Məhkəmə qərarları › İş №1(012)-36/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-36/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-36/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı ildə Cəlilabad şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tаmаh niyyətilə юzgənin əmlаkını gizli оlаrаq tаlаmа məqsədilə 12.05.2021-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı evin qarşısında küçədə saxladığı qara rəngli “Mitsubishi-Pajero” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısını açaraq avtomobilin salonunda olan 1 ədəd 70 manat dəyərində “İphone-5” markalı “A1533” modelli **********56644 İMEİ kodlu, Çin istehsallı boz rəngli mobil telefon, 1 ədəd yarımçıq istifadə olunmuş “Aventus Greed” markalı 300 manat dəyərində kişi ətiri, 1 ədəd üzərində “Tissot 1853” yazısı olan kəmərsiz, bir ədəd bağlanan dəmiri ilə birlikdə 250 manat dəyərində, 1 ədəd üzərində “Longines EFC” yazısı olan qara rəngli kəmərli 80 manat dəyərində, 1 ədəd üzərində “Armani Exchange” yazısı olan qara rəngli kəmərli 100 manat dəyərində, 1 ədəd üzərində “X4” yazısı olan qara rəngli kəmərli 150 manat dəyərində, 1 ədəd üzərində “Seiko SOLAR” yazısı olan qara rəngli kəmərli 80 manat dəyərində kişi qol saatları, 1 ədəd 33 ədəd muncuqdan ibarət ipə düzülmüş 50 manat dəyərində kəhrəba təsbeh, 1 ədəd ipə düzülmüş muncuqların 4 ədədi sarı rəngdə, 5 ədədi tünd sarı rəngdə olan 9 ədəd muncuqdan ibarət 50 manat dəyərində kəhrəba təsbeh, 1 ədəd “Zara” markalı Vyetnam istehsallı, papaqlı, zəncirbəndlə açılıb-bağlanan 20 manat dəyərində tünd göy rəngli kişi gödəkçəsini oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1150 manat maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq hеç bir yеrdə işləmir. 11.05.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə bir qədər spirtli içki qəbul etdikdən sonra həyətə düşmüşdür. Bir qədər piyada gəzdikdən sonra, 12.05.2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evin yaxınlığında Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə küçədə qara rəngli “Mitsubishi-Pajero” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin salonunda işıq yandığını görüb avtomobilin qapılarının açıq olduğunu düşünmüşdür. Həmin avtomobilin içərisində heç kim olmamışdır. Həmin vaxt sərxoş olduğu üçün həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin qabaq sağ yan qapısını açmış, bundan sonra avtomobilin salonunda olan əşyaların arasında qiymətli əşya axtarmağa başlamışdır. Həmin vaxt avtomobilin salonunda olan sənədlərin arasını axtarsa da, onları götürməmişdir. Bundan başqa avtomobildə olan qara rəngli çantanın içərisini axtarsa da qiymətli əşya tapa bilməmişdir. Daha sonra avtomobilin salonundakı dirsək altı kimi nəzərdə tutulmuş yeri açmışdır. Həmin yerdə olan 1 ədəd istifadə olunmuş boz rəngli üzərində heç bir nömrə olmayan “İphone-5” markalı mobil telefon, 1 ədəd yarımçıq istifadə olunmuş “Aventus Greed” markalı kişi ətiri, 1 ədəd “Tissot” markalı qara rəngli remenlə olan kişi qol saatı, 1 ədəd “Longines” markalı qara rəngli remenlə olan kişi qol saatı, 1 ədəd “Armani” markalı qara rəngli remenlə olan kişi qol saatı, 2 ədəd “Seiko” markalı qara rəngli remenlə olan kişi qol saatlarını, 2 ədəd kəhrəba təsbeh, bundan başqa avtomobilin qabaq yan oturacağında olan 1 ədəd “Zara” markalı tünd göy rəngli kişi gödəkçəsini götürüb oradan uzaqlaşmışdır. Bundan sonra yaşadığı evə getmişdir. Həmin vaxt ailə üzvləri Cəlilabad şəhərində olduqları üçün evdə tək olmuşdur. 14.05.2021-ci il tarixdə saat təxminən 16-17 radələrində etdiyi əməldən peşman olduğu üçün Abşeron rayon Polis İdarəsinə gələrək etdiyi oğurluq əməlini özü etiraf etmişdir. Bundan sonra oğurladığı həmin əşyaların özündə olduğunu bildirərək istintaqa təqdim edə biləcəyini bildirmişdir. Oğurladığı əşyaları da istintaqa təqdim etmişdir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilindən oğurluq etməyi barədə heç kimin məlumatı olmamış, oğurluq cinayətini tək törətmiş, cinayəti törədən zaman yanında heç kim olmamış, oğurluq edən zaman içkili olduğu üçün 1 ədəd kəhrəba təsbeh oğurladığını bildiyi üçün əvvəl ifadəsində 1 ədəd kəhrəba təsbeh oğurlamışdır. Sonradan yaşadığı evdə olan zaman 1 ədəd əlavə kəhrəba təsbeh də tapmış, başa düşmüşdür ki, Zərərçəkmiş şəxs avtomobilindən 1 ədəd deyil, 2 ədəd kəhrəba təsbeh oğurlamışdır. Həmin kəhrəba təsbehi də sonradan istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Lider telekanalında aparıcı işləyir. Hər gün saat 12 radələrində işə gedir, gecə saat 01 radələrində işdən evə qayıdır. 12.05.2021ci il tarixdə saat 01 radələrində idarə etdiyi qara rəngli “Mitsubishi-Pajero” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gəlib avtomobilini yaşadığı evin qarşısında küçədə saxlayıb evinin həyətinə girmişdir. Həyətdə təxminən 10 dəqiqə ağaclara su verdikdən sonra geri küçəyə avtomobilini evin həyətinə içəri salması üçün qayıtmışdır. Avtomobilinə yaxınlaşan zaman avtomobilinin salonunun işığının yanılı vəziyyətdə olduğunu, bundan başqa avtomobilin salonunda qabaq oturacaqların hər ikisində ona məxsus sənəd və əşyaların dağılmış halda olduğunu görmüşdür. Bundan sonra avtomobilin qapısını açaraq salonda olan əşyalarına baxmış, həmin vaxt onun üçün vacib olan sənədlərinin yerində olduğunu görüb polisə bu barədə məlumat verməyi lazım bilməmişdir. Bundan sonra avotmobilini həyətə salaraq evə getmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. 12.05.2021-ci il tarixdə işdən evə qayıdan zaman yaşadığı evin qarşısında avtomobilinin salonunda olan əşyalarını bir daha nəzərdən keçirən zaman, avtomobilin salonundakı dirsək altı kimi nəzərdə tutulmuş yerdə olan 1 ədəd istifadə olunmuş boz rəngli 200 manat dəyərində üzərində heç bir nömrə olmayan “İphone-5” markalı mobil telefon, 1 ədəd yarımçıq istifadə olunmuş “Aventus Greed” markalı 300 manat dəyərində kişi ətiri, 1 ədəd “Tissot” markalı qara rəngli remenlə olan təxminən 1000 manat dəyərində kişi qol saatı, 1 ədəd “Longines” markalı qara rəngli remenlə olan təxminən 1000 manat dəyərində kişi qol saatı, 1 ədəd “Armani” markalı qara rəngli remenlə olan təxminən 1000 manat dəyərində kişi qol saatı, 2 ədəd markasını unutduğu hər birinin dəyəri 1000 manat, ümumilikdə 2000 manat dəyərində qol saatları, 1 ədəd xüsusi sertifikatı olan təxminən 1000 manat dəyərində kəhrəba təsbeh, 1 ədəd 100 manat dəyərində kəhrəba təsbeh, avtomobilinin qabaq yan oturacağında olan 1 ədəd “Zara” markalı 150 manat dəyərində tünd göy rəngli kişi gödəkçənin yerində olmadığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək avtomobilinə baxış keçirmişlər. Ona məxsus “Mitsubishi-Pajero” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilindən əşyalarının oğurlanması nəticəsində ümumilikdə ona 6750 manat maddi ziyan dəymişdir. Ekspertiza tərəfindən verilmiş qiymətlərə etirazı yoxdur. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Аzərbаycаn Rеspublikаsı ƏN-nin Məhkəmə Еkspertiza Mərkəzinin Məhkəməəmtəəşünаslıq еkspеrtizаsının 25 iyun 2021-ci il tаriхli 9/3484 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən malların qiymətləndirilməsi zamanı respublika ərazisində yerləşən ticarət şəbəkələrində, yerli internet saytlarında (“saatstore.az”, “vmf.az” və s.), saat satışı mağazalarında, aksessuarlar satışı mağazalarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur:

1. 1 ədəd “İphone-5” markalı “A1533” modelli **********56644 İMEİ kodlu, Çin istehsallı boz rəngli mobil telefon – 70 manat;

2. “Aventus Greed” markalı, 100 ml tutumlu kişi ətirinin boş qabı – 0 manat;

3. 1 ədəd üzərində “Tissot 1853” yazısı olan kəmərsiz, kişi qol saatı, bir ədəd bağlanan dəmiri ilə birlikdə – 250 manat;

4. 1 ədəd üzərində “Longines EFC” yazısı olan qara rəngli kəmərli kişi qol saatı – 80 manat;

5. 1 ədəd üzərində “Armani Exchange” yazısı olan qara rəngli kəmərli kişi qol saatı – 100 manat;

6. 1 ədəd üzərində “X4” yazısı olan qara rəngli kəmərli kişi qol saatı - 150 manat;

7. 1 ədəd üzərində “Seiko SOLAR” yazısı olan qara rəngli kəmərli kişi qol saatı (saatın bağlanan dəmiri yoxdur) – 80 manat;

8. 1 ədəd 33 ədəd muncuqdan ibarət ipə düzülmüş kəhrəba təsbeh - 50 manat;

9. 1 ədəd ipə düzülmüş muncuqların 4 ədədi sarı rəngdə, 5 ədədi tünd sarı rəngdə olan 9 ədəd muncuqdan ibarət kəhrəba təsbeh - 50 manat;

10. 1 ədəd “Zara” markalı Vyetnam istehsallı, papaqlı, zəncirbəndlə açılıbbağlanan tünd göy rəngli kişi gödəkçəsi – 20 manat. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 850,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 1 ədəd “Aventus Greed” markalı 100 ml tutumlu kişi ətirinin boş qabı istifadə üçün nəzərdə tutulmadığı üçün qiymətləndirilmə aparılmadı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Qurbanov X2 Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 02 ay 03 müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azaldılmışdır. Sumqayıt şəhər probasiya şöbəsinin 18.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azdlığın məhdudlaşdırılması cəzasının 11 ay 03 günü çəkilməmiş olaraq qalmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şübhəli şəxsin tutulması haqqında 14.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16.05.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd “İphone-5” markalı “A1533” modelli **********56644 İMEİ kodlu, Çin istehsallı boz rəngli mobil telefon, 1 ədəd istifadə olunmuş “Aventus Greed” markalı kişi ətirinin boş qabı, 1 ədəd üzərində “Tissot 1853” yazısı olan kəmərsiz, bir ədəd bağlanan dəmiri ilə birlikdə, 1 ədəd üzərində “Longines EFC” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “Armani Exchange” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “X4” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “Seiko SOLAR” yazısı olan qara rəngli kəmərli kişi qol saatları, 1 ədəd 33 ədəd muncuqdan ibarət ipə düzülmüş kəhrəba təsbeh, 1 ədəd ipə düzülmüş muncuqların 4 ədədi sarı rəngdə, 5 ədədi tünd sarı rəngdə olan 9 ədəd muncuqdan ibarət kəhrəba təsbeh, 1 ədəd “Zara” markalı Vyetnam istehsallı, papaqlı, zəncirbəndlə açılıbbağlanan tünd göy rəngli kişi gödəkçəsi maddi sübut kimi tanınaraq, sахlаnmаsı üçün sаhibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Cəlilabad Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 11 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone-5” markalı “A1533” modelli **********56644 İMEİ kodlu, Çin istehsallı boz rəngli mobil telefon, 1 ədəd istifadə olunmuş “Aventus Greed” markalı kişi ətirinin boş qabı, 1 ədəd üzərində “Tissot 1853” yazısı olan kəmərsiz, bir ədəd bağlanan dəmiri ilə birlikdə, 1 ədəd üzərində “Longines EFC” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “Armani Exchange” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “X4” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “Seiko SOLAR” yazısı olan qara rəngli kəmərli kişi qol saatları, 1 ədəd 33 ədəd muncuqdan ibarət ipə düzülmüş kəhrəba təsbeh, 1 ədəd ipə düzülmüş muncuqların 4 ədədi sarı rəngdə, 5 ədədi tünd sarı rəngdə olan 9 ədəd muncuqdan ibarət kəhrəba təsbeh, 1 ədəd “Zara” markalı Vyetnam istehsallı, papaqlı, zəncirbəndlə açılıb-bağlanan tünd göy rəngli kişi gödəkçəsi sаhibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cəlilabad Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 11 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günü hesabı ilə hesablamaqla, qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone-5” markalı “A1533” modelli **********56644 İMEİ kodlu, Çin istehsallı boz rəngli mobil telefon, 1 ədəd istifadə olunmuş “Aventus Greed” markalı kişi ətirinin boş qabı, 1 ədəd üzərində “Tissot 1853” yazısı olan kəmərsiz, bir ədəd bağlanan dəmiri ilə birlikdə, 1 ədəd üzərində “Longines EFC” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “Armani Exchange” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “X4” yazısı olan qara rəngli kəmərli, 1 ədəd üzərində “Seiko SOLAR” yazısı olan qara rəngli kəmərli kişi qol saatları, 1 ədəd 33 ədəd muncuqdan ibarət ipə düzülmüş kəhrəba təsbeh, 1 ədəd ipə düzülmüş muncuqların 4 ədədi sarı rəngdə, 5 ədədi tünd sarı rəngdə olan 9 ədəd muncuqdan ibarət kəhrəba təsbeh, 1 ədəd “Zara” markalı Vyetnam istehsallı, papaqlı, zəncirbəndlə açılıb-bağlanan tünd göy rəngli kişi gödəkçəsi sаhibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar