Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-36/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs və müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs müxtəlif ad, çeşid və miqdarda ərzaq məhsullarının istehsalını, idxalını və satışını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən, cəmiyyətlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş və satış nöqtələrinə paylanılan spirtli içki və enerji içkilərinin bir hissəsinin dəyərini, yəni özgə əmlakını vahid niyyətlə talamaq qərarına gəlib bu məqsədilə Bakı şəhəri ərazisində fəaliyyət göstərən daimi müştərilərə (satış nöqtələrinə) xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində onun sifarişi ile cəmiyyətin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən anbarından rəsmi sənəd olan 117 ədəd satış fakturası əsasında çıxarılaraq paylanılmış 57274,74 manat deyərində spirtli içki və enerji içkilərini satmasına, habelə xx.xx.2021-ci il tarixə ticarət dövriyyəsi ilə əlaqədar ticarət obyekləri üzrə hesabında 27245,20 manat məbləğində Cəmiyyətə ödəniləcək satış pulu qalığının olmasına baxmayaraq, sifarişi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində satdığı mallar və hesabında olan Cəmiyyətə ödəniləcək satış pulu qalığı üzrə əldə olunmuş pulun cəmi 31593,87 manatını kassa mədaxil orderləri əsasında hissə-hissə Cəmiyyətin xəzinəsinə nağd olaraq mədaxil etməsi, 35,40 manat dəyərində məhsulların müvafiq geri qaytarma fakturaları ilə Cəmiyyətin anbarına qaytarılması, daxili təftiş zamanı müştərilər tərəfindən MMC-nin xəzinəsinə 307,45 manat satış pulu mədaxil edilməsi, 2029,75 manat hesabından azaldılması, satış nöqtələrində 11449,95 manatlıq mal qalğının qalması nəzərə alınmaqla, 58 satış nöqtəsi üzrə, yəni “V.T” market üzrə 494,78 manat; “Tural” market üzrə 40 manat; “Şəki” market üzrə 15 manat; “Sirab” market üzrə 928,01 manat; “Ləziz” market üzrə 14,60 manat; “Elmar Sədərək” market üzrə 1312,94 manat; “Kristal” market üzrə 208 manat; “Zöhrab” market üzrə 48,95 manat; “Həşim” market üzrə 32,20 manat; “Ceyhun” market üzrə 251,95 manat; “Zeynal” market üzrə 56,58 manat; “Həyat” market üzrə 461,24 manat; “İBO” market üzrə 285,03 manat; “Nilay” market üzrə 33,90 manat; “Dayı” market üzrə 60,15 manat; “Pasaj“ market üzrə 1404,25 manat; "Qafil“ market üzrə 400,01 manat; “Güllü bulaq” market üzrə 391,20 manat; “Faiq“ market üzrə 800,28 manat; “Real" market üzrə 5279,39 manat; "Meyvə Tərəvəz 2“ market üzrə 132 manat; “Totu“ market üzrə 100 manat; "Qız Qalası“ market üzrə 93,81 manat; “Qafqaz” şərab evi üzrə 1917,70 manat; “Sizin Badamdar“ market üzrə 738,85 manat; “Prestij“ market üzrə 6658,05 manat; "Dağüstü“ market üzrə 5,29 manat; “Firdovsi“ market üzrə 104,50 manat; “Şirxan“ market üzrə 64,25 manat; “Çinar“ market üzrə 350 manat; “Sürəyya” market üzrə 74,20 manat; “ERS” market üzrə 510,13 manat; “Təndir” market üzrə 280,06 manat; “Qiz Qalası” market üzrə 23 manat; “Sadiq” market üzrə 16,96 manat; “Xəzər” market üzrə 100 manat; "Üz Aura” market üzrə 500,37 manat; "Hüseyn Badamdar” market üzrə 700 manat; “Qismət” market üzrə 650 manat; “Elşad Pilləkən” market üzrə 54 manat; “Məhəllə Aslan” market üzrə 23,06 manat; “Yeni Şəhər” market üzrə 1106,02 manat; “Məhərrəm” market üzrə 50 manat; “KFZ” market üzrə 67,51 manat; “Universal” market üzrə 46,72 manat; “Xəzər” market üzrə 8872,46 manat; “Arazəli” market üzrə 150 manat; “Ruslan” market üzrə 1000 manat; “Kənan” market üzrə 27,07 manat; “Gülay” market üzrə 1076,55 manat; “MLS” market üzrə 353,17 manat; “Rəşid” market üzrə 34,95 manat; “İdeal” market üzrə 61 manat; “Ay Bibiheybət” market üzrə 100 manat; “Nurlan” market üzrə 146,95 manat; “Flaqman” market üzrə 150 manat; “Ramil Buxta” market üzrə 12,43 manat; “Əhməd” market üzrə 234 manat olmaqla, ümumilikdə 39.103,52 manat məbləğində satışdan əldə edilmiş nağd pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib cəmiyyətə məxsus qeyd olunan xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də kiçik satış nümayəndəsi kimi işə qəbul olunmuşdur. xx.xx.2020- ci il tarixdə isə satış üzrə nümayəndə kimi fəaliyyətə başlamışdır. "xxxx" MMC əsasən ərzaq məhsullarının, içkilərin istehsalı və satışı ilə məşğul olur. 2021-ci ilin mart ayının 1-də işdən azad olunmuşdur. O, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il hökmü ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. "xxxx" MMC-də kiçik satış nümayəndəsi kimi işə qəbul barədə yazdığı xx.xx.2020-ci il tarixli ərizə, həmin tarixdə bağlanmış əmək müqaviləsi, həmin tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə, xx.xx.2020-ci il tarixdə satış üzrə nümayəndə vəzifəsinə keçirilməsi barədə ərizə həmin tarixdə bağlanmış əmək müqaviləsi, həmin tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədəki imza bölmələrindəki imzalar ona məxsusdur. Verdiyi sifariş əsasında mallar növbəti günün əvvəlinə iki nüsxədə tərtib olunmuş satış fakturaları əsasında avtomaşınlara yüklənmiş, sürücülər tərəfindən həmin mallar mağaza və marketlərə təhvil verilməklə fakturalar onlar tərəfindən imzalanıb, təsdiq olunduqdan sonra bir nüsxəsi mağazada saxlanılmış, bir nüsxəsi isə "xxxx" MMC-yə qaytarılmışdır. Mallar təhvil veriləndən sonra təhvil verilmiş mallar sistemə işlənmiş və həmin sistemdə satış üzrə nümayəndə kimi malların təhvil verildiyini görmüşdür. Bundan sonra həmin satış fakturalarına imza etmişdir. Satışdan əldə olunmuş pullar mağaza və marketlərdən götürüldükdən sonra ertəsi gün səhər tezdən MMC-nin kassasına işlənilmiş və onun tərəfindən pullar ödənilmişdir. Satış üçün mağazalara təhvil verilmiş spirtli içkilərin və enerji içkilərinin satışından qəbul olunmuş pullar üzrə borc qalıqlarının faktiliyinə dair qarşılıqlı borc üzləşmə aktları audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1, təhvil alan Əsgər Həsənlinin, alıcıların və onun iştirakı ilə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə aparılan yoxlama zamanı “V.T” market üzrə 494,78 manat; “Tural” market üzrə 40 manat; “Şəki” market üzrə 15 manat; “Sirab” market üzrə 928,01 manat; “Ləziz” market üzrə 14,60 manat; “Elmar Sədərək” market üzrə 1312,94 manat; “Kristal” market üzrə 208 manat; “Zöhrab” market üzrə 48,95 manat; “Həşim” market üzrə 32,20 manat; “Ceyhun” market üzrə 251,95 manat; “Zeynal” market üzrə 56,58 manat; “Həyat” market üzrə 461,24 manat; “İBO” market üzrə 285,03 manat; “Nilay” market üzrə 33,90 manat; “Dayı” market üzrə 60,15 manat; “Pasaj“ market üzrə 1404,25 manat; “Qafil“ market üzrə 400,01 manat; “Güllü bulaq” market üzrə 391,20 manat; “Faiq“ market üzrə 800,28 manat; “Real“ market üzrə 5279,39 manat; “Meyvə Tərəvəz 2“ market üzrə 132 manat; “Totu“ market üzrə 100 manat; “Qız Qalası“ market üzrə 93,81 manat; “Qafqaz” şərab evi üzrə 1917,70 manat; "Sizin Badamdar“ market üzrə 738,85 manat; “Prestij“ market üzrə 6658,05 manat; “Dağüstü" market üzrə 5,29 manat; “Firdovsi" market üzrə 104,50 manat; “Şirxan" market üzrə 64,25 manat; "Çinar market üzrə 350 manat; “Sürəyya” market üzrə 74,20 manat; “ERS” market üzrə 510,13 manat; “Təndir market üzrə 280,06 manat; “Qiz Qalası” market üzrə 23 manat; “Sadiq” market üzrə 16,96 manat; “Xəzər market üzrə 100 manat; “Üz Aura” market üzrə 500,37 manat; “Hüseyn Badamdar” market üzrə 700 manat; “Qismət” market üzrə 650 manat; “Elşad Pilləkən” market üzrə 54 manat; “Məhəllə Aslan” market üzrə 23,06 manat; “Yeni Şəhər” market üzrə 1106,02 manat; “Məhərrəm” market üzrə 50 manat; “KFZ” market üzrə 67,51 manat; “Universal” market üzrə 46,72 manat; “Xəzər” market üzrə 8872,46 manat; “Arazəli” market üzrə 150 manat; “Ruslan” market üzrə 1000 manat; “Kənan” market üzrə 27,07 manat; “Gülay” market üzrə 1076,55 manat; “MLS” market üzrə 353,17 manat; “Rəşid” market üzrə 34,95 manat; “İdeal” market üzrə 61 manat; “Ay Bibiheybəf market üzrə 100 manat; “Nurlan” market üzrə 146,95 manat; “Flaqman” market üzrə 150 manat; “Ramil Buxta” market üzrə 12,43 manat; “Əhməd” market üzrə 234 manat yekun üzrə 39.103,52 manat pul məbləğində əskik gəlməni təsbit edən sənədlər onun iştirakı ilə tərtib olunmuşdur. Həmin sənədlərdə olan soyadının qabağında olan imzalar ona məxsusdur. Hesabında hesab əskik gəlmə təxminən 21000 manata yaxın məbləğdir. Həmin pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə mağaza nümayəndələrinin MMC-nin auditi Elçin Məmmədovun, bölgə müdiri Şahid1 və onun iştirakı ilə əksik gəlmiş məbləğlərin nəticəsinə dair aktda ümumi çatışmamazlığa yazılmış 39.103,52 manat məbləğin təsdiqi ilə bağlı “satış nümayəndəsi Ad, Soyad, imza” qrafasındakı imzalar ona məxsusdur. Elektron qaydada 105 mağaza və marketlərdən satış üzrə nümayəndə kimi cavabdehliyində yaranmış borc pul məbləğlərinin faktiki qalıqlarına dair xx.xx.2021-ci il tarixli aktda eyni qayda ilə 39.103,52 manat nağd pulların faktiki mağaza və marketlərdən alındığı, lakin kassaya ödənilmədiyi bir daha təsdiq olunmasına baxmayaraq hesabında olan əskik qalmanın təxminən 21000 manat olduğunu bildirmişdir. Təyin olunmuş məhkəmə- mühasibatlıq ekspertizasının 9/9076 saylı rəyində yaranmış çatışmazlıq 39.103,52 manat təşkil etməsi ilə bağlı da eyni qaydada hesabında 21000 manat əskik gəlmə olduğunu bildirmişdir. Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və himayəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayından "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır. "xxxx" MMC Azərbaycan Respublikası ərazisində həm qida məhsullarının istehsalı, həm də satışı ilə məşğuldur. Müəssisə işçiləri tərəfindən edilən mənimsəmə hallarını müəssisə daxilində problemli şöbə araşdırır və sənədlər hazır şəkildə hüquq şöbəsinə təqdim olunur. Həmin sənədləri hüquqi baxımdan aidiyyəti orqanlara göndərirlər. Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdən "xxxx" MMC-nin satış üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs təhkim olunmuş satış nöqtələrində olan mal qalığının müəyyən olunması üçün tərtib olunmuş xx.xx.2021-ci il tarixli “satış təmsilçisinin satış nöqtələrində olan mal qalığının təsdiq edilməsi barədə" akta əsasən onun öhdəsində 27245.20 manat dəyərində mal qalığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən sonrakı dövr ərzində 57274.74 manat məbləğində mal sifariş vermişdir. Satış nöqtələrində çatdırılmış mallardan 35.40 manat hissəsi anbara geri qaytarılmış və 31593.87 manat hissəsi isə kassaya ödənilmişdir. Təqsirləndirilən şəxs təhkim olunmuş satış nöqtələri üzrə endirim edilməsi, satış nöqtələrinin bağlı olması və digər səbəblər nəzərə alınmaqla 2029.75 manat məbləği onun hesabından azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixinə satış nöqtələrində olan borc qalığı 50860.92 manat olmuşdur Uçot üzrə mal qalığının mövcudluğu MMC-nin daxili auditoru tərəfindən yoxlanılarkən, Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələrində 11449.95 manatlıq faktiki mal qalığının olması müəyyən olunmuşdur. Bununla yanaşı daxili auditor yoxlaması zamanı satış nöqtələri tərəfindən MMC-yə 307.45 manat məbləğində mal geri qaytarılmış və ya ödəniş olunmuşdur. Nəticədə Təqsirləndirilən şəxs 39103.52 manat pulu mənimsəməklə MMC-yə xeyli miqdarda ziyan vurmuşdur. Yuxarıda qeyd etdikləri müəssisə tərəfindən toplanmış materiallarla təsdiq olunmuşdur. Hazıradək Təqsirləndirilən şəxs tərəfindən MMC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir hərəkət edilməmişdir. Satış fakturalarını sürücü, satış üzrə nümayəndə və mal kimə təhvil verilirsə o imzalamışdır. Belə ki, malı sürücülər təhvil vermiş, malı qəbul edən mağaza və s.-nin, sahibi imzalamışdır. Sürücü satış fakturasını satış üzrə nümayəndəyə təhvil verir. Bütün bunlara da əmək müqaviləsi üzrə maddi məsul şəxs satış nümayəndəsidir. Satış fakturaları satış üzrə nümayəndə tərəfindən ümumi şöbəyə təhvil verilir. Satış üzrə nümayəndənin əsas vəzifəsi mallara nəzarət etmək, satılmış malların pulların ödənişlərini kassaya ödəməkdir. O, mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs 39103,52 manat məbləğində pul vəsaitinin və ödənilmiş 207.71 manat dövlət rüsumunun mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2020ci ilin sentyabr ayının 21-dən dekabrın 30-dək ehtiyatda olan zabit kimi Azərbaycan Ordusunda 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Sonradan öz daimi iş yerinə qayıtdıqdan sonra "xxxx" MMC-də satış şöbəsi, satış üzrə bölmə rəhbəri vəzifəsini icra etməyə başlamışdır. Satış nümayəndəsi Təqsirləndirilən şəxs və digər satış üzrə nümayəndələr tərəfindən alıcılardan pulların yığılması və təhvili ilə məşğul olduğu zaman aşkar proqnoza əsasən Təqsirləndirilən şəxs satışdan "xxxx" MMC-nin kassasına təxminən 30000 manat civarında məbləğində pul ödəməsini həyata keçirməməsini müəyyən etmişdir. Həmin araşdırma tərəfindən 2021-ci ilin fevral ayının son günlərində olmuşdur. Bu barədə satış üzrə nümayəndə Təqsirləndirilən şəxs soruşanda sonuncu ona satıcılardan pulları proqnoza uyğun toplaya bilmədiyini və bu səbəbdən kassaya ödəmədiyini bildirmişdir. Pulun ödənməməsinə şübhə yarandığından rəhbəri, satış meneceri Rəfail Aşirova məlumat vermişdir. Həmin məlumatdan sonra rəhbərlik satış üzrə nümayəndə Təqsirləndirilən şəxs təhkim olunmuş ərazi yoxlanılmasını qərara almışdır. Bu barədə Təqsirləndirilən şəxs da xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs satışdan pulları tam qəbul edə bilmədiyini, ona görə də satış pullarını proqnoza uyğun kassaya ödəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin onun hesabından heç bir çatışmamazlıq olmadığını və yoxlama aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra rəhbərliyin göstərişi ilə "xxxx" MMC-nin audit şöbəsinin işçiləri Təqsirləndirilən şəxs şəxsən iştirakı ilə ona təhkim olunmuş ərazidəki mağazalarda yoxlama aparmışlar. Yoxlamada mağazaya təhvil verilmiş malların miqdarı, mal qalıqları, nağd pulların təhvili araşdırılmışdır. Audit tərəfindən Təqsirləndirilən şəxs təhkim olunduğu ərazidəki mağazaların 2021-ci ilin yanvar ayından sonrakı dövr xx.xx.2021-xx.xx.2021-ci il tarixdə araşdırılaraq nəticəsinə akt tərtib olunmuşdur. Araşdırmada onunla birlikdə "xxxx" MMCnin audit şöbəsinin mütəxəssisi Elçin Məmmədov, cavabdeh şəxs satış üzrə nümayəndə Təqsirləndirilən şəxs iştirak etmişdir. Bundan sonra nəticəyə görə akt tərtib edilmişdir. Həmin aktı onunla birgə adlarını çəkdiyi şəxslər imza etmişlər. Audit yoxlaması zamanı satış üzrə nümayəndə Təqsirləndirilən şəxs satıcılardan aldığı 39.103,52 manat məbləğində pulu MMC-nin kassasına ödəmədiyi müəyyən olunmuşdur. İstintaq zamanı təqdim olunan audit yoxlaması aktında soyadının qarşısındakı imzalar ona məxsusdur. Bundan əlavə onunla birlikdə 7 nəfər şəxsin iştirakı ilə mağazalarda olan malların dövriyyəsinə, yəni mal qalığına, satışdan əldə olunan pulların məbləğinə, kassaya ödənilən pulların miqdarına, qaytarılan malların miqdarına, borc qalıqlarına tərəflərindən xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuşdur. Aktda soyadı qarşısındakı imza ona məxsusdur. Aktda mağazalarda satılmamış mal qalıqlarının 11.449,95 manat olmağını bir daha təsdiq etmişdir. Yoxlamadan sonra Təqsirləndirilən şəxs tərəfindən MMC-yə heç bir ödəniş edilməmişdir. Yəni onun hesabında 39.103,52 manat çatışmazlıq müəyyən edilmişdir. Qarşılıqlı borc üzləşmə aktları yoxlamanın nəticəsinə akt tərtib olunmamışdan əvvəl satış üzrə nümayəndə Təqsirləndirilən şəxs ərazisini təhvil götürmüş Həsənli Əsgər tərəfindən tərtib olunmuşdur. Aktlarda alıcı mağazaların "Avrora” MMC-yə olan sistem əsasında borc məbləği, müştəridə faktiki qalmış borc məbləği və yaranmış əskik gəlmə məbləğləri göstərilmişdir. Həmin aktlar xx.xx.2021-ci il tarixli auditor aktı əsasında tərtib edilmişdir. Üzləşmə aktlarında soyadının qarşısındakı imza ona məxsusdur. Satış bölgə müdiri kimi rəhbərlik etdiyi anbardan mallar buraxılarkən satış fakturaları iki nüsxədə tərtib olunmaqla sürücüyə verilmiş, sürücü bir neçə mağazaya çatdırılacaq malların miqdarını yoxladıqdan sonra onları götürüb mağazalara çatdırmışdır. İki nüsxədə tərtib olunmuş satış fakturalarına imza etməklə onların bir nüsxəsini müştəriyə, bir nüsxəsinə müştəri tərəfindən malların qəbulunu imzalamış şəxslər tərəfindən təsdiq edildikdən sonra mal götürülən anbara təhvil vermişdir. Bundan sonra satış nümayəndəsi mağazalara təhvil verilmiş malların pullarını topladıqdan sonra "xxxx" MMC-nin kassasına təhvil vermişdir. Bir qayda olaraq sürücülər tərəfindən alıcılara satış fakturaları əsasında təhvil verilmiş malların miqdarı, qiyməti barədə satış nümayəndəsi anbara verilmiş satış fakturalarına imzalayıb təsdiq etməklə pulların yığılmasını həyata keçirmişdir. Bütün satış nümayəndələri tərəfindən satışdan əldə olunmuş pulları "xxxx" MMC-nin malların satışını və pullarını qəbulunu sənədləşdirmək üçün elektron aparatdan ("post terminal”) istifadə olunmuşdur. Satış nümayəndələri, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən də satışdan eldə etdiyi pulları terminala vurduqdan sonra alıcıdan hansı məbləğdə pulu qəbul etməsi göstərildikdən sonra növbəti gün ərzində kassaya təhvil verilmədikdə terminaldan həmin məbləğin ödənilməməsi alıcının üzərinə qaytarılmış və hesab edilmişdir. Nağd pullar isə satış nümayəndəsi tərəfindən kassaya iki nüsxədə tərtib olunmuş qəbzlə qəbul olunmuş, onun bir nüsxəsi kassada saxlanılmış, bir nüsxəsi isə satış nümayəndəsinə qaytarılmışdır. Qəbzlərdə bütün hallarda satış nümayəndəsinin imzası vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2018ci ilin əvvəllərindən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. 2021-ci ilin yanvarından "xxxx" MMC-də nəqliyyat və anbar təsərrüfatı departamentinin rəhbəri vəzifəsində çalışır. MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Satış üzrə nümayəndənin terminal vasitəsi ilə gün ərzində sifarişi gəlir. Həmin sifariş anbarın elektron sisteminə oturduqdan sonra sifarişə uyğun olan malları avtomobilə yüklənir, avtomobilə yükləndikdən sonra anbarın möhürü ilə möhürlənir. Mallar yükləndikdən sonra sistemə işlənir və bununla bağlı satış üzrə nümayəndənin terminalına məlumat daxil olur. Bir gün sonra isə MMC-nin sürücüləri möhürlənmiş formada avtomobili təhvil götürdükdən sonra iki nüsxədə satış fakturasını qəbul edir. Bundan sonra sürücü malları avtomobil ilə satış nöqtələrinə çatdırdıqdan sonra satış fakturasının bir nüsxəsini mağazaya verir, bir nüsxəsini isə MMCyə qaytarır. Satış fakturalarını sürücü, mağaza sahibi və satış üzrə nümayəndə imzalayır. Satış fakturasını sürücü anbara təhvil verdikdən sonra satış üzrə nümayəndə həmin satış fakturasını yoxlayır və düzgünlüyünü imzası ile təsdiq edir. Satış fakturası iki nüsxədə tərtib olunur. Həmin satış fakturalarını anbardan malları satış nöqtələrinə çatdıran sürücülər təhvil alır. Günün sonunda malları çatdırdıqdan sonra isə satış fakturasını həm özü, həm də mağaza sahibi, yəni müştəri tərəfindən imzalanmış fakturanı anbara təhvil verir. Satış üzrə nümayəndə Təqsirləndirilən şəxs sifarişi əsasında mallar anbardan ayrılaraq avtomobillərə yüklənir. Bu barədə iki nüsxədə satış fakturası tərtib olunur. Onlardan biri mağazalarda qalır, biri isə anbara qaytarılır. Anbarda qalan satış fakturasını satış üzrə nümayəndə Təqsirləndirilən şəxs yoxlayıb imzalayır və doğruluğunu təsdiq edir. Təqsirləndirilən şəxs satış fakturalarını imzalayan zaman malların artıq mağazalara çatdırıldığını və malların qarşılığında pulların onun tərəfindən yığılmasının vacib olduğunu artıq bilir. Malların mağazalara təhvili onların imzaladığı satış fakturaları əsasında ümumi sistemə yazıldığını satış üzrə nümayəndə Təqsirləndirilən şəxs tərəfindən bilinir. Daxili prosedur qaydalara əsasən avtomaşın sürücüləri avtomaşına yüklənmiş malların alıcılara tam və yararlı çatdırılmasına cavabdehdirlər. Satış üzrə nümayəndə mağazada olarkən mağazaya təhvil verilmiş malları işləyən zaman mağaza müdirləri bəzi malların satılmadığından geri qaytarılması şərtlərini ortaya çıxaranda satış üzrə nümayəndə geri qaytarılmış mallar barəsində məlumatları sistemə işləyir, bu barədə sistemdə geri qaytarma fakturası yazılır. Bununla da qaytarılmış malların pulu ümumi sistemdə azaldılır. Azaldılmış məbləğ barəsində satış üzrə nümayəndə terminalda görür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2016-cı il tarxli, 074 saylı icazə ilə fəaliyyət göstərir. O, "xxxx" MMC-nin prezidenti X7 ilə bağlanmış 27.05.221-ci il tarixli, 074/40 saylı müqaviləyə əsasən cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində işləmiş Təqsirləndirilən şəxs 31.1.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmışdır. Audit xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə başa salmışdır.Cəmiyyətin satış üzrə nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixə öhdəsindəki 39103,52 (otuz doqquz min yüz üç manat əlli iki qəpik) manat əskiklik yarandığı müəyyən edilmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2020-ci ilin iyul ayından "xxxx" MMC-də sürücü kimi fəaliyyət göstərir. İşə qəbul ediləndə Təqsirləndirilən şəxs artıq MMC-də satış üzrə nümayəndə kimi fəaliyyət göstərmişdir. Onun nə vaxtdan işlədiyini bilməmişdir. İşlə bağlı heç vaxt problemləri olmadığından münasibətləri normal olmuşdur. "xxxx" MMC-nin qoyduğu qaydalara əsasən mal daşınıb aparılmamışdan əvvəl alıcılara çatacaq mallar anbarda idarə etdiyi avtomaşına yüklənib növbəti günün başlanğıcına hazır vəziyyətdə tərəfindən hesab fakturalarla birlikdə alıcılara çatdırılmışdır. Hesab fakturalar da iki nüsxədə olmaqla həmin fakturalarda hansı mağazaya hansı miqdarda mal təhvil verilməsi göstərilmişdir. Malları mağazaya təhvil verəndə hesab fakturanın sol küncündə özü sağ küncündə isə malı qəbul edən alıcı imza edib təsdiqləmişdir. Hesab fakturasının bir nüsxəsi növbəti günün əvvələrində anbara qaytarılır. Sonradan satış üzrə nümayəndə, yəni Təqsirləndirilən şəxs tərəfindən təhvil verilmiş satış fakturası göndərilir. Satış üzrə nümayəndə təhvil verilmiş satış fakturasını baş ofisdə imzalayıb təsdiqləyir. İstintaq zamanı təqdim olunmuş və idarə etdiyi avtomaşınla daşınmış malların satış fakturalarında sol küncdə olan imzalar onun imzalarıdır, o çəkmişdir. Satış fakturalarında göstərilən miqdarda malları tam təhvil vermiş, heç vaxt əskik mal verdiyi hallar olmamışdır. Onun imzasından sonra satış fakturalarında olan imzaların hamısı satış üzrə nümayəndə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs cavabdehliyində olan 58 market üzrə satışdan əldə olunmuş pulların “Avrora" MMC-nin kassasına ödənişi həyata keçirilmeməsi və cavabdeh şəxs tərəfindən 39.103,52 manat pul mənimsənilməsi barədə 2021 -ci ilin fevral ayının sonlarında mal apardığı mağazalardan Təqsirləndirilən şəxs 2-3 gündür ki, mağazalara getməməsini öyrəndiyini bildirmişdir. Bu barədə Elvinə zəng edib soruşduqda sonuncu ərazisində audit yoxlama aparıldığını və satışa icazə verilmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2018-ci ildən Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “Sizin” marketi işlədir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "Avrora” MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020ci ilin sentyabr ayından sonrakı dövrdən tanımışdır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021 -ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, malların tamlığını, onun sifarişinin olubolmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Təqdim olunan satış fakturalarında qeyd olunan mallar onun sifarişləri əsasında mağazasına gətirilmiş mallar olmuş və o həmin malları satış fakturalarının “Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişdir. Təqdim olunmuş “Sizin” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə onun MMC-yə borcu 172,20 manat olmuşdur. Üzləşmə zamanı mənə də məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 738,85 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə MMC-yə 172,20 manat borcunun olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin yanvar ayından Badamdar qəsəbəsində yerləşən “Qafqaz” şərab evində satıcı işləyir. Adətən satış nöqtəsinə qəbul etdiyim malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdikləri pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021 -ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları işlədiyi şərab evinə gətirmiş, o isə malların tamlığını, sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Bəzən isə o, olmadıqda şərab evini işlədən X8 bu hərəkətləri etmişdir. Təqdim edilmiş “Qafqaz” şərab evinə təhvil verilmiş malların təhvilinə dair satış fakturalarında sağ hissəsində “Mallar satışa yararlıdır” qrafasını imzalayıb malları qəbul etmişdir. Təqdim olunmuş “Qafqaz” şərab evinin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. Bəzən isə bunu Aydın Quliyev həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə şərab evinin MMC-yə borcu 2717,70 manat olmuşdur. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan və ya Aydın Quliyevdən aldığı 1917,70 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə 800 manat şərab evinin MMC- yə borcunun olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2016-cı ildən Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən yerləşən “Real” marketin müdiri vəzifəsində işləyir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdikləri pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMCdir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanımışdır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021-ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına getirmiş, o isə malların tamlığını, onun sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını E. Yusubova ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri onun borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. “Real” marketə təhvil verilmiş malların təhvilinə dair satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasını imzalayıb malları qəbul etmişdir. Təqdim olunmuş “Real” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. xx.xx.2021-ci il tarixdə işlətdiyi mağazada satış üzrə nümayəndə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakı ilə tərtib olunmuş qarşılıqlı borc üzləşmə aktındaında xx.xx.2021-ci il tarixə “Real” marketin "xxxx" MMC-yə 5279,39 manat satış pulu borcu olması göstərilmişdir. Həmçinin aktda göstərilmişdir ki, MMC-yə həmin tarixə borcunuzun olmamasını təsdiq etmişdir. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan qəbul etdiyi 5279,39 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına mədaxil etməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və o, həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə MMC-yə borcumun olmamasını təsdiq etdim. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2013-cü ildən Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən “Xəzər” marketi işlədir. O və ya işçiləri adətən satış nöqtəsinə qəbul etdikləri malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edirlər. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdikləri pulların və satılmamış malların miqdar uçotunu aparmışlar. Bir çox firmalarla işləyirlər, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alırlar. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verirlər. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanımışdır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021- ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o və ya mağazada işləyən digər işçilər isə malların tamlığını, mağazanın sifarişinin olubolmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişlər. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən onlara, yəni mağazaya verilmiş, imzaladıqları nüsxəni isə sürücüyə qaytarmışlar. Daha sonra mallar satıldıqca satış pullarını E. Yusubova ödəmişlər. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişlər. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışlar. Satışdan geri qaytardıqları malların dəyəri mağazanın borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar onun və ya işçilərin sifarişləri əsasında mağazaya gətirilmiş mallardır və o və ya işçilər həmin malları satış fakturalarının “Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişlər. Təqdim olunmuş “Xəzər” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona və ya işçilərə məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi mağazaya verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışlar. xx.xx.2021-ci il tarixdə işlətdiyi mağazada satış üzrə nümayəndə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakı ilə tərtib olunmuş qarşılıqlı borc üzləşmə aktda xx.xx.2021-ci il tarixə "Xəzər” marketin "xxxx" MMC-yə 8872,46 manat satış pulu borcu olması göstərilmişdir. xx.xx.2021-ci il tarixdə adları sadalanan şəxslərin və satış üzrə nümayəndə Təqsirləndirilən şəxs iştirakı ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə mağazanın MMC-yə borcu olmamışdır. Üzləşmə zamanı ona də məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mağazadan qəbul etdiyi 8872,46 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına mədaxil etməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə MMC-yə “Xəzər” marketin borcunun olmamasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid14 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2013-cü ildən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Pasaj” marketi işlədir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparır. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanımışdır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021-ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını Təqsirləndirilən şəxs satmışdır. Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o isə malların tamlığını, onun sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını E. Yusubova ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ile geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar onun sifarişləri əsasında mağazasına gətirilmiş mallardır və həmin malları satış fakturalarının "Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişdir. Təqdim olunmuş “Pasaj” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. xx.xx.2021-ci il tarixdə satış üzrə nümayəndə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə onun MMC-yə borcu olmamışdır. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan qəbul etdiyi 1404,25 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına mədaxil etməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə MMC-yə borcunun olmamasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almışam, Elvin tərəfindən menə satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid11 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2019-cu ildən Bakı şəhəri, Səbail rayonunda yerləşən “Hüseyn” marketin müdiri vəzifəsində işləyir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparır. Bir çox firmalarla işləyir, həmin firmalardan biri de, "Avrora” MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyırmışdır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021-ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o isə malların tamlığını, sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar sifarişləri əsasında mağazasına gətirilmiş mallardır və həmin malları satış fakturalarının “Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişdir. Təqdim olunmuş “Hüseyn” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır.xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə marketin MMCyə borcu 900 manat olmuşdur. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 700 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə 200 manat marketin MMC-yə borcunun olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid9 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid15 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2000-ci ildən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Ruslan” marketi işlədir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparır. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yeni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021-ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o isə malların tamlığını, onun sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar onun sifarişləri əsasında mağazasına gətirilmiş mallardır və həmin malları satış fakturalarının “Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişdir. Təqdim olunmuş "Ruslan” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. xx.xx.2021-ci il tarixdə satış üzrə nümayəndə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə onun MMC-yə borcu olmamışdır. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan qəbul etdiyi 1000 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına mədaxil etməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə MMC-yə borcunun olmamasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almışdır, Elvin tərəfindən mənə satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2012-ci ildən Bakı şəhəri, Səbail rayonunda yerləşən “Yeni şəhər” marketin müdiri vəzifəsində işləyir. O və ya işçiləri adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edirlər. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdikləri pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verirlər. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021 -ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını mağazasına Təqsirləndirilən şəxs satmışdır. Belə ki, mağaza Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazaya gətirmiş, o və ya işçilər isə malların tamlığını, mağazanın sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişlər. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən mağazaya verilmiş, imzaladıqları nüsxəni isə sürücüyə qaytarmışlar. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişlər. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişlər. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışlar. Satışdan geri qaytardıqları malların dəyəri mağazanın borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar mağazanın sifarişləri əsasında mağazaya gətirilmiş mallardır və o və ya işçiləri həmin malları satış fakturalarının “Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişlər. Təqdim olunmuş “Yeni şəhər” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar o və ya işçilərinə məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi mağazaya verilmiş, bir nüsxəsi isə imzalanıb malı gətirən sürücülərə qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə satış üzrə nümayəndə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə mağazanın MMC-yə borcu 3454,18 manat olmuşdur. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan və ya işçilərdən qəbul etdiyi 1106,02 manat məbləğində satış pulunu "xxxx" MMC- nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və işçisi Bəhruzə Əliyeva həmin aktı imzalamaqla, mağazanın xx.xx.2021-ci il tarixə MMC-yə 2348,16 manat borcunun olmasını təsdiq etmişdir. Üzləşmədən və Bəhruzə Əliyevanın həmin aktı imzamalamasından xəbəri olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almışdır, Elvin tərəfindən mənə satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2016-ci ildən Bakı şəhəri, Mətbuat prospektində yerləşən “Qismət” marketdə satıcı işləyir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparır. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021 -ci ilin mart ayinədək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o isə malların tamlığını, onun sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021-ci il tarixə marketin MMC-yə borcu 700 manat olmuşdur. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 650 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə 50 manat marketin MMC-yə borcunun olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2018-ci ildən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elmar Sədərək” marketi işlədir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "xxxx" MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021-ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o isə malların tamlığını, sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar sifarişləri əsasında mağazasına gətirilmiş mallardır və o həmin malları satış fakturalarının "Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişdir. Təqdim olunmuş “Elmar Sədərək” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ile mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021- ci il tarixə marketin MMC-yə borcu 1635,86 manat olmuşdur. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 1312,94 manat məbləğində satış pulunu "Avrora” MMC-nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə 322,92 manat marketin MMC-yə borcunun olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2018-ci ildən Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “Prestij” marketində müdir vəzifəsində işləyir. O və ya mənim işçilərim adətən satış nöqtəsinə qəbul etdikləri malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edirlər. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alğısına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdikləri pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "Avrora” MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verirlər. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanımış, sonuncu ilə aralarında heç bir narazılıq olmamışdır. 2021 -ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını mağazasına Təqsirləndirilən şəxs satmışdır. Belə ki, mağaza Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazaya gətirmiş, o və ya işçilər isə malların tamlığını, mağazanın sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişlər. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən mağazaya verilmiş, imzaladıqları nüsxəni isə sürücüyə qaytarmışlar. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişlər. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişlər. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ilə geri qaytarmışlar. Satışdan geri qaytardıqları malların dəyəri mağazanın borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar mağazanın sifarişləri əsasında mağazaya gətirilmiş mallardır və o və ya işçiləri həmin malları satış fakturalarının "Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişlər. Təqdim olunmuş “Prestij” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona və ya işçilərinə məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi mağazaya verilmiş, bir nüsxəsi isə imzalanıb malı gətirən sürücülərə qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə satış üzrə nümayəndə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021 -ci il tarixə onun MMC-yə borcu olmamışdır. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan və ya işçilərdən qəbul etdiyi 6658,05 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına mədaxil etməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə MMC-yə borcunun olmamasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almışdır, Elvin tərəfindən, mənə satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2010-cu ildən Bakı şəhəri Qaradağ rayonu, Sebail rayonu ərazisində yerləşən “Sirab” marketi işlədir. Adətən satış nöqtəsinə qəbul etdiyi malları mal göndərənin rəsmi sənədləri olan qaima fakturaları və ya satış fakturaları əsasında qəbul edir. Mallar satıldıqca satılmış malların pulunu satışdan əldə olunan pulun alınmasına təhkim olunmuş şəxslərə verir, öz qeydlərində verdiyi pulların və satılmamış malların miqdar uçotunu aparırlar. Bir çox firmalarla işləyir, həmin firmalardan biri də, "xxxx" MMC-dir. "Avrora” MMC-dən əsasən spirtli və enerji içkiləri alır. Malları nisyə alır, satıldıqda pulunu MMC-nin satış üzrə nümayəndəsinə, yəni ekspeditoruna verir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından sonrakı dövrdən tanıyır. Elvinlə aralarında heç bir narazılıq olmamışdır. 2021-ci ilin mart ayınadək "xxxx" MMC-nin mallarını ona Təqsirləndirilən şəxs satmışdır. Belə ki, Təqsirləndirilən şəxs sifarişlərini verdikdən sonra, növbəti gün MMC-nin sürücüsü həmin malları mağazasına gətirmiş, o isə malların tamlığını, sifarişinin olub-olmamasını yoxladıqdan sonra, satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu zaman satış fakturasının bir nüsxəsi malları gətirən sürücü tərəfindən ona verilmiş, imzaladığı nüsxəni isə sürücüyə qaytarmışdır. Daha sonra mallar satıldıqca satış pullarını Təqsirləndirilən şəxs ödəmişdir. Adətən Təqsirləndirilən şəxs ay ərzində bir neçə dəfə satış pulu vermişdir. Satılmayan mallar olduqda isə onları mal gətirən sürücülər vasitəsi ile geri qaytarmışdır. Satışdan geri qaytardığı malların dəyəri borcundan çıxılmışdır. Bütün bunların hamısından Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Satış fakturalarında qeyd olunan mallar sifarişləri əsasında mağazasına gətirilmiş mallardır və o həmin malları satış fakturalarının “Mallar satışa yararlıdır” qrafasını imzalayıb qəbul etmişdir. Təqdim olunmuş “Elmar Sədərək” marketin adına yazılmış satış fakturalarında “Mallar satışa yararlıdır” qrafasının qarşısındakı imzalar ona məxsusdur. Həmin satış fakturaları iki nüsxədə olmaqla bir nüsxəsi ona verilmiş, bir nüsxəsini isə imzalayıb malı gətirən sürücülərə qaytarmışdır. xx.xx.2021- ci il tarixdə Təqsirləndirilən şəxs, audit Elçin Məmmədovun, bölgə müdiri Şahid1 iştirakları ilə mağazada borc qalığında dair üzləşmə aparılmışdır. xx.xx.2021- ci il tarixə marketin MMC-yə borcu 990,51 manat olmuşdur. Üzləşmə zamanı ona da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 928,01 manat məbləğində satış pulunu "xxxx" MMC-nin kassasına ödəməmişdir. Həmin vaxt adlarını qeyd etdiyi şəxslər tərəfindən qarşılıqlı borc üzləşmə aktı yazılmış və həmin aktı imzalamaqla, xx.xx.2021-ci il tarixə 62,50 manat marketin MMC-yə borcunun olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs "Avrora” MMC-nin mallarını satış fakturalarında qeyd olunmuş qiymətlərə almış, Elvin tərəfindən ona satış fakturalarında qeyd olunmuş endirimdən kənar hər hansı bir məbləğdə endirim edilməmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X7 ile Təqsirləndirilən şəxs arasında bağlanmış 02 iyun 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" MMC-də kiçik satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X7 tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli 260/K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MMC-də kiçik satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC-nin prezidenti X7 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs işəgötürənin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək, işəgötürənin ona verdiyi əmlakın (malların) salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək, işəgötürənin ona verdiyi əmlakın (avadanlığın) müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın (avadanlığın) hərəkəti barəsində işəgötürənə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etmək, işəgötürənin ona verdiyi əmlakın (avadanlığın) şirkətdə qəbul olunmuş bütün əşya - hesablama işlərində (o cümlədən onun inventrazasiyasında) iştirak etmək, iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi qanuna zidd, təqsirli hərəkət və / və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və / və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq vəzifələrini öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X5 müraciət edərək, həmin tarixdən etibarən MMC-də satış üzrə nümayəndə vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. "Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X7 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 12 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" MMC-də kiçik satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X7 tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli 288/K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MMC-də Satış departamentinə satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin prezidenti X7 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs işəgötürənin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək, işəgötürənin ona verdiyi əmlakın (malların) salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək, işəgötürənin ona verdiyi əmlakın (avadanlığın) müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın (avadanlığın) hərəkəti barəsində işəgötürənə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etmək, işəgötürənin ona verdiyi əmlakın (avadanlığın) şirkətdə qəbul olunmuş bütün əşya - hesablama işlərində (o cümlədən onun inventrazasiyasında) iştirak etmək, iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi qanuna zidd, təqsirli hərəkət və / və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və / və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq vəzifələrini öhdəsinə götürmüşdür. "Avrora” MMC-də satış nümayəndəsinin vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs satış nümayəndəsi kimi aşağıdakı vəzifələri daşıyır: Birbaşa tabe olduğu müdiri tərəfindən tapşırıqların icrası; "xxxx" şirkətinin məhsullarının ərazilərdə satışının təşkili; "xxxx" şirkətinə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü; "Avrora” şirkətinə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək; Satış nümayəndəsi "xxxx" şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir onun məsuliyyətini daşıyır; Birbaşa tabe olduğu müdir tərəfindən tapşırıqların icrası; Birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verməlidir; Satış nümayəndəsi satış nöqtəsinin anbardakı "xxxx" məhsullarının varlığına nəzarət etməlidir; Malları vitrin və ya rəflərə düzməli, əlavə vasitə və avadanlıqların yerində olub- olmamasını yoxlamalıdır; Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir; Ərazidəki inventarlar üzrə qalıq çıxarılması və inventarizasiyada iştirak etməlidir; Satış apararkən daim düzülüşü yeniləməlidir; Satşı nümayəndəsi "xxxx" şirkətinin satış məntəqələrində olan maddi (pul, invertar və s.) vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır; Müştərilərdən (ticarət nöqtələrindən) “Avora” şirkətinə məxsus malların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır. 29 may 2021-ci il tarixli audit hesabatından görünür ki, "Avrora” MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində audit olunan dövrün əvvəlinə xx.xx.2021-ci il tarixə 27.245,20 manat dəyərində mal qalığı qalmışdır. Audit olunan dövrdə yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi öhdəsinə 57.274,74 manatlıq mal qəbul etmişdir. Audit olunan dövrdə 35,40 manatlıq mal anbara qaytarmışdır. Audit olunan dövrdə 31.593,87 manat satış pulunu ödəmişdir. Daxili audit zamanı cəmiyyətə 307,45 manat pul ödənilmişdir. Audit olunan dövrdə Təqsirləndirilən şəxs hesabından 2.029,75 manat azaldılmışdır. Təqsirləndirilən şəxs cəmiyyətin daxili aduit yoxlamasında iştirak etmişdir. Təqsirləndirilən şəxs maddi məsuliyyətində 50.553,47 manat borc qalığı qalmışdır. Uçot üzrə mal qalığının mövcudluğu cəmiyyətin daxili auditoru tərəfindən yoxlanılarkən onun dislokasiyasına daxil olan satış nöqtələrində 11.449,95 manatlıq faktiki mal qalığının olması müəyyən olunmuşdur. Nəticədə, mühasibat uçotu sənədlərinə, Təqsirləndirilən şəxs təhkim olunmuş terminalın çıxarışlarına və sistemin məlumatlarına əsasən aparılan auditin nəticəsi olaraq elə qənaətə gəlinir ki, cəmiyyətin satış üzrə nümayəndəsi - maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2021 ci il tarixə 50.553,47- 11.449,95=39,103,52 (otuz doqquz min bir yüz üç manat 52 qəpik) manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. Məhkəmə-mühasibat ekspertizasının 22 dekabr 2021-ci il tarixli 9/9076 saylı rəyindən görünür ki, "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 39.103,52 manat məbləğində müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş maddi ziyandan 5000 (beş min) manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair ifadəsi məhkəmə tərəfindən araşdırılarkən bu xüsusatların özünü müdafiə və cinayət məsuliyyətindən və cəzadan azad olunması xarakteri daşıdığı qənaətinə gətirir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və Gəncə şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş və onun tərəfindən 1500 manat cərimə cəzası tam ödənilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 adl uşağı var. 93 saylı MKS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manatdır. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə zamanı müəyyən edildi ki, məhkəməzamanı zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X10 cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə 39103,52 manat məbləğində pul tələbinə və ödənilmiş 207,71 (iki yüz yeddi manat 71 qəpik) manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə mülki iddianı və iş materiallarını nəzərdən keçirib, müvafiq hüquq normalarına istinad edib hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı 39103,52 manat məbləği və ödənilmiş 207,71 (iki yüz yeddi manat 71 qəpik) manat dövlət rüsumunun əvəzinin tutulmasına dair mülki iddiası üzrə cavabdeh tərəfindən 5000 (beş min) manat ödənildiyi üçün qismən təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə 34103,52 manat məbləği və ödənilmiş 207,71 (iki yüz yeddi manat 71 qəpik) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 120 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CMnin 46.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulsun. Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı 39103,52 manat məbləği və ödənilmiş 207,71 (iki yüz yeddi manat 71 qəpik) manat dövlət rüsumunun əvəzinin tutulmasına dair pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə 34103,52 manat pul vəsaiti və ödənilmiş 207,71 (iki yüz yeddi manat 71 qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 120 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-36/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-36/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver