Məhkəmə qərarları › İş №1(012)-358/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-358/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-358/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1998-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 yaşayış massivi ev 47, mənzil 23-də qeydiyyatda olmaqla, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbs etmənin əvvəli 05.12 .2019-cu il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsYalçınoğlu özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində X1 yaşadığı Abşeron rayonu Masazır kəndi «Yeni Bakı» yaşayış massivi ev 1A, 34 saylı mənzilin qonaq otağının plastik pəncərəsinin şüşəsini taxta parçası ilə sındıraraq mənzilə qanunsuz daxil olaraq, yataq otağında olan dolabdan 4000 manat məbləğində nəğd pulu, 900 manat dəyərində 01 ədəd qızıl dəstini və 01 ədəd 130 manat dəyərində «Samsung» markalı mobil telefonu oğurlayıb, zərərçəkmiş şəxs Pərvin İsgəndərovaya ümumilikdə 5030 (beş min otuz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu Masazır kəndi «Qurtuluş-93» yaşayış massivi 37 nömrəli binanın zirzəmisində park edilmiş Zərərçəkmiş şəxs1 məxsus «KİA CERATO» markalı ** LE *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq qapını açıb avtomobilin qabaq sağ oturacağının cibindən 1000 (bir min) manat məbləğində nağd pulu oğurlayıb, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 03 radələrində ünvan 1 ünvanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs4 Natiq oğlunun icarə əsasında işlətdiyi “Şərab evi” mağazasının giriş qapısını zor tətbiq edib itələmklə açaraq mağazaya qanunsuz daxil olaraq, mağazada satışa qoyulmuş ümumilikdə 210 manat dəyərində olan 07 qutu “Kent”, ümumilikdə 200 manat dəyərində olan 06 qutu “Sobraniye”, ümumilikdə 100 manat dəyərində olan 04 qutu “Winiston”, ümumilikdə 32 manat dəyərində olan 02 qutu “Klassik”, ümumilikdə 48 manat dəyərində olan 02 qutu “LD”, ümumilikdə 38 manat dəyərində olan 02 qutu “Palmall” və ümumilikdə 76 manat dəyərində olan 04 qutu “Winchester” markalı siqaretləri oğurlayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 704 (yeddi yüz dörd) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu Masazır kəndi «Qurtuluş-93» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi marketin nəfəsliyindən saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq, oradan ümumilikdə 28,50 manat dəyərində olan 15 qutu «Palmall», ümumilikdə 92,40 manat dəyərində olan 33 qutu «Winston», ümumilikdə 36 manat dəyərində olan 12 qutu «Kent-8», ümumilikdə 43,70 manat dəyərində 23 qutu «Rotmans», ümumilikdə 42 manat dəyərində olan 15 qutu «Winston» nazik, ümumilikdə 42,90 manat dəyərində olan 13 qutu «Sobraniye» ağ qalın, ümumilikdə 42,90 manat dəyərində olan 13 qutu «Sobraniye» nazik, ümumilikdə 28 manat dəyərində olan 20 qutu «Maqna» nazik, ümumilikdə 11,20 manat dəyərində olan 08 qutu «Mağna» kompakt, ümumilikdə 18 manat dəyərində olan 12 qutu «NZ», ümumilikdə 76 manat dəyərində olan 40 qutu «Winchester» kompakt, ümumilikdə 25,50 manat dəyərində olan 15 qutu «West», ümumilikdə 43,20 manat dəyərində olan 18 qutu «HD» nazik, ümumilikdə 39,60 manat dəyərində olan 18 qutu «HD» kompakt, ümumilikdə 132 manat dəyərində 44 qutu «Kent», ümumilikdə 34,20 manat dəyərində 18 qutu «Winchester» nazik boz markalı siqaretləri, ümumilikdə 36 manat dəyərində olan 02 qutu «Dirol» markalı saqqızları, ümumilikdə 50 manat dəyərində olan 100 ədəd alışqanları və 400 manat məbləğində nəğd pulu oğurlayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1222,10 (bir min iki yüz iyirmi ik manat on qəpik) məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır kəndi duz zavoduna gedən yolda yerləşən Bayramov Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi köşkün arxa hissəsində yerləşən kondisioneri söküb çıxartmaqla saxlanc yeri hesab edilən köşkə qanunsuz daxil olaraq, oradan hər bir qutunun qiyməti 3 manat olmaqla ümumilikdə 600 manat dəyərində 200 qutu «Kent-4», hər bir qutunun qiyməti 3 manat olmaqla ümumilikdə 240 manat dəyərində 80 qutu «Kent-8», hər bir qutunun qiyməti 3 manat olmaqla ümumilikdə 120 manat dəyərində 40 qutu «Kent-1», hər bir qutunun qiyməti 3 manat 50 qəpik olmaqla ümumilikdə 140 manat dəyərində 20 qutu «Sobranie», hər bir qutunun qiyməti 3 manat olmaqla ümumilikdə 300 manat dəyərində 100 qutu «Davidof», hər bir qutunun qiyməti 2 manat olmaqla ümumilikdə 200 manat məbəlğində 100 qutu «West» markalı siqaretləri və 367 manat məbləğində nəğd pulu oğurlayıb, Zərərçəkmiş şəxs3 Bayramova ümumilikdə 1967 (bir min doqquz yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksi buina 47, mənzil 23-də yaşayır. Onunla qonşuluqda binanın 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs2 əri Fəridlə yaşayır. X3 yaxınlıqda yerləşən «Yeni Bakı» yaşayış kompleksində kirayə ev götürmüş, onun Pərvinlə yaxşı münasibəti olduğu üçün, sonuncunun yaşadığı evə tez-tez gedib gəlir. Pərvinin yaşadığı evdə planşet və telefoinun olduğunu görmüş, maddi ikanı pis olduğundan həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə tanışı Vüsala onu yeni Bakı yaşayış kompleksində yaşayan Pərvinin evinin qarşısında gözləməsini, özü isə narkotik satanları cəzalandırıb gələcəyini bildirmişdir. Onun yaşadığı ərazidə Pərvinin qeyri rəsmi yaşadığı «Miri» adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğundan, sonuncunu qorxuzmaq üçün Pərvingilin yaşadığı evə tək qalxmış, evin pəncərəsini sındırıb evə daxil olmuş, evdə narkotik tapmadığından telefon və planşeti götürüb evdən çıxmışdır. Oğurladığım telefon və planşeti tanımadığı şəxsə Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında satmışdır. Bundan başqa Abşeron rayonu “Qurtuluş-93” yaşayış massivində, gördüyü “Şərab evi” mağazasından oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Buna görə xx xxxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində həmin “Şərab evi” mağazasının yaxınlığına oğurluq etmək üçün gəlmişdir. Həman mağazada və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, mağazaya yaxınlaşmış və mağazanın giriş qapısını itələməklə açıb, mağazaya daxil olmuşdur. Mağazada müxtəlif çeşiddə spirtli işkilər və siqaretlər satılır. Mağazada gördüyü böyük salafan torbalara satışa qoyulmuş “Kent”, “Sobranie”, “Viniston” və adları yadında qalmayan başqa siqaret bloklarını yığmış və tez mağazadan çıxıb, oradan uzaqlaşmışdır. Mağazadan oğurladığı həmin siqaretləri səhər açılanda Bakı şəhəri 8-ci km deyilən yerdə olan bazarda tanımadığı şəxsə 300 manata satmtışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə keçən gecə saat təxminən 01-02 radələrində «Qurtuluş 93» yaşayış massivində tək gəzərkən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün yaşayış massivinin həyətində olan marketə tərəf getmiş, orada heç kimin olmadığını və marketin qapısının bağlı olduğunu görmüşdür. Marketə daxil olaraq oradan oğurluq etmək üçün marketin baş tərəfində olan nəfəsliyi açaraq içəri daxil olub oradan müxtəlif adlarda bir neçə blok siqaretlər, bir neçə dənə alışqan, dirol saqqızı 2 paçka, 120 manat nağd pul və təxminən 250-300 manat dəyərində 50 (əlli) qəpiklər oğurlayaraq oradan çıxıb getmişdir. Həmin siqaretləri, saqqızı və alışqanı Sabunçu rayon ərazisində yerləşən rus bazarında tanımadığı şəxsə ümumilikdə 500 (beş yüz) manata satmışdır. Həmin pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə yaşadığı evin yanında gəzərkən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün binalardan birinin qarajına daxil olmuşdur. Orada ağ rəngli «KİA» markalı avtomaşının dayandığını görmüşdür. Avtomaşının qapısını açmaq qərarına gəlmişdir. Bunun üçün yerdə olan armatur parçasını götürərək avtomaşının sol qapısını təxminən 5 dəqiqə ərzində sındıraraq açmışdır. Maşının sağ tərəfində olan cibini axtarmağa başlamış və 1000 (min manat) pul görüb həmin pulu götürərək şalvarımın arxa cibinə qoyub hadisə yerindən uzaqlaşmışdır. Pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolunda olarkən, orada olan köşkdən oğurluq etmək qərarına gəlmişdir. Heç kimin olmaması üçün havanın qaranlıq olmasını gözləmişdir. xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır kəndi, Duz zavod yolunda yerləşən köşkün yanına gələrək, orada arxa tərəfdə olan kondisioneri çıxartmaqla içəri daxil olmuşdur. Oradan təxminən 370 manat pul və müxtəlif markalı tütün məmulatlarını oğurlayaraq çıxıb getmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyyaclarına xərcləmiş, siqaretləri isə bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndii, «Qurtuluş-93» yaşayış massivində yaşayır. Son zamanlar xəstə olduğu üçün «Kia» markalı avtomobilini az sürürmüşdür. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə avtomaşını «Qurtuluş 93» yaşayış massivinin 37 nömrəli binasının zirzəmisində saxlamışdır. Avtomaşını zirzəmidə saxlayarkən qabaq sağ cibinə 1000 manat pul saxlamışdır. xx.xx.2019-cu il tarixdə zirzəmiyə gəlib avtomaşını işə salmaq istəyərkən, qabaq sağ qapısının sındırıldığını və içərisində olan əşyaların dağıdıldığını görmüşdür. Avtomaşının qabaq sağ cibinə baxarkən 1000 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 2 ünvanında 2019-cu ilin avqust ayında icarə götürdüyü «Şərab Evi» mağazasını işlədir. Mağazanın iş vaxtı hər gün saat 09-dan gecə saat 01-02 radələrinə kimidir. Mağazanı özü bağlayıb özü açır, xx.xx.2019-cu il tarixdə gecə saat təxminən 02 radələrində mağazanı bağlayıb evinə getmişdir. Həmin tarixdə səhər saat 09 radələrində qonşu mağazada işləyən Kərim adlı şəxs və Novruz adlı şəxslər ona zəng edərək işlətdiyi mağazanın giriş qapısının açıq olduğunu bildirmişdir. Buna görə tez mağazaya gələrək, mağazanın giriş qapısının qıfıllarının sınmış olduğunu və qapınında açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazaya daxil olduqda satışdı olan siqaretlərin çox hissəsinin oğurlandığını aşkar etmişdir. Belə ki, mağazada qoyulmuş 210 manat dəyərində 7 blok “Kent” siqaretlərin, 200 manat dəyərində 6 blok “Sobranie” siqaretlərin, 100 manat dəyərində 4 blok “Viniston” siqaretlərin, 32 manat dəyərində 2 blok “Klassik” siqaretlərin, 48 manat dəyərində 2 blok “LD” siqaretlərin, 38 manat dəyərində 2 blok “PALLMALL” siqaretlərin, 76 manat dəyərində 4 blok “Vinçester” markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 704 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən «Qurtuluş-93 yaşayış kompeksinin həyətində ticarət obyektini icarəyə götürüb orada meyvə-tərəvəz, gündəlik ərzaq mallarının satışı ilə məşğul olur. Marketi səhər saat 06 radələrində açıb axşam isə 24 radələrində bağlayıb evinə gedir. xx.xx.2019cu il tarixdə axşam saat təxminən 23:30 radələrində marketi bağlayıb evinə getmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə səhər saat 06 radələrində marketi açaraq içəri daxil olub mağazanın havalandırma şüşəsinin açıq olduğunu və siqaret vitrinində olan siqaretlər azaldığını görmüşdür. Bundan sonra siqaretləri saydıqdan sonra 15 əd «Palmal» markalı 28,50 manat, «Vinston» markalı 33 ədəd 92,40 manat, «Kent-8» markalı 12 ədəd 36 manat, «Rotmans» markalı 23 əd 43,70 manat, «Vinston» nazik markalı 42 manat, «Sobraniye» markalı ağ qalın 42,90 manat, «Sobraniye» markalı nazik 42,90 manat, «Maqna» markalı nazik 28 manat, «Mağna» markalı kompakt 11,20 manat, «NZ» markalı 18 manat, «Vinchester» markalı kompakt 76 manat, «Vest» 25,50 manat, «HD» marakalı nazik 43,20 manat, «HD» markalı kompakt 39,60 manat, «Kent» markalı 132 manat, «Vinchester» markalı nazik boz 34,20 manat dəyərində siqaretlərin və 2 qutu 60 əd «Dirol» markvalı hər biri 0.60 qəpik olmaqla 36 manat saqqızların, 2 qutu 100 ədəd hər biri 0.50 olmaqla 50 (əlli) manat dəyərində alışqanların və 400 manat məbləğində nəğd pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1222,10 (min iki yüz iyirmi iki manat on qəpik) məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Bayramov Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır kəndi ərazisində siqaret və sərinləndirici içkilər satışı ilə məşğul olan köşkü vardır. Həmin köşkin fəaliyyəti səhər saat 07:00-dan gecə saat 23:00 kimidir. xx.xx.2019-cu il tarixdə həmişə olduğu kimi köşkə gəldikdə, köşkün arxa tərfində yuxarı hissəsində yerləşən kondisionerin yerdə olduğunu müşahidə etmişdir. Köşkə daxil olduqda kassada 367 manat nəğd pulun olmadığını aşkar etmişdir. Bundan sonra köşkə baxış keçirmiş və baxış zamanı məlum olmuşdur ki, hər bir qutunun qiyməti 3 manat olmaqla, ümumilikdə 600 manat məbəlğində 200 qutu «Kent-4» markalı, hər bir qutunun qiyməti 3 manat olmaqla, ümumilikdə 240 manat məbəlğində 80 qutu «Kent-8» markalı, hər bir qutunun qiyməti 3 manat olmaqla, ümumilikdə 120 manat məbləğində 40 qutu «Kent-1» markalı, hər bir qutunun qiyməti 3 manat 50 qəpik olmaqla ümumilikdə 140 manat məbləğində 20 qutu «Sobranie» markalı, hər bir qutunun qiyməti 3 manat olmaqla ümumilikdə 300 manat məbləğində 100 qutu «Davidof» markalı, hər qutunun qiyməti 2 manat olmaqla 100 qutu ümumilikdə 200 manat məbəlğində «WEST» markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1697 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saat 23 radələrində yaşadığı kompleksin ərazisində yerləşən marketə alış veriş etmək üçün getmiş, bir az orada alış veriş etdikdən xx.xx.2019-cu il tarixdə gecə saat 01 radələrində yaşadığı evə gəlmiş, evin giriş qapısını özündə olan açarla açıb evə daxil olduqda zalın plastik pəncərəsinin qırılmış vəziyyətdə, evdə olan əşyalar dağıdılmış olduğunu görmüşdür. Evin yataq otağında dolabın içərisində olan 4000 manat nəğd pulunun siyirmənin içərisində olan 01 cüt 900 manat dəyərində qızıl dəstinin və 130 manat dəyərində «Samsung» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102-xidmətinə zəng vurub oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğluruq hadisəsi nəticəsində ona 5030 manat məbləğində maddi ziyan dəymişdir. Bakı İstintaq Təcridxanasında həbsdə olan iş üzrə zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və olmayacaqdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 tanıyır, onlarla münasibəti həmişə normal olmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə Pərvinin evindən oğurluq etməmişdir. Təmkin nə səbəbdən Abşeron RPİ-nin İŞ-də Zərərçəkmiş şəxs2 evindən oğurluq faktı ilə əlaqədar cinayət işi üzrə ilkin ifadəsində onunla oğurluq hadisəsini törətməkdə onun adını çəkməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxın Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Səbail rayon Mühafizə İdarəsində polis nəfəri, polis kiçik serjantı işləmiş, öz ərizəsi ilə işdən könüllü olaraq çıxmış və fəhləlik edərək, ailəsini dolandırır. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs2 evində baş vermiş oğurluqdan məlumatı olmamış, həmin şəxsi tanımır, sonuncu ilə heç bir münasibəti olmamışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır kəndində yerləşən parkda gəzişən zaman, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, Abşeron rayonu, Yeni Bakı yaşayış kompleksindən bir nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu və həmin şəxsin qarşısını almaq lazım olduğunu bildirmişdir. Təmkin həmin şəxsin evinə qalxıb onu cəzalandıracağını deyib oradan çıxıb getmişdir. Təxminən 10 dəqiqəyə yaxın Təmkini binanın yaxınlığında dayanıb gözləmiş, lakin Təmkin gəlmədiyindən yaşadığı evə getmişdir. Həmin tarixdə Pərvinin evindən oğurluq etməmiş və Təmkinin hansı səbəbdən ifadəsində onun adını çəkməsinin səbəbini bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 tanıyır, sonuncularla münasibəti həmişə normal olmuşdur. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə Pərvinin evindən oğurluq etməmişdir. Təmkin nə səbəbdən Abşeron RPİ-nin İŞ-də Zərərçəkmiş şəxs2 evindən oğurluq faktı ilə əlaqədar cinayət işi üzrə ilkin ifadəsində birlikdə oğurluq hadisəsini törətməkdə adının çəkməsinin səbəbini bilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-qenetik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/158R saylı rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi, «Yeni ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən 03 ədəd qan nümünəsi xx.xx.1998-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məxsusdur. Mütəxəssis rəyindən görünür ki; 1) xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi, «Yeni Bakı» yaşayış kompleksi, ev 1A, mənzil 34-də yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurlanmış əşyaların orta bazar qiyməti: - 01 ədəd qızıldəsti 900 manat - 01 ədəd «Samsung» markalı mobil telefon 130 manat 2) xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs4 Natiq oğlunun icarə əsasında işlətdiyi “Şərab evi” mağazasından oğurlanmış əşyaların orta bazar qiyməti: -07 qutu “Kent” markalı siqaret 210 manat - 06 qutu “Sobranie” markalı siqaret 200 manat - 04 qutu “Winiston” markalı siqaret 100 manat - 02 qutu “Klassik” markalısiqaret 32 manat - 02 qutu “LD” markalı siqaret 48 manat - 02 qutu “Palmall” markalı siqaret 38 manat -04 qutu “Vinchester” markalı siqaret 76 manat 3) xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi marketdən oğurlanmış əşyaların orta bazar qiyməti: -15 qutu «Palmall» markalı siqaret 28,50 manat - 33 qutu «Winston» markalı siqaret 92,40 manat - 12 qutu «Kent-8» markalı siqaret 36 manat - 23 qutu «Rotmans» markal ısiqaret 43,70 manat - 15 qutu «Winston» nazik markalı siqaret 42 manat - 13 qutu «Sobraniye» markalı ağ qalın siqaret 42,90 manat - 13 qutu «Sobraniye» markalı nazik siqaret 42,90 manat - 20 qutu «Maqna» markalı nazik stqaret 28 manat - 08 qutu «Mağna» markalı kompakt siqaret 11,20 manat -12 qutu «NZ» markalı siqaret 28 manat - 40 qutu «Winchester» markalı kompakt siqaret 76 manat - 15 qutu «West» markalı siqaret 25,50 manat - 18 qutu «HD» marakalı nazik siqaret 43,20 - 18 qutu «HD» markalı kompakt siqaret 39,60 - 44 qutu «Kent» markalı siqaret 132 manat - 18 qutu «Winchester» markalı nazik boz siqaret 34,20 manat - 02 qutu «Dirol» markalı saqqız 36 manat - 100 ədəd alışqan 50 manat 4) xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi, duz zavoduna gedən yolda yerləşən Bayramov Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi köşkdən oğurlanmış əşyaların orta bazar qiyməti: - hər bir qutunun qiyməti 3 manat olmaqla, 200 qutu «Kent-4» markalı siqraet ümumilikdə 600 manat - hər bir qutunun qiyməti 3 manat olmaqla, 80 qutu «Kent-8» markalı siqaret, ümumilikdə 240 manat - hər bir qutunun qiyməti 3 manat olmaqla, 40 qutu «Kent-1» markalı siqaret, ümumilikdə 120 manat - hər bir qutunun qiyməti 3 manat 50 qəpik olmaqla, 20 qutu «Sobranie» markalı siqaret, ümumilikdə 140 manat - hər bir qutunun qiyməti 3 manat olmaqla, 100 qutu «Davidof» markalı siqaret, ümumilikdə 300 manat - hər bir qutunun qiyməti 2 manat olmaqla, «West» markalı siqaret, ümumilikdə 200 manat məbləğdə müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə, onun barəsində axtarış elan edilməsi və tutulması barədə qərar qəbul edilmiş və iş üzrə icrrat dayandırılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 62,69.3, 66.2, 69.4-cü maddələrinə əsasən 11 ay 16 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən X1 şikayətçi olmamsına dair ərizəsi, əməlindən peşman olmasını, səmimi etirafını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 100 saat göstərdiyi hüquqi yardıma görə 600 manat məbləğində pul, Müdafiəçi 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Bayramov Zərərçəkmiş şəxs3 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 100 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, məhkəmə istintaqında göstərdiyi hüquqi yardıma görə isə Müdafiəçi 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Bayramov Zərərçəkmiş şəxs3 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar