Məhkəmə qərarları › İş №1(012)-358/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-358/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-358/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə ildə Astara rayonu Qamışovka kəndində anadan olmuş, məhkumluğu ödənilməyən, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Astara rayonu Qamışovka kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qardaşı X3, tanışları X7 və X8 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında X1 çoban işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Saray qəsəbəsinin ərazisində yerləşən fermadan xırda buynuzlu heyvanları oğurlamaq qərarına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi 2021-ci ilin iyun ayının əvvəllərində bir həftə ərzində hər gün gecə vaxtı Şahmar Əsədullayev fermada olan zaman o, X7 və X8 bu məqsədlə sonuncunun icarəyə götürdüyü avtomobillə həmin fermaya gəlib heyvanların olduğu binanın yanında gözləmiş, Şahmar Əsədullayev ferma binasına qanunsuz daxil olaraq oradan hər dəfə 4-6 baş olmaqla vahid niyyətlə ümumilikdə 13000 manat məbləğində 42 baş xırda buynuzlu heyvanları pəncərədən ona, X4 və X5 verib gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxsa xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəlində qardaşı Şəmsəddini Abşeron rayonu Saray qəsəbəsində yerləşən fermaya çoban kimi işə düzəltmiş, bir neçə dəfə qardaşı Şəmsəddinin yanına gedib gəlmiş və bilirmiş ki, fermanın ərazisində xırda buynuzlu heyvanlar saxlanılır. Lakin fermadan heç vaxtı oğurluq etməmiş, nə qardaşı nədəki, Səid və Amil qardaşları ilə oğurluq etməyə razılaşmamış, həmin şəxslərlə birlikdə fermadan oğurluq etməmiş, onların etdikləri oğurluq barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ferma ona məxsusdur.Bu ilin əvvəlində fermaya təxminən 500 baş xırda buynuzlu heyvan almışdır.Heyvanları alan ərəfədə və İdris adında şəxsi çoban kimi işə düzəltmişdir. Ərazinin içində tikili olduğundan İdris həmin tikilidə qalırmış. Heyvanların sayı çox olduğu üçün İdrisdən xahiş etmiş ki,bir nəfər də çoban tapsın.Həmçinin tanışlarına bu barədə deyəndə bir müddət sonra özünü Şəhriyar,daha sonra isə adını Əsədullayev Şahmar kimi öyrəndiyi şəxs gəlmiş, fermaya baxandan sonra 2021-ci ilin may ayından fermada çoban kimi işləməyə başlamışdır.Arada bir fermaya nəzarət etmişdir. İdris 20 iyun 2021 -ci il tarixdə ona zəng vurub bildirmiş ki,xəstələnmiş və icazə almış ki,evdə müalicə alsın. Ona icazə vermişdir. 22 iyul 2021-ci il tarixdə İdris işə çıxdığını ona demiş,o da axşam saatlarında fermaya getmişdir. Gələndən sonra İdrisdən Şahmarın hara getdiyini soruşmuş, ona mağazaya gedib qayıdacağını bildirmiş, lakin təxminən yarım saat sonra onun gəlmədiyini görüb İdrisə demiş ki,ona zəng vurub onu çağırsın.İdris ona nə qədər zəng vursa da Şahmar telefonu götürməmişdir.Sonra o öz telefonundan onun istifadəsində olan 050-461- 03-06, ***-***-**-** nömrələrinə zəng vurmağa başlamış lakin Şahmar telefonu götürməmişdir. Şübhələnməyə başlamış və İdrisdən xahiş etmiş ki, onunla birlikdə tövləyə gedib heyvanları saysın. İdrislə birlikdə heyvanları sayanda 42 baş xırda buynuzlu heyvanın oğurlandığını aşkar etmişdir. Çıxıb getmiş və İdrisə tapşırmış ki,Şahmarı tapsın və onunla əlaqə yaradıb ondan məlumat alsın. Lakin bir gün keçmiş və İdris ona zəng vurub demiş ki,onu tapa bilmir,hətta onun qardaşına da zəng vurmuş lakin heç bir nəticə olmamışdır. Rayona getdiyi üçün İdrisə DİN-nin 102 xidmətinə zəng vurmağı tapşırmışdır. 42 baş heyvanın oğurlanması nəticəsində ona 13000 manat ziyan vurulmuşdur. Oğurlanmış xırda buynuzlu heyvanların cinsi Ədilbəy və Romanov olmuşdur. Hər birinə 300 manata yaxın pul vermişdir.Bəzilərini hətta baha qiymətə almışdır. Konkret olaraq 42 başdan neçəsinin ərkək və dişi olduğunu xatırlamır. Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə isə təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Çaxırlı kəndində qeydiyyatda olsa da təxminən 2014-cü il tarixdən qardaşı Səidlə birlikdə Bakı şəhərinə köçmüş və müxtəlif ünvanlarda kirayə yaşamağa başlamışlar.O qaynaqçı qardaşı isə Papanin deyilən ərazidə avtotəmiı* emalanatxanasında işləyirmiş.İşi ilə əlaqədar internetə elan yerləşdirmişdir. 2021-ci ilin iyun ayının əvvəlində ona zəng vuran Ümid adlı şəxs bildirmiş ki, fermada müəyyən qaynaq işləri görülməlidir. O razılaşıb Ümidin dediyi ünvana yəni Saray qəsəbəsində yerləşən fermaya gəlmişdir. İşə baxmış və razılaşandan sonra işləməyə başlamışdır. Havalar isti olduğu üçün işləmək çətin olmuş və qardaşı Səiddən xahiş etmiş ki,gəlib ona kömək etsin k,işi tez qurtarsın. Fermada təxminən 10 gün müddətdə işləmişdir. İşlədiyi müddət ərzində arada bir neçə gün orada çoban işləyən İntiqam və Şahmar adlı şəxslə tövlə ilə üzbəüz olan tikilidə qalırmış. Qaldığı müddət ərzində Şahmarla söhbət əsnasında Şahmar ona demiş ki, tövlədən xeyli sayda heyvanlar var onları gecə oğurlamaq olar. Sayı çox olduğu üçün bilməyəcəklər. O razılaşmış və bu barədə qardaşı Səidə demişdir.Qardaşı da razılaşmışdır. Şahmar həmçinin demiş ki,onun qardaşı Şamo da bu işdə onlara köməklik edəcək. Onlar fermanın yanında görüşüb qərara gəlmişlər ki, Şahmar tövlənin içində olan pəncərədən həmin heyvanları oğurlayıb onlara versin, o, qardaşı Səid və Şamo isə həmin heyvanları satıb aralarında bölsünlər. Qardaşı Səidin sürücülük vəsiqəsi olduğu üçün bu məqsədlə Elmlər Akademiyasının yaxınlığında icarəyə Huandai Elantra markalı nömrəsini xatırlamadağı maşın götürmüşlər və və bir həftə ərzində hər gün qardaşı ilə birlikdə həmin yerə yəni fermanın olduğu yerə gəlirmişlər. Saat 02 radələrində çöl tərəfdə tövlənin pəncərə tərəfindən maşını saxladıqdan sonra Şahmar heyvanları tövlənin pəncərə hissəsindən onlara verirmiş. O, qardaşı və Şahmarın qardaşı Şamo isə həmin heyvanları maşına yükləyib Şamonun göstərdiyi müxtəlif heyvan bazarlarında ucuz qiymətə satırmışlar. Təxminən bir həftədən biraz çox müddət ərzində hər gün gecələr tövlədən 4-5 baş heyvan oğurlayıb maşına yükləyib səhərə yaxın isə Şamonun göstərdiyi Binəqədi və Maştağa qəsəbəsində yerləşən heyvan bazarlarında tanımadığıqları adamlara ucuz qiymətə hər birini 50 və 70 manata satmışlar. Pulun bir hissəsini kirayə götürdükləri maşının puluna, benzin məsrəflərinə, yeməklərinə, qalanı isə 4 nəfər arasında bölmüşlər. İyun ayının ortalarında fermada qaynaq işlərini qurtarandan sonra gördüyü işin pulumu götürüb çıxıb getmişdir. 2021-ci ilin iyun ayının əvvəlindən ortalarına qədər olan müddət ərzində təxminən 10 günə hər gün 3, 4 və ya beş baş heyvan oğurlayıb satmışlar. Konkret olaraq nə qədər dəqiq heyvan oğurladığının sayını bilmir. 03 sentyabr 2021-ci il tarixdə onu Abşeron rayon polis idarəsinin əməkdaşları Kral şadlıq evinin yaxınlığında tutub polisə aparmışlar. Polisdə səmimi olaraq oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2021- ci ilin iyun ayının əvvəlində qardaşı Amil Abşeron rayonu Saray qəsəbəsində fermada qaynaq işləri ilə əlaqədar orda işləməyə başlamışdır. İşlədiyi vaxtı bir gün ona zəng vurub demiş ki, havalar çox istidir və işləməkdə çətinlik çəkir və ondan işləri tezləşdirmək üçün kömək istəmişdir. Bu məqsədlə onun yanma Abşeron rayonu Saray qəsəbəsində yerləşən fermaya getmişdir. Bir gün fermada olanda qardaşı Amil ona demiş ki,fermada çoxlu heyvanlar var, orada işləyən Şahmar adlı şəxslə razılaşıb ki, oradan heyvanları oğurluq edəcəklər, oğurluq etdikləri heyvanları satıb aralarında böləcəklər. O razılaşdı və bu məqsədlə Elmlər metrosunun yaxınlığında icarəyə Huandai Elantra markalı nömrəsini xatırlamadığı maşın götürmüşlər.O bildi ki,bu işdə həm qardaşı həmdə fermada çoban işləyən Şahmar və onun qardaşı Şamo da olacaq.Onlar fermanın yanında görüşüb razılaşmışlar ki,maşına yükləsinlər və Şamo ilə birlikdə bazarlarda satsınlar. Daha sonra qardaşı ilə birlikdə həmin yerə yəni fermanın olduğu yerə gəlmiş və küçə tərəfdə tövlənin pəncərə tərəfindən maşını saxlamışlar. Tövlənin pəncərəsindən Şahmar heyvanları onlara ötürmüş,o,qardaşı və Şahmarın qardaşı Şamo isə həmin heyvanları maşına yükləyib aparıb səhərə yaxın vaxtda Şamonun göstərdiyi heyvan bazarında satmışlar. Təxminən bir həftədən biraz çox müddət ərzində hər gün o,qardaşım Amil,Şahmar və onun qardaşı Şamo tövlədən 4-5 baş heyvan oğurlayıb maşına qoyduqdan sonra səhərə yaxın Binəqədi və Maştağa qəsəbəsində olan heyvan bazarlarında həmin heyvanları hər birini ucuz qiymətə yəni 50 və 70 manata satmışlar. Pulun bir hissəsini kirayə götürdükləri maşına, benzin puluna xərcləmişlər. Qalanı isə aralarında bölmüşlər. Qardaşı fermada qaynaq işini qurtarandan sonra artıq oğurluq etməyi dayandırmışlar. 03 sentyabr 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları işlədiyi avtotəmir emalanatxanasına gəlib onu tutub polisə aparmışlar. Bölmədə oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Oğurluq etdikləri xırda buynuzlu heyvanların sayını dəqiq bilmir. Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Astara rayonu Qamışovka kəndində qeydiyyatda olsa da həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə Lənkəran rayonu Tərakənd kəndində yaşayır. Ailəsini dolandırmaq üçün təxminən 3 ildir ki, tək Bakı şəhərinə köçmüş və müxtəlif ünvanlarda kirayə yaşamışdır.Son zamanlar isə Bakı şəhəri Həzi Aslanov metrosunun yaxınlığında ünvanı dəqiq bilmədiyi evdə kirayə yaşamışdır. 2021-ci ilin may ayının əvvəlində tanışları vasitəsi ilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən fermaya çoban kimi işə düzəlmişdir.Fermaya onu Umud adlı şəxs işə götürmüşdür. Ondan başqa fermada İdris adında çoban işləyirmiş. Fermada işə düzələn kimi ferma ilə üzbəüz yerləşən işçilər üçün tikilmiş evdə qalırmış. Tövlədə təxminən 500 ədədə yaxın xırda buynuzlu heyvanlar olmuş. Onları o və İdris hər gün çıxarıb otarmış və digər zəruri işlər görürmüş.2021-ci ilin iyun ayının əvvəlində fermaya qaynaqçı kimi bir nəfər Amil adında oğlan gəlmiş və tövlənin çöl hissəsində qaynaq işləri görürmüş. İşlədiyi ərəfədə arada bir işçilər üçün nəzərdə tutulmuş onun və İdrisin qaldığı tikilidə qalırmış. Amil işini görən zaman onun qardaşı Səid onun yanma gəlib ona kömək edirdi. Həmin ərəfədə o, Səid və Amilə təklif etmiş ki,gecə saatlarında tövlədən heyvanları arxa tərəfdə olan pəncərədən çıxarıb oğurluq etmək olar.Amil və Səid razılaşandan sonra qardaşı Şamoya bu barədə demiş, Şamo razılaşmış, buna görə də bir neçə gün sonra yanına gəlmiş və birlikdə orada bir neçə gün qalmışdır. Oğurluq etməyə birlikdə razılaşdıqdan sonra qərara qəlmişlər ki, oğurluğu gecələr etsinlər. Bu məqsədlə Amil və Səid kirayə maşın götürüb 2021-ci ilin iyun ayının ortalarında gecə saat 02 radələrində danışıb fermanın çöl hissəsində görüşmüşlər.O, qardaşı Şamo, Amil və Səid qardaşları tanımadığı maşınla fermanın bayır tərəfmə gəlib maşını saxlamış, o tövlənin qapısını açıb içəriyə daxil olub heyvanları oğurlayıb qaranlıqda pəncərədən Amil, Səid və qardaşı Şamoya verirmiş. Onlar da heyvanları gəldikləri maşına yükləyib sürüb getmişlər. Heyvanları hissə-hissə bir həftə ərzində oğurlamağa başlamışlar. Qoyunları oğurladıqca Amil, Səid və qardaşı müxtəlif bazarlarda satdaqdan sonra pulları aralarında bölmüşlər. Ona heyvanların satışından ümumilikdə təxminən 150 manata yaxın pul çatmışdır,ona görə ki,Amil, Səid və qardaşı Şamo heyvanları ucuz qiymətə satmışlar. Harada satdıqlarını isə bilmir, çünki satış işinə onlar baxırmış.Həmin dövrdə fermada olurmuş ki, şübhə olmasın. İyun ayının axırında qızı rayonda yıxıldığı üçün başından zədələnmiş ona görə də həm fermadan oğurluq etdiyi üçün həm də maaş qane etmədiyi üçün fermadan çıxıb getmişdir. Lakin İdrisə işdən çıxdığımı deməmişdir. İdris və heyvanların sahibi Umud ona nə qədər zəng vursalarda onların zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 22-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən fermaya nəzarətçi düzəlmişdir.Həmin ferma ilə üzbəüz olan tikilidə yaşayır. Həmin fermanın yerləşdiyi ərazidə həmçinin Böyükfırat restoranlar şəbəkəsinin anbarları var.Həmin əraziyə giriş bir yerdən olduğu üçün anbara gəlib gedənlər çox olur ona görə də darvaza yalnız gecələr bağlanır. 2021- ci ilin iyun ayının 01-də müdir Umud adlı şəxs fermaya bir nəfər Şəhriyar adlı şəxsi işə götürmüş və həmin şəxs onunla birlikdə fermada olan xırda buynuzlu heyvanlara nəzarət, həmçinin yem verməklə otarırmış. Havalar isti olduğundan 21 iyun 2021-ci il tarixdə onun qızdırması qalxmış və aptekə getmək üçün Umuddan icazə almışdır. Xııdalanda olan aptekə gedən zaman yolda Umud ona sms yazmış ki, «sağal gələrsən».O da aptekə gedəndən sonra evə getmişdir. 23 iyun 2021-ci il tarixdə saat təxminən 19 radələrində Şəhriyar onun mobil telefonuna özünün istifadəsində olan 070 ***-**-** nömrəsindən zəng vurub hal əhvalını soruşmuş və işə gəlib gəlməyəcəyi ilə maraqlanmışdır. Şəhriyara özünü yaxşı hiss etmədiyini və çətin ki,gələcəyini demişdir. Həmin günün axşamı özünü yaxşı hiss etmiş və işə qayıtmışdır. Darvazadan içəri girən kimi tövləyə yaxınlaşmış,tövlənin ağzında bir qoyunun və bir quzunun öldüyünü, sularının olmadığını görmüşdür. Orta tövləni açandan sonra qoyunların həmin tövləyə girdiyini,arpanı yediklərini və bir qoyunun orda şişib öldüyünü müşahidə etmişdir. Üzbəüz qaldığı yerə girib Şəhriyarın orda olduğunu görmüşdür.Ondan nə üçün tövləni nəzarətsiz qoyduğunu soruşanda «yatıb qalmışam» demişdir. Dərhal Umuda zəng vurmuş və ona bu barədə məlumat vermişdir.Umud demiş ki,gəlir. Saat 22 radələrində Şəhriyar ona demiş ki,dükana gedib qayıdacaq.Şəhriyar çıxıb gedəndən təxminən 5-10 dəqiqə sonra müdir Umud gəlmişdir. O, Umuda tövləni göstərmişdir.Umud ona demiş ki, Şəhriyara zəng vur harada olduğunu soruş. Şəhriyara zəng vurmuş lakin o telefonu açmamışdır. Sonra müdirlə qoyunları saymağa başlamışlar. 42 baş xırda buynuzlu heyvanların əskik olduğunu müəyyən etmişlər. Şəhriyara nə qədər gözləsək də gəlməmiş və telefonlara cavab verməmişdir ona görə də DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Daha sonra Şəhriyarın soyadı və atasının adını bilmədiyi üçün barəsində internetlə maraqlanmağa başlamış,bir nəfər şəxs onun şəxsiyyət vəsiqəsinin surətini göndərmiş, şəkilə baxan kimi X3 olduğunu görmüşdür. xx.xx.1987-ci il tarixdə Astara rayonu Qamışovka kəndində anadan olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmamış ona görə də onun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, barəsində axtarış elan edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 13 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 avqust 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zidiyyətli ifadələr verərək, oğurluq törətmədiyini bildirsə də ibtidai istintaq zamanı X8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Səid İsgəndərov törətdiyi oğurluq hadisəsini Təqsirləndirilən şəxslə birlikdə törətdiyini göstərmişdir. ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8, X7 və X3 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə yanaşı ifadəsi yerində yoxlanılan zaman hər üçü Abşeron rayonu Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 2021-ci ilin iyun ayının əvvəllərindən bir həftə ərzində hər gün gecə vaxtı 4-6 baş xırda buynuzlu heyvanları oğurladıqlarını bir daha hadisə yerində göstərmişlər. Həmçinin məhkəmə istintaqı zamanı X8 təqsirləndirilən şəxsin dediklərini təkzib edərək, bir daha törətdiyi oğurluq hadisəsini Təqsirləndirilən şəxslə birlikdə törətdiyini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələrinə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət nəticəsində dəymiş ziyan 13000 manat ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər X7 və X8 tərəfindən tam ödənilmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar