Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-362/2020 21.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkmə iclasının katibiVəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1981-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan,Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 10-cu küçə, ev 84-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsistintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,984 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 16:15 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasında NBPİ-nin DYNPİ-nin X13 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xırdalan XPM-nə gətirilib onun üzərində şəxsi axtarış aparılarkən, əynindəki sarı rəngli şalvarın sağ arxa cibində olan cüzdanın içindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,984 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, hərdənbir kakos adlanan narkotik vasitə heroini ineksiya yolu ilə qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində şəxsi işilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olarkən orada tanımadığı, təxminən 35-40 yaşlarında olan şəxsdən özü istifadə etməsi üçün 30 manata bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş halda heroin alıb, cüzdanının cibinə qoyub, şalvarının sağ arxa cibində saxlamış və nahar edəndən sonra iş axtarmağa getmək üçün oradan Xırdalan dəmir yolu staniyasının ərazisində yerləşən «Ağ Göl» kafesinə gəlmişdir. Lakin həmin kafeyə girərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək X13 Şöbəsinin əməkdaşları olduqlarını demiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər. Əvvəlcə üzərində belə narkotik vasitə olmadığını desə də, polis əməkdaşları inanmayıb şübhələrini yoxlamaq üçün onu X14 Məntəqəsinə dəvət etmişlər. Razılaşıb onlarla birlikdə Polis Məntəqəsinə gəldikdən sonra, orada video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynindəki şalvarının sağ arxa cibindəki cüzdanın içində saxladığı bir ədəd bükümdəki heroin aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, ki, həmin bükümün içindəki maddə «kakos» adlandırılan narkotik vasitə heroindir və onu x xxxxxx 2020-ci il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində tanımadığı şəxsdən 30 manat müqabilində almış və özü istifadə etmək məqsədilə cüzdanının içində saxlamışdır. Daha sonra ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, müdafiəçinin, iştirakçıların iştirakı ilə imzalanmış və maddi subut kimi götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləcəri XPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidməti ərazisi olan Xırdalan dəmir yolu stansiyasının ərazisində «Pərviz» adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri barədə qərar qəbul edilərək plan hazırlanmışdır. Həmin plana əsasən özü və Biləcəri XPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu şəkilində saat 15:40-da tədbirə başlayaraq, Xırdalan dəmir yolu stansiyasının ərazisinə gəlmişlər. Saat 16:15-da stansiyanın ərazisində yerləşən «Ağ göl» kafesinin qarşısında məlumatda göstərilən əlamətlərə uyğun olan «Pərviz» adlı şəxs onlar tərəfindən saxlanılmışıdr. Pərvizə özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamasından şübhələndiklərini bildirdikdə Pərviz üzərində belə maddə olmadığını söyləmiş, buna baxmayaraq bu şübhələri yoxlamaq üçün onu X14 Məntəqəsinə gətirmişlər. Orada əvvəlcə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki sarı rəngli şalvarın sağ arxa cibində olan cüzdanın içindən bir ədəd sellofan kəsiyi büküm aşkar edilmişdir. Həmin büküm açılarkən onun içində qəhvəyi rəngli toz şəkilində olan maddə müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin el içində “kakos” deyilən narkotik vasitə olduğunu, xx.xx.2020-ci il tarixdə axşam saat 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində tanımadığı şəxsdən 30 manata alıb özü istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Aşkar edilmiş bükümün içində olan kütlə qablaşdırılmış, şöbənin möhürlü kağızı ilə möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra, həmin protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Оруъов Агил Вяли оьлу шащид Габил Ящмядов ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2839 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,984 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,934 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-2, 234.1-ci maddələri ilə cinayət işi başlanmış, cinayət işi baxılması üçün xx.xx.2020ci il tarixdə məhkəməyə göndərilmişdir. X13 Şöbəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 Pərviz Musa oğlunun himayəsindədir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,934 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Bakı şəhər 11 saylı vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Bakı şəhər 11 saylı vəkil bürosunun hesablaşma hesabına və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşron rayon Pİ-də saxlanılan, qalıq çəkisi 0,934 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Bakı şəhər 11 saylı vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Binəqədi filialı, kod 200156, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ48AİİB********************, VÖEN ********** hesabına və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-362/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-362/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver