Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-360/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə (video konfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş) xx xxx 1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xol Qaraqaşlı ərazi dairəsi, Xol Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşamış barəsində Abşeron rayon Məhkəməsinin 1(012)-360/2025 saylı, 07 fevral 2025-ci il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilməklə 06 mart 2025-ci il tarixdən hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1ya qonşu blokun liftinin şaxtasına çıxaraq oradan mənzilin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan dolabdan 6500 manat pulu və həmin dövrün məzənnəsi ilə 1190 manat olan 700 ABŞ dollarını, həmin dolabda olan qırmızı rəngli əl çantasından 400 manat və 340 manat dəyərində 200 ABŞ dollarını, həmin dolabdakı boz rəngli əl çantasından 180 manat pulu, övladları X2, X3 və Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqələrini, həmin yataq otağından bir ədəd 150 manat dəyərində olan “İphone-6” markalı mobil telefon aparatını, bir ədəd 150 manat dəyərində olan “Samsunq” markalı mobil telefon aparatını, həmin yataq otağında olan güzgülü dolabın üstündən 1 ədəd 400 manat dəyərində olan 585 əyarlı, 6 qramlıq Rusiya istehsalı olan qadın qızıl boyunbağını, 1 ədəd 700 manat dəyərində olan 750 əyarlı, 8 qramlıq İtaliya istehsalı olan qadın qızıl qolbağını, 1 cüt 750 manat dəyərində olan 750 əyarlı, təxminən 10 qramlıq İtaliya istehsalı olan qadın qızıl sırğalarını, 300 manat dəyərində olan bijuteriyaları, həmin yataq otağından bir ədəd 80 manat dəyərində olan palıd rəngli uzun biçimli donu, bir ədəd çəhrayı rəngli, uzun biçimli, boyun hissəsində “Layla Boutigue” yazıları olan donu, bir ədəd 70 manat dəyərində olan ağ-qara rəngli xallı donu, bir ədəd 150 manat dəyərində olan çəhrayı rəngli qısa donu, bir ədəd 79 manat dəyərində olan boz rəngli qadın pencəyini, bir ədəd 210 manat dəyərində olan dəri çəkməni, bir ədəd 60 manat dəyərində olan dəri əlcəyi, bir ədəd 79 manat dəyərində olan qara rəngli uşaq gödəkçəsini, digər yataq otağındakı dolabdan 1 ədəd 120 manat dəyərində olan saç fenini, qonaq otağından bir ədəd 950 manat dəyərində olan qara rəngli, 32LM5800 model, Koreyada 2012-ci ilin may ayında istehsal edilmiş “LG” markalı televizoru, dəhlizdə olan dolabdan 1 ədəd 450 manat dəyərindəki “Emporium Armani” markalı kişi qol saatını, 1 ədəd 160 manat dəyərində olan “Ray-bon” markalı uşaq gün eynəyini, 1 ədəd 80 manat dəyərində olan “Fosil” markalı uşaq gün eynəyini, 1 ədəd 60 manat dəyərində olan “Ray-bon” markalı qadın gün eynəyini və 1 ədəd 35 manat dəyərində olan uşaq mikrofonunu, cəmi 13823 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 13823 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ilkin ifadəsini təsdiq etdiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, məhkəmədə bildirmişdir ki, o, baş vermiş hadisəni törədərkən işsiz olmuş, maddi vəziyyəti yaxşı vəziyyətdə olmamış, azyaşlı uşaqları həmin vaxt ciddi şəkildə xəstə olmuşdur. O, da əlacsızlıqdan oğurluq etmək qərarına gəlmiş və 26 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə getmiş, günorta saatlarında orada yerləşən binalardan birinin blokuna daxil olaraq, liftlə sonuncu mərtəbəyə, oradan da liftin şaxtasına çıxmış və ətrafa baxdıqda binanın yuxarı mərtəbəsindəki mənzillərdən birinin pəncərəsinin pərdəsinin örtülü olmadığını və orada heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra o, mənzilin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb açaraq içəri daxil olmuş, evdə qiymətli əşyalar axtarmağa başlamışdır. Mənzildən xatırlamadığı məbləğdə pul vəsaiti, müəyyən geyim əşyaları, bijuteriyalar, fen, televizor və sair əşyaları oğurlayaraq çıxarmışdır. O, əşyaları taksi vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində kirayədə yaşadığı mənzilə aparmışdır. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə 14 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasına qoşulmuş Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olmasını, oğurluq etdiyi evin mülkiyyətçisini əvvəllər tanımadığını, oğurluq hadisəsini törədərkən tək olmaqla heçkəsə bu barədə bildirməməsini, həmçinin zərərçəkmiş şəxsin onu xəstəliyi və iki azyaşlı övladının olmasına görə bağışlamasını, zərərin böyük hissəsindən imtina etməklə o hissədə tələbinin olmamasını, azadlıqda olacağı halda zərərin qalan hissəsini də qısa vaxt ərzində ödəyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin 14 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, xx.xx.2023-cü il tarixdə uşağını məktəbə aparmaq üçün yaşadığı evdən getmiş və geri qayıtdıqda qapının açmağa çalışsa da açılmadığını görmüş, bu barədə əri Ramilə zəng edib məlumat vermişdir. Bir neçə saat sonra Ramil yaşadıqları evə çatmış və o da nə qədər çalışsa da mənzilin qapısını aça bilməmişdir. Qonşu blokun liftinin şaxtası ilə yaşadıqları mənzilin pəncərəsinin arasında olan məsafə çox yaxın olduğundan Ramil həmin şaxtaya çıxaraq evlərinin pəncərəsini açıb içəri daxil olmaq istədikdə evlərinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra isə içəri daxil olub qapını arxadan açmış və onlar birlikdə yaşadıqları evin bütün otaqlarında olan əşyalarının dağınıq vəziyyətdə olduğunu görüb DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma aparmağa başlamışlar. Sonradan isə məlum olmuşdur ki, həmin oğurluq hadisəsi nəticəsində yaşadıqları mənzildən ümumilikdə təxminən 13715 manat məbləğində əmlakları oğurlanmışdır. Belə ki, naməlum şəxs evlərinə pəncərədən daxil olaraq yataq otağında dolabda saxladıqları 6500 manat və həmin dövrün məzənnəsi ilə 1190 manat olan 700 ABŞ dollarını, həmin dolabda olan qırmızı rəngli əl çantasından 400 manat və 200 ABŞ dollarını, həmin dolabdakı boz rəngli əl çantasından 180 manat pulu, övladları X2, X3 və ona məxsus şəxsiyyət vəsiqələrini, həmin yataq otağından bir ədəd 150 manat dəyərində olan “İphone-6” markalı mobil telefon aparatını, bir ədəd 150 manat dəyərində olan “Samsunq” markalı mobil telefon aparatını, həmin yataq otağında olan güzgülü dolabın üstündən 1 ədəd 400 manat dəyərində olan 585 əyarlı, təxminən 6 qramlıq Rusiya istehsalı olan qadın qızıl boyunbağını, 1 ədəd 700 manat dəyərində olan 750 əyarlı, təxminən 8 qramlıq İtaliya istehsalı olan qadın qızıl qolbağını, 1 cüt 750 manat dəyərində olan 750 əyarlı, təxminən 10 qramlıq İtaliya istehsalı olan qadın qızıl sırğalarını, təxminən 300 manat dəyərində olan bijuteriyaları, digər yataq otağındakı dolabdan 1 ədəd 120 manat dəyərində olan saç fenini, qonaq otağından 1 ədəd 950 manat dəyərində olan “LG” markalı televizoru, dəhlizdə olan dolabdan 1 ədəd 450 manat dəyərindəki “Emporium Armani” markalı kişi qol saatını, 1 ədəd 160 manat dəyərində olan “Ray-bon” markalı uşaq gün eynəyini, 1 ədəd 80 manat dəyərində olan “Fosil” markalı uşaq gün eynəyini, 1 ədəd 60 manat dəyərində olan “Ray-bon” markalı qadın gün eynəyini və 1 ədəd 35 manat dəyərində olan uşaq mikrofonunu oğurlamışdır. Həyat yoldaşı Ramil və o ilkin ifadələrində sadaladığı həmin əşyalarından başqa ümumilikdə 800 manat dəyərində olan qadın və uşaq geyimlərinin də oğurlandığını qeyd etsələr də sonrakı günlərdə tam aydınlaşdırdıqda oğurlanmış qadın və uşaq geyimlərinin dəyərinin 800 manat deyil, 908 manat olduğu onlara məlum olmuşdur. Belə ki, həmin şəxs qızıl-zinət əşyalarını və bijuteriyaları oğurladığı yataq otağından bir ədəd 80 manat dəyərində olan palıd rəngli uzun biçimli donu, bir ədəd 180 manat dəyərində olan çəhrayı rəngli uzun biçimli donu, bir ədəd 70 manat dəyərində olan ağ-qara rəngli xallı donu, bir ədəd 150 manat dəyərində olan çəhrayı rəngli qısa donu, bir ədəd 79 manat dəyərində olan boz rəngli qadın pencəyini, bir ədəd 210 manat dəyərində olan dəri çəkməni, bir ədəd 60 manat dəyərində olan dəri əlcəyi, bir ədəd 79 manat dəyərində olan qara rəngli uşaq gödəkçəsini, cəmi 908 manat dəyərində qadın və uşaq geyimlərini oğurlayaraq onlara ümumilikdə 13823 manat məbləğində ziyan vurmuşdur. Sonda təqsirləndirilən şəxsin ağır xəstə olmasına, iki uşağına görə bağışladığını, zərərin böyük hissəsini ona keçməklə, ziyanın yalnız 2000 manat hissəsini tələb etdiyini, və onun da həmin məbləği ödəyəcəyinə söz verdiyinə inandığını bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis mayorudur. Mahiyyəti üzrə bildirir ki, 26 oktyabr 2023-cü il tarixdя saat 15 radələrindən saat 17 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslərin vət. X1 ünvan 1 ünvanına qonşu blokun liftinin şaxtasına çıxmaqla və oradan da R.Quliyevə məxsus mənzilin pəncərəsini sıxıb açmaqla içəri qanunsuz daxil olaraq mənzildən nağd pulu, məişət əşyalarını, qızıl-zinət əşyalarını və bijuteriyaları, qadın və uşaq geyim əşyalarını oğurlaması faktı əsasında Abşeron RPİnə daxil olmuş müraciət əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində istintaq edilən ********* saylı cinayət işi üzrə tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X1 ünvan 1 ünvanından xx.xx.2023-cü il tarixdə saat 15 radələrindən saat 17 radələrinədək olan müddətdə ümumilikdə 13715 manat dəyərində əmlakının xx.xx.1991-ci ildə Neftçala şəhərində anadan olmuş, Neftçala rayonu, Xol Qaraqaşlı ərazi dairəsi, Xol Qaraqaşlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmiş və həmin şəxsin olduğu yer xx.xx.2024-cü il tarixdə tərəfindən müəyyən edilərək dindirilməsindən ötrü istintaq şöbəsinə təqdim olunmuşdur. Onu da əlavə edir ki, Təqsirləndirilən şəxs X1 ünvan 1 ünvanından xx.xx.2023-cü il tarixdə saat 16 radələrində oğurluq etdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlamaqla icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır;
2. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin icraatı təqsirləndirilən şəxsin yeri müəyyən edilib, istintaqa təqdim olunanadək dayandırılmışdır;
3. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən dayandırılmış icraat təzələnmişdir;
4. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 aprel 2024-cü il tarixdə, saat 17:50 dəqiqədə tutulmuşdur;
5. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 02 aprell 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 326.2-ci maddələrinə tövsif edilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur;
7. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməmə və barəsində başqa qətimkan tədbiri seçilməsi” haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir;
8. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
9. “Qətimakn tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış verilmişdir;
10. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin icraatı təqsirləndirilən şəxsin tutulub istintaqa təqdim olunanadək dayandırılmışdır;
11. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə səbəb olmamışdır;
12. “Axtarışda olan şəxsin tutulması” haqqında 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;
13. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində tutularaq MSY-nə təhvil verildiyindən ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;
14. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 27 iyun 2024-cü il tarili qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
15. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin icraatı təqsirləndirilən sağalıb istintaqa təqdim olunanadək dayandırılmışdır;
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli, məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4590 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 200 manat müəyyən edilir. Aparılmış tədqiqatımn qiyməti 50 manat təşkil edir;
17. “Şəxsin könüllü gəlməsi” barədə 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü gələrək, bu vaxtatdək yataq xəstəsi olmasını və bu səbəbdən istintaqa gəlmədiyini, istintaqın sonrakı mərhəllələrində müntəzəm olaraq iştirak edəcəyini bildirdi;
18. “Zərərçəkmiş şəxs qismində statusa xitam verilməsi” haqqında 16 sentyabr 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və X1 zərərçəkmiş şəxs qismində statusuna xitam verilmişdir;
19. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
20. “Cinayət işi üzrə sübutarın qiymətləndirilməsi” haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ittiham yenidən elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, 01 ədəd qara rəngli 32LM580 model, Koreyada 2012-ci ilin may ayında istehsal edilmiş televizor, 01 ədəd palıd rəngli uzun biçimli don və bir ədəd çəhrayı rəngli uzun biçimli, boyun hissəsində “Layla Boutigue” yazıları olan don iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır.
21. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 1(012)-360/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 06 mart 2025-ci il tarixdə tutularaq, aidiyyəti üzrə təhvil verilmişdir.
22. Abşeron Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 1(012)-360/2025 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə məhkəməyə verilərək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır;
23. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 14 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın 11823 manatını bağışlamış yalnız 2000 manat tələb edir, həmin 2000 manatın ödəniləcəyinə görə şikayətini geri götürür və barəsində yüngül cəza təyn edilməsini xahiş edir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yəni - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılaşmasını, zərərçəkmiş şəxsin onu bağılamaqla barışmasını, xəstəliyini əməlində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında razılığa gəlməsi əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında razılığa gəlməsi əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar yuxarıda qeyd edilmiş maddəyə istinadən toplanılmalı olduğundan, təyin ediləcək islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasını bir günü ilə əvəz edilməli və cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Neftçala rayon Probasiya Şöbəsinə məlumat vermədən Neftçala rayonunun hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yerləşən mənzili tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün və həbsdə olduğu 05 (beş) ay 08 (səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq dərhal saxlanıldığı müəssisədən həbsdən azad olunmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, 32LM5800 model, Koreyada 2012-ci ilin may ayında istehsal edilmiş televizorun, 01 ədəd palıd rəngli uzun biçimli donun və 01 ədəd çəhrayı rəngli, uzun biçimli, boyun hissəsində “Layla Boutigue” yazıları olan donun - sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə aparılmış digər məhkəmə tədqiqatının xərci - 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2000 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 manat (40 saat x 6 AZN + 10 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 326.2-ci maddəsi ilə qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təyin edilmiş qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzası həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün və həbsdə olduğu 05 (beş) ay 08 (səkkiz) gün ümumilikdə 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Neftçala rayon Probasiya Şöbəsinə məlumat vermədən Neftçala rayonunun hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Neftçala rayonu Xol Qaraqaşlı kəndində yerləşən mənzili tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Neftçala rayon Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, 32LM5800 model, Koreyada 2012-ci ilin may ayında istehsal edilmiş televizorun, 01 ədəd palıd rəngli uzun biçimli donun və 01 ədəd çəhrayı rəngli, uzun biçimli, boyun hissəsində “Layla Boutigue” yazıları olan donun - sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə aparılmış məhkəmə tədqiqatının xərci - 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2000 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 350 (40 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov