Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-360/2023 07.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu, Kosalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Göytəpə ərazi dairəsi, Kosalar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 -cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmalakını talama məqsədi ilə 22 iyun 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs5 Sofik oğlunun nəzarət etdiyi Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhllə ərazisində 15 saylı binanın qarşısında yerləşən xeyir-şər evinə pəncərənin dəmir barmaqlığını çıxarmaqla qanunsuz içəri daxil olub, oradan sonuncuya məxsus 01 ədəd 600 manat dəyərində mis samovarı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 Sofik oğluna 600 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 iyul 2022-ci il tarixdə saat 04 radələrində X1 nəzarət etdiyi məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 saylı binanın qarşısında yerləşən «Xeyir-şər» evinin yan pəncərəsinin dəmir barmaqlığını yerindən çıxararaq binaya qanunsuz daxil olub,oradan mətbəxdə olan sonuncya məxsus bir ədəd 1000 manat dəyərində samovarı, zalda olan 600 manat dəyərində olan bir ədəd velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxs Gülçiçək Əhilmanovaya cəmi 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16-cı binanın arxa tərəfində yerləşən bağ sahəsində olan saxlanc yeri kimi istifadə etdiyi qapısını gərmə yolu ilə açıb icəri qanunsuz daxil olaraq, oradan hər biri 400 manat dəyərində iki ədəd olmaqla biri 26-lıq, digəri 29-luq velosipedi, 100 manat dəyərində bir ədəd samovarı, hər biri 40 manat dəyərində olmaqla iki ədəd manqalı, 40 manat dəyərində 30 ədəd şiş, 100 manat dəyərində qab-qacaq dəsti, 20 manat dəyərində bir ədəd balta və 20 manat dəyərində bir ədəd mexaniki direli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 oktyabr 2022-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanının qarşısında yerləşən qaraca qıfılı sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan 300 manat dəyərində bir ədəd 29-luq velosipedi və velosipedin üzərinə quraşdırılmış 150 manat dəyərində aksessuarları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 oktyabr 2022ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı binanın qarşısında qoyulmuş dəyəri 200 manat olan dəmir məmulatından hazırlanmış dolabı, içərisində 50 manat dəyərində bolt-qaykanı, 1 ədədinin dəyəri 7 manat olmaqla ümumi dəyəri 105 manat olan 15 ədəd su kranını, 1 ədəd 150 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində pereforatoru, ümumi dəyəri 100 manat olan təmir tikinti alətlərini 1 metrin dəyəri 3 manat olmaqla ümumi dəyəri 9 manat olan 3 metr uzunluğunda dəmir naqili, 1 ədəd 100 manat dəyərində elektrik tənzimləyicisini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 864 manat məbləğində ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2022-ci ilin iyun ayının əvvələrində Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 3 saylı yaşayış binasının qaşısında yerləşən «Xeyir-Şər» evinin qarşısından keçən vaxtı mərasim olduğunu görmüşdür. Orada iri həcimli samovar da olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixə səhərə yaxın saat 04 radələrində evindən tək çıxıb Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 3 saylı yaşayış binasının qaşısındakı «Xeyir-Şər» evinin qarşısına gəlmiş, ətrafa baxıb səhərə yaxın olduğu üçün ətrafda heç kəsin olmadığını və giriş qapısının bağlı olduğunu görmüşdür. Ona görə də Xeyir-Şər evinin yan pəncərəsinə yaxınlaşmış, əlində dəmir lom olmuş, həmin lomla pəncərənin dəmir barmaqlığını yerindən çıxarmaq istəmiş, çıxarmağın asan olduğunu gördüyü üçün əli ilə asanlıqla dəmir barmaqlığı yerindən çıxarıb yerə qoymuş və pəncərədən içəri daxil olmuş, orada mətbəxdə bir ədəd 50 litr tutumu olan samovar görmüşdür. Həmin samovarı yerindən tək götürərək pəncərədən yerə kənara atmışdır. Qayıdıb mərasim evinin zalında gördüyü bir ədəd velosipedi də götürüb pəncərədən çıxararaq çölə atmışdır. Özü də pəncərədən çıxıb samovarla velisopedi özü ilə apardığı əl arabasına yığmışdır. Oradan yaşadığı Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 2 saylı yataqxanın həyətinə aparmış, həyətdə samovarı sındıraraq doğramış metal şəkilinə salmış, həmin günü samavarı Xırdalan şəhəri Bazarın yaxınlığında yerləşən tanıdığı metal qəbulu məntəqəsinə 100 manata satmışdır. Lakin bir ədəd velosipedi həmin günün axşamı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulları isə ailəsinin ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ərazisində yerləşən 15 saylı binanın qarşısında yerləşən Xeyir-şər evinə daxil olmağa qərar vermişdir. Yerdən tapdığı dəmir parçası ilə xeyir-şər evinin pəncərəsində dəmir barmaqlıqları çıxarmış və plastik pəncərəni sıxıb açaraq xeyir-şər evinə daxil olmuşdur. Xeyir-şər evinə daxil olduqdan sonra içərini axtarmış, lakin dəyərli bir əşya tapa bilməmişdir. Bu zaman stolların yanında yerdə qoyulmuş samovarı görmüş, həmin samovarı sata biləcəyini düşünüb həmin samovarı götürüb gəldiyi yolla pəncərədən çıxaraq yaşadığı evə getmişdir. Həmin samovarı bütöv halda satdığı təqdirdə satacağı şəxsin onun oğurluq etdiyini anlamağından ehtiyat etdiyi üçün samovarı yaşadığı evdə laqonda ilə hissələrə bölmüş və oğurluq etdiyi günün səhəri Xırdalan şəhəri 28-ci məhəllə ərazisində metal qəbulu edən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə mis kimi çəki ilə 100 manat pul müqabilində satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək üçün bir qədər Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində gəzməyə başlamışdır. Evdən çıxan zaman oğurlayacağı əşyaları yığmaq üçün özü ilə əl arabası götürmüş, əl arabasını həmin ərazidə yerləşən zibilxananın yanında saxlamışdır. Bu zaman 28-ci məhəllə, 16-cı binanın arxa tərəfində yerləşən bağ sahəsinin nəzarətsiz olduğunu görmüş, ona görə də həmin bağ sahəsindən oğurluq etmək məqsədi ilə orada olan ağacın üstünə çıxıb dəmir çəpərin üstündən keçərək bağ sahəsinə daxıl olmuşdur. Orada olan taxta qapını götürəndə bağ sahəsində olan saxlanc yerinin qapısının aralı olduğunu görmüşdür. Bundan istifadə edərək dərhal ora daxil olmuş, orada olan iki ədəd velosipedi, bir ədəd samovarı, iki ədəd manqalı, sayını dəqiq xatırlamadığı şişi, əlavə də xatırlamadığı bir neçə əşya götürərək bağ sahəsində yerə yığmışdır. Bundan sonra həmin əşyaları daşımaq üçün əl arabasını götürmək məqsədi ilə bağa girdiyi yerdən də çölə çıxmış, sonra əl arabasını zibilxananın yanından götürüb təzədən bağ sahəsinə qayıtmışdır. Bağ sahəsinə daxil olub saxlanc yerindən götürdüyü hər şeyi bağ sahəsindən çölə çıxarıb həmin əl arabasına yığıb oradan uzaqlaşmışdır. Həmin gün oğurladığı velosipedlərdən birini yaşadığı ərazidə “Elşən” adı ilə tanıdığım şəxsə 60 manat müqabilində satmışdır. Bir neçə gün sonra oğurladığı manqal və şişləri “Hüseyn” adı ilə tanıdığı şəxsə 30 manat müqabilində satmış, oğurladığı digər əmlakı isə yaşadığı evə aparmışdır. Bundan başqa göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində oğurluq etmək üçün bir qədər Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində gəzməyə başlamışdır. Evdən çıxan zaman oğurlayacağı əşyaları yığmaq üçün özü ilə əl arabası götürmüşdür. Bu zaman 28-ci məhəllə, ev 31 ünvanının qarşısında yerləşən qaracdan oğurluq etmək qərarına gəlmişdir. Ona görə də həmin qaracın qapısının üzərində olan qıfılı sındıraraq ora daxıl olmuşdur. Orada olan bir ədəd velosipedi götürüb girdiyi yerdən çölə çıxmış, həmin velosipedi də tanımadığı şəxsə satmışdır. Bundan başqa göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı binanın qarşısından keçən zaman binaya bitişik şəkildə bir ədəd dəmir məmulatından hazırlanmış təxminən 1 metr hündürlüyündə dolabı görmüş, həmin dolabı metal kimi satıb qazanc əldə etmək istədiyinə görə onu oğurlamaq qərarına gəlmişdir. Dolabın üzərində qıfıl olduğuna görə sahibinin olduğunu başa düşmüşdür. O, əvəlcə ətrafa baxmış, heç kəsin ona fikir vermədiyinə tam şəkildə əmin olandan sonra qeyd olunan dolapı özü ilə gətirdiyi arabaya qoymuş və həmin yerdən uzaqlaşmışdır. Həmin dolabı Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyat Hümanitar Kollecinin inzibati binasının arxa hissəsinə aparmış, orada dolabın qıfılını arabada gətirdiyi dəmir parçası ilə sındırmışdır. Oğurladığı dolabın içərisində xeyli bolt qayka, dəmir məmulatlarından hazırlanmış su krantları, bir ədəd su matoru, elektrik tənzimləyicisi, istifadəyə yararlı olmayan laqonda və perfarator olmuşdur. Dolabda olan əşyaları 26-cı məhəllədə yerləşən metal qəbulu sexinə aparmış, qeyd olunan əşyalar tərəzidə çəkilmiş, ümumi çəkisi 161 kiloqram təşkil etmiş, həmin sexdə 1 kiloqram dəmir məmulatını 40 qəpik müqabilində almış, ona 161 kiloqram dəmir məmulatlarını 64 manat 40 qəpiyə metal qəbulu sexini işlədən Tofiq adlı şəxsə satmışdır. dəmir məmulatlarının oğurluq olduğunu, Tofiq bilməmişdir. Əldə etdiyi 64 manat 40 qəpik pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Göstərmişdir ki, qeyd etdiyi tək törətmiş, onun törətdiyi cinayətləri əvvəlcədən heç kəs bilməmiş və oğurluq etdikdən sonra etdiyi əməllər barədə kimsəyə məlumat verməmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16-cı binanın arxa tərəfində yerləşən ona məxsus bağ sahəsi var. Həmin bağ sahəsində olan saxlanc yerində evdə mütəmadi istifadə olunmayan əşyaları saxlamışdır. xx.xx.2022-ci il tarixdə naməlum şəxs və ya şəxslərin ona məxsus bağ sahəsinə daxil olaraq orada olan saxlanc yerinin dəmir qapısını gərmə yolu ilə açıb daxil olub oradan hər biri 400 manat dəyərində olmaqla iki ədəd 26-lıq və 29-luq velosipedi, 100 manat dəyərində bir ədəd mis samovarı, hər biri 40 manat dəyərində olmaqla iki ədəd manqalı, təxminən 40 manat dəyərində 40 ədəd şişi, 100 manat dəyərində qab-qacaq dəsti, 20 manat dəyərində bir ədəd baltanı və 20 manat dəyərində bir ədəd mexaniki direlin oğurladıqlarını görmüşdür. O, baş vermiş hadisə ilə əlaqədar polisə müraciət etmiş və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1160 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri,28-ci məhəllə ərazisində onun yaşadığı 15 saylı binanın qarşısında xeyir-şər evi yerləşir. Həmin xeyir-şər evinə o, nəzarət edir. xx.xx.2022-ci il tarixdə o, səhər saat 08 radələrində xeyir-şər evinə baş çəkmək üçün gedib xeyir-şər evinin qapısını açarla açıb içəri daxil olan zaman xeyir şər evinin pəncərəsinin dəmir barmaqlıqlarının sındırılaraq yerindən çıxarıldığının şahidi olmuşdur. O, xeyir-şər evinə baxan zaman orada olan özünə məxsus 600 manat dəyərində mis samovarın yerində olmadığını aşkar etmiş, o, artıq xeyir-şər evindən oğurluq olduğunu başa düşmüş və buna görə də ərizə ilə Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Həmin samovarın dəyəri 600 manat olduğu üçün baş vermiş hadisə nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 10 ildən artıqdır ki, yaşadığı binanın qarşısında dəmir məmulatından dolab hazırlamış, içərisində özünə məxsus təmir-tikinti alətlərini yığır. xx.xx.2022-ci il tarixdə Qəbələ rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə isə geri qayıtmışdır. Rayondan qayıdandan sonra dolabın yerləşdiyi yerə baxmadığı üçün oğurlandığını aşkar edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə təmir tikinti alətlərini götürmək üçün həyətə düşmüş, lakin dolabı yerində aşkar edə bilməmişdir. Həmin gün maraqlanmış və ona naməlum şəxsin dolabı özü ilə gətirdiyi araba ilə oğurladığı məlum olmuşdur. Naməlum şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı binanın qarşısında quraşdırdığı dəyəri 200 manat olan dəmir məmulatından hazırlanmış dolabı və içərisində olan 50 manat dəyərində boltqaykanı, 1 ədədinin dəyəri 7 manat olmaqla ümumi dəyəri 105 manat olan 15 ədəd su kranını, 1 ədəd 150 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində perefaratoru, ümumi dəyəri 100 manat olan təmir tikinti alətlərini(drel, yapışdırıcı ütü və s) 1 metrin dəyəri 3 manat olmaqla ümumi dəyəri 9 manat olan 3 metr uzunluğunda dəmir naqili, 1 ədəd 100 manat dəyərində elektrik tənzimləyicisini gizli olaraq talayıb, ümumilikdə 864 manat ziyan vurmuşdur. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, hadisədən təxminən bir il əvvəl oğlu üçün 29-luq velosiped almış və həmin valesipedi özünə məxsus qarajda saxlamışdır. xx.xx.2022-ci il tarixdə qaraja baxdıqda həmin velosiped yerində olmuş, həmin tarixdən 01 oktyabr 2022-ci il tarixinə keçən gecə ona məxsus qarajdan oğlu üçün aldığı həmin velosiped və velosipedin üzərində quraşdırdığı 150 manat dəyərində aksesuarları ilə birlikdə oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 450 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25ci məhəllə, M.Hüseynzadə küçəsi, 3 saylı evin qarşısında mərasim evi var və həmin mərasim evinin açarı ona həvalə edilmişdir. 14 iyul 2022-ci il tarixdə nahar vaxtı mərasim evinə gedib qapını açmış və içəri girmiş, həmin vaxt mərasim evinin pəncərəsinin üzərindəki dəmir barmaqlığın sındırıldığını və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt mərasim evinə baxdıqda nəvəsi üçün alaraq orada saxladığı, istifadə olunmamış bir ədəd 700 manat dəyərində velosipedin, həmçinin mərasim evinə özü qoyduğu bir ədəd 50 litr tutumu olan samovarın oğurlundağının şahidi olmuş, bu səbəbdən baş vermiş oğurluqla bağlı polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat Hümanitar Kollecinin yaxınlığında dəmir məmulatları sexi işlədir. Zərərçəkmiş şəxs2 məxsus dolabı oğurlayan Təqsirləndirilən şəxs təxminən 1 aydır tanıyır. Səxavət bir neçə dəfə ona dəmir məmulatları satmışdır. Özünə məxsus qeydiyyat jurnalında Səxavətə məxsus ***-***-**-** nömrəsini qeyd etmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında işlətdiyi sexə gəlmiş və ona təxminən 1 metr hündürlüyündə dəmir məmulatından hazırlanmış dolab satmışdır. Həmin dolabın içərisində nə olduğuna baxmamış, ümumi olaraq tərəzidə çəkilmiş, 161 kiloqram təşkil etmişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs 64 manat 40 qəpik pul vermiş, həmin dolabın oğurluq olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin dolabın onun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxslərin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş üzrə X4 xx.xx.2022-ci il tarixli, 130 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan bir ədəd velosipedin dəmir materialdan olduğu, zavod üsulu ilə hazırlandığı və hadisənin baş verdiyi 2022-ci ilin oktyabr ayının ortalarına istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti 350 manat müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd velosiped sahibinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən yataqxananın yanında olan nömrəsiz fərdi yaşayış evində həyat yoldaşı- Lalə Məmmədova, oğlu-2011-ci il təvəllüdlü Taqı Məmmədzadə və oğlu-2013-cü il təvəllüdlü Yusif Məmmədzadə ilə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 istintaq zamanı verdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 -ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını hüdudlarını, saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd velosiped sahibinə X2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış İş üzrə maddi sübut kimi tanınmış bir ədəd velosiped sahibinə X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-360/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-360/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver