Məhkəmə qərarları › İş №1(012)-360/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-360/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-360/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə Gürcüstan Respulikasından mobil telefon vasitəsi ilə danışıb, sonuncuya «Şevrolet cruze» markalı avtomobil alıb Azərbaycan Respublikasına göndərəcəyini və həmin avtomobili Azərbaycan Respublikasında qeydiyyata aldıracağını yalandan vəd edib, aldadaraq Zərərçəkmiş şəxs1 xx.xx.2021 -ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə tanışı Zərərçəkmiş şəxs2 adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi vüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, xx.xx.2021 -ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1204 (min iki yüz dörd) manat dəyərində 700 ABŞ dolları, həmin tarixdə ünvan 4 ünvanda yerləşən “Azərpoçt” filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1204 (min iki yüz dörd) manat dəyərində 700 ABŞ dolları, xx.xx.2021 -ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Azərpoçt” filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1737 (min yeddi yüz otuz yeddi) manat dəyərində 1010 ABŞ dolları. Azərbaycan manatı ilə cəmi 9300 (doqquz min üç yüz) manat təşkil edən 5410 (beş min dörd yüz on) ABŞ dolları pulunu etibarından sui- istifadə etməklə alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan sonra o, təkrarən, Gürcüstanda olarkən ona Azərbaycan Respublikasından mobil telefonla zəng edib Zərərçəkmiş şəxs1 avtomaşınını göndərməsini tələb edən Zərərçəkmiş şəxs2 12000 ( on iki min) manat pul qarşılığında Gürcüstanda «Şevrolet malibe» markalı, Zərərçəkmiş şəxs1 isə «Şevrolet cruze» markalı avtomaşınlar alıb Azərbaycan Respublikasına göndərəcəyini və Azərbaycan Respublikasında qeydiyyata aldıracağını yalandan vəd edib aldadaraq, sonuncunun xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 6 ünvanında yerləşən “Azərpoçt” filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 7 ünvanında yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə tanışı Zərərçəkmiş şəxs1 adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi viiz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Azərpoçt” filialından Gürcüstan Respublikasına “Zolotaya Korona” tətbiqi vasitəsiylə tanışı Zərərçəkmiş şəxs1 adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 8 ünvanında yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə tanışı X3 adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Azərpoçt” filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə tanışı 1 Şadman Əliyevin adından göndərdiyi Azərbaycan manatı ilə 1720 (min yeddi yüz iyirmi) manat dəyərində 1000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 516 ( beş yüz on altı) manat dəyərində 300 ABŞ dolları və həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Azərpoçt” filialından “Zolotaya Korona” tətbiqi vasitəsiylə öz adından göndərdiyi Azərbaycan manatı ilə 1204 (min iki yüz dörd) manat dəyərində 700 ABŞ dolları, Azərbaycan manatı ilə cəmi 12000 (on iki min ) manat təşkil edən 7000 (yeddi min ) ABŞ dolları məbləğində pulunu etibarından sui-istifadə etməklə alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-2022-ci illərdə Gürcüstan Respublikasında maşın alveri ilə məşğul olmuşdur. O, xarici ölkələrdən işlənmiş avtomobilləri alıb Gürcüstan Respublikasına gətirtdirmiş, oradan isə müştərilərə sataraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Tanışı Zaur 2020-ci ildə onu Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsi ilə tanış etmiş, sonuncu ilə sövdələşib ona Gürcüstandan “Ford Fizion” markalı avtomaşın göndərərək satmışdır. Əfqana satdığı həmin avtomaşınla əlaqədar Əfqanla aralarında narazılıq olmamışdır. Əfqana əvvəllər onun sifarişi əsasında avtomobil ehtiyat hissələri də göndərmişdir. Zərərçəkmiş şəxs2 pandemiya vaxtları 2021-ci ildə ona zəng edib tanışı Zərərçəkmiş şəxs1 “Şevrolet cruz” markalı maşın alıb göndərə bilibbilməyəcəyini soruşmuş, o, isə göndərə biləcəyini demişdir. Əfqan Sürəyyaya münasib qiymətə maşın alıb göndərməsini xahiş etmiş, sonradan Sürəyya özü onunla telefonda danışmışdır. Sürəyya “Şevrolet cruz” markalı maşın almaq istədiyini bildirmiş, o da sonuncuya avtomobili Gürcüstan Respublikasında 4000 ( dörd min) manata almaq mümkün olduğunu, 6000 (altı min) manat da Azərbaycan Respublikasında qeydiyyata (rastamoşkaya) çıxacağını bildirmişdir. Sürəyya razılıaşmış və maşın almaq üçün ona pul göndərəcəyini demişdir. O, Sürəyyaya Gürcüstandakı ünvanını, mobil telefon nömrəsini vermişdir. 2021-ci ilin axırlarında Sürəyya poçt vasitəsi ilə ona bir neçə dəfəyə cəmi 9300 (doqquz min üç yüz) manat pul göndərmişdir. O, həmin məbləğdə pulu Gürcüstan Respublikasında almış, lakin o, biznesdə uğursuzluğa uğradığı üçün Sürəyyaya maşın alıb göndərə bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək, Sürəyyanın pulunun qaytarılmasını tələb etmiş, o, isə bankrot olmasını və maşın gətizdirmək üçün onlara pul göndərmək lazım olduğunu bildirmişdir. O, əvvəl aldığı maşını satıb pulunu ona göndərməsi üçün Əfqandan xahiş etmişdir ki, maşın alıb sonuncuya və Sürəyyaya göndərə bilsin. Əfqan 2022-ci ilinb əvvəllərində ona poçt vasitəsi ilə cəmi 6000 ABŞ dolları pul göndərmiş, lakin o, maşın alıb onlara göndərə bilməmişdir. O, zərərçəkmiş şəxslərə Gürcüstan Respublikasından maşın alaraq göndərəcəyini vəd edərək, Əfqandan 6000 (altı min) ABŞ dolları, Sürəyyadan isə, 9300 (doqquz min üç yüz) manat pul almışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona Azərbaycan Respublikasından “zolotaya korona” tətbiqi vasitəsilə pul göndərdikdə onunla telefonda danışıb məlumat vermiş və o, Gürcüstan Respublikasında dərhal “zolotaya korona” tətbiqi olan hər hansı banka girib göndərilən pulu götürmüşdür. Sürəyya və Əfqanın göndərdiyi pulları Gürcüstan Respublikasının Tiflis və Batumi şəhərlərində almışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona pul vermələri və pullarını ala bilməmələri ilə əlaqədar Gürcüstan Respublikasının dövlət orqanlarına şikayətləri olmamış, bununla əlaqədar orada hər hansı araşdırma aparılmamışdır. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləsə də, lakin onları aldatmaq niyyəti olmamış, ziyana düşdüyü üçün onların pulunu qaytara bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat pul qaytarmışdır. Məhkəmə dövründə Zərərçəkmiş şəxs1 dəymiş ziyan tərəfindən tam olaraq ödənilmiş, lakin digər zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyan ödənilməsə də aralarında şikayət və tələbin olmaması barədə razılığa gəlinmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2021-ci ilin noyabr ayının ortalarında özünə şəxsi avtomobil almaq qərarına gəlmiş və bu məqsədlə ailəsinin taksi sürücüsü və qonşusu Zərərçəkmiş şəxs2 ilə bu barədə məsləhətləşmiş, sonuncu ona bildirmişdir ki, Gürcüstan Respublikasında yaşayan Ceyhun adlı tanışı, ona Gürcüstan Respublikasından ucuz qiymətə avtomobil alıb göndərmişdir. O, Zərərçəkmiş şəxs2 soruşmuşdur ki, tanışı avtomobili ona necə göndərir, sonuncu isə pulu həmin tanışına poçt vasitəsi ilə göndərdiyini, tanışı da avtomaşını Gürcüstandan alıb Azərbaycan Respublikasına göndərir. O, Zərərçəkmiş şəxs2 ona dediklərinə inanmış, eyni zamanda Əfqan, Gürcüstanda olan tanışı Təqsirləndirilən şəxsla telefonla danışmış, “Şevrolet cruz” markalı maşın almaq istədiyini bildirmişdir. Sonra telefonu ona vermiş, o da Təqsirləndirilən şəxsla telefonda danışmışdır. Təqsirləndirilən şəxs Gürcüstandakı ünvanını, mobil telefon nömrəsini ona vermişdir. Telefonda danışarkan Təqsirləndirilən şəxs “Şevrolet cruz” markalı maşın avtomobilin Gürcüstanda 4000 ( dörd min) manata olmasını, 6000 (altı min) manata Azərbaycan Respublikasında qeydiyyata çıxacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs dediyi qiymətlə razılaşmış, pulu Təqsirləndirilən şəxs ona verdiyi ünvana poçt vasitətəsi ilə göndərmişdir. 2021-ci ilin noyabr aynın 30-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Kapital Bankın» filialından 14000 (on dörd min) manat kreditə pul götürmüş, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi 22 ünvana yerləşən "xxxx" ASC-nin filialından və Xırdalan şəhərində yerləşən poçtdan Təqsirləndirilən şəxs ona vermiş olduğu ünvana ABŞ dollarına çevirməklə ABŞ dolları şəkilində göndərmişdir. Təqsirləndirilən şəxs pulu alandan üç gün sonra ona istədiyi «Şevrolet cruz» markalı avtomobili alıb göndərməyə söz vermişdir. Azərbaycan Respublikasından başqa Respublikaya 1000 (min) manat puldan artıq pul göndərmək mümkün olmadığı səbəbindən, 1000 (min) manat öz adından, 1000 (min) manat da qonşusu Zərərçəkmiş şəxs2 adından həmin qayda ilə poçtdan da dörd min manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs həm ona, həm də Əfqana telefonla zəng edib pulu aldığını bildirsə də, ona dediyi müddətin keçməsinə baxmayaraq avtomobili göndərməmişdir. Avtomobili göndərilmədiyi üçün hər ikisi zəng edib Ceyhunla danışmış, sonuncu xəstələndiyi üçün avtomobili göndərə bilmədiyini, qısa müddət ərzində avtomobili göndəcəyini bildirmişdir. Lakin Ceyhun vəd etdiyi avtomobili göndərmədiyindən o, 13 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nə şikayət ərizəsi yazmışdır. Abşeron RPİ-nə şikayət ərizəsi ilə müraciət edəndən sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Gürcüstan Respublikasından zəng edib söz vermişdir ki, bir həftə müddətində onun pulunu qaytaracaqdır, şikayət etməməsini xahiş etmişdir. Ona görə də təkrar olaraq Ceyhunun onun pulunu qaytarması barədə ərizə yazmış, lakin sonuncu onun pulunu qaytarmadığı üçün Abşeron rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs avtomobil almaq üçün Azərbaycan manatı ilə cəmi 9300 (doqquz min üç yüz) manat pul göndərmişdir. Hazırda ona dəymiş zərər tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, X2 bir qonşu və həmyerli kimi tanıyır, münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu zamanlarda Sürəyyanın azyaşlı qızının uşağını baxçaya aparıb-gətirmişdir. Pandemiya dövründə, 2020-ci ilin oktyabr ayınnın əvvəllərində sosial şəbəkədə “Turbazada” Fort fizion» markalı avtomobil görmüş, həmin avtomobillə maraqlanmışdır. Sosial şəbəkədə avtomobilin qiyməti 5000 (beş min) manat göstərilmişdir. Avtomobilin sahibinin mobil telefonuna zəng edib, tanımadığı şəxslə danışanda həmin şəxs, avtomobilin Gürcüstan Respublikasında olduğunu, sosial şəbəkədə Gürcüstan qiymətinin göstərildiyini və avtomobilin Bakıya 14000 (on dörd min) manata gəldiyini bildirmişdir. Sonradan adı ona Zaur kimi məlum olan şəxslə razılaşıb, 10000 (on min) manat pul verərək qalan pulu da lizinqlə ödəyib avtomobili gətizdirmişdir. Zaur ona həmin maşının Gürcüstan Respublikasından Təqsirləndirilən şəxs adlı tanışının göndərdiyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 10-da avtomobili aldıqdan sonra qonşusu Sürəyya həmin avtomobili görəndə avtomobil xoşuna gəlmiş və o da avtomobil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu Zaurdan öyrənib Sürəyyaya vermiş və birlikdə onunla telefonda danışmışlar. Təqsirləndirilən şəxsla danışaraq, Sürəyyanın avtomobil almaq istədiyini ona demiş, Sürəyya “Şevrolit cruze” markalı avtomobil almaq istədiyini bildirmiş, Ceyhun həmin markada olan avtomobilin Bakıya 12500 manata gəlib çıxacağını demişdir. Sürəyya təkliflə razılaşaraq poçt və bank vasitəsi ilə Təqsirləndirilən şəxs Gürcüstan Respublikasına 9300 manat pul göndərmiş, lakin sonuncu avtomobili göndərməyərək, Sürəyyanı aldadıb pulunu ələ keçirmişdir. Dəfələrlə Ceyhuna zəng etmələrinə baxmayaraq, hər dəfə pulu qaytarmağı söz versə də qaytarmamışdır. O, Ceyhunla danışmış və Sürayənin maşınını göndərməsini tələb etmiş, Ceyhun isə əməliyyat olunduğunu, pulnun olmamasını və maşınları xaricdən gətizdirə bilmədiyini və maşınlar gəmidə qalıb, pulu olmadığı üçün götürə bilmədiyini demişdir. Ceyhun ona məxsus olan maşınını satıb pulunu ona göndərməsini xahiş etmişdir ki, həm ona, həm də Sürəyyaya maşın göndərsin. Ceyhun “Chevrolet malibu” markalı maşın göndərəcəyini vəd etdiyindən ona inanmış və «Ford Fizion» markalı avtomaşınını xx.xx.2022-ci il tarixdə 12000 (on iki min) manat sataraq həmin pulu ABŞ dollarına çevirmiş və Gürcüstan Respublikasında olan sonuncuya 2022-ci ilin fevralı ayının 17 və 19-də poçt və bank vasitəsi ilə göndərmişdir. Azərbaycan Respublikasından hər bir vətəndaşa Gürcüstan Respublikasına bank vasitəsi ilə 1000, poçt vasitəsi ilə də 1000 ABŞ dollarından artıq pul göndərməsinə icazə verilmədiyi üçün o, avtomaşını satdıqdan sonra xx.xx.2022-ci il tarixdə Gürcüstana, Təqsirləndirilən şəxs öz adından poçt və bank vasitəsi ilə cəmi iki min, Zərərçəkmiş şəxs1 adından poçt və bank vasitəsi ilə cəmi iki min və Sürəyyanın qonşusu X3 adından poçt və bank vasitəsi ilə cəmi iki min pul göndərmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10200 (on min iki yüz) Azərbaycan manatını 6000 (altı min) ABŞ dolları ilə dəyişərək göndərmiş, qalan 1800 manat pula sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə 1060 (min altmış) ABŞ dolları alıb həmin pulu iki yerə bölərək 300 ABŞ dollarını xx.xx.2022-ci il tarixdə kapitalbank vasitəsi ilə 760 (yeddi yüz altmış) ABŞ dollarını isə poçt vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini, aralarında olan qarşılıqlı razılığa əsasən sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, iş üzrə şahid Zərərçəkmiş şəxs2 onun doğma oğludur. Zərərçəkmiş şəxs1 oğlunun tanışı kimi tanıyır. Təqsirləndirilən şəxs görməmişdir, lakin onun haqqında oğlu Zərərçəkmiş şəxs2 eşitmişdir. 2020-ci ilin oktyabr ayında oğlu Əfqan özünə «Ford Fizion» markalı avtomaşın almışdır. Həmin avtomaşını Gürcüstandan gətizdirdiyini, Gürcüstanda avtomaşın alveri ilə məşğul olan Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonradan oğlunun etdiyi söhbətlərdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun tanışı Sürəyyadan 9300 manat pul almış, lakin Sürəyyaya avtomaşın göndərməmiş, Sürəyya da Ceyhunla onu oğlu Əfqanın tanış etdiyinə görə ondan narazı qalmışdı. Oğlu Əfqan avtomaşın göndərməsi ilə əlaqədar Təqsirləndirilən şəxsla danışmış, o da həmin danışıqların şahidi olmuşdur. 2022-ci ilin əvvəllərində Ceyhun oğlu ilə danışarkan ona demişdir ki, avtomaşınını satıb pulunu ona göndərsin, o da Sürəyyaya və Əfqana avtomaşın göndərsin. Əfqan özünə məxsus «Ford Fizion» markalı avtomaşını 12000 (on iki min) manata satıb pulunu poçt və bank vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Lakin Ceyhun onu aldatmış və ona avtomaşın göndərməmişdir. Odur ki, Əfqan bu barədə polisə şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” barədə 04 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 11 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanıb ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə istintaq şöbəsinə göndərilmiş 23027025 nömrəli cinayət işi icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılması qərara alınmışdır. - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və həmin cinayət işi icraata qəbl edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 16 oktyabbr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə vətəndaş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - “İttihamı elan etmək üçün təqsirləndirilən şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi” haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. - “Cinayət işi üzrə icraatln dayandırılması” haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs tutulub Abşeron RPİ-nin MSY-nə təhvil verilənədək dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulmasına” dair 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən Mərkəzi Seçki Komissiyasının qarşısında tutularaq Abşeron RPİ-nə gətirilmişdir. - Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və həmin cinayət işi icraata qəbul edilərək, istintaqı davam etdirilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatəti təmin edilməmiş, onun barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmiş və o, Abşeron Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. - Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 2 saylı MKİS-nin tərəfindən təqdim olunan xasiyyətnamədsindən görünür ki, Təqsirləndirilən şəxs haqqında yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərdən pul aldığını əks etdirən qəbzlər, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında olan “WhatsApp” yazışmalarını əks etdirən mətnlər və digər səndələr iş üzrə sübut növü kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 9300 manat ziyan tam olaraq ödənilmişdir, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. - Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsədə, aralarında olan qarşılıqlı razılığa əsasən sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, iş materiallarında olan digər sübutlarla onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətini təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməklə dələduzluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə, toplanmış və məhkəmə dövründə tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi ifadələri, həmçinin şahid ifadəsi, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə dəymiş zərərin qismən olaraq ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məhkəmə iclasında tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin digər Zərərçəkmiş şəxs2 ziyan ödəniməsədə aralarında olan qarşılıqlı razılığa əsasən sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 10 ünvanını tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul göndərdiyini təsdiq edən qəbzlərin surəti və “WhatsApp” yazışmalarının mətnləri, həmçinni digər Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul göndərdiyini təsdiq edən qəbzlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məöhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 10 ünvanını tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qəbzlərin surəti və “WhatsApp” yazışmalarının mətnləri cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar