Məhkəmə qərarları › İş №1(012)-36/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-36/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-36/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Nefçala rayonun Dördlər kəndində anadan omuş. Azərbaycan Respubilkasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Nefçala rayonu Dördlər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs o tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs lizinq yolu ilə avtomobil almasına köməklik edəcəyini yalandan vəd verib aldadaraq 07.01,2023-cü il tarixdə sonuncudan Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən “Dalğa" ticarət mərkəzinin yaxınlığında 600 manat pulunu alıb ələ keçirtməklə dələduzluq cinayəti törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxsi təxminən 2 ildir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. Novxanı qəsəbəsində yerləşən çay evində oturub söhbət edərkən avtomobil almaq isdədivini Taleh dedikdə ona köməklik edə biləcəyini demişdir. Ona tanış var arendaya avtomobil verir ordan sənə avtomobil götürərəm dediyini, sonra isə ona öz avtomobilini təklif etdiyini bildirmişdir. Taleh razılaşmış və Talehə sən mənə 600 manat ver, mən öz maşınımı lizinq yolu ilə götürmüşəm gecikmələri ödəyim, sonra sən mənə maşının pulunu hissə-hissə ödəyərsən dedikdə o, razılaşdığını və ondan 600 manat pul aldığını göstərmişdir. Talehdən aldığı pulu öz avtomobilinin gecikdirdiyi ödənişlərinə ödəyərək sonrada avtomobili aparıb tanımadığı şəxsə 6 min manata satdığını bildirmişdir. Borcu olduğu üçün həmin pullarla borclarını bağladığını, lakin Talehin pulunu qaytara bilmədiyini, Taleh dəfələrlə verdiyi 600 manat pulu geri istədikdə ondan aldığı pulu geri qaytara bilməmişdir. Sonra Talehin polisə şikayət etdiyini bilib Talehdən aldığım 600 manat puldan 200 manatını qaytardığını və onun 400 manatını qaytara bilmədiyini göstərmişdir. Hazırda zərərçəkənə dəyən ziyanı tam olaraq ödəmişdir. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında Novxanı qəsəbəsində çayxanada 5-6 ay əvvəl tanıdığı Təqsirləndirilən şəxs ilə oturub çay içərkən maşın almaq isdədivini Elnur eşitdikdə, “mən lizinq yolu ilə sənə avtomobil almağa kömək edə bilərəm amma mənim banka borcum var mənə bank vasitəsi ilə avtomobil verməzlər” dediyini göstərmişdir. Lizinq yolu ilə avtomobil almasına etraz etmədikdə o, maşını almaq üçün 600 manat pul isdədivini və həmin pulu “Lizinqə görə ödəyəcəyi, iki-üç gün ərzində sən maşını ala biləcəksən" dediyindən ona inanmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən “Dalğa” ticarət mərkəzinin yaxınlığında 600 manat pulu Elnura verdiyini, onun istifadəsində olan telefon vasitəsi ilə bir neçə dəfə əlaqə saxladığını və o, “sənədlərdə problemlər var va.xın günlərdə məsələni həll edəcəm" deyərək cavab vermişdir. Lakin uzun müddət keçsədə telefonu götürmədiyini və puluda geri qaytarmadığını, sonradan aldadıldığını bilib polisə şikayət etdiyini göstərmişdir. Şikayət etdikdən sonra aldığı 600 manat pulun 200 manatını geri qaytardığını qalan pulları qaytarmadığını göstərmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki. Dadaşov X1 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 263.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə islah işləri, 1 il 6 ay nəqliyyat vasitələrin idarə edilməsi huququndan məhrum edilmə cəzasına məhkum edilmişdir və məhkumlugu ödənilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, hazırda cəza çəkir. Təqsirləndirilən şəxs məhkəmədən yayındığından barəsində həbs qətimkan tədbiri seçilmiş, 23 oktyabr 2024-cü il tarixdə tutularaq MSY-ə verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun, məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar