Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-361/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Yaqub qızının Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Fərhad oğlunun iştirakları ilə xx xxx 1986-cı il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Fərhad oğlu xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Emin” şadlıq sarayının yaxınlığında yerləşən icarə əsasında işlətdiyi kafedə müştəri qismində əyləşən Zərərçəkmiş şəxs Yaqub qızının verdiyi sifarişin pulunun çox olmasına irad bildirməsini bəhanə kimi gətirib mübahisə edərək, heç bir əsaslı səbəb olmadan, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, şəxslər üzərində zor tətbiq edərək, ictimai yerdə insanların gözü qarşısında nalayiq ifadələr işlədib, stolun üzərindəki şüşə materialdan olan pivə bakalını silah qismində istifadə edib, tətbiq etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs Yaqub qızının alın nahiyəsindən qəsdən vuraraq, ona alın nahiyəsinin və burun nahiyəsinin kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Rafiq oğlu ona qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, «Emin» şadlıq sarayının yaxınlığında yerləşən kafeni icarə əsasında işlətmişdir. Ondan başqa həmin kafedə kababçı Sərvan, mətbəxtdə Rəfiqə, Elnarə adlı şəxslər işləmişlər. Hadisə baş verən günü, yəni 03 avqust 2023-cü il tarixdə təxminən saat 21 radələrində kafeyə 2 nəfər oğlan və iki nəfər qadın müştəri gəlib, masa arxasında əyləşərək yemək və spirtli içki sifrariş vermişdirlər. Təxminən iki saat sonra həmin 4 nəfər müştərinin öz aralarında sözlə mübahisə etmələrinin şahidi olmuş, kafedə digər müştərilərdə olduğu üçün o, həmin müştərilərə yaxınlaşaraq, sakitçiliyə riayət etmələrinə dair xəbərdarlıq etmişdir. Sonra oğlanlar hesabı ödəyib çıxmış, ona onları çıxartdıqları üçün irad tutub qadınları da çıxarmasını bildirmişdirlər. O, isə sonunculara kafeni bağlamaq vaxtı çatdığından bütün müştəriləri oradan çıxardacağını bildirmişdir. O, təkrar kafeyə daxil olduqda həmin qızların yenidən 02 ədəd pivə və 01 ədəd tum sifariş etdiklərini gördükdə Sərvan adlı kababçıya yaxınlaşaraq, hesabı ödəməklə kafeni tərk etmələrini deməsini istəmişdir. Sərvan sifarişin pulunu həmin qızlardan istəyən zaman Samirə adlı müştəri sərxoş halda sifarişin pulunun çox olmasını irad bildirib «mən elə bilirdim ki, buranı Zaur işlədir, ona görə gəlmişdim, lakin bir daha gəlməyəcəyəm» demişdir. Həmin vaxt o, Samirə adlı müştəriyə yaxınlaşıb “Allah köməyiniz olsun, heç gəlməyin, Zaur bizim dostumuzdu, özüdə kafedədir» demişdir. Samirə adlı müştəri onu nəlayiq ifadə ilə söyərək, təhqir etdiyindən aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Samirə adlı müştəri masanın üzərində olan pivə bakalı ilə onu vurmaq istəyərkən o, özünü müdafiə üçün əlini qabağa verib, bakalı vurub yerə salmaq istəyən zaman bakal gözlənilmədən Samirənin alın nahiyəsinə dəymiş və sonuncu alın nahiyəsindən xəsarət almışdır. Həmin vaxt kafedə digər müştərilərlə bərabər Zaur adlı dostu da olmuşdur. Zaur ona kafedən çıxmasını, özünün sərxoş qadınları sakitləşdirəcəyini bildirdiyi üçün o,kafedən çıxıb getmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, baş vermiş mübahisəyə səbəb həmin müştərilərin kafedə sərxoş vəziyyətdə mübahisə yaratmaları, həmçinin onu təhqir etmələri və bu səbəbdən onları kafedən çıxarmaq istəməsi olmuşdur. Mübahisə zamanı zərərçəkmiş şəxs pivə bakalı ilə onu vurmaq istəmiş, o, özünü alacağı zərbədən qorumaq üçün əlini qabağa verərək, bakalı vurub yerə salmaq istəmiş, lakin həmin zaman bakal gözlənilmədən Samirənin alın nahiyəsinə zərblə dəymiş və sonuncu alın nahiyəsindən xəsarət almışdır. Mübahisə zamanı orada kafedə kababçı Sərvan, Elnarə, Rəfiqə, Zaur adlı dostu, tanımadığı müştərilər, həmin iki nəfər qadın müştəri və onların yanlarında olan 2 nəfər kişi müştərilər olmuşlar. Əməlindən səmimi peşman olduğunu, zərəçəkmiş şəxslə barışıq əldə etməyə dəfələrlə cəhd etdiyini, bu məqsədlə zərərçəkmişə 2.000 (iki min) manat məbləğində pul vəsaiti verdiyini, lakin zərərçəkmişin ondan 7000-8000 manat tələb etdiyini, himayəsində azyaşlı uşaqlarının olmasını, hadisənin qəsdən deyil ehtiyatsızlıqdan törədildiyini bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməllərinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, videogörüntü, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Yaqut qızı verdiyi ifadəsində göstərdi ki, o, 03 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Səbinə adlı rəfiqəsi ilə sonuncunun dostları Yaqub və adlarını bilmədiyi şəxslər Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Emin» şadlıq sarayının yaxınlığındakı kafeyə dəvət etmişlər. O, Səbinə, Yaqub və iki nəfər adlarını bildmədiyi dostlarının əyləşdiyi masaya əyləşmişlər. Yaqub və dostları onlardan qabaq yemək və spirtli içki sifariş verib, yeyib içmişlər. Həmin vaxt masaya onların gəlişi ilə əlaqədar pivə sifariş olunmuşdur. O, bir qədər həmin masada əyləşdikdən sonra rəfiqəsi Səbinəylə birlikdə həmin masadan qalxaraq, digər masada əyləşərək, 2 bakal pivə və bir ədəd tum sifariş etmiş, qısa zaman sonra ofisiantdan sifariş ediklərinin pulunu istəmişlər. Elnarə adlı ofisiant masaya yaxınlaşıb sifarişin pulunun 7 manat olmasını bildirmiş, o isə ofisiantdan həmin məbləğin niyə yüksək olduğunu soruşduqda, sonuncu hesabın 7 manat təşkil etdiyini bildirmişdir. Bundan sonra o əvvəllər tanıdığı və həmin kafeni əvvəllər işlədən Zaur adlı oğlanın digər masada bir qadınla əyləşdiyini görüb, “bu kafeni işlədənin Zaur olduğunu zənn etmiş, əgər onun işlətmədiyini bilsəydi bura gəlməzdi deyə” cümlələrdən istifadə etmiş, bu zaman piştaxtanın arxasından bir nəfər tanımadığı sonradan adı ona məlum olan Anar adlı şəxs ona yaxınlaşaraq «buranı mən işlədirəm, sən niyə Zaurun adını çəkirsən? Elə isə sənin üçün hesab 7 manat deyil, 20 manat, 30 manat, 40 manat» deyərək əsəbi halda qışqırmışdır. Daha sonra Anar adlı şəxs gözlənilmədən əli ilə onun saçından tutaraq, 3 dəfə onun alın nahiyəsini masanın üzərinə çırpmış, o, ağrıdan başını qaldırıb ona baxmaq istəyən zaman sonuncu onun qarşısında olan masanın üzərindəki pivə bakalını götürərək, başının sağ hissəsinə bir dəfə zərbə vurmuş və bakal onun əlindən yerə düşərək sınmışdır. Bundan sonra o, gözlərini açdıqda Anarın əlində olan bıçağın tiyəsi ilə onun alın nahiyəsinin ortasından təxminən bir neçə dəfə kəsdiyini görmüşdür. O, ağrıdan alnını əlləri ilə tutub bərk sıxmış, bir qədər sonra gözlərini açdlqda isə alnından qan axmasının şahidi olmuşdur. Həmin vaxt ətrafda rəfiqəsi Səbinə, əvvəllər tanıdığı Zaur, Zaurun yanında olan İlahə, ofisiant Elnarə, Yaqub adlı oğlan və iki nəfər adlarını bilmədiyi dostları orada olmuşlar. Həmin vaxt Anar orada olmamış, xəsarət yetirdikdən sonra qaçıb getmişdir. O, həmin vaxt istifadəsində olan mobil nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq, hadisə barədə məlumat vermişdir. Danışıqlarını bitirdikdən bir neçə dəqiqə sonra hadisə yerinə Abşeron RPİ-nin polis əməkdaşları gəlmiş, təcili tibbi təxirə salınmaz yardım stansiyasına zəng vuraraq həkim çağırmış və onu Abşeron Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək, ilk öncə alnına tikiş qoyulmuş, həmin hissə sarğı ilə sarıldıqdan sonra evə buraxılmışdır. O, səhəri gün Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, ərizəsi və izahatı alındıqdan sonra ona məhkəmə-tibbi ekspertizasından keçmək üçün təliqə verilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, baş vermiş mübahisəyə səbəb sifariş məbləğinin çox olması ilə bağlı iradı və onun həmin kafeni əvvəllər işlədən Zaurun adını çəkməsi kimi əhəmiyyətsiz hal olmuşdur. Ona hadisə nəticəsində 8000 manatdan çox zərər dəydiyi, zərərin yalnız 2000 manat hissəsinin ödənildiyi, dəymiş zərər tam ödənilmədiyi və aldığı xəsarətlə bağlı köməklik gösərilmədiyi üçün o, sonuncudan şikayətçidir və barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, 03 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrində o, yaşadığı evdə olarkən anası Samirənin rəfiqəsi Səbinə adlı qadın ona zəng vuraraq, anasının halının pis olmasını və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Emin» şadlıq sarayının yaxınlığındakı kafeyə gəlməsini bildirmişdir. O, ilk olaraq düşünmüşdür ki, anasının ürəyində problem yaranmış, lakin kafeydə gəldikdə sonuncunun kafenin zalında yerdə uzanmasını və alın nahiyəsindən qan axmasının şahidi olmuşdur. Hadisənin bir başa şahidi olmamışdır. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərdi ki, o, icarə əsasında Təqsirləndirilən şəxs işlətdiyi kafedə kababçı işləmişdir. Hadisə günü təxminən saat 21 radələrində kafeyə 3 nəfər oğlan və iki nəfər qız müştərilər gələrək, masa arxasında əyləşmiş və sac içi, spirtli içki, pivə və s. sifrariş etmişlər. O, həmin müştərilərdən birini, yəni Samirə adlı qadını əvvəldən tanımışdır. Bir neçə saat keçdikdən sonra təxminən saat 23:30 radələrində həmin 5 nəfər müştərilərin öz aralarında sözlə mübahisə etməsini eşitmişdir. Kafeni işlədən Anar həmin müştərilərə yaxınlaşaraq, bir qədər səssiz olmalarını, başqa müştərilərin narahatçılığına səbəb olduqlarını bildirərək, sifarişin məbləğinin 51 manat tutduğunu demişdir. Həmin şəxslərdən biri pulu Anara vermiş, sonuncu artıq kafeni bağlamalı olduqlarını, oranı tərk etmələrini demişdir. Həmin 3 nəfər oğlan Anarın sözündən sonra kafedən çıxmış, onlarla birlikdə gələn Samirə adlı qadın və yanında oturan qız isə ofisiantdan onlar üçün iki bakal pivə, bir tum və bir ədəd çipsi gətirməsini istəmiş, Elnarə verilən sifarişləri masayə gətirmişdir. Samirə adlı qadın həmin vaxt həddindən artıq sərxoş olmuş və kafedə oturan digər şəxslərə söz atmışdır. Anar bu halı kənardan gördükdə ofisianta həmin müştərilərdən sifarişin pulunu alıb, kafeni bağlamalarını demiş, sonuncu isə həmin şəxslərə yaxınlaşaraq, sifarişin məbləğinin 7 manat tutmasını dedikdə, Samirə adlı qadın narazılıq edərək, niyə sifarişin çox hesablanması ilə bağlı iradlar bildirmişdir. Elnarə piştaxtaya yaxınlaşaraq, baş verənlər barədə Anara bildirmiş, sonuncu sifarişin pulunu həmin qızlardan alaraq, onlara kafeni bağladıqları üçün tərk etmələrini bildimişdir. Elnarə Samirə adlı müştəriyə yaxınlaşaraq, Anarın dediklərin icra etmək istəmiş, lakin müştəri sərxoş halda sifarişin pulunun çox olmasını irad bildirib, «mən elə bilirdim ki, buranı Zaur işlədir, ona görə gəlmişdim, lakin bir daha gəlməyəcəyəm» deyə ifadələrdən istifadə etmişdir. Anar səs-küy yaratdığı üçün Samirə adlı müştəriyə yaxınlaşaraq, “Allah köməyiniz olsun, heç gəlməyin, Zaur bizim dostumuzdu, özüdə kafedədir» deyə ifadələrdəm istifadə etmişdir. Həmin vaxt Samirə adlı müştərinin Anarı nəlayiq ifadə ilə söyüb təhqir etməsini və onların arasında sözlə mübahisə yaranmasını eşitmişdir. Həmin vaxt müştəri Samirə masanın üzərində olan pivə bakalını əlinə alaraq Anarı vurmaq istəmiş, sonuncu özünü müdafiə üçün əlini qabağa verərək, bakalı vurub yerə salmaq istəmiş, lakin bakal gözlənilmədən həmin müştərinin alın nahiyəsinə zərblə dəymiş və Samirə alın nahiyəsindən xəsarət almışdır. Həmin vaxt kafedə olan digər müştərilər və Zaur Anarı kafedən çölə çıxartmış və onlar sərxoş qadınları sakitləşdirməyə çalışmışdır. Ofisiant Elnarə dəsmal gətirərək, Samirənin yarasının üzərinə qoymuş, bir qədər keçdikdən sonra həmin yerə sonuncunun qızı gəlmişdir. Baş verən hadisə barədə məlumatlandıqdan sonra sonuncunun qızı polisə və X9 Stansiyasına zəng vurmuş, az bir vaxt sonra kafeyə polis əməkdaşları və X9 Stansiyasının biriqadası gələrək, sonuncunu xəstəxanaya aparmışlar. Bundan əlavə Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, baş vermiş mübahisəyə səbəb həmin qızların kafedə mübahisə yaratmaları və kənar şəxslərin narahat etdikləri üçün Anarın onları kafedən çıxarmaq istəməsi olmuşdur. Mübahisə zamanı Anarın əlində heç bir əşya,bakal, bıçaq və ya kəsici alət olmamışdır. Anarın Samirə adlı qadına xəsarət yetirməsi özünü müdafiə xarakterli olmuşdur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərdi ki, o, istirahət etmək üçün 03 avqust 2023-cü il tarixdə saat 22:00 radələrində tanışı İlahə ilə Anarın işlətdiyi kafeyə gələrək, özlərinə çay sifariş etmişlər. Həmin vaxt kafedə əvvəllər tanıdığı Samirənin yanında bir nəfər qadın və 3 nəfər kişi ilə birlikdə yeyib-içdiklərini görmüşdür. Təxminən bir il qabaq o, həmin kafeni icarə əsasında işlətmiş və Samirə müştəri qismində həmin vaxtlarda onun işlətdiyi kafeyə gəlib getmişdir. Bir neçə saat sonra təxminən saat 23:30 radələrində həmin şəxslərin öz aralarında sözlə mübahisə etdiklərinin, digər müştərilər olduğu üçün kafeni işlədən Anarın onlara yaxınlaşaraq, sakit olmalarını bildirməsinin şahidi olmuşdur. Anar sifarişin pulunu aldıqdan sonra, 3 nəfər oğlan kafedən çıxmış, lakin Samirə və yanında oturan qız digər masaya əyləşərək, ofisianta iki bakal pivə, bir tum və bir ədəd çipsi gətirməsi barədə yeni sifariş vermişlər. Samirə həmin vaxt həddindən artıq sərxoş olduğundan digər müştərilərə söz atmışdır. Elnarə sifarişi hazır edərək, aparmış, təxminən bir az keçmiş Samirənin sifarişin baha olmasına görə ofisiant ilə sözlə mübahisə yaratmasını, hətta onun sifarişin pulunun çox olmasını irad bildirib «mən elə bilirdim ki, buranı Zaur işlədir, ona görə gəlmişdim, lakin bir daha gəlməyəcəyəm» deyə ifadələr işlətməsini eşitmişdir. Bu zaman kafeni işlədən Samirə adlı müştəriyə yaxınlaşıb “Allah köməyiniz olsun, heç gəlməyin, Zaur bizim dostumuzdu, özüdə kafedədir» demiş, müştəri isə Anarı nəlayiq ifadə ilə söyüb, təhqir etmiş və onların alarında sözlə mübahisə yaranmışdır. Bu zaman Samirə masanın üzərində olan pivə bakalını qaldıraraq, Anarı vurmaq istəmiş, sonuncu isə özünü müdafiə üçün bakalı vurub yerə salmaq istəyən zaman bakal gözlənilmədən həmin qadın müştərinin alın nahiyəsinə zərblə dəymiş və sonuncu alın nahiyəsindən xəsarət almışdır. O, baş verənləri gördükdə Anarı bayıra çıxartmış və sərxoş qadınları sakitləşdirməyə çalışmışdır. Elnarə adlı ofisiant dəsmal gətirərək, Samirənin yarasının üzərinə qoymuş, təxminən bir az keçmiş həmin yerə sonuncunun qızı, polis əməkdaşları və X9 biriqadası da hadisə yerinə gələrək, müştərini xəstəxanaya aparmışlar. Bundan əlavə Şahid5 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Samirə oturan stola paralel oturduğu üçün həmçin, mübahisənin bu həddə çatacağını bilmədiyi üçün hadisənin gedişini diqqətlə izləməmşdir. Lakin baş vermiş mübahisəyə səbəb həmin qızların kafedə mübahisə yaratdıqları üçün Anarın onları kafedən çıxarmaq istəməsi olmuşdur. Mübahisə zamanı Anarın əlində heç bir əşya, bıçaq, bakal və ya kəsici alət olmamışdır. Anarın Samirə adlı qadına xəsarət yetirməsi özünü müdafiə xarakterli olmuşdur. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid6 digər Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, onun sənədlə adı Şahid2 olsada, yaxınları, rəfiqələri və qohumları onu Səbinə adlı ilə çağırırlar. 03 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində o, Samirə adlı rəfiqəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Emin» şadlıq sarayının yaxınlığındakı kafeyə getmişlər. Həmin kafeyə onları onun dostları Yaqub və adlarını bilmədiyi şəxslər dəvət etmişlər. O, Samirə ilə Yaqub və iki nəfər adlarını bildmədiyi dostlarının əyləşdiyi masaya əyləşmişlər. Yaqub və dostları onlardan qabaq yemək və spirtli içki sifariş verib yeyib içmişlər. Həmin vaxt masaya onların gəlişi ilə əlaqədar pivə sifariş olunmuşdur. Onlar bir qədər həmin masada əyləşdikdən sonra Samirə ilə birlikdə masadan qalxıb digər masada əyləşmişlər və 2 bakal pivə və bir ədəd tum sifariş etmişlər. Onlar bir qədər oturduqdan sonra ofisiantdan sifarişin pulunu istəmişlər. Elnarə adlı ofisiant masaya yaxınlaşıb 7 manat olmasını bildirmişdir. Onlar sifarişin pulunun yüksək olduğunu görüb Elnarə adlı ofisiantdan niyə sifarişin 7 manat olduğunu soruşmuşlar. Ofisiant Elnarə onlara bildirmişdir ki, hesab 7 manat edir. Onda rəfiqəsi Samirə əvvəllər tanıdığı və həmin kafeni əvvəllər işlədən Zaur adlı oğlanın digər masada bir qadınla əyləşdiyini görüb bildirmişdir ki, o, elə bilmişdir ki, bu kafeni Zaur işlədir, əgər onun işlətmədiyini bilsəydi bura gəlməzdi. Həmin vaxt piştaxtanın arxasından bir nəfər tanımadığı sonradan adı ona məlum olan Anar adlı şəxs onlara yaxınlaşaraq «buranı mən işlədirəm, sən niyə Zaurun adını çəkirsən? Elə isə sənin üçün hesab 7 manat deyil, 20 manat, 30 manat, 40 manat» deyərək əsəbi halda qışqırmışdır. O, bu zaman masadan qalxaraq sakitlik olması üçün sifrişin pulunu ödəyəmə görə piştaxtaya yaxınlaşmışdır. Elə bu zaman arxadan səs eşidib baxanda rəfiqəsi Samirənin alnından qan axdığını görmüşdür. Həmin vaxt ətrafda əvvəllər tanıdığı Zaur adlı şəxs, Zaurun yanında olan İlahə, ofisiant Elnarə, Yaqub adlı oğlan və iki nəfər adlarını bilmədiyi dostları orada olmuşlar. Anar isə Samirəni vurduqdan sonra qaçıb getmişdir. Samirə həmin vaxt istifadəsində olan ***-***-**-** nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən bir neçə dəqiqədən sonra hadisə yerinə Abşeron RPİ-nin polis əməkdaşları gəlmişlər, TTYS-na zəng vuraraq həkim çağırmışlar, TTY maşını ilə X6 xəstəxanasına aparmışlar. Xəstəxanada rəfiqəsi Samirəyə ilkin tibbi yardım göstərilmiş, alnına tikiş qoyulmuş, sarğı ilə sarılmış və onu evə buraxmışlar. Əlavə olaraq bildirmişdir ki, mübahisəyə səbəb onların niyə sifarişin pulunun çox olması və rəfiqəsi Samirənin həmin kafeni əvvəllər işlədən Zaurun adını çəkməsi olmuşdur. Zərərçəkmiş şəxs ilə «Emin» kafesini işlədən Anar adlı şəxs arasında sözlə mübahisə olmuş, o, bu zaman masadan qalxaraq sakitlik olması üçün sifrişin pulunu ödəyəmə görə piştaxtaya yaxınlaşmış, elə bu zaman arxadan səs eşidib baxanda rəfiqəsi Samirənin alnından qan axdığını görmüşdür. O, yenidən Samirənin yanına gələndə yerdə pivə bakalının sınmış qırıntıları olmuş və hadisə gözlənilmədən baş verdiyi üçün əvvəl nə olmasını bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Anar Samirənin qarşısında olan pivə bakalı ilə onun alın nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, Anarın əlində bıçaq görməmişdir. Həmin vaxt orada o, əvvəllər tanıdığı Zaur adlı şəxs, Zaurun yanında olan İlahə, ofisiant Elnarə, Yaqub adlı oğlan və iki nəfər adlarını bilmədiyi dostları olmuşlar. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, «Emin» şadlıq sarayının yaxınlığında yerləşən kafedə ofisiant işləmişdir. Həmin kafeni icarə əsasında Təqsirləndirilən şəxs Fərhad oğlu işlətmişdir. Ondan başqa həmin kafedə kababçı Sərvan, mətbəxtdə Rəfiqə, işləmişlər. Kafe hər gün səhər saat 11 radələrində açılmış və axşam saat 24 radələrində bağlanmışdır. 03 avqust 2023-cü il tarixdə o, həmişəki kimi saat 11 radələrində kafeyə gələrək işə başlamışdır. Saat təxminən 21 radələrində kafeyə 3 nəfər oğlan və iki nəfər qız müştərilər gəlib masa arxasında əyləşmişlər. Onlar sac içi, spirtli içki, pivə və s. sifrariş etmişlər. Həmin müştərilərdən birini yəni Samirə adlı qızı əvvəldən tanımışdır. Saat təxminən 23:30 radələrində o, görmüşdür ki, həmin 5 nəfər müştərilər öz aralarında sözlə mübahisə etmişlər. Kafedə başqa müştərilərdə olduğu üçün kafeni işlədən Anar həmin müştərilərə yaxınlaşıb sakit olmalarını bildirmişdir. Bundan sonra Anar həmin müştərilərə sifarişlərinin 51 manat etdiyini demişdir. Həmin oğlanlardan biri çıxarıb pulu Anara vermiş və Anar oğlanlara bildirmişdir ki, artıq kafeni bağlayır və çıxsınlar. Həmin 3 nəfər oğlanlar Anarın sözündən sonra kafedən çıxmışlar. Həmin vaxt Samirə adlı müştəri və yanında oturan qız onlara iki bakal pivə, bir tum və bir ədəd çipsi gətirməsini istəmişlər. O, da onlar üçün deyilən sifarişi gətirib vermişdir. Həmin vaxt Samirə adlı müştəri həddindən artıq sərxoş olmuş və demək olar ki, kafedə oturan digər müştərilərə söz atmışdır. Ona görə də Anar ona həmin müştərilərdən sifarişin pulunu alıb kafeni bağlamalarını bildirməsini demişdir. O, da həmin iki nəfər müştəriyə yaxınlaşıb sifarişin 7 manat olmasını demişdir. Həmin vaxt Samirə adlı müştəri narazılıq edərək niyə sifarişin pulunun 7 manat olmasını bildirmişdir. O, pixtaxtaya yaxınlaşaraq bu barədə Anara bildirmiş, Anarda Sərvan adlı kababçıya demişdir ki, gedib sifarişin pulunu yəni 7 manat pul həmin qızlardan alıb kafeni bağlamalarını və çıxmalarını bildirsin. Sərvan həmin qızlara yaxınlaşmış və sifarişin pulunu həmin qızlardan istəyəndə qızlardan biri Samirə adlı müştəri sərxoş halda sifarişin pulunun çox olmasını irad bildirib «mən elə bilirdim ki, buranı Zaur işlədir, ona görə gəlmişdim, lakin bir daha gəlməyəcəyəm» demişdir. Həmin vaxt Anar həmin müştəriyə yaxınlaşıb “Allah köməyiniz olsun, heç gəlməyin, Zaur bizim dostumuzdu, özüdə kafedədir» demişdir. Həmin müştəri yəni Samirə Anarı nəlayiq ifadə ilə söyüb təhqir etmiş və onların arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt qadın müştəri Samirə masanın üzərində olan pivə bakalını qaldırıb Anarı vurmaq istərkən Anar özünü müdafiə üçün əlini qabağa verib bakalı vurub yerə salmaq istəyən zaman bakal gözlənilmədən Samirənin alın nahiyəsinə zərblə dəymiş və Samirə alın nahiyəsindən xəsarət almışdır. Həmin vaxt kafedə digər müştərilər, Zaur Anarı kafedən bayıra çıxartmış və onlar sərxoş qadınları sakitləşdirməyə çalışmışlar.O, dəsmal gətirərək Samirənin yarasının üzərinə qoymuş və təxminən bir az keçmiş həmin yerə Samirənin qızı gəlmişdir. Bundan sonra Samirənin qızı polisə və TTYS-na zəng vurmuşdur. Bundan sonra kafeyə polis əməkdaşları və TTY biriqadası gəlmişlər və Samirəni xəstəxanaya aparmışlar. Əlavə olaraq bildirmişdir ki, mübahisəyə səbəb həmin qızların kafedə mübahisə yaratdıqları üçün Anarın onları kafedən çıxarmaq istəməsi olmuşdur. Mübahisə 03 avqust 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Emin» şadlıq sarayının yaxınlığında yerləşən kafedə baş vermişdir. Mübahisə zamanı Anarın əlində heç bir əşya, bıçaq və ya kəsici alət olmamış, Anar Samirə adlı müştəriyə yaxınlaşıb “Allah köməyiniz olsun, heç gəlməyin, Zaur bizim dostumuzdu, özüdə kafedədir» demiş, Samirə adlı müştəri Anarı nəlayiq ifadə ilə söyüb təhqir etmiş və onların arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Samirə adlı müştəri masanın üzərində olan pivə bakalını qaldırıb Anarı vurmaq istərkən Anarı özünü müdafiə üçün əlini qabağa verib bakalı vurub yerə salmaq istəyən zaman bakal gözlənilmədən həmin qadın müştəri yəni Samirənin alın nahiyəsinə zərblə dəymiş və qadın alın nahiyəsindən xəsarət almışdır. Mübahisə zamanı orada o, kafedə kababçı işləyən Sərvan, mütbəxtdə işləyən Rəfiqə, Anarın Zaur adlı dostu, tanımadığı müştərilər, həmin iki nəfər qadın müştəri, onların yanlarında olan 3 nəfər kişi müştərilər olmuşlar. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid7 ifadəsində göstərmişdir ki, o, 03 avqust 2023-cü il tarixdə saat təxminən 21 radələrində dostu Yaqub adlı şəxslə Abşeron rayonu, Xırdalan şəhəri, «Emin» şadlıq sarayının yaxınlığında yerləşən kafeyə istirahət etmək üçün getmişlər. Onlar kafedə masa arxasında əyləşərək özlərinə pivə sifariş etmişlər. Təxminən bir neçə dəqiqə sonra onların yanlarına Əhməd adlı dostlarıda gəlib birlikdə əyşləşmişdir. Bundan sonra Yaqub zəng edərək iki nəfər qadın tanışlarını gəlib onlarla birlikdə oturmağa çağırmışdır. Təxminən bir neçə dəqiqə sonra iki nəfər adları sonradan ona məlum olan Samirə və Səbinə adlı qadınlar gələrək onlarla əyləşmişlər. Bundan sonra onlar yemək, spirtli içki sifariş etmişlər və birlikdə yeməyə başlamışlar. Əvvəl hər şey yaxşı olmuş, onlar yeyib, içib, danışıb gülmüşlər. Lakin qızlar spirtli içki qəbul etdikdən sonra, sərxoş olmuşlar və Samirə adlı qadın kənarda oturanlara söz atmış, onların sözlərini kəsmiş və sözlə mübahisə yaratmışdır. Ona görə də Samirənin hərəkətləri onun xoşuna gəlmədiyi üçün o, ona əgər belə davam edəcəksə onların stolundan qalxıb getməsini bildirmişdir. Hətta onların söhbətlərinə həmin kafeni işlədən Anar adlı oğlan gələrək sakit olmalarını bildirmişdir. Həmin vaxt Samirə adlı qadın ayağa qalxaraq, «heç biz özümüzdə sizinlə oturmaq istəmirik» deyərək masadan qalxıb rəfiqəsi Səbinə ilə digər masaya əyləşmişlər. Təxminən bir az keçmiş Yaqub adlı dostu sifarişin pulunu ödəmiş və onlar kafedən birlikdə çıxaraq kafenin qarşısında dayanıb siqaret çəkməyə başlamışlar. Hətta kafeni işlədən Anar onları yola salaraq artıq iş vaxtının bitməsinə görə kafeni bağlayacağını, digər müştəriləridə çıxaracağını onlara bildirmiş və geri kafenin içərisinə qayıtmışdır. Həmin vaxt o, kafenin içərisindən səs-küy eşitmiş və Yaqubla birlikdə kafeyə daxil olarkən görmüşdür ki, Anar kafedən bayıra çıxır, bir neçə dəqiqə əvvəl onlarla bir masa arxasında oturmuş Samirə adlı qadının isə alın nahiyəsindən qan axır. Həmin vaxt kafedə olan ofisiant, işçilər və müştərilər Samirə adlı qadını sakitləşdirməyə çalışmışlar, yerdə isə pivə bakalının sınıqları olmuşdur. Ara qarışmasına görə o, və Yaqub birlikdə kafeni tərk edərək oradan çıxıb evlərinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, mübahisəyə səbəb ona sonradan məlum olduğuna görə həmin qızların kafedə sifarişin pulunun çox olmasına görə mübahisə yaratmaları olmuşdur. Mübahisə 03 avqust 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Emin» şadlıq sarayının yaxınlığında yerləşən kafedə baş vermişdir. Zərərçəkmiş şəxs həmin kafeni işlədən Anar adlı şəxs alın nahiyəsindən pivə bakalı ilə vuraraq xəsarət yetirmişdir. Çünki o, kafeyə daxil olarkən Samirə ayaq üstə dayanaraq qışqırmış, onun alın nahiyəsindən qan axmış və yerdə pivə bakalının sınıq şüşələri olmuşdur. Mübahisə zamanı o, Yaqubla kafenin qarşısında dayanaraq siqaret çəkmiş, kafenin içərisindən səs-küy eşidib içəri daxil olarkən Anar onlarla üzbə üz gəlmiş və kafeni tərk etmişdir. Həmin vaxt Anarın əlində heç bir kəsici, deşici və ya bıçaq olmamışdır. O, kafenin içərisində Samirənin ayaq üstə dayanaraq qışqırdığını, alın nahiyəsindən qan axdığını və yerdə pivə bakalının sınıq şüşələri olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Anar Samirə adlı qadının alın nahiyəsindən masanın üzərindən götürdüyü pivə bakalı ilə vuraraq xəsarət yetirmiş və bakal yerə düşərək sınmışdır. Mübahisə zamanı orada o, dostu Yaqub, kafenin işçiləri və tanımadığı müştərilər olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, xuliqanlıq əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Yaqub qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 11 avqust 2023-cü il tarixdə, saat 15:00 dəqiqədə tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X4” X8 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 avqust 2023-cü il tarixli, 2343 saylı rəyinə əlavəyə əsasən məhkəmə-psixiatrik ekspertizası üzrə:
1. motivləşdirici hissə: Təqsirləndirilən şəxs Fərhad oğlnda hal-hazırda «X3 Tip Pozuntusu» F.60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, Bakı şəhəriBaş Səhiyyə İdarəsinin 2 saylı X2 stasionar müayinədə olması və ona «Oyanıqlı tipli psixopatiya, özünükəsmələrlə» diaqnozunun təyin edilməsi, Bakı şəhəri X7 Dispanserdə ambulator müayinədə olması və ona «Oyanıqlı tipli psixopatiya, öüzünükəsmələrlə» diaqnozu təyin edilməsi və hal-hazırki psixatrik müayinənin nəticələri (əhvali ruhiyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. 2.Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradı sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, emosional dayanıqsızlıq aşkar olunur. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəməpsitxiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunda hazırda «Şəxsiyyətin emosional-davamsız tip pozuntusu» aşkar olunur. 2.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunda «Şəxsiyyətin emosionaldavamsız tip pozuntusu» aşkar olunur. 3.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunun hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. 4.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etməkiqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. 5.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 3.Məhkəmə-psixoloji ekspertizası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır : 1.Təqsirləndirilən şəxs Fərhad oğlunun fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, kobudluq, konflikt əvə impulsif hərəkətlərə meyillilik və s.aşkar olunur. 2.Təqsirləndirilən şəxs Fərhad oğlunun əqli-intellektual imkanları normaya uyğundur. 3.Təqsirləndirilən şəxs Fərhad oğlu etdiyi hərəkətləri adekvat olaraq qavramaq mahiyyətini dərk etmək, həmçinin hərəktlərini idarə etmək qabiliyyətinə malikdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 25 avqust 2023-cü il tarixli, 1621 saylı rəyinə əsasən 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Yaqub qızının bədəni üzərindı müəyyəm olunmuş xəsarətlər - alın nahiyəsinin və burun nahiyəsinin kəsilmiş yaraları iti kənara malik əşyanın (alətin) təsirindən törənmişlər, zərərçəkənin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurulma nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 06 sentyabr 2023-cü il tarixli, 27 saylı rəyinə əlavəyə əsasən 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Yaqub qızının Zərərçəkmiş şəxs Yaqub qızının bədən səthində aşkar olunmuş xəsarətlər- alın nahiyəsinin və burun nahiyəsinin kəsilmiş yaraları iti kənara malik əşyanın (alətin) təsirindən törənmişlər, zərərçəkənin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurulma nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -“Cinayət işi üzrə toplanmş sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2023-cü il tarixli qərarla iş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 avqust 2023-cü il tarixli 2343 №-li və məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 27 №-li rəyləri və iş materialları ilə öz təsdiqini tapdığından sübutun bir növü kimi qəbul olunmuş, həmçinin iş üzrə baxış keçirilən videogörüntüləri özündə saxlayan 01 ədəd CD disk maddi sübut qismində tanınmış və saxlanılması üçün cinayət işinə əlavə olunmuşdur. -“Şəxsin barəsində axtarış elan olunması” haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu istintaqdan gizləndiyindən barəsində axtarış elan edilmişdir. -“Axtarışda olab şəxsin tutulması” haqqında 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu keçirilmiş əməliyyat-axtarş tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə tutulmuşdur. Götürmə aparılması barədə 11 avqust 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş videogörüntülər olan 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Fərhad oğlu 03 avqust 2023-cü il tarixdə saat 23.30-də Abşeron rayonu, Xırdalan şəhəri, «Emin» şadlıq sarayının yaxınlığında yerləşən kafedə baş vermiş mübahisə faktı üzrə hadisəsi ilə əlaqədar olan videogörüntüdə müştərilərin masa arxasında əyləşərək istirahət etmələri, həmin masalardan birində 2 qadın və bir kişinin əyləşmələri, onların ətrafında bir qadın olmaqla üç kişinin dayanmaları, həmin kişilərdən birinin yəni, üzərinə ağ-qara zolaqlı qısaqol köynək, qara rəngli şalvar geyinmiş kişinin əllərini arxasına qoyaraq əyilmiş formada masa arxasında əyləşmiş qadınlardan biri ilə sözlə mübahisə etməsi, həmin vaxt kənarda digər müştərilərində olması, bu zaman həmin masadan bir qadının durub digər qadına yaxınlaşması və həmin an mübahisənin daha da gərginləşməsi, üzərinə ağ-qara zolaqlı qısaqol köynək, qara rəngli şalvar geyinmiş kişinin masanın digər tərəfində oturmuş qadının alın nahiyəsinə masanın üzərindən götürdüyü şüşə materialdan olan bakal ilə vurması, bundan sonra ətrafda olan şəxslərin onu ayırıb giriş qapısına tərəf gətirməsi və həmin şəxsin əlindəki şüşə materialdan olan bakalı kənara atması öz əksini tapmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, o kafeni işlədən şəxs kimi sahibkarlıq fəaliyəti ilə məşğul olduğu zaman müştərilərin adi iradlarına qarşı səbr və təmkin nümayiş etdirməli olduğu halda heç bir ciddi əsas və səbəb olmadan hesabın yüksək olmasını bildirən müştəriyə qarşı öz şəxsiyyətini onun şəxsiyyətindən üstün tutaraq xəsarət yetirməklə qeyd olunan əməli tötətmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs Fərhad oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs Fərhad oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Fərhad oğlunun əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları – zərərçəkmişə maddi yardım göstərməsini, barışıq üçün cəhd etməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla Təqsirləndirilən şəxs Fərhad oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlu ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə məcəllədə sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Fərhad oğluna məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 80 (səksən) saat üçün nəzərdə tutulan 480 (dörd yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Fərhad oğlunun məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq, saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Fərhad oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Fərhad oğlu barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Fərhad oğluna 80 (səksən) saat göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov