Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-359/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Abşeron rayonu, Novxanı kəndi istiqamətinə hərəkətdə olarkən həmin küçədə yerləşən “Perla” mebel mağazasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin küçədə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs Şıxbala qızını avtomobilin qabaq hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya baş beyin silkələnməsi, onurğa beyinin ağır dərəcəli əzilməsi və aşağı ətrafların paraplegiyası ilə müşayət olunmuş 5-ci bel fəqərəsinin cisminin və qövsünün sınığı, sol əlin 4-cü barmağının sınığı, sağ təpə ənsə nahiyələrində dərialtı hematoma ilə nəticələnən, dərəcəsinə görə 5-ci bel fəqərəsinin sınığı, onurğa beyinin ağır dərəcəli əzilməsi ilə aşağı ətrafların paraplegiyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına, sol əlin 4-cü barmağının proksimal falanqasının açıq sınığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Elantra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2022-ci il tarixdən sürmək üçün müvafiq etibarnamə və ABC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi həmin “Hyundai Elantra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində üzü Abşeron rayonu, Novxanı kəndi istiqamətinə hərəkətdə olub həmin küçədə yerləşən “Perla” mebel mağazasının qarşısını keçərkən yola, yəni avtomobilinin qarşısına yolu soldan sağa keçən bir nəfər piyadanın çıxdığını görmüşdür. Həmin vaxt avtomobilin əyləcini basıb sürəti azaltsam da məsafə çox yaxın olduğuna görə avtomobilini kənara qaçırtmağa və saxlamağa macal tapmamış, Bu səbəbdən də həmin piyadanı idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuş və həmin piyada yerə yıxılmışdır. Bundan sonra dərhal avtomobili yolun sağ kənarında saxlayıb yerə düşmüş, həmin vaxt hadisə yerinə gələn başqa şəxslərin köməkliyi ilə həmin piyadanı dərhal yerdən götürüb idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirərək onu əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmış, bununla yanaşı həmin piyadanın, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs Şıxbala qızının qohumlarına mobil telefonu ilə bu barədə məlumat vermişdir. Abşeron rayon X3 Məmmədəliyevaya ilkin tibbi yardım göstərildikdən sonra həkimlər həmin piyadanı X10 aparılmasını məsləhət görmüşlər. Ona görə də o, Zərərçəkmiş şəxs həmin xəstəxanaya gəlmiş qohumlarının birinin avtomobilinə əyləşdirib X10 göndərmiş və özü də öz avtomobili ilə X10 getmişdir. Bundan sonra da Zərərçəkmiş şəxs qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərinə görə X8 əməliyyat olunmuş, sonra isə dəvət olunduğuna görə Abşeron RPİ-nin Təhqiqat şöbəsinə gələrək baş vermiş həmin yolnəqliyyat hadisəsi barədə izahat vermiş və onun iştirakı ilə hadisənin törəndiyi yerə baxış keçirilmişdir. Göstərmişdir ki, həmin piyadanın avtomobil yolunu soldan sağa keçərək idarə etdiyi avtomobilin qarşısına çıxmağını təxminən 3 metr məsafədən görmüş, həmin vaxt hava yağışlı olmuş və yolu keçmək istəyən həmin piyada ilə aralarındakı məsafə az olduğundan idarə etdiyi avtomobili saxlamağa macal tapmamış və həmin piyadanı idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuşdur. Hadisə vaxtı avtomobilini 50 km/saat sürətlə idarə etmiş, hadisə baş verən zaman avtomobilində ondan başqa heç kim olmamış, həmçinin yük olmamış, hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs Şıxbala qızının elan olunmuş ifadəsindən görünür ki, o, Xaçmaz rayonu, Qaraçı ərazi dairəsi, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12-də tək kirayədə yaşayır və fərdi əməklə məşğul olur. Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən restoranlardan birində xadimə işləyir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, işdən çıxıb marşrut avtobusu ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə gəlmişdir. Həmin küçədə yerləşən «Perla» mebel mağazasının qarşısında marşrut avtobusundan duşub piyada yaşadığı evə getmək üçün Ə.Vahid küçəsində yolu əks tərəfə keçməyə başlamışdır. O, həmin yolu keçib səkiyə çıxan məqamda sağ tərəfindən, yəni üzü Abşeron rayonu, Novxanı kəndi istiqamətinə gedən bir avtomobil gözləmədiyi halda onu vurmuşdur. Bundan sonra isə o, huşunu itirmiş və ayılarkən isə artıq X2 görmüşdür. Həmçinin ağır bədən xəsarəti aldığına görə həkimlər onu əməliyyat etmişlər. Qeyd edir ki, hadisədən sonra ona məlum olmuşdur ki, hadisə zamanı onu vuran avtomobilin sürücüsü hadisə yerində onu öz avtomobilinə əyləşdirib ilkin olaraq Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Buna baxmayaraq hadisədən sonrakı günlərdə avtomobili ilə onu vuran sürücü Təqsirləndirilən şəxs onun müalicə xərclərinə köməklik etməkdən boyun qaçırmış və ona heç bir yardım etməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs Şıxbala qızının nümayəndəsi və vəkili X7 məhkəmədə şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olduğu zaman tanımadıqları bir nəfər şəxs həyat yoldaşı Şahid1 mobil telefonuna zəng edərək idarə etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, həmin şəxsi hazırda öz avtomobilinə qoyub Abşeron rayon Mərkəzi xəstəxanasına apardığını və həyat yoldaşının mobil nömrəsinin xəsarət alan şəxsin mobil telefonundan götürərək zəng etdiyini, həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşmuşdur. Bundan sonra onlara məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs xalası Zərərçəkmiş şəxs Şıxbala qızıdır. Ona görə də həmin vaxt həyat yoldaşı Xəyalə ilə birlikdə təcili olaraq Abşeron rayon Mərkəzi xəstəxanasına getmişlər. Həmin vaxt həqiqətən də xəsarət alan şəxsin xalası Zərərçəkmiş şəxs olduğunu və sonuncunun ağır vəziyyətdə həmin xəstəxananın dəhlizində xərəkdə uzadıldığını görmüşlər. Həmin vaxt o, hadisəni törətmiş sürücüdən və həkimlərdən nə üçün xalası Rənanı reanimasiya otağına keçirmədiklərini soruşanda onlar həmin xəstəxanada kifayət qədər şəraitlərinin olmadığını və xalası Rənanı təcili olaraq Bakı şəhərinə X9 aparmağı bildirmişlər. Ona görə də xalası Rənanı şəxsi avtomobilinə əyləşdirib X9 aparmışdır, X6 xalası Rənaya ilkin tibbi yardım göstərildikdən sonra bədən nahiyəsində bir neçə sınıqlarının olduğunu bildirib onu əməliyyat etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şıxzadə qızı ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, döngə 2-də yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olduğu zaman tanımadığı bir nəfər şəxs onun mobil telefonuna zəng edərək idarə etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, həmin şəxsi hazırda öz avtomobilinə qoyub Abşeron rayon Mərkəzi xəstəxanasına apardığını və onun mobil nömrəsini xəsarət alan şəxsin mobil telefonundan götürərək zəng etdiyini, həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs bibisi Zərərçəkmiş şəxs Şıxbala qızıdır. Ona görə də həyat yoldaşı Hicran və o birlikdə təcili olaraq Abşeron rayon Mərkəzi xəstəxanasına getmişlər. Həmin vaxt həqiqətən də xəsarət alan şəxsin bibisi Zərərçəkmiş şəxs olduğunu və sonuncunun ağır vəziyyətdə həmin xəstəxananın dəhlizində xərəkdə uzadıldığını görmüşlər. Həmin vaxt hadisəni törətmiş sürücüdən və həkimlərdən nə üçün bibisi Rənanı reanimasiya otağına keçirmədiklərini soruşanda onlar həmin xəstəxanada kifayət qədər şəraitlərinin olmadığını və bibisi Rənanı təcili olaraq Bakı şəhərinə X9 aparmağı bildirmişlər. Ona görə də həyat yoldaşı Hicran bibisi Rənanı şəxsi avtomobilinə əyləşdirib onu X9 aparmışdır. X6 bibisi Rənaya ilkin tibbi yardım göstərildikdən sonra bədən nahiyəsində bir neçə sınıqlarının olduğunu bildirib onu əməliyyat etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Şıxbala qızının bədənində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi, onurğa beyinin ağır dərəcəli əzilməsi və aşağı ətrafların paraplegiyası ilə müşayət olunmuş 5-ci bel fəqərəsinin cisminin və qövsünün sınığı, sol əlin 4-cü barmağının sınığı, sağ təpə ənsə nahiyələrində dərialtı hematoma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən 5-ci bel fəqərəsinin sınığı, onurğa beyinin ağır dərəcəli əzilməsi ilə aşağı ətrafların paraplegiyası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol əlin 4-cü barmağının proksimal falanqasının açıq sınığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 02 fevral 2023-cü il tarixli 8/168 saylı rəyindən görünür ki,
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN-in Baş X12i İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 016-165553-1222 saylı məktubla müəyyən edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AF 127513 nömrəli «ABC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş üzrə “Hyundai Elantra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X5 Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Amnistaya Qərarı ilə 2.3 bəndinə əsasən Məhkəmə zalından azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.2-ci maddəsində göstərilmişdir ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan şəxs hesab edilir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzrdə tutulan ittiham elan edilərək barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrumetmə cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1- ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahibinə geri qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva