Məhkəmə qərarları › İş №1(012)-359/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-359/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-359/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Şəki rayonu, Təpəcənnət kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəki rayonu, Təpəcənnət kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxx 1994-cü ildə Şəki rayonu, Bolludərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kəlbəcər rayonu, Zəylik ərazi dairəsi Hopurlu kəndində qeydiyyatda olan və ünvan 2 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 06 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində ictimai yer hesab olunan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Top.az” idman mərc oyunları klubunun qarşısında qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun mobil telefonda söyüşlə danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan bir qrup şəxs tərəfindən törətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə səs-küy yaradaraq küçədə toplaşan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlər deyərək özlərinin şəxsiyyətini ətrafda olan şəxslərin fövqündə üstün tutmaqla öz davranışları ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib əlləri ilə tutub yerə yıxaraq xuliqanlıq niyyətilə bir dəfə ayağı ilə sonuncunun sol qolundan vuraraq sol dirsək sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bir dəfə yumruqla sol gözündən, bir dəfə isə sağ qulağından vuraraq yerə yıxmış, yerdə də təpiklə bir dəfə alın nahiyəsindən, bir dəfə isə sol dizindən vuraraq alın nahiyəsinin qançır-şişkinliyi, sağ qulaq seyvanı və sol diz oynağı nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmaya aid edildiyindən dərəcələri təyin olunmayan, sol gözün üst və alt göz qapaqlarının sol gözaltı nahiyənin qançırı-şişkinliyi (hematoması) ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə bir qrup şəxs tərəfindən xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 06 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində ictimai yer hesab olunan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Top.az” idman mərc oyunları klubunun qarşısında qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun mobil telefonla onunla söyüşlə danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan bir qrup şəxs tərəfindən törətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə səs-küy yaradaraq küçədə toplaşan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlər deyərək özlərinin şəxsiyyətini ətrafda olan şəxslərin fövqündə üstün tutmaqla öz davranışları ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib qrupun üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edib əlləri ilə tutub yerə yıxaraq xuliqanlıq niyyətilə bir dəfə təpiklə sol qolundan vuraraq sol dirsək sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra o, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bir dəfə yumruqla sol gözündən, bir dəfə isə sağ qulağından vuraraq yerə yıxmış, yerdə də təpiklə bir dəfə alın nahiyəsindən, bir dəfə isə sol dizindən vuraraq alın nahiyəsinin qançır-şişkinliyi, sağ qulaq seyvanı və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan, sol gözün üst və alt göz qapaqlarının sol gözaltı nahiyənin qançırı-şişkinliyi (hematoması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərə görə hər birindən 4000 (dörd min) manat olmaqla ümumilikdə 8000 (səkkiz min) manat və mənəvi zərərə görə isə hər birindən 5000 (beş min) manat olmaqla ümumilikdə 10000 (on min) manat pulun və ödədiyi 145 (bir yüz qırx beş) manat dövlət rüsumunun təqsirləndirilən şəxslər, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada pulun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittihamı qəbul etmir. İbtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqləri altında ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, avtomobil təmizlə məntəqəsində işləyir. İşlədiyi avtoyuma məntəqəsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşir. Həmin avtoyuma məntəqəsində ondan başqa Təqsirləndirilən şəxs2 və Şahid1 işləmişlər. Niyaməddin ilə uzaq qohumluq əlaqələri vardır. Zərərçəkmiş şəxs və sonuncunun qardaşını əvvəllər tanımamış və heç bir ədavəti, narazılığı və düşmənçiliyi olmamışdır. 06 aprel 2024-cü il tarixdə Niyaməddin və Rauf ilə birlikdə avtoyuma məntəqəsində olan zaman əvvəllər tanımadığı, lakin sonradan adını öyrəndiyi Ehtiram adlı şəxs avtoyuma məntəqəsinə daxil olub özünü təqdim edib bildirmişdir ki, telefonunun enerjisi bitmişdir və qardaşı Elburusa zəng etmək üçün telefon istəmişdir. Odur ki, Niyaməddin özünə məxsus mobil telefonu Ehtirama vermişdir. Ehtiram telefon ilə qardaşı Elburus zəng etmişdir. Ehtiram adlı şəxs qardaşı Elburus ilə bir neçə dəqiqə telefonunun nə üçün sönülü olması barədə danışdılar. Mobil telefonun dinamiki açıq olduğundan onlar həmin danışıqları eşidirdilər. Elburus qardaşı Ehtiramdan telefonun qadın telefonu olubolmamasını soruşmuşdur. Bu zaman Niyaməddin telefonunu Ehtiramdan geri istəmişdir, sonuncu da telefonu qaytarmışdır. Niyaməddin Elburusa demişdir ki, qardaş nə dəxli var, telefon qadına məxsusdur və yaxud məxsus deyil, telefon onundur, mədəniyyəti, qanacağı olsun, qardaşı telefon istəmişdir o, da telefonunu vermişdir. Bundan sonra Niyaməddin telefonu Ehtirama vermişdir, sonuncu da qardaşı Elburus ilə danışmışdır. Onlar telefonun açıq dinamikində danışdıqları üçün danışıqlarını eşidirdilər. Bu zaman eşitmişlər ki, Elburus Niyaməddinə söyüş söymüşdür. Niyaməddin telefonunu yenidən Ehtiramdan almışdır və Elburusa nə üçün söyüş söydüyünü bildirib sonuncuya söyüş söymüşdür. Elburus Niyaməddindən harada olduğunu soruşmuş və sonuncu Elburusa məkan göndərəcəyini bildirmişdir. Bundan sonra Niyaməddin “WhatsApp” vasitəsilə Elburusa məkan göndərmişdir. O, Niyaməddin, Rauf və Ehtiram Elburusun gəlməsini gözləmişlər. Bir neçə dəqiqə keçdikdən sonra işlədikləri avtoyuma məntəqəsinin qarşısında yolun kənarında olan “Top.az” mərc oyunları klubunun qarşısına taksi avtomobili gəlmişdir. Taksidən bir nəfər cavan oğlan düşmüşdür. Həmin şəxs Elburus idi. Onlar yolun kənarında dayanmışdılar. Saat təxminən 20:30 dəqiqə olardı ki, o, Niyaməddin və Ehtiram yolun digər tərəfinə keçərək Elburusun yanına getmişlər. O, və Niyaməddin adlarını Elburusa bildirmişlər. Niyaməddin Elburusa demişdir ki, sonuncu ilə danışan şəxs özü olmuşdur və soruşmuşdur ki, nə üçün Elbrus ünvanına söyüş söymüşdür. Bu zaman o, qışqırıb Elburusun söydüyü söyüşləri sonuncuya geri söyərək əlləri ilə Elburusu tutub yerə yıxmışdır və yerdə olan zaman bir dəfə təpiklə sonuncunun sol qolundan vurmuşdur. Niyaməddin və o, Elburusun ünvanına söyüşlər söymüşlər, sonuncu yerdə uzanıqlı vəziyyətdə qolunu tutmuşdur. Səs-küyə təxminən 6-7 nəfər şəxs gəlmişdir. İş yoldaşları Rauf da onların yanına gəlmişdir. Səs-kuya gələn həmin şəxslər onları sakitləşdirməyə başlamışlar. Ehtiram qardaşı Elburusa kömək edərək yerdən qaldırmışdır. Elburus bir kənara çəkilib paltarlarını təmizlədikdə Niyaməddin Elbrusa yaxınlaşıb bir daha soruşmuşdu ki, tanımadığı halda nə üçün ünvanına söyüş söymüşdür. Bu zaman Niyaməddin Elburusun ünvanına söyüş söyərək bir dəfə yumruqla sonuncunun sol gözündən, bir dəfə isə sağ qulağından vurmuşdur. Zərbənin təsirindən Elburus yerə yıxılmışdır. Yerdə Niyaməddin bir dəfə təpiklə Elburusun alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. Orada olan şəxslər onları tutub kənara çəkmişdirlər. Bundan sonra Ehtiram qardaşı Elburus ilə orada olan “Toyota Prius” markalı avtomobilə əyləşərək getmişdirlər. O, Niyaməddin və Rauf isə avtoyuma məntəqəsinə getmişdirlər. Sonradan isə öyrənmişdir ki, Elburus Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, sonuncunun sol qolu sınmış və Abşeron RPİ-nə də şikayət etmişdir. Konkret olaraq Zərərçəkmiş şəxs ilkin olaraq əlləri ilə tutub yerə yıxmışdır. Yerdə isə bir dəfə təpiklə Elburusun sol qolundan vurmuşdur. Niyaməddin Zərərçəkmiş şəxs bir dəfə yumruqla gözündən, bir dəfə isə yumruqla qulağından vuraraq yerə yıxmışdır. Niyaməddin yerdə bir dəfə təpiklə Elburusun alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. Həmin hadisə zamanı orada o, özü, Niyaməddin, Elburus, sonuncunun qardaşı Ehtiram, iş yoldaşları Rauf və təxminən 6-7 nəfər tanımadığı şəxslər olmuşlar. Həmin şəxslər onların söyüş səslərinə və yaranmış səs-kuya gəlmişdirlər. Zərərçəkmiş şəxs həmin hadisə zamanı onu vurmamışdır. Niyaməddini isə vurmağını görməmişdir. Zərərçəkmiş şəxs onların ünvanına söyüş söydüyü üçün onlar sonuncunu vurmuşlar.Hadisə zamanı Zərərçəkmiş şəxs yalnız özləri vurmuşlar, başqa vuran olmamışdır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də nəticə əldə edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittihamı qəbul etmir. İbtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqləri altında ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin avtomobil təmizlə məntəqəsində işləyir. İşlədiyi avtoyuma məntəqəsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşir və o, orada avtomobilləri təmizləyir. Həmin avtoyuma məntəqəsində ondan başqa Təqsirləndirilən şəxs1 və Şahid1 işləmişlər. Təqsirləndirilən şəxs1 onun qohumudur. Zərərçəkmiş şəxs və sonuncunun qardaşını əvvəlldən tanımamış, həmin şəxslə heç bir ədavəti, narazılığı və düşmənçiliyi olmamışdır. 06 aprel 2024-cü il tarixdə Mahal və Rauf ilə birlikdə avtoyuma məntəqəsində olan zaman əvvəlldən tanımadığı, lakin sonradan adını öyrəndiyi Ehtiram adlı şəxs avtoyuma məntəqəsinə daxil olub özünü təqdim edib bildirmişdir ki, telefonunun enerjisi bitmişdir və qardaşı Elburusa zəng etmək üçün ondan telefonunu verməyini xahiş etmişdir. O, da etiraz etməyərək mobil telefonunu Ehtirama vermişdir. Ehtiram onun telefonu ilə öz qardaşı Elburusa zəng etmişdir. Ehtira adlı şəxs qardaşı Elburus ilə bir neçə dəqiqə ərzində Ehtiramın telefonunun nə üçün sönülü olması barədə danışmışlar. Telefon danışıqlarını onlar eşidirdilər, çünki mobil telefonun dinamiki açıq olmuşdur. Elburus qardaşı Ehtiramdan telefonun qadın telefonu olub-olmamasını soruşmuşdur. Bu zaman o, telefonunu Ehtiramdan geri istəyib almışdır. O, Elburusa demişdir ki, qardaş nə dəxli var, telefonun qadına məxsusdur və yaxud məxsus deyil, mədəniyyətin, qanacağın olsun, qardaşın telefon istədi o, da telefonunu vermişdir. Bundan sonra o, telefonu Ehtirama vermişdir, sonuncu da qardaşı Elburus ilə danışmışdır. Bu zaman eşitmişdir ki, Elburus onun ünvanına söyüş söyür. O, telefonunu yenidən Ehtiramdan almışdır və Elburusa nə üçün onun ünvanına söyüş söydüyünü bildirmiş və o, da Elbrusun ünvanına söyüş söymüşdür. Elburus ondan harada olduğumu soruşmuşdur və o, Elbrusa olduğu məkanı göndərəcəyini bildirmişdir. Bundan sonra “WhatsApp” vasitəsilə Elburusa məkan göndərmişdir. O, Mahal, Rauf və Ehtiram Elburusun gəlməsini gözləmişlər. Bir neçə dəqiqə keçdikdən sonra işlədiyi avtoyuma məntəqəsinin qarşısında yolun kənarında olan “Top.az” mərc oyunları klubunun qarşısına taksi avtomobili gəlmişdir. Taksidən bir nəfər cavan oğlan düşmüşdür. Həmin şəxs Elburus idi. Onlar yolun kənarında dayanmışdılar, saat təxminən 20:30 dəqiqə olardı ki, o. Mahal və Ehtiram yolun digər tərəfinə keçərək Elburusun yanına getmişlər. Onlar, yəni o, və Mahal adlarını Elburusa bildirmişlər. O, Elburusa bildirmişdir ki, Elbrusla danışan şəxs özü olmuşdur və nə üçün ona söyüş söymüşdür. Bu zaman Mahal Elburusa qışqırıb sonuncuya söyüş söyərək əlləri ilə Elburusu tutub yerə yıxmışdır və yerdə olan zaman bir dəfə təpiklə sonuncunun sol qolundan vurmuşdur. Mahal və o, Elburusun ünvanına söyüşlər söymüşlər, Elbrus yerdə uzanıqlı vəziyyətdə qolunu tutmuşdur. Səs-küyə təxminən 6-7 nəfər şəxs gəlmişlər. Həmin şəxslər onları sakitləşdirməyə başlamışdırlar. Ehtiram qardaşı Elburusa kömək edərək yerdən qaldırmışdır. Elburus bir kənara çəkilib paltarlarını təmizlədikdə o, Elbrusa yaxınlaşıb bir daha soruşmuşdur ki, onu tanımadığı halda onun ünvanına nə üçün söyüş söymüşdür. O, Elburusa söyüş söyərək bir dəfə yumruqla sonuncunun sol gözündən, bir dəfə isə sağ qulağından vurmuşdur. Zərbənin təsirindən Elburus yerə yıxılmışdır. O, bir dəfə təpiklə yerdə olan Elburusun alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. Orada olan şəxslər onu və Mahalı tutub kənara çəkmişdirlər. Bundan sonra Ehtiram qardaşı Elburus ilə orada olan “Toyota Prius” markalı avtomobilə əyləşərək getmişdirlər. O, da Mahal ilə avtoyuma məntəqəsinə getmişlər. Sonradan isə öyrənmişdir ki, Elburus Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, hadisə nəticəsində Elbrusun sol qolu sınmış və Abşeron RPİ-nə də şikayət etmişdir. Konkret olaraq Zərərçəkmiş şəxs bir dəfə yumruqla sol gözündən, bir dəfə yumruqla sağ qulağından vuraraq yerə yıxmışdır. Yerdə isə bir dəfə təpiklə alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əlləri ilə tutub yerə yıxmışdır. Yerdə isə Mahal bir dəfə təpiklə Elburusun səhv etmirsə sol qolundan vurmuşdur. Həmin hadisə zamanı orada o, Mahal, Elburus, sonuncunun qardaşı Ehtiram, iş yoldaşları Rauf və təxminən 6-7 nəfər tanımadığı şəxslər olmuşlar. Həmin şəxslər onların söyüş səslərinə və səs-kuya gəlmişdirlər. Zərərçəkmiş şəxs həmin hadisə zamanı Mahalı vurmamışdır. Lakin Elburus onu bir dəfə səhv etmirə təpiklə vurmuşdur. O, və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sonuncunun onlara söyüş söydüyü üçün vurmuşlar. Zərərçəkmiş şəxs ondan və Təqsirləndirilən şəxs1 başqa vuran olmamışdır. O, iş üzrə məhkəmə-tibbi ekspertizadan keçən zaman səhvən bildirmişdir ki, onu Ehtiram və Elburus əl, yumruq, təpik və küt əşya ilə vurmuşlar. Onu, səhv etmirsə bir dəfə Elburus təpiklə vurmuşdur. Lakin ola bilsin ki, bunun nəticəsində xəsarət almamışdır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də nəticə əldə edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəl evli olmuşdur, lakin sonra boşanmış, bir azyaşlı uşağı vardır, uşağı anası ilə birgə yaşayır, aylıq aliment ödəyir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin tikinti işlərində fəhləlik etməklə məşğul olur. 06 aprel 2024-cü il tarixdə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində olan zaman istifadəsində olan ***-***-**-** nömrəli telefonuna ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Telefonu açdıqda zəng edən şəxsin qardaşı Ehtiram Bağırov olmasını bilmişdir. Qardaşı Ehtiram ona bildirmişdir ki, öz telefonu sönmüşdür, ona görə də başqa şəxsin telefonu ilə zəng etmişdir və məqsədi telefonun sönməsini ilə əlaqədar narahat olmamaqlarını bildirməkdir. O, qardaşından yanında qadın olub-olmamasını soruşmuşdur, bu zaman qardaşının yanında olan adını sonradan öyrəndiyi Niyaməddin adlı şəxs telefonu qardaşından alıb onunla xoşagəlməz formada danışmışdır. O, isə iradını bildirmişdir ki, nə üçün səbəb olmadan onunla xoşagəlməz formada danışır. Bundan sonra Niyaməddin onun ünvanına nəlayıq söyüşlər söyməyə başlamışdır. Buna görə də o, da Niyaməddinin ünvanına söyüş söymüşdür. O, Niyaməddindən olduğu yeri soruşmuşdur və sonuncu «WhatsApp» vasitəsilə ona olduqları yerin məkanını göndərmişdir. O, yaxınlıqda olan taksi avtomobilinə əyləşərək Abşeron rayonu, Xırdalan şəhərində yolun kənarında “Top.az” mərc oyunları klubunun qarşısına gəlib avtomobildən düşmüş və taksi getmişdir. Bu zaman saat təxminən 20:30 dəqiqə olardı, orada qardaşının və sonuncunun yanında tanıadığı iki nəfər cavan oğlanın yolun qarşı tərəfində dayandıqlarını görmüşdür. Qardaşı və həmin şəxslər onu görüb yaxınlaşmışlar. Qardaşının yanında olan şəxslərin birinin Mahal, digərinin isə Niyaməddin olmasını öyrənmişdir. Niyaməddin ona bildirmişdir ki, onunla telefonla danışan şəxsdir. Niyaməddin yanında olan Mahal adlı şəxs ona qışqırıb söyüş söyərək ani bir anda gözləmədiyi halda əlləri ilə onu tutub yerə yıxmış və o, yerdə olan zaman bir dəfə təpiklə onun sol qolundan güclü zərbə ilə vurmuşdur. Bu zaman o, qolundan bərk ağrı hiss etmişdir. O, yerdə olaraq əli ilə sol dirsək nahiyəsindən tutmuşdur. Mahal və yanında olan Niyaməddin onun ünvanına söyüşlər söymüşdürlər. Bu şəxslərin səs-küylərinə tanımadığı 6-7 nəfər şəxs ətraflarına toplaşmışlar. Toplaşan şəxslər Niyaməddin və Mahalı sakitləşdirməyə başladılar, qardaşım Ehtiram isə ona kömək edərək onu yerdən qaldırmışdır. O, bir kənara çəkilib paltarlarını təmizlədikdə Niyaməddin qışqırıb ona söyüş söyərək üzərinə gəlmişdir. Niyaməddin onun üzərinə hücum edərək bir dəfə yumruqla onun sol gözündən, bir dəfə isə sağ qulağından güclü zərbə ilə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Yerdə olanda Niyaməddin bir dəfə təpiklə onun alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. Orada olan şəxslər Mahal və Niyaməddini tutub kənara çəkərək münaqişəyə son qoymuşlar. Bundan sonra qardaşı Ehtiram ilə orada olan tanımadığı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını bilmədiyi “Toyota Prius” markalı avtomobilinə əyləşmişdir və Abşeron rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanada məlum olmuşdur ki, sol qolu sınmışdır. Onu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döymüşlər. Başqa heç kim hadisə zamanı onu vurmamış və döyməmişdir. Onu ilkin olaraq Mahal yerə yıxmış, lakin həmin vaxt xəsarət almamışdır. Mahal yerdə onu yerdə təpiklə sol qolundan vurmuş və qolunu sındırmışdır. Niyaməddin isə bir dəfə yumruqla sol gözündən, bir dəfə yumruqla sağ qulağından vuraraq yerə yıxmışdır. Yerdə isə bir dəfə təpiklə alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur.Eyni zamanda həmin şəxslər qışqırıb onun ünvanına söyüş söymüşdürlər. Həmin hadisə zamanı kənarda qardaşı Ehtiram və tanımadığı 6-7 nəfər şəxs olmuşlar. Həmin şəxslər oraya Mahal və Niyaməddinin söyüşlərinə və qışqırıq səslərinə gəlmişlər. Həmin hadisə zamanı o, nə Mahalı, nə də ki, Niyaməddini vurmamışdır. Həmin şəxslər tərəfindən nə üçün döyüldüyünün səbəbini bilmir, çünki o, həmin şəxslərin heç birini tanımır, bu şəxslərlə heç bir narazılığı, ədavəti və düşmənçiliyi olmamışdır. İlkin təhqiqat zamanı onun Təqsirləndirilən şəxs1 tərəfindən vurulmadığını, yalnız Təqsirləndirilən şəxs2 tərəfindən vurulduğu barədə izahatları təsdiq etmir, bu şəxslər yalan danışır və düzgün izahat verməmişlər. Onu Mahal və Niyaməddin hər ikisi vuraraq döymüşlər. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən avtoyuma məntəqəsində müştəri olanda avtomobillərin yuyulub təmizlənməsi işi ilə məşğul olur. Həmin avtoyuma məntəqəsində ondan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işləyirlər. Bildiyinə görə bu şəxslərin uzaq qohumluq əlaqələri də vardır. Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Ehtiramı əvvəllərdən tanımamış, onlarla heç bir ədavəti, narazılığı və düşmənçiliyi olmamışdır. 06 aprel 2024-cü il tarixdə onlar üçü də, yəni o, Niyaməddin və Mahal avtoyuma məntəqəsində olan zaman əvvəllər tanımadığı, lakin sonradan adını öyrəndiyi Ehtiram adlı şəxs avtoyuma məntəqəsinə daxil olub özünü təqdim edib bildirmişdir ki, telefonunun enerjisi bitmişdir və qardaşı Elburusa zəng etmək üçün telefon istəmişdir. Niyaməddin özünə məxsus mobil telefonu Ehtirama vermişdir və Ehtiram həmin telefon ilə qardaşı Elburus zəng etmişdir. Ehtiram adlı şəxs qardaşı Elburus ilə bir neçə dəqiqə telefonla danışmışlar, mobil telefonun dinamiki açıq olduğundan danışıqları eşidilirmiş. Elburus qardaşı Ehtiramdan telefonun qadın telefonu olub-olmamasını soruşmuşdur. Bu zaman Niyaməddin telefonunu Ehtiramdan geri istəmiş, sonuncu da telefonu qaytarmışdır. Niyaməddin Elburusa demişdir ki, qardaş nə dəxli var, telefonun qadına məxsusdur və yaxud məxsus deyil, mədəniyyəti, qanacağı olsun, qardaşı telefon istəmiş, odur telefonunu qardaşına vermişdir. Bundan sonra Niyaməddin telefonu Ehtirama vermiş, sonuncu da qardaşı Elburus ilə danışmışdır. Bu şəxslər danışan zaman eşitdilər ki, Elburus söyüş söymüşdür. Niyaməddin telefonunu yenidən Ehtiramdan almış və Elburusa nə üçün ünvanına söyüş söydüyünü soruşub sonuncuya söyüş söymüşdür. Elburus Niyaməddindən harada olduğunu soruşmuşdur və sonuncu Elburusa məkan göndərəcəyini bildirmişdir. Bundan sonra Niyaməddin “Whats App” vasitəsilə Elburusa məkanını göndərmişdir. Bir neçə dəqiqə keçdikdən sonra işlədikləri avtoyuma məntəqəsinin qarşısında yolun kənarında olan “Top.az” mərc oyunları klubunun qarşısına taksi avtomobili gəlmişdir, taksidən bir nəfər cavan oğlan düşmüşdür. Həmin şəxs Elburus idi. Onlar yolun kənarında dayanmışdılar. Saat təxminən 20:30 dəqiqə olardı ki, Mahal, Niyaməddin və Ehtiram yolun digər tərəfinə keçərək Elburusun yanına getmişdirlər, o, isə avtoyuma məntəqəsində işi ilə məşğul idi. Sonra görmüşdür ki, Mahal və Niyaməddin oraya gəlmiş Elburus ilə tutaşaraq sonuncunu döyürlər, odur ki, əlindəki işini atıb dalaşanlara tərəf qaçmışdır ki, bu şəxsləri aralasın. Bu zaman Mahal və Niyaməddin söyüş söyərək Elburusu döyüb yerə yıxmışdılar, Mahal Elburus yerdə olan zaman bir dəfə təpiklə sonuncunun sol qolundan vurmuşdur. Səs-küyə təxminən 6-7 nəfər tanımadığı şəxs gəlmişlər. O, dalaşanları sakitləşdirməyə başlamışdır ki, dalaşmasınlar. Ehtiram qardaşı Elburusa kömək edərək sonuncunu yerdən qaldırmışdır. Elburus bir kənara çəkilib paltarlarını təmizlədikdə Niyaməddin Elburusa yaxınlaşıb bir daha soruşmuşdur ki, tanımadığı halda nə üçün ünvanına söyüş söymüşdür. X5 söyüş söyərək bir dəfə yumruqla onun sol gözündən, bir dəfə isə sağ qulağından vurmuş və zərbədən Elburus yerə yıxılmışdır. Yerdə Niyaməddin təpiklə Elburusun alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. O, bu zaman Mahal və Niyaməddini tutub kənara çəkmişdir və iş yerlərinə aparmışdır. Bundan sonra Ehtiram qardaşı Elburus ilə orada olan “Toyota Prius” markalı avtomobilə əyləşərək getmişlər. Sonradan isə söz-söhbətdən bilmişdir ki, Elburus Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və sonuncunun sol qolunun sınması müəyyən olunmuşdur, odur ki, Elburus Abşeron RPİ-nə şikayət etmişdir. Dalaşma baş verəndə o, hadisə yerindən biraz aralı olaraq dalaşmanın ilk anlarının detalları görməsə də, Mahal və Niyaməddin söyüş söyəndə baxıb görmüşdür ki, sonuncular Elburusu döyüb yerə yıxmışlar. Odur ki, işini atıb Mahal və Niyaməddinə tərəf qaçmışdır ki, aralasın, bu zaman görmüşdür ki, Elburus yerdə olan vəziyyətdə Mahal bir dəfə təpiklə Elburusun sol qolundan vurmuşdur. O, Mahal və Niyaməddini sakitləşdirməyə başlamışdır. Ehtiram qardaşı Elburusa kömək edərək sonuncunu yerdən qaldırmışdır. Elburus bir kənara çəkilib paltarlarını təmizlədikdə Niyaməddin Elburusa yaxınlaşıb bir daha soruşmuşdur ki, tanımadığı halda nə üçün söyüş söymüşdür. X5 söyüş söyərək bir dəfə yumruqla sonuncunun sol gözündən, bir dəfə isə sağ qulağından vurmuşdur və zərbədən Elburus yerə yıxılmışdır. Yerdə Niyaməddin bir dəfə təpiklə Elburusun alın nahiyəsindən, bir dəfə isə sol dizindən vurmuşdur. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs və ya sonuncunun qardaşı Ehtiramın kimi isə vurmalarını görməmişdir. Zərərçəkmiş şəxs qardaşı Ehtiram dalaşmada iştirak etməmişdir, hadisə zamanı söyüş söyməyib səs-kuy yaratmamış, Elbrusa kömək edib yerdən qaldırmış və oradan aparmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa vuran olmamışdır. Həmin hadisə zamanı orada o, Mahal, Niyaməddin, Elburus, sonuncunun qardaşı Ehtiram və tanımadığı təxminən 6-7 nəfər şəxs olmuşdur. Həmin şəxslər söyüş səslərinə və yaranmış səs-kuya orayas gəlmişdirlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 aprel 2024-cü il tarixli “hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolla və ona əlavə edilmiş fotocədvəllə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 aprel 2024-cü il tarixdə saat 20:30 dəqiqədə ictimai yer hesab olunan Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində yolun kənarında yerləşən “Top.az” mərc oyunları klubunun qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmələri faktı təsdiqini tapmışdır. Məhkəmə-tibbi ekspertizasının 07 aprel 2024-cü il tarixli 679 nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol dirsək sümüyünün qapalı sınığı, sol gözün ağılı gişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının sol gözaltı nahiyyənin qançır-şişkinliyi (hematoması), alın nahiyyəsinin qançır-şişkinliyi, sağ qulaq seyvanı və sol diz oynağı nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gəl bilmələri mümkündür. 2. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən : - sol dirsək sümüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. – Sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı nahiyyənin qançır-şişkinliyi (hematoması) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. – Alın nahiyyəsinin qançır-şişkinliyi, sağ qulaq seyvanı və sol diz oynağı nahiyyəsinin sıyrıqları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 iyun 2024-cü il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 saylı, 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı yuxarıda işin halları hissəsində təsvir olunan ittiham irəli sürülmüşdür. İttiham üzrə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməmişlər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməsələrdə, onların ifadələrinə göstərilən xüsusatlarla, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilən xüsusatların müqayisəli təhlili, onların ifadələrinin özünü müdafiə kimi dəyərləndirilməklə, ifadələrinə təndiqi yanaşılmanı qaçılmaz edir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər və müdafiəçilərinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, hadisə zamanı təqsirləndirilən şəxs qəsdi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə yönəlməklə, ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkətlərdə təzahür etmişdir, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ilə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək, elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı xüsusatla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs tərəfindən törətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etməsi, Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən törətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etməsi öz əslini tapmışdır. Həmçinin iş üzrə ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkətləri keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində verdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı seyərək, onları 06 aprel 2024-cü il tarixdə saat 20:30 dəqiqədə ictimai yer hesab olunan Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində yolun kənarında yerləşən “Top.az” mərc oyunları klubunun qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmyyətə açıqca hörmətsizlik ifadə edən və özünün üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməkdə ifşa etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onların ifadələri özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə onlar, məsuliyyətdən yayınmaq istəyirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barələrində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidirlər. Təqsirləndirilən şəxslər cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Eyni zamanda zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq olaraq 330 manat məbləğində pul və 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq olaraq 330 manat məbləğində pul və 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar