Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-36/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 15-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi VAZ- 21723 markalı ** FL *** dövlət nömrə nişanlı avtomobillə Binəqədi- Novxanı avtomobil yolu ilə Novxanı kəndi istiqamətində hərəkətdə olarkən yolun Abşeron rayonu. Novxanı kəndi ərazisindən keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 110 km/saat sürətlə hərəkət edərkən həmin ərazidə polis nəfəri Şahid1 ona təhkim edilmiş, üstün hərəkət rejimli “X11” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə sola geriyə doğru dönmə əməliyyatı aparmağa başlayıb avtomobili sola istiqamətləndirdiyi anda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 1.3 üfüqi nişanlanma xəttini (qoşa bütöv ağ xətti) kəsməklə həmin maddənin tələblərinə riayət edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, idarə etdiyi avtomobillə əks istiqamətli yola daxil olaraq “X11” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sol arxa oturacağında əyləşmiş, Abşeron rayonu Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı X3 qapalı kəllə-beyin travması, baş-beyin ağır dərəcəli əzilməsi, intiraparenximatoz (beyindaxili) hematoma, mədəcikdaxili qansızına, subaraxnoidal (yumşaq qişası altına) qansızına, sol gözətrafı yumşaq toxumaların qançır şişkinliyi kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan, Abşeron rayonu Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışında əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməsə də, sonuncu məhkəmə iclasında ərizə ilə müraciət edərək, özünü tam təqsirli bildiyini, barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarın tətbiq edilməsi ilə cinayət işi üzrə icraata xitam veriməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobili idarə etmək üçün «B C» kateqoriyalı, AC142373 nömrəli sürücülük vəsiqəsi vardır və qardaşı X2 etibarnamə ilə verdiyi Vaz 21723 markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, taksi fəaliyyəti ilə məşğul olur. 30 aprel 2021-ci ili tarixdə saat 23 radələrində müştərini Abşeron rayonu, Saray qəsəbəsinə düşürüb evə getmək üçün yola çıxmışdır. Avtomobildə tək olmuş, sərnişin olmamışdır. Avtomobili Binəqədi-Novxanı yolu ilə Binəqədi istiqamətində hərəkətdə olarkən yanacağın azaldığını görüb yolun kənarında olan «LUKOİL» YDM-nə girib oradan yanacaq aldıqdan sonra yoluna davam etməyə başlamış, yola çıxan kimi arxadan DYPŞ əməkdaşının ona “saxla” işarəsini verdiyi üçün avtomobili saxlamış və yol polisi əməkdaşının gəlməsini gözləmişdir. Yol polisi əməkdaşı ona yaxınlaşıb sənədlərini və həmçinin spirtli içki içib-içmədiyini yoxladıqdan sonra yoluna davam etməyi bildirmişdir. O, idarə etdiyi avtomobillə yoluna Binəqədi istiqamətində yolun sağ zolağında davam etməyə başlamışdır. Təxminən 2 kilometr məsafə qət etdikdən sonra avtomobili 100-110 km/saat sürətlə yaxın vuran işıqlarla hərəkətdə olduğu zolaqda qarşısında onunla eyni istiqamətdə hərəkət edən qızılı rəngli nömrə nişanına diqqət etmədiyi «Toyota Prius» markalı avtomobili ötüb keçmişdir. Sonra qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan Mercedes Benz markalı polis xidməti avtomobilini də ötüb keçmək istəmişdir. Bu vaxt həmin avtomobil heç bir işarə vermədən qəflətən sola doğru dönmə əməliyyatına başlamış, həmin vaxt ara məsafəsi az və sürəti yüksək olduğundan həmin avtomobillə toqquşmamaq üçün avtomobilin sükanını sağdan sola doğru istiqamətləndirib toqquşmadan qaçmaq istədikdə avtomobilin sürəti çox olduğu üçün və polis avtomobili sola doğru çıxdığından avtomobili saxlaya bilməmişdir. Bu anda idarə etdiyi avtomobilin qabaq hissəsi polis avtomobilinin sol yan tərəfindən dəyib toqquşmuş, zərbədən hər iki avtomobil yolun əks hərəkət zolağında dayanmışdır. Aldığı zərbədən sükan arxasında sıxılmış, qapını açıb yerə düşmək istədikdə sağ ayağının bud hissəsindən sındığını hiss etmişdir. Həmin vaxt hadisə yerində olan tanımadığı təxminən 30 yaşlarında olan qadın ona yaxınlaşıb avtomobilin sıxılmış qapısını zorla açaraq oradan uzaqlaşmışdır. Bundan sonra, toqquşduğu polis avtomobilindən iki nəfər polis nəfəri yerə düşmüş və həmin anda digər polis avtomobilləri, təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişlər. Həkimləri görüb onlardan əvvəlcə polis avtomobilində arxada huşsuz vəziyyətdə olan polis əməkdaşına yardım etmələrini xahiş etmişdir, həkimlər həmin polis əməkdaşlarının avtomobildən huşsuz vəziyyətdə çıxarıb təcili tibbi yardım maşınına qoyub xəstəxanaya aparmışlar. Az sonra ikinci təcili tibbi yardım avtomobili gəlib onu 3 saylı Bakı şəhər Sabunçu xəstəxanasına aparmışdır. Həmin gecə orada olan qohumları onu xəstəxanadan çıxarıb Biləsuvar rayon xəstəxanasına aparmış, orada cərrahi əməliyyat olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, zərərçəkmiş oğlu X5 nə xəstə yatan vaxtlarda, nə də vəfat etdikdən sonra onun yas mərasimlərinin heç birində iştirak etməmişdir. Odur ki, onun barəsində ağır cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin 21 iyun 2023-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət göstərir, işi bir növbəlidir, hər gün saat 20:00-da işə gedib səhər 08:00-dək xidmətdə olur. 30 aprel 2021-ci il tarixdə saat 20:00-da Çingiz Şiriyev və Soltanmurad Əmrəliyevlə idarə eldiyi xidməti avtomobillə dislokasiya üzrə Abşeron rayonu Novxanı kəndi ərazisində gecə naryadında xidmət aparmışdır. Xidmət aparmaq üçün ona Abşeron RPİ-si tərəfindən “Mercedes-Benz Çitan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı, 5710 çağırışlı avtopatrul təhkim edilmişdir, həmin avtopatrulu sürücülük vəsiqəsinə əsasən idarə etmişdir. Təxminən 6 ay olar ki, iş yoldaşları, polis serjantı X1 və polis kiçik serjantı X5 onunla birlikdə həmin avtopatrulda xidmət aparmış və idarə etdiyi avtopatrul texniki cəhətdən daim saz olmuşdur. 30 aprel 2021-ci il tarixdə saat 20:00-da Soltanmurad Əmrəliyev və Çingiz Şiriyevlə xidmətə başlamış, saat 23:30 radələrində «Duz gölü»nün kənarı ilə Novxanı kəndi istiqamətində hərəkətdə olmuş "Petro- Luks” yanacaq doldurma məntəqəsini keçdikdən sonra yolun sağ kənarında dayanmış, dövlət qeydiyyat nişanına və markasına diqqət yetirmədiyi atomobildən düşən tanımadıqları bir kişi onlara əli ilə saxla işarəsi vermiş, idarə etdiyi avtopatorulu həmin şəxsin yanında saxladıqdan həmin şəxs onlara Novxanı-Binəqədi avtomobil yolunun "Bakı Praqa” restoranının yanından keçən hissəsində tanımadığı bir kişinin ağır dərəcəli sərxoş vəziyyətində avtomobil yoluna çıxaraq avtomobillərin hərəkətinə mane olduğunu söyləmişdir. Bu məlumatı aldıqdan sonra xidməti avtomobilin mayak işıqlarını işə salıb həmin istiqamətdə yolun sağ tərəfi ilə hərəkətə başlamışlar. Xidməti avtomobili həmişəki kimi özü idarə etmişdir. Soltanmurad Əmrəliyev avtomobildə qabaq sağ oturacaqda, Çingiz Şiriyev isə arxa sol oturacaqda oturmuş, təxminən 30 km/saat sürətlə Binəqədi istiqamətində «Bakı Praqa» restoranına doğru hərəkət etməyə başlamış, yol düz, örtüyü asfalt beton, quru və hərəkət zolaqlarının sayı iki olmuşdur. Qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün yolun ortasında qoşa düz bütöv sədd xətti olmuş və maksimum surət həddi 80 km/saat nəzərdə tutulmuşdur. Bir qədər getdikdən sonra bu vaxt Çingiz Şiriyev yolun əks tərəfində, yəni hərəkətdə olduqları yolun sol tərəfində qaranlıq yerdə bir nəfərin olduğunu bildirib ona avtomobili yolun sağ tərəfindən sol tərəfmə geriyə döndərib həmin yerə sürməyini demişdir. O idarə etdiyi xidməti avtopatrulun mayak və sola dönmə işıqlarını qoşub hərəkətdə olduqları yolun sağ zolağından hərəkətin sol zolağına keçmək üçün manevr elməyə başlamışdır. Avtomobili sola istiqamətləndirib yolun ortasında olan qoşa bütöv xətti kəsərək avtomobili sol hərəkət zolağına çıxarmaq istərkən, diqqətlə bazan zaman arxadan avtomobilin işıqlarını görmüş, yolun sol zolağına keçib dönmə əməliyyatını tam başa çatdırmağa az qalmış, yəni avtopatrul yola perpendikulyar vəziyyətdə olarkən bu vaxt eyni yolda arxadan avtomobilin əyləc sürtünməsi səsini və güclü zərbə ilə idarə etdiyi avtomobilin sol yan tərəfmə, yəni onun əyləşdiyi istiqamətdən çırpıldığını görmüş. VAZ 21723 markalı avtomobilin qabaq hissəsi onların avtomobilin sol hissəsi toqquşmuşdur. Həmin anda aldığı zərbədən huşunu itirmiş, özünə gələndə avtopatrulun əzilmiş vəziyyətdə yolun sol kənarında olduğunu, iş yoldaşları Soltanmurad və Çingizin aldıqları xəsarətdən huşsuz vəziyyətdə olduqlarını, onların avtomobilənə çırpılan VAZ 21723 markalı ** FL *** dövlət nömrə nişanlı avtomobilin də yolun sol hərəkət zolağında, toqquşma baş verdiyi yerin yaxınlığında əzilmiş vəziyyətdə dayandığını və sürücüsünün də xəsarət aldığını görmüşdür. Hadisə yerinə toplaşmış tanımadığı adamların köməkliyi ilə o, xidməti avtopatruldan çıxarılmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə Abşeron RPİ-nin polis əməkdaşları və Təcili Tibbi yardım maşını gəlmiş və təcili tibbi yardım maşının köməkliyi ilə xəstəxanaya aparılmışdır. Sonra başa düşmüşdür ki, VAZ 21723 markalı avtomobilin sürücüsü Binəqədi istiqamətində yolun sağ zolağı ilə hərəkət etmiş, onun yolda dönmə əməliyyatı keçirib yolun sol zolağına keçmək istədiyini görüb hərəkətdə olduğu sağ zolaqdan sol zolağa keçib onun keçirdiyi dönmə əməliyyatını başa çatdırmağını gözləməmiş, avtomobilin surətini azaltmadan ötmə əməliyyatı apardıqda toqquşma baş vermişdir. Göstərmişdir ki, yolun sağ zolağından əks sol zolağına dönmə əməliyyatı edərkən arxadan gələn avtomobillərin hərəkətinə nəzarət etmiş, arxadan avtomobilin gəldiyini görmüş, amma düşünmüşdür ki, həmin avtomobil gəlib çatana kimi o ötmə əməliyyatını başa çatdıra bilər, həmin avtomobilin xeyli sürətlə hərəkətdə olduğunu, qısa zamanda gəlib onlara çatacağını düşünməmişdir. Digər tərəfdən VAZ 21723 markalı həmin avtomobildə sağ zolaqda hərəkət etmiş, sonra sol zolağa keçib sürətini azaltmadan ötmə əməliyyatına başladıqda toqquşma baş vermişdir. Hadisənin qarşısını almağa texniki imkanı olmuş, avtomobilin uzaqda olduğunu düşünüb dönmə əməliyyatı aparmış, amma gəlib onlarla toqquşduqda artıq hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmənin 21 iyun 2023-cü il tarixli iclasında şahid qismində ifadə verən Şahid2 oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin İyul ayından Azərbaycan Respublikası DİOna xidmətə qəbul olmuş, Abşeron RPİ nin PPXB də polis nəfəri vəzifəsində xidmət göstərir, kiçik serjant rütbəsindədir, 6 ay olar ki, iş yoldaşları, polis serjantı Şahid1 və polis kiçik serjantı X5 ilə birlikdə Abşeron RPİ-nə məxsus, “Mercedes-Citan” markalı, 99-AP- 484 dövlət qeydiyyat nişanlı, 5710 çağırış nömrəli xidməti avtopatrulda bir ekipajda dislokasiya üzrə Abşeron rayonu. Novxanı kəndi ərazisində gecə naryadında xidmət apararaq, hər gün saat 20:00-dan səhər 08:00-dək xidmətdə olmuşdur. 30 aprel 2021-ci il tarixdə saat 20:00-da Çingiz Şiriyevlə birlikdə sürücü polis nəfəri Şahid1 idarə etdiyi xidməti avtomobillə dislokasiya üzrə Abşeron rayonu, Novxanı kəndinə xidmətə getmişlər, saat 23:30 radələrində «Duz gölü»nün kənarı ilə Novxanı kəndi istiqamətində hərəkətdə olub "Petro Luks” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra yolun kənarında dayanmış, dövlət qeydiyyat nişanına və markasına diqqət yetirmədiyi avtomobildən düşən tanımadıqları bir kişi onlara əli ilə saxla işarəsi vermişdir. Tərlan idarə etdiyi avtomobili həmin kişinin yanında saxladıqdan sonra tanımadıqları həmin kişi onlara Novxanı- Binəqədi avtomobil yolunun “Bakı-Praqa” restoranının yanından keçən hissəsində tanımadıqları bir kişinin ağır dərəcəli sərxoş vəziyyətdə yola çıxaraq avtomobillərin hərəkətinə mane olduğunu söyləmişdir. Bu məlumatı aldıqdan sonra onlar xidməti avtomobilin mayak işıqlarını işə salıb həmin istiqamətdə hərəkətə başlamışlar. Xidməti avtomobili həmişəki kimi Şahid1 idarə etmiş, o, qabaq oturacaqda Tərlanın yanında. Çingiz Şiriyev isə arxa oturacaqda sol tərəfdə oturmuşdur. Bir neçə dəqiqədən sonra onlar “Bakı Praqa” restoranının yanma çatmış, orada deyilən şəxsi görməmişlər, ona görə 30 km/saat sürətlə Binəqədi istiqamətində hərəkət etməyə başlamışlar. Bu zaman Çingiz yolun əks tərəfində qaranlıqda bir nəfərin olduğunu bildirmiş, Tərlana avtomobili tez geriyə döndərib həmin yerə sürməsini söyləmişdir. Tərlan da xidməti avtomobilin mayakını və sola dönmə işığını qoşub yolun sağ tərəfindən əks sol tərəfinə keçmək üçün qoşa bütöv xətti kəsərək avtomobili sola istiqamətləndirərək yolun ortasına doğru bütöv qoşa xətdən sola keçib yola perpendikulyar vəziyyətdə olarkən bu vaxt arxadan avtomobilin əyləc sürtünməsi səsini eşilmiş və həmin səs təxminən 10-15 saniyə ərzində davam etdikdən sonra arxadan gələn minik avtomobil güclü zərbə ilə onların avtomobilinin sol yan tərəfinə, sürücü Tərlanın olduğu yerə çırpılmışdır. Həmin anda başından aldığı zərbədən huşunu itirmiş, özünə gələndə avtomobilin əzilmiş vəziyyətdə yolun sol kənarında olduğunu, iş yoldaşları Tərlanla Çingizin də aldıqları xəsarətdən huşsuz vəziyyətdə olduqlarını, onların avtomobilə çırpılan VAZ 21723“ Priora” markalı ** FL *** dövlət nömrə nişanlı avtomobilin də yolun sol hərəkət zolağında, toqquşma baş verdiyi yerin yaxınlığında əzilmiş vəziyyətdə dayandığını və sürücüsünün də aldığı xəsarətdən qışqırdığını görmüşdür. O dərhal hadisə yerinə toplaşmış tanımadığı adamların köməkliyi ilə sürücü Tərlanı xidməti avtomobildən çıxarmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə Abşeron RPİ-nin polis əməkdaşları və Təcili Tibbi yardım maşını gəlmiş, həkimlər oradakı vətəndaşların köməkliyi ilə X10 yardım maşınına mindirmişlər. Onu isə iş yoldaşı Coşqun Ağalarov xidməti maşına mindirib Abşeron MRX-tıa aparmışdır. Tərlanın xəstəxanaya kimin apardığını bilməmişdir. Göstərmişdir ki, toqquşma baş verən vaxtı onlar artıq yolun əks hərəkət zolağında olmuşlar. Arxadan gələn həmin “Priora” markalı avtomobil onlar dönmə əməliyyatını başa çatdırmağa az qalmış, əks hərəkət yolunda vurmuşdur. Toqquşma baş verənə kimi həmin avtomobil çox yüksək sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı hadisə yerinə gəlmiş tanımadığı sürücülər də VAZ 21723 “Priora” markalı avtomobilin hadisədən az əvvəl onların da yanından yüksək sürətlə keçdiyini öz aralarında danışmışlar. 30 aprel 2021-ci il tarixdə o, polis serjantı Şahid1 və polis kiçik serjantı X5 xidmətdə olmuş, onlar xidmət başında olarkən spirtli içki qəbul etmirlər və həmin gün də heç bir spirtli içki qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il 899 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Şahid2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 01,07.2022-ci il tarixli 1383 saylı rəyindən rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beyin ağır dərəcəli əzilməsi, intiraparenximatoz (beyindaxili) hematoma, mədəcikdaxili qansızına, subaraxnoidal (yumşaq qişası altına) qansızına, sol gözətrafı yumşaq toxumaların qançır şişkinliyi bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 48Ə saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Şahid1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər -alın nahiyəsinin əzilmiş yarası küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi: sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin MEM-dən alınmış xx.xx.2021-ci il tarixli, 8/1711 nömrəli rəydən görünür ki, Mercedes Benz-Citan markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, 48-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin madddənin Həblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı ölmüşdür. Həmçinin VAZ-21723 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs VAZ-21723 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 110 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-8/709 saylı rəydən görünür ki: 1.Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21723 markalı **-FL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2,7. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes-Benz Çitan markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1 -ci hissəsinin və 48-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.İş materiallarından belə məlum olur ki, Mercedes-Benz Çitan markalı avtomobil sola doğru dönmə əməliyyatına başlamazdan əvvəl VAZ-21723 markalı avtomobilin sürücüsünün görünüş dairəsində olmuşdur. Ümumiyyətlə qeyd edilir ki, mövcud hadisə mexanizmində toqquşmaya kimi Mercedes-Benz Çitan markalı avtomobil VAZ-21723 markalı avtomobilin hərəkət zolağını tam boşaltdığından VAZ-21723 markalı avtomobilin sürücüsünün avtomobili öz hərəkət zolağı ilə hərəkətini davam etdirməsi şəraitində avtomobillər arasında toqquşma baş vermirdir. Ona görə də, tədqiqat VAZ-21723 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaranan anda onun toqquşma yerindən olduğu məsafə ilə həmin avtomobilin dayanma yolunu müqaisə etmə yolu ilə aparılmır. 4.Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qalmış tormoz izinə görə müəyyən edilir. Lakin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola və iş materillarına əsasən hadisə yerində VAZ-21723 markalı və Mercedes-Benz Çitan markalı avtomobillərə məxsus tormoz izi qalmadığından həmin avtomobillərin hərəkət sürətlərini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. 5.İş materiallarında yolun görünüş məsafəsi göstərilmədiyindən və məhkəmə tərəfindən ekspert vəsatətinə cavab olaraq yolun görünüş məsafəsini təqdim etmək mümkün olmadığından VAZ-21723 markalı avtomobilin hərəkət sürətinin yolun görünüş məsafəsinə uyğun olub-olmamasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir.
6. Məhkəmə tərəfindən qərarda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs avtomobili 70-80 km/saat surətlə idarə etmişdir. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, hadisə baş verən yolda nəqliyyat vasitələrinin hərəkət surətləri 3.24 “Maksimum sürətin sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşır. Yəni VAZ-21723 markalı avtomobilin 70-80 km/saat sürətlə hərəkətdə olması və hadisə yerində maksimum icazə verilən sürət həddinin 80 km/ saat olması onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs avtomobili icazə veriləndən artıq sürətlə idarə etməmişdir. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına BC dərəcəli AC 142373 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2030-cu il tarixə kimi etibarlıdır. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə VAZ-21723 markalı ** FL *** dövlət nömrə nişanlı avtomobil və “X11” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə kəskin respirator çatışmazlıq səbəbindən vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsinqanuni varisinin ifadəsi, ekspertiza rəyləri və cinayət işində olan digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1. maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2. maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 1.16. bəndindən görünür ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər barəsində bu amnistiya aktı tətbiq olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X6 adlı bir azyaşlı övladı vardır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşma çatmayan qızı vardır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 və 1.16-cı bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci və 1.16-cı bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci və 1.16-cı bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva