Məhkəmə qərarları › İş №1(012)-359/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-359/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-359/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1989-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, hazırda Zəngilan rayonu, Xurama kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 35, mənzil 16-da yaşamış,Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan olunmuş, 31 mart 2023-cü il tarixdə tutularaq,Abşeron RPİ-in MSY-nə təhvil verilmiş,həmin tarixdən həbsdə olan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 may 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yaşadığı evin həyət hissəsində hazırladığı 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində vurucu-əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq hazırlamaqla üzərində gəzdirmiş, 19 avqust 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 20 Yanvar küçəsində piyada hərəkət edən zaman Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın arxa sol cibindən həmin 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4 və 229.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstədi ki, Səbail rayonu A.İsmayılov küçəsi ev 35 mənzil 16-da yaşamışdır. xx.xx.2023-cü il tarixdə, mobil telefonlarını təmir etdirmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yerləşən telefon ustasına gəlmiş, həmin vaxtı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-yə dəvət edib etdikdə etiraz etməmişdir. Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuş, o da əynindəki göy rəngli şalvarının sağ yan cibindən çıxardığı qara rəngli pul qabının içərisindən üç ədəd siqaretin gümüşü kağızına bükülmüş üç bükümdən ibarət olan, bir bükümü qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroinə bənzəyən, iki bükümü isə ağ rəngli kristal formalı psixatrop vasitə olan metamfitaminə bənzəyən kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfitamin olduğunu, özünə məxsus olmasını, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu 20-ci sahə ərazisində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra o, əynində olan göy rəngli şalvarımın arxa sağ cibindən bir ədəd qara rəngli arxasında “Mini Scale” sözləri yazılmış elektron tərəzini və 1 ədəd narkotik vasitə istifadə etmək üçün istifadə olunan alət (trubka), göy rəngli şalvarının arxa sol cibindən 1 ədəd kustar üsulla onun tərəfindən aliminumdan hazırlamış küt alət (beş barmaq) və yaşıl rəngli şalvarının sol yan cibindən isə 1 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd qara rəngli “HTC” markalı və 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonları təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlə və əşyalar şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkir, anasının ürəyində ciddi ürək çatışmamazlığı xəstəliyi vardır.Məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən daxili işlər orqanlarında xidmət etməyə başlamış, elə həmin ildən də Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsindədir. 19 avqust 2023-cü il tarixdə, saat 18:00 radələrində Abşeron RPİ-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində xidmətdə olduqları vaxt bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərmişdilər. Bundan sonra həmin şəxs onları görən kimi uzaqlaşmaq istəmiş,yaxınlaşıb bunun səbəbini soruşmaq istədikdə, söhbət zamanı həmin şəxsin özünü qeyriadekvat aparmasından şübhələnmişdilər. Həmin şəxs də əynində olan şalvarın arxa cibində bir ədəd kustar üsulla hazırlanmış küt alət beşbarmağı saxladığını bildirmişdir. Bu səbəbdən də həmin şəxsi Abşeron rayon Polis İdarəsinə dəvət etmişdilər. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs də heç bir etiraz etməyib onlarla polis idarəsinə gəlmişdir. Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs ilə vəkili arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının arxa cibində saxladığı bir ədəd bir ədəd kustar üsulla hazırlanmış küt alət kastet beşbarmağı təqdim etmişdir. Həmçinin, digər ciblərindən də narkotik vasitəyə, psixotrop maddəyə oxşar maddə və elektron tərəzi aşkar edilmişdir. Bundan sonra onun təqdim etdiyi həmin kastet beşbarmağı və digər əşyalara götürülmüşdür. Sorğu zamanı Sərxan həmin kastet beşbarmağı əvvəllər özü kustar üsulla düzəltdiyini və özünü müdafiə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə, psixotrop maddəyə oxşar maddə və təqdim etdiyi 01 ədəd kastet beşbarmaq təhqiqatçı tərəfindən möhürlənib qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Məhkəmə ballistik ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1363 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu - əzici xassəyə malik soyuq silahdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən çıxardığı qara rəngli pul qabısının içərisindən üç ədəd siqaretin gümüşü kağızma bükülmüş üç bükümdən ibarət olan, bir bükümü qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroinə bənzəyən, iki bükümü isə ağ rəngli kristal formalı psixatrop vasitə olan metofitaminə bənzəyən kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin və psixotrop vasitə olan metamfetamin olduğunu, özünə məxsus olmasını, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabail rayonu 20-ci sahə ərazisində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynidə olan göy rəngli şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli arxasında “Mini Scale” sözləri yazılmış elektron tərəzini və 1 ədəd narkotik vasitə istifadə etmək üçün istifadə olunan alət (trubka), göy rəngli şalvarının arxa sol cibindən 1 ədəd kustar üsulla aliminumdan hazırlamış küt alət (beş barmaq) və yaşıl rəngli şalvarının sol yan cibindən isə 1 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd qara rəngli “HTC” markalı və 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonları təqdim edərək özünə məxsus olduğunu bildirmişdir.Bundan sonra üzərinə baxış keçirilsə də başqa qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə saat 18:55-dən 19:15-dək olan müddət ərzində üzərinə keçirilmiş baxış protokoluna əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən çıxardığı qara rəngli pul qabısının içərisindən üç ədəd siqaretin gümüşü kağızma bükülmüş üç bükümdən ibarət olan, bir bükümü qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroinə bənzəyən, iki bükümü isə ağ rəngli kristal formalı psixatrop vasitə olan metofitaminə bənzəyən kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin və psixotrop vasitə olan metamfetamin olduğunu, özünə məxsus olmasını, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabail rayonu 20-ci sahə ərazisində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Sonra Təqsirləndirilən şəxs əynidə olan göy rəngli şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli arxasında “Mini Scale” sözləri yazılmış elektron tərəzini və 1 ədəd narkotik vasitə istifadə etmək üçün istifadə olunan alət (trubka), göy rəngli şalvarının arxa sol cibindən 1 ədəd kustar üsulla aliminumdan hazırlamış küt alət (beş barmaq) və yaşıl rəngli şalvarının sol yan cibindən isə 1 ədəd qara rəngli “Redmi” markalı, 1 ədəd qara rəngli “HTC” markalı və 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonları təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.08. 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə cinayət tərkibi olmadığına görə,həmin faktla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi,onun əməlində AR İXMin 206-cı maddəsinin tərkib əlamətləri olduğuna görə,barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-in X1 göndərilməsi və onun Abşeron RPİ-inMSY-dən dərhal azad olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 gün müddətə inzibati həbs olunmuş və həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki,iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1(bir) ədəd kustar üsulla istehsal edilmiş vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) iş üzrə 12 oktyabr 2023-cü il tarixdə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə tutularaq Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə gələn tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Abasov X2 rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 10 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri ilə düzgün tövsif olunmuş və ona ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi onun özünün etirafedici ifadəsi ilə barəbər, şahidlərin ifadəsi, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran halların olmadığını diqqətə alıb cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olaraq ona Azərbaycan Respublikası CM-in 228.4 və 229.4-cü maddələrinin sanksiyası həddində islah işləri növündə cəzanın təyin edilməsi nəticəsinə gəlir, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün həmin cəza yetərincədir və qeyd olunan cəza cinayət qanununun vəzifələri, ədalət prinsipi və cəzanın məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 2,8 və 41-ci maddələrinin tələblərinə cavab verir Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 gün, 31 mart 2024-cü il tarixdən, 20 may 2024-cü il tarixədək həbsdə olduğu 1 ay, 20 gün, ümumilikdə 1 ay 22 gün, 1 günə 4 gün hesablanmaqla, 6 ay 28 gün həbsdə olduğu müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi nəticəsinə gəlindiyindəm barəsundə seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli aylıq qazancının 15%-i dövlət nəfinə tutulduğu gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli və hökmün icrası Zəngilan rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş 1(bir) ədəd kustar üsulla istehsal edilmiş vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərcləri olan 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirlibilinib qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1(bir) il 6(altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.4-cü maddəsi ilə təqsirlibilinib qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1(bir) il 6(altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2(iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 gün, 31 mart 2024-cü il tarixdən, 20 may 2024-cü il tarixədək həbsdə olduğu 1 ay, 20 gün, ümumilikdə 1 ay 22 gün, 1 günə 4 gün hesablanmaqla, 6 ay 28 gün həbsdə olduğu müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2(iki) il müddətə islah işləri cəzasından çıxılmaqla üzərində qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (il) il 5 (beş) ay 02 (iki) gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli aylıq qazancının 15%-i dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəksin və hökmün icrası Zəngilan rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş 1(bir) ədəd kustar üsulla istehsal edilmiş vurucu-əzici xassəyə malik kastet (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərcləri olan 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar