Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-361/2021 08.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1998-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu, Goradil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 20 dekabr 2020-ci il tarixdə saat 08 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi Zərərçəkmiş şəxs3 məxsus «VAZ-2101» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Fatmayi- Göradil avtomobil yolunun Abşeron rayonu Göradil qəsəbəsi ərazisindən keçən hissəsində Fatmayi istiqamətində hərəkətdə olarkən, həmin Qanununun 50-ci maddəsinin 2-cİ hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin, 7-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etməməli, hərəkət hissəslərini ayıran üfiqi nişanlama-bütöv ağ xətti kəsib keçmək qadağan olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək, avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə hərəkət etdirərək, avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarıb hərəkət üçün təhlükə yaratmaqla əks istiqamətdə hərəkətdə olan Şahid1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus «BMW-X5» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə onun bu hərəkətləri idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sağ baldırın ön və arxa qamış arteriyalarının postravmatik cırılması və əzələlərin didilməsi ilə sağ baldır sümüklərinin orta 1/3-nin açıq, qəlpəli yerdəyişən sınığı, sağ bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, qapalı kəllə beyin travması, alın nahiyəsinin sağ hissəsinin, sağ gözün bayır kənarının, burun nahiyəsinin, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığına ağır zərər vurulmasına və «BMW-X5» markalı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 5570 manat məbləğində, həmçinin idarə etdiyi «VAZ-2101» markalı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs3 1750 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Göradil kəndində yaşayır. 20.12.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə kimi yeznəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə Abşeron rayonu, Göradil kəndindəki tikinti materialları satılan mağazada fəhlə işləmişdir. Hər gün işə onun VAZ-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedib-gəlirmişlər. X6 kəndi bağlar massivində yaşadığına görə hər gün səhər həmin avtomobili ilə evdən götürdükdən sonra birlikdə işə gedir, axşam da onu evlərinə aparıb sonra öz evinə gedirmiş. 20.12.2020-ci il tarixdə də səhər saat 08 radələrində Ruslanı evlərindən öz maşınına mindirib, Göradil kəndindəki iş yerinə getmək üçün yola çıxmışdır. Hava yağmurlu olduğundan asfalt yol yaş vəziyyətdə olmuşdur. Ruslan qabaqda yanında əyləşmişdir. Fatmayi-Göradil yolu ilə Fatmayi kəndi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olduğu vaxtı, “Qırmızı kafe” adlanan kafenin yanına az qalmış onunla eyni istiqamətdə qarşıda, təxminən 20-25 metr məsafə ağ rəngli “Cip” modelli, markasını bilmədiyi avtomobil gedirmiş. Həmin avtomobil qarşıdan gələn “BMV-X5” markalı, ağ rəngli avtomobilin yanından ötüb keçdikdən sonra “BMV-X5” markalı avtomobil mənim hərəkət yoluma keçmiş, onunla toqquşacağını hiss edib, sükanı yolun sol hərəkət zolağına istiqamətləndirib onunla toqquşmadan qaçmaq istəmişdir. Lakin həmin “BMV-X5” markalı avtomobilin sürücüsü hərəkətinə davam edərək öz hərəkət yoluna qayıdıb yolun ona aid hissəsinin başlandığı yerdə onun idarə etdfiyim avtomobillə qarşı-qarşıya gələrək toqquşmuşdur. Zərbədən idarə etdiyi avtomobil yolun kənarındakı yaşıl zolağa düşüb dayanmışdır. Həmin vaxtı özü başından aldığı xəsarətdən huşunu itirmişdir. Özünə gələndə Bakı şəhəri, Sabunçu rayonu 3 saylı xəstəxanada olduğumu bilmişdir. Az sonra məlum olmuşdur ki, yeznəsi Ruslanın da aldığı xəsarətdən onu Bakı şəhərindəki Ortepediya və Travmatologiya instituna aparmışlar. Bildirir ki, hadisə baş verən vaxtı avtomobili ayıq vəziyyətdə idarə edirmiş, maşında Ruslandan başqa heç kim olmamış, avtomobilim texniki cəhətdən saz vəziyyətdə olmuş, maşınımda əlavə yük olmamışdır. Sürücülük vəsiqəsi yoxdur, təxminən bir il olar ki, həmin avtomobili idarə edir. Həmin avtomobili təxminən bir il əvvəl Bakı şəhəri Pirşağı qəsəbəsinə gedən yolun kənarında satışa qoyulduğu yerdə tanımadığı şəxsdən 1300 manata almışdır. Həmin adam da ona maşının qeydiyyat şəhadətnaməsini və özünə aid etibarnaməsini vermişdir. Qeyd olunan sənədlər hadisə baş verən vaxtı avtomobilin salonundakı kiçik yük yerində olmuş, hadisədən sonra həmin sənədləri tapa bilməmişdir.Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə təxminən 7-8 ay olar ki, yuxarıda göstərilən ünvanda yaşayır. Həmin vaxtdan da Abşeron rayonu Görədil kəndində Nəcəf adlı şəxsin tikinti materialları satılan mağazasında fəhlə işləyir. Qaynı Təqsirləndirilən şəxs da Abşeron rayonu Gorədil kəndində yaşamaqla onunla eyni mağazada fəhlə işləyir. Hər gün onun VAZ-21011 markalı **-BB-*** nömrəli maşını ilə işə gedib-gəlirmişlər. 20.12.2020-ci ildə saat təxminən 08 radələrində qaynı idarə etdiyi həmin avtomobili ilə onun yaşadığı ünvana gəlmiş, həmişəki kimi onun idarə etdiyi avtomobilə minib işə getmək üçün yola çıxmışlar. Maşını həmişəki kimi qaynı Təqsirləndirilən şəxs idarə edir, o isə qabaqda onun yanında oturmuşdur. Görədil-Fatmayı avtomobil yolunda təxminən 60-70 km/saat sürətlə Fatmayı kəndi istiqamətində hərəkətdə olduğuqları vaxtı o, mobil telefonuna baxarkən avtomobilin qəfildən sola istiqamətləndiyini hiss edib tez yola tərəf baxmış, həmin vaxtı Ruslan eyni istiqamətdə hərəkərdə ola ağ rəngli digər bir avtomobili örtmək üçün yolun əks hərəkət zolağına çıxmış və qarşıdan gələn ağ rəngli BMV-X5 markalı avtomobilllə toqquşmuşdur. Həmin anda aldığı zərbədən huşunu itirmiş, azacıq özünə gələndə sağ qolunda və sağ ayağında güclü ağrı hiss etmişdir. Ətrafdakı tanımadığı adamlardan onu tez xəstəxanaya aparmalarını xahiş etmişdir. Bundan sonra ağrıdan özümü itirmiş, ayılanda Bakı şəhəri Travmatologiya xəstəxanasında olduğunu bilmişdir. Hadisə baş verən vaxtı avtomobildə qaynı Ruslanla ondan başqa heç kim olmamışdır. Hesab edir ki həmin hadisə qaynı Ruslanın yağışlı havada idarə etdiyi avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan BMV markalı avtomobilinin gəldiyini gördüyü halda ötmə əməliyyatını etməsi səbəbindən baş vermişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz küçəsi ev-7, mənzil 4-də yaşayır. Fərdi əməklə məşğul olur. Sürücülük vəsiqəsi var. Təxminən 5 il olar ki, BMV-X5 markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 20.12.2020-ci il tarixdə səhər saat təxminən 08 radələrində işdən evə qayıtdıqdan sonra qonşusu və dostu Həsənlə təsadüfən rastlaşmışdır. Söhbət zamanı yörğun olduğunu deyib Həsəndən maşınının bamperini təmir etdirmək üçün Abşeron rayonu Görədil kəndinə, hər ikisinin tanıdığı Samir adlı üstanın yanına aparmasını xahiş etmişdir. O da razılaşmış və onun BMV-X5 markalı avtomobilinin sükanı arxasına keçib sürüb getmişdir. Özü isə evə getmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra Həsən həyəcanlı vəziyyətdə gəlib, Fatmayi kəndindəki “Dəniz” marketin yanından keçib, Fatmayi- Goradil avtomobil yolu ilə Goradil kəndinin mərkəzi istiqamətində hərəkətdə olduğu vaxt qarşıdan gələn qırmızı rəngli VAZ-2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomiobilin öz hərəkət yolundakı su gölməçəsindən keçməmək üçün manevr etdiyini və həmin vaxtı idarəetməni itirərək, onun hərəkət yoluna keçib, üstünə gəldiyini görüb, toqquşmamaq üçün avtomobilin əyləcini basıb, sükanı sağa istiqamətləndirsə də həmin VAZ-2101 markalı avtomobil gəlib onun idarə etdiyi avtomobilin qabaq hissəsinə dəyib toqquşduğunu və avtomobildə olan sürücü ilə sərnişinin xəsarət aldığını söyləmişdir. Bundan sonra Həsənlə birlikdə həmin hadisə yerinə getmiş, həmin vaxtı avtomobildə xəsarət alanlar orada olmamış, onları xəstəxanaya aparmışlar. Həsənin sürücülük vəsiqəsinin olmadığını bilsə də onun avtomobil idarə etməyi bacardığı üçün ona öz avtomobilini sürməyə vermişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, oğlu Xaçmaz rayonu Hacıisa-Oba kəndində qeydiyyatda olmaqla 2000-ci ildən Bakı şəhəri, Qaradağ rayonu Sanqaçal qəsəbəsində yaşayır. **-BB-*** dövlət qeydiyyat nişanlı VAZ-2101 markalı avtomobil ona məxsus olsa da həmin avtomobili 2008-ci ildə Sanqaçal qəsəbəsində 1800 manata baş etibarnamə ilə hazırda adını və soyadını xatırlamadığı şəxsə satmışdır. Bundan bir neçə il sonra Xaçmaz rayonundan hazırda adını və soyadını xatırlamadığı şəxs ona zəng edərək həmin avtomobilə görə ona baş etibarnamə verməyi xahiş etmişdir. O, da Xaçmaz şəhərinə gedib həmin şəxsə baş etibarnamə vermişdir. Bundan sonra həmin avtomobilin kimin istifadəsində olmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs tanımır, həmin yol-nəqliyyat hadisəsinin baş verməsindən məlumatı olmayıb. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron rayonu Məhəmmədli kəndi ərazisindəki “xxxx” MMC-də fəhlə işləyir. Sürücülük vəsiqəsi olmasa da minik avtomobillərini idarə etməyi bacarır. Lazım olanda qonşusu, həm də dostu Zərərçəkmiş şəxs2 BMV-X5 markalı avtomobilini alıb sürür. 20.12.2020-ci il tarixdə səhər saat təxminən 08 radələrində küçədə Şamillə bir yerdə olduğu vaxtı o, bamperini təmir etdirmək üçün avtomobilini Abşeron rayonu Görədil kəndinə, hər ikisinin tanıdığı Samir adlı üstanın yanına aparmaq istədiyini bildirmişdir. Amma özü yorğun olduğundan ondan avtomobilini Samirin yanına aparmasını xahiş etmişdir. O da razılaşmış və onun BMV-X5 markalı avtomobilinin sükanı arxasına keçib yaşadığı Sabunşu rayonu Prşağı qəsəbəsindən Samirin yaşadığı Abşeron rayonu Gorədil kəndinə getmək üçün hərəkətə başlamışdır. Hava yağmurlu olduğundan asfalt yol yaş vəziyyətdə olmuşdur. Fatmayi kəndindəki “Dəniz” marketin yanından keçib, Fatmayi-Goradil avtomobil yolu ilə Goradil kəndinin mərkəzi istiqamətində təxminən 70 km/saat sürətlə hərəkətdə olduğu vaxtı qarşıdan gələn qırmızı rəngli VAZ-21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomiobilin təxminən 30 metr məsafədən öz hərəkət yolundakı su gölməçəsindən keçməmək üçün manevr etdiyini və həmin vaxtı idarəetməni itirərək, onun hərəkət yoluna keçib ona tərəf gəldiyini görüb, həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobilin əyləcini basıb sükanı sağa istiqamətləndirib həmin avtomobilə sol tərəfdən ötüb getməsinə şərait yaratmış, lakin həmin avtomobilin sürücüsü idarəetməni itirdiyinə görə VAZ-21011 markalı həmin avtomobil gəlib onun idarə etdiyi avtomobilin qabaq hissəsinə dəyib toqquşmuşdur. Bundan sonra VAZ-21011 markalı avtomobil sürüşərək onun idarə etdiyi avtomobilin qabağında yolun kənarındakı yaşıllığın içərisinə düşmüşdür. VAZ-21011 markalı avtomobildə olan sürücü ilə sərnişinin ciddi xəsarət aldılarını görüb tez maşından düşüb onlara yaxınlaşıb salamat olub-olmadıqlarını soruşmuş, onlar hər ikisi xəsarət aldıqlarını bildirmişlər. Bu zaman əvvəldən tanıdığı Elvin adlı oğlan və bir neçə tanımadığı adamlar hadisə yerinə gəlmişlər. Həmin vaxtı özünün mobil telefonunun enarjisi olmadığından bağlı olduğuna görə Elvindən X7 zəng etməsini xahiş etmişdir və sonra onun telefonu ondan alıb bir neçə dəfə dalbadal Şamilə zəng edib hadisə baş verdiyini söyləmək istəmiş, lakin Şamil telefonu açmamışdır. Avtomobil sahibi kimi onun hadisə yerinə gəlməsini vacib hesab etdiyi üçün hadisə yerindən keçən taksiyə minib Şamilgilə gedib bu barədə ona məlumat verib onunla birlikdə hadisə yerinə qayıtmış və avtomobildə xəsarət alanların orada olmadığını, polis əməkdaşlarının hadisə yerini müayinə etdiklərini görmüşdür. Xəsarət alan şəxsləri tanımır, onların xəstəxanaya necə getdiklərini görməmiş, hesab edir ki, onları çağırdıqları təcili tibbi yardım avtomobili xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yaşayır. Abşeron rayonu, Göradil kəndində fərdi ev tikintisində fəhlə işləyir. 20.12.2020-ci il tarixdə səhər saat 08 radələrində həmin iş yerinə gedərkən Goradil- Fatmayi avtomobil yolunun Göradil kəndi ərazisindən keçən hissəsindəki “Qrmızı kafe” adlanan kafenin yaxınlığında ağ rəngli BMV-X5 markalı avtomobillə VAZ-21011 markalı avtomobillərin yolun sağ tərəfində toqquşmuş vəziyyətdə dayandıqlarını və həmin avtomobillərin yanında bir neçə tanımadığı şəxslərin olduğunu görüb tez onlara yaxınlaşmış, həmin vaxtı tanımadığı bir nəfər cavan oğlanın VAZ-21011 markalı avtomobilin yanında huşsüz vəziyyətdə yerdə uzandığını, başqa bir cavan oğlanın da həmin avtomobilin qabaq oturacağında sərnişin yerində sıxılıb qaldığını görüb, ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat verdikdən sonra X7 və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etmişdir. Həmin vaxtı hadisə yerinə toplaşmış tanımadığı adamlar avtomobildə sıxılıb qalmış cavan oğlanı da avtomobilin salonundan çıxarıb digər xəsarət almış cavan oğlanla birlikdə avtomobilə mindirib xəstəxanya yola salmışlar. Özü isə iş yerinə getmişdir. Həmin hadisənin necə baş verdiyini görməmiş, avtomobillərin sürücülərini və hadisədə xəsarət almış iki cavan oğlanı tanımır. Məhkəmə istintaqında Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. Şahid1 təxminən 3 il olar ki, tanıyır. Həsən əvvəllər Mehdiabad qəsəbəsindəki quşçuluq fabrikinin onların evin yaxınlığında yerləşən yem dəyirmanında işləyirmiş. Onu həmin dəyirmanda işlədiyi vaxtdan tanıyır. Həsənlə səmimi münasibətim var. 20.12.2020-ci il tarixdə səhər saat 08 radələrində Göradil kəndinə iş yerimə getdiyi vaxt Goradil-Fatmayi avtomobil yolunun Göradil kəndi ərazisindən keçən hissəsindəki “Qrmızı kafe” adlanan kafenin yaxınlığında ağ rəngli BMV-X5 markalı avtomobillə VAZ-2101 markalı, qırmızı rəngli avtomobillərin yolun sağ tərəfində toqquşmuş vəziyyətdə dayandıqlarını və Həsənin də həmin avtomobillərin yanında bir neçə tanımadığı adamlarla birlikdə olduğunu görüb tez ona yaxınlaşmışdır. Həsən onu görən kimi öz telefonun enerjisinin olmadığını deyib, ondan mobil telefonunu istəmiş, Həsən telefonu alan kimi tez X7 zəng edib, Göradil-Fatmayi yolunda yol-nəqliyyat hadisəsi baş verdiyini və xəsarət alanların olduğunu bildirmiş, bir neçə dəfə kiməsə zəng etmişdir. Lakin həmin adam telefonu açmamış, Həsən telefonu özümə qaytarmıhdır. O, 10-15 dəqiqə həmin yerdə olduqdan sonra oradan uzaqlaşıb piyada iş yerimə getmişdir. O, gedənə kimi xəsarət alan adamlar və Həsən hadisə yerində olmuşlar. Həmin hadisənin necə baş verdiyini görməmiş və həmin hadisədə xəsarət almış iki cavan oğlanı tanımır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29.03.2021-ci il tarixli 600 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər sağ baldırın ön və arxa qamış arteriyalarının postravmatik cırılması və əzələlərin didilməsi ilə müşayiət olunan sağ baldır sümüklərinin orta 1/3-nin açıq, qəlpəli yerdəyişən sınığı, sağ bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, qapalı kəllə beyin travması, alın nahiyəsinin sağ hissəsinin, sağ gözün bayır kənarının, burun nahiyəsinin, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, bərk-küt əşyanın təsirindən törənmişdir, 20.12.2020ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 aprel 2021-ci il tarixli, 8/687 saylı rəyi ilə müəyyən edilmişdir ki, VAZ-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən 1.1. üfüqi nişanlama xəttini (bütov ağ xətti) kəsib keçmək qadağandar. Bundan başqa sürücü R.R.Tarıverdili VAZ-21011 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü R.R.Tarıverdili VAZ-21011 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materillarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının «Müstəqil Məhkəmə Ekspertizası» tərəfindən verilmiş 19.03.2021-ci il tarixlə 117 №-li rəyinə əsasən «BMW-X5» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində 5570 manat maddi ziyan dəymişdir. İş materillarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının «Müstəqil Məhkəmə Ekspertizası» tərəfindən verilmiş 19.03.2021-ci il tarixlə 118 №-li rəyinə əsasən VAZ-2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində 1750 manat maddi ziyan dəymişdir. İş materillarında olan arayışdan görünür ki, xx.xx.1998-ci ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, Sarxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs oğluna sürücülük vəsiqəsi verilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ-də məlumat yoxdur. İş materiallarında olan 30.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə iş üzrə icaata xitam verilmişdir. İş materillarında Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materillarında Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materillarında Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan qərardan görünür ki, 23.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslərin şikayətçi olmamasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüflənir, peşmançılıq çəkir, təqsirləndirilən şəxs özü də hadisə nəticəsində xəsarət almışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxslərin heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 ( bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 ( bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-361/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-361/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver