əşya olmadığını bildirmişdir. Əynində olan şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə digər paltarları yoxlanılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra üst-başını səliqəyə salmışdır. Masanın üzərinə qoyduğu maddənin kağız zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürüləcəyi deyilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra əynində olan şalvarının sağ cibindən götürüb təqdim etdiyi kibrit qutusunun içərisindəki 2 ədəd kağız büküm, M40(metadon) həbi və bir ədəd şpris zərfə qoyularaq zərfin ağzı Abşeron RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 56 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bildirmişdir ki, təhqiqat və istintaq zamanı tərtib edilmiş bütün sənədləri özü imzalamışdır, heç bir psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 bildirmişdir ki, 24 avqust 2023-cü il tarixdə saat təxminən 05:30 radələrində polis nəfəri Şahid1 və polis serjantı Şahid2 və Şahid3la birlikdə 4768 çağrışlı avtopatrul maşını ilə Abşeron rayon, Xırdalan şəhəri, Mexkalon qəsəqəsbəsi ərazisində xidmət apararkən qaranlıq məhəllədə bir nəfər şəxsin özünü şübhəli aparmasını müşühidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq şəxsiyyətini müəyyən etmək isdədikdə həmin şəxs üzərində heç bir şəxsiyyətini təstiq edəcək sənədin olmadığını bildirmişdir. Onlar həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə Abşeron RPİ-nə dəvət etmiş və həmin şəxs heç bir etiraz etmədən xidməti maşına əyləşərək Abşeron RPİ-nə gəlmişdir. Onlar həmin şəxsi N/H təhvil verdikdə, həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu onlara müəyyən olmuşdur. Daha sonra Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Coşqundan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sol yan cibindən Redmi markalı mobil telefonu, sağ cibindən bir ədəd işlənmiş şpris və bir ədəd kibrit qutusunu təqdim edərək kibrit qutusunun içərisində 2 ədəd kağız bükümdə narkotik vasitə heroin və bir ədəd M 40 həbi(metadon) təqdim etmişdir. X3 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bükümlər, 1 ədəd M40 həbi, 1 ədəd şpris Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək imzalanıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu hardan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərindən aşkar olunmuş 2 ədəd kağız bükümdəki spesfik iyə malik, qəhvəyi rəngli, toz şəkilli maddə narkotik vasitə heroin və bir ədəd qəhvəyi rəngli dairəvi formalı dərman M 40 həbi(metadondur). O, həmin narkotik vasitəni və metodon həbini 23 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 40 manat müqabilində istifadə etmək məqsədi ilə aldırdığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4545 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº56" dairəvi möhür əksləri olan, "... Şübhəli şəxs: "imza" Şükürov ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,068 gram, 0,087 qram, ümumi təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli maddələr olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "F/M40" göstəricisi olan 1 (bir) ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Təqdim edilmiş 1 ədəd 1 ml həcmli şprisdə 0,3 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi - 0,005 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Metadon 2005-ci il 28 iyun tarixli AzərbaycanRespublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisindədövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,155 qram, tədqiqata sərf edildi 0,060 qram, qalıq 0,095 qramdır. Heroin məhlulunun həcmi 0,3 ml, təhqiqata sərf edildi 0,15 ml, qalıq çəkisi 0,15 ml. Metodon həbinin sayı 1 ədəd, təhqiqata sərf dildi ½ ədəd, qalıq çəkisi ½ ədəd. Məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 6439 № rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan şalvarın sol yan cibindən Redmi markalı mobil telefon, sağ cibindən bir ədəd işlənmiş şpris və bir ədəd kibrit qutusunun içərisindən 2 ədəd kağız bükümdə narkotik vasitə heroin və bir ədəd M 40 həbi(metadon) aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşin materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinib ona 03 il maddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş,şübhəli şəxs qismində tutulduğu 02 gün təyin edilmiş cəzasından çıxılmış, üzərində 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 17 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi üçün məhkum Təqsirləndirilən şəxs şöbənin qeydiyyatından keçməmişdir. Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilmişdir. Abşeron rayopn Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərarı il Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş, 18 noyabr 2024-cü il tarixdə tutularaq Abşeron rayon Pİ-inin MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmü ona 03 il maddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə, cəmi 01 il 06 ay müddət azadlıqdan məhrumetmə ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 24 avqust 2023-cü il 25 avqust 2023-cü il tarixədək olan tutulduğu 02 gün və Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmü ilə nəzərə alınan tutulduğu 02 gün, cəmisi 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi 0,095 qram çəkidə narkotik vasitə heroin, 0,15 ml həcimli heroin məhlulu və ½ ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)- 194/2023 saylı hökmü ona 03 il maddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə, cəmi 01 il 06 ay müddət azadlıqdan məhrumetmə ilə qismən birləşdirilsin, ona qəti olaraq 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 24 avqust 2023-cü il 25 avqust 2023-cü il tarixədək olan tutulduğu 02 gün və Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmü ilə nəzərə alınan tutulduğu 02 gün, cəmisi 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəlilabad rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(073)-194/2023 saylı hökmü ilə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 01 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi 0,095 qram çəkidə narkotik vasitə heroin, 0,15 ml həcimli heroin məhlulu və ½ ədəd metadon həbi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-357/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-357/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver