Məhkəmə qərarları › İş №1(012)-359/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-359/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-359/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 avqust 2021-il il tarixdə saat 20 radələrində işlədiyi ünvan 1 ünvanının həyətində otelyenin qarşısında Zərərçəkmiş şəxs onun qızı Şahid4 mağazasının qarşısında qoyulmuş manikenə dəyib aşırmasına irad tutmasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı dükanın qarşısında olan pol silən ağacı götürüb sonuncunun üz nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün konyuktivasına qansızma, burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, burunüstü nahiyənin qançırı, burunun sağ qanadının sıyrığı, sol bazu nahiyəsinin qançırları, sağ said nahiyəsinin sıyrıqlanndan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşayır. Bildirmişdir ki, fərdi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Kristal Abşeron-2” yaşayış binasının birinci mərtəbəsində dərzi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır, Pərvanə ilə birlikdə işləmiş, sonradan Pərvanə onunla işləmək istəmədiyi üçün onu işdən çıxartmışdır. Buna görə də Pərvanə ilə münasibəti yaxşı olmamış və Pərvanə daim ona və qızı Afətə sataşmışdır. Hazırda isə ayn-ayn obyektlər icarəyə götürüb işlədir və həmin obyektlər bir-birinə yaxındır. Pərvanə işlətdiyi mağazasının qarşısına satış üçün daim maniken qoyaraq yolu kəsdiyindən və onlar həmin yolu gedib-gələn zaman maneə yarandığından manikenlərə dəymişlər. Ona görə də o, Pərvanəyə bu barədə bir neçə dəfə irad bildirərək manikenləri yoldan götürməyi, yolu kəsməməyi xahiş etmişdir. Lakin, Pərvanə yenə də öz əməlini davam etdirib yolu kəsmişdir. Buna görə də Pərvanə ilə həmişə mübahisələri olmuşdur. 17 avqust 2021-ci il tarixdə saat 20 radələrində o, işlədiyi obyektdə olmuşdur. Bu vaxt çölə çıxmış və Pərvanənin mağazasının qarşısında qızı Afətlə mübahisə etdiyini görmüş və qızını təhqir etdiyini eşitmişdir. Pərvanə ilə Afətin aralarında olan mübahisəni sakitləşdirmək üçün qaçaraq onlara yaxınlaşmışdır. Pərvanədən nə baş verməsini və qızını niyə təhqir etməsini soruşduqda Pərvanə əsəblə ona qızı Afətin manikeni yerə yıxmasını bildirmişdir. Həmin vaxt Pərvanə ilə aralarında söz mübahisəsi yaranmış və Pərvanə onu dirsəyi ilə itələyərək yerə yıxmışdır. Bundan sonra Pərvanə yenə qızı Afətlə mübahisəni davam etdirmişdir. Bu vaxt radələrində dükanda olduğu zaman Pərvanənin dükanının qarşısında səs-küy eşidib çölə çıxan zaman Pərvanə ilə Afətin sözlə mübahisə etdiyini görmüşdür. X8 ayıran zaman Afətin anası Birliyyant yaxınlaşaraq Pərvanədən qızı ilə niyə mübahisə etdiyinin səbəbini soruşduqda X3 dükanı qarşısında olan manikeni aşırmasını bildirmişdir. Bundan sonra Afətlə Pərvanə sözlü mübahisə etməyə başlayanda Birliyyant dükanın qarşısında olan süpürgəni götürüb onları ayırmaq istəmişdir. Sonda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayayır. Təqsirləndirilən şəxs təxminən üç il müddətdir ki, tanıyır. Birliyyant əvvəllər onun işçisi olmuş və mağazada dərzi kimi fəaliyyət göstərmişdir. O, Birliyyantın işindən razı qalmadığı üçün və müştərilərlə mütəmadi olaraq mübahisə etdiyindən Birliyyantı işdən çıxartmışdır. Bundan sonra Birliyyant ona qarşı aqressiv davranışlar sərgiləməyə başlamış və onunla arası yaxşı olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanının altında işlətdiyi geyim malları dükanında olmuşdur. Bu vaxt Afət adlı tanıdığı qadın dükanın qarşısından keçərkən giriş hissəyə qoyduğu manikenlərdən birini əl zərbəsi ilə vuraraq aşırmışdır. O, dükandan çıxıb Afətə öz iradını bildirmişdir. Afət üzrxahlıq etmək əvəzinə “ona yaxşı edirəm” ifadələrini işlətmişdir. Bundan sonra Afətlə aralarında sözlə mübahisə yaşanmışdır. Həmin vaxt orada olan bir neçə qonşu yaxınlaşaraq onları sakitləşdirməyə çalışmışlar. Bu vaxt Afətin anası Təqsirləndirilən şəxs qaçaraq gəlib heç nə demədən və soruşmadan üzərinə hücum çəkmiş və dükanın qapısında olan metal pol siləni götürərək onun üz nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmış və xəsarət almışdır. Bundan sonra orada olan qonşular onları ayırmışlar. O, bundan sonra əvvəlcə baş vermiş hadisə barədə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermiş daha sonra burnun nahiyəsindən kəskin qan axması və üz nahiyəsindən zədə almağı səbəbilə təcili tibbi yardıma müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid X5 elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Masazır rayonu, Təklə kəndində qeydiyyatda olmaqla ünvan 3, mənzil 31 ünvanında yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, 5 nömrəli binanın altında “1001 Xırdavat” adlı mağaza işlədir. Bildirmişdir ki, 17 avqust 2021-ci il tarixdə saat 20 radələrində dükanda olduğu zaman Pərvanənin dükanının qarşısında səs-küy eşidib çölə çıxan zaman Pərvanə ilə Afətin sözlə mübahisə etdiyini görmüşdür. X8 ayıran zaman Afətin anası Birliyyant yaxınlaşaraq Pərvanədən qızı ilə niyə mübahisə etdiyinin səbəbini soruşduqda X4 dükanı qarşısında olan manikeni aşırmasını bildirmişdir. Bundan sonra Afətlə Pərvanə sözlü mübahisə etməyə başlayanda Birliyyant dükanın qarşısında olan süpürgəni götürüb Pərvanənin sifət nahiyəsindən bir dəfə vurmuş zərbənin təsirindən yıxılmışdır. Daha sonra onları Pərvanəgili ayırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 X7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ekspertin xx.xx.2021-ci il tarixli 1949 nömrəli rəyindən görünür kı, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün konyuktivasına qansızma, burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, burunüstü nahiyənin qançırı, burunun sağ qanadının sıyrığı, sol bazu nahiyəsinin qançırları, sağ said nahiyəsinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində 21 aprel 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hökm qanunu qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Bundan başqa, təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar