Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-361/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cı ildə Abşeron rayonun Goradil kəndində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Göradil kəndində yerləşən fərdi evin həyətinə giriş qapısından qanunsuz daxil olub, oradan birlikdə bir ədəd 200 manat dəyərində 2 x 0,90 metr enində plastik qapını, bir ədəd 1,50 x 1,50 metr ölçüdə 150 manat dəyərində plastik pəncərəni, bir ədəd 3x2 metr ölçüdə 300 manat dəyərində qaraj qapısını, bir ədəd 100 litr su tutumlu 300 manat dəyərində hamam samovarını, hər birinin dəyəri 10 manat olan diametrli 75-mm-lik olmaqla 2,5 metr uzunluğunda ümumi 200 manat dəyərində 20 ədəd dəmir boruları və bir ədəd 50 manat dəyərində hamam vannasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 14 noyabr 2022-ci il tarixdə saat 13:40 radələrində Abşeron rayonu, Görədil kəndi. Səid Rüstəmov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısından açıq sahədən birlikdə sonuncuya məxsus bir ədəd 600 manat dəyərində 3x2 metr ölçüdə dəmir darvazani gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 600 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığım Görədil kəndində evdə olarkən dosdu Telman gəlib onu çağırıb küçədə demişdir ki, tanıdığı Arif müəllimə məxsus evin həyətində metalloma satmaq üçün metallar vardır. O da, Telmanla razılaşıb onunla birlikdə oğurluq etmək məqsədi ilə Arif müəllimin evinə getmiş, orada Telman həyətin giriş qapısına yaxınlaşıb qapının açıq olduğu üçün açıb həyətə daxil olmuş o, isə hasarın kənarında dayanmışdır. Telman həyətdə olan 10 ədəd 2 metrilik dəmir boruları bir ədəd plastik qapını, bir ədəd plastik pəncərəni, bir ədəd qaraj qapısını, bir ədəd hamam samovarını və hamam vannasını hasarın üstündən ona vermiş, o, isə Telmandan alıb oğurladığı əşyaları yolun kənarına yığmışdır. Sonra Telman həyətdən çıxıb onunla birlikdə marşurut avtobusuna minib Mehdiabad qəsəbəsinə çatmamış Dəniz marketin qarşısında düşüb oradan adını bildiyi Seymur adlı şəxsin idarə etdiyi dövlət nömrə nişanını bilmədiyi Reno markalı avtomaşına minib yenidən kəndə qayıdıb oradan oğurlayıb yolun kənarına yığdığı əşyaları avtomaşının üzərində olan yük yerinə yığıb, Mehdiabad qəsəbəsində Ceyhun adlı şəxsin metal qəbulu məntəqəsinə gətirib, Telmanla birlikdə 85 manata Ceyhuna satdıb oradan çıxıb getmişlər. Telmanla əldə etdiyi 85 manat pulu yarı bölmüş və hər birinə 42 manat 50 qəpik pul düşmüşdür. Bundan başqa 14 noyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxsla birlikdə oğurluq etmək, daha doğrusu metal qəbulu yerinə satmaq üçün bir şey tapmaq qərarına gəlmişdir. Bu barədə söhbət edərək yaşadığı Abşeron rayonu, Görədil qəsəbəsində piyada hərəkət edərkən yolun kənarına qoyulmuş yararsız vəziyyətdə olan dəmir darvazanı görmüşlər. Şəhriyarla birlikdə həmin darvazanın sahibsiz olduğunu fikirləşərək yaxınlıqdan onu apara bilmək üçün avtomobil axtarmağa başlamışlar. Daha sonra yaxınlıqda yolun kənarında dayanmış hazırda dövlət qeydiyyat nişanını və rəngi xatırlamadığı QAZ 31 markalı avtomobilin sürücüsündən darvaza qapısının ona məxsus olduğunu və yararsız üçün metal qəbuluna satmaq istədiyini və onu aparmaqdan kömək etməsini xahiş etmişdir. Bundan sonra dəmir darvazanın yanma qayıdıb birlikdə həmin darvazanı avtomobilin üstünə qoyub bağlamışlar. Daha sonra sürücü ilə birlikdə darvazanı Fatmayı-Kürdəxanı yolunun üzərində yerləşən metal qəbulu yerinə aparıb 80 manata satmış, həmin puldan 10 manatını QAZ 31 markalı avtomobilin sürücüsünə yol haqqı olaraq vermiş, geri qalan 70 manatı isə Şəhriyarla birlikdə yarıya bölmüş, ona çatan 35 manat puluşəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluğu tanışı Telman Mahmudovla birlikdə törətmiş, bu barədə əvvəlcədən heç vaxt, heç kimlə razılaşmamış, xəbər verməmiş və heç kimin köməyindən istifadə etməmişlər. Oğurladıqları darvazanı Fatmayı-Kürdəxanı yolunun üzərində yerləşən metal qəbulu yerinə satmışlar. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Goradil kəndində yerləşən fərdi yaşayış evimə getmişdir. Həmin evin həyətinə tikinti materiallarımı yığmış, evinin həyətinə daxil olduqda görmüşdür ki, oraya yığdığı bir ədəd plastik pəncərəsi, bir ədəd plastik qapısı, bir ədəd hamam somavarı, bir ədəd qaraj qapısı, 10 ədəd hamam vannasmin dəmir boruları və bir ədəd hamam vannası oğurlanmışdır. Göstərmişdir ki, qeyd etdiyi əşyaları oğurluq hadisəsindən təxminən bir il əvvəl almış, evdə təmir işləri görmək istəmiş, bir ədəd plastik qapını 200 manata, bir ədəd plastik pəncərə 150 manata, bir ədəd qaraj qapısını 300 manat, bir ədəd hamam somavarını 300 manat, 10 ədəd dəmir boruların hər birini 20 manat, bir ədəd hamam vannasını 50 manata almışdır. Plastik qapı 2 metr hündürlüyündə 90 sm enində, plastik pəncərə 1,50X1,50, ölçüdə, qaraj qapısı 3 metr enində və 2 metr hündürlüyündə, hamam somavarı 100 litirlik, 10 ədəd dəmir borunun ölçüləri 75-mm-lik olmaqla 2,5 metr uzunluğunda olmuşdur. Baş vermiş oğurluq nəticəsində mənə 1200 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Görədil kəndi tam orta məktəbində tarix müəllimi işləyir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində işdən çıxaraq yaşadığı evə gəlmiş, təxminən saat 13 radələrində təkrar işə getmək məqsədi ilə evdən çıxarkən həyətdən çöl tərəfdə yolun kənarına qoyulmuş bir ədəd 600 manat dəyərində dəmir darvazanın oğurlandığını aşkar etmiş, əvvəlcə qonşulardan hadisə barədə maraqlanmış, daha sonra baş vermiş hadisə barədə polisə məlumat verməyə qərar vermiş, lakin həmin vaxt işləri çox olduğu üçün iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi 14 noyabr 2022-ci il tarixdə saat 12 radələrindən 13 radələrinədək olan müddət ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, sarı rəngli Reno markalı maşını olmuş və həmin avtomobil ilə müxtəlif yükləri daşıyıb taksi kimiliklə məşğul olmuşdur. Təxminən 2022-ci ilin noyabr ayında həmin avtomiobil ilə Görədil kəndindən Fatmayı kəndinə gedərkən Göradil kəndinin ərazisində sonradan tanıdığı Telman adlı şəxs ona əl etmiş, o, avtomoibilni saxladıqda sonuncu ona qapısında yükü olduğunu və aparıb metalloma təhvilv erilməli olduğunu bildirmiş, yükü 10 manata aparmağa razılaşmışlar. Telman onun avtomobilini Goradil kəndində bir həyətə sürdürmüş, darvazanı acmış və o maşınla həmin giriş qapısına yaxınlaşıb saxlamışdır. Telman həyətdən dəmir borular və xatırlamadığı dəmir əşyaları avtomobilin yük yerinə yığmış, o, isə kabinədə əyləşmiş və soneuncunun onun maşına nə yüklədiyinə tam diqqət yetirməmişdir. Həmin yükü aparıb Mehtiabad kəndində Cehun adlı dəmir qəbul edən şəxsə vermiş, ona zəhmət haqqı kimi 10 manat pul verilmiş və oradan çıxıb qayıtmış, Telman isə dəmiri təhfil verdikləri yerdə qalmışdır. Sonradan polisə çağırıldıqda məlum olmuşdur ki, Telmanın onun avtomobili apardığı dəmirlər oğurluq olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində könə yararasız tullantı hesab edilən dəmirlləri qəbul edib zavoda aparıb təhfıl verib özünə çörək pulu əldə edib ailəsini saxlayır. Təxminən 2022-ci ilin noyabr ayının birində saat 17- 18 radəllərrində sonradan adını bildiyi Telman və Şəhriyar adlı şəxsilər onun dəmir qəbul etdiyi yerə bir ədəd həyat darvazası gətirmiş, və həmin darvazanı satmaq istədiklərini bildirmişlər. Həmin şəxslərdən darvazanı nə səbəb satmaq istədiklərini, soruşduqda sonuncular söküntü işləri ilə məşqul olduqlarını və ona görədə artıq lazımsız əşyalırıı satmaqla məşğul olduqlarını bildirmiş, o, etraz etmədim 50 manata razılaşıb həmin dəmir darvazanı Telman və Şəhriyardan almış, həmin dəmir darvazanı aparıb əritmək ücün dəmirə qəbului zavoduna təhfıl vermişdir. Həmin darvazanı Şəhriyar və Telmandan alarkən həmin darvazanın oğurluq olduğunu bilməmiş, polisə cagrıldıqdan sonra həmin darvazanın oğurluq olduğunu bilmiş, həmin darvazanı dəmir məmulatı kimi almışam və hər kiloqramını 47 qəpikdən hesablamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qaz 24 markalı maşını vardır, həmin avtomobil ilə müxtəlif yükləri daşıyıb satıb özü üçün pul əldə etmişdir. Bu məqsədlə tanışı Şəhriyar adlı şəxs təxminən 01 noyabr 2022-ci il tarixdə tanışı Şəhriyar onun mobil telefonuna zəng etmiş və demişdir ki, dəmir vardır, onu aparmaq lazımdır. O, Şəhriyardan həmin malın oğurluq olub-olmaması soruşmuş, sonuncu dayısına məxsus dəmirlər oludğunu bildirərək, hec bir problem olmadığını demişdir. O, dəmirlərin harada olduğunu soruşduqda, qəbirastanlığın yaxınlığında olduğunu bildirmişdir. O, Şəhriyarla görüşdükdə Telman adlı şəxs onunla yanında olmuş, Şəhriyar ilə Telman onun maşınına minmiş və bir yerdə qəbirastanlıq istiqamətinə getmiş, qəbirastanlıqdan aralıda məhlənin içərisində yolun kənarında boş əraziyə yığılmış bir ədəd dəmir qapını və bir ədəd dəmir qapının çərçivəsini idarəı etdiyi avtomaşının yük yerinə yığıb aparıb Pirşağı tərəfdə yolun üzərində olan dəmir qəbulu yerinə təhfıl vermişlər. Ona Şəhriyar 10 manat taksi pulu vermiş, onlar dəmiri təhfil verdikdən sonra nə qədər pul almalarını bilməmiş, sonradan onu polisə çağıranda bilmişdir ki, Şəhriyarlın apardığı qapı və cərcivə oğurluqdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsinə çörək pulu qazanmaq üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində metal qəbulu məntəqəsində işləyir. İşlədiyi məntəqədə adətən istifadə olunmuş qara və əlvan metalların qəbulu, platik əşyaların və digər istifadə olunmuş əşyaların vətəndaşlardan qəbulu ilə məşğul olur. 01 noyabr 2022-ci il tarixdə işlədiyi metal qəbulu məntəqəsində işdə olmuşdur. Həmin günü günorta radələrində adını sonradan bildiyi Şəhriyar və Telman adlı şəxslər işlədiyi məntəqəyə Reno markalı avtomobillə gəlmiş, həmin avtomobilə onlar məntəqəyə istifadə olunmuş 10 ədəd 2 metrilik dəmir boruları, bir ədəd plastik qapını, bir ədəd plastik pəncərəni, bir ədəd qaraj qapısını, bir ədəd hamam samovarını və hamam vannasını gətirmişdilər. Sonuncuların məntəqəyə gətirdikləri həmin əşyalara baxıb onlardan həmin əşyaları haradan əldə etdikləri barədə maraqlanmış, həmin əşyaları bağdan istifadəsiz olduğuna görə gətirib təhvil vermək istədiklərini demişlər. O, həmin əşyaları nəzərdən keçirib ümumilikdə malları 85 manata təhvil alacağını bildirmiş, Şəhriyarla Telman onunla razılaşdıqları üçün onlardan adlarını qeyd etdiyim malları təhvil almış və razılaşdığı pulu sonunculara verib yola salmış, bundan sonra həmin təhvil aldığı əşyaları istifadə olunmuş əşyalar kimi təhvil vermişdir. Göstərmişdir ki, onların məntəqəyə gətirdikləri həmin əşyalara baxıb onlardan həmin əşyaları haradan əldə etdikləri barədə maraqlanmış, həmin əşyaları bağdan istifadəsiz olduğuna görə gətirib təhvil vermək istədiklərini sonuncular demişlər. O, polis əməkdaşları tərəfindən çağırılanadək təhvil aldığı həmin əşyaların oğurluq olmasından xəbərsiz olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X2 (xx.xx.2023-cü il tarixdə onikibarmaq bağırsaq xorası, kəskin qanaxma diaqnozu ilə vəfat etmişdir) Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 01 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-361/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-361/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver