Məhkəmə qərarları › İş №1(012)-362/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-362/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-362/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə saat 08:40 radələrində idarə etdiyi özünə məxsus «Mersedes-Benz 280» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50-60 km sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində birtərəfli yolla hərəkət edərkən Xırdalan şəhərində yerləşən “Azərstill” geyim mağazasının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü yol hərəkətinni iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmamışdırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, həmin tələblərə riayət etməmiş, yolun hərəkət hissəsində olan piyadalar üçün nəzərdə tutulan keçiddən sağdan sola asta yerişlə keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ və sol hematoraksla müşayiət olunan sağdan 2-3-4-5-6-7-ci və soldan 4-cü qabırğaların, sol körpücük sümüyünün, sol bud sümüyünün yerdəyişən qapalı, eləcədə sol baldır sümüklərinin açıq çoxqəlpəli yerinidəyişən sınıqları ilə müşayiət olunan həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, gümüşü metalik rəngli “Mersedes-Benz” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. 28.01.2021-ci il tarixdə saat 08:40 radələrində o tək idarə etdiyi “Mersedes-Benz” markalı, **- UE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ilə üzü Xırdalan dairəsi istiqamətində hərəkət edən zaman yolun sağ hissəsində yerləşən “Azəristil” geyim mağazasının qarşısında üzünə gün düşdüyü üçün günlüyü aşağı endirən zaman yolun sağ hissəsindən sol hissəsinə piyada zolağı ilə asta yerişlə keçmək istəyən adını bilmədiyi bir piyada şəxsi anidən görmüşdür. Dərhal hadisənin qarşısını almaq məqsədi ilə əyləci bassa da hərəkəti tam dayandıra bilməmişdir. Nəticədə piyadanı piyada zolağının üstündə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs avtomaşının ön alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. O isə dərhal avtomaşının hərəkətini tam olaraq dayandırıb avtomaşından düşmüş və həmin şəxsi avtomaşınıma əyləşdirib yaxınlıqda olan Xırdalan şəhər TTYS-na aparmışdır. Orada ilkin tibbi yardım göstərildikdən sonra həmin şəxsi xəstəxanaya aparmışlar. Hadisədən əvvəl idarə etdiyi “Mersedes-Benz” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşın saz vəziyyətdə olmuşdur. Hadisə zamanı idarəetdiyi avtomobildə heç bir sərnişin və ya yük olmamışdır. Hadisə zamanı o avtomaşını təxminən 50-60 km saatda sürətlə idarə etmişdir. Hadisə zamanı ayıq olmuşqdur. Hadisə onun diqqətsizliyi səbəbindən baş vermişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 28 yanvar 2021-ci il tarixdə saat 08:30 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən “Azəristill” mağazasının qarşısında piyada zolağı ilə yolu piyada sağdan sola keçən zaman anidən üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olan “Mersedes-Benz 280” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşın yüksək sürətlə hərəkət edərək onu piyada keçidi zolağının üstündə qabaq hissəsi ilə vurub yerə yıxmışdır. Zərbənin təsirindən o yerə yıxılmış, huşunu itirmişdir. Ayılanda isə artıq xəstəxanada olmuşdur. Hadisə nəticəsinlə bütün bədən nahiyələrindən xəsarət almışdır. Hadisə zamanı o, yolu asta yerişlə sağdan sola keçmişdir. Hadisə zamanı avtomobilin içində sürücüdən başqa neçə nəfər olmasına fikir verməmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Abdulrəhman oğlu onun əridir. 28 yanvar 2021-ci il tarixdə saat 08:40 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Azərstil» mağazasının qarşısında piyada keçidindən əri Zərərçəkmiş şəxs yolu sağdan sola keçən zaman “Mersedes Benz 280” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşın onu vurub xəsarət yetirmiş və xəstəxanaya aparmışdır. Sonradan hadisə barədə məlumat almış və xəstəxanaya gəlmişdir. Bundan başqa onun hadisə barədə heç bir məlumatım olmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair 03.02.2021-ci il tarixli, 260 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol hematoraksla müşayiət olunan sağdan 2-3-4-5-6-7-ci və soldan 4-cü qabırğaların, sol körpücük sümüyünün, sol bud sümüyünün yerdəyişən qapalı, eləcədə sol baldır sümüklərinin açıq çoxqəlpəli yerinidəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28.01.2021-ci il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 24.02.2021-ci il tarixli, 8/373 №-li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes-Benz 280” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə trasoloji ekspertizasına dair 22.04.2021-ci il tarixli, 8/800 №-li rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş «Mersedes Benz» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sağ farada, alın şüşəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ tərəfindən 23.11.2017-ci il tarixində verilmiş AC seriyalı, 071604 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, həmin sürücülük vəsiqəsi 23 noyabr 2027-ci il tarixədək etibarlıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır bədən xəsarətinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə saat 08:40 radələrində idarə etdiyi özünə məxsus «Mersedes-Benz 280» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50-60 km sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində birtərəfli yolla hərəkət edərkən Xırdalan şəhərində yerləşən “Azərstill” geyim mağazasının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü yol hərəkətinni iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmamışdırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, həmin tələblərə riayət etməmiş, yolun hərəkət hissəsində olan piyadalar üçün nəzərdə tutulan keçiddən sağdan sola asta yerişlə keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ və sol hematoraksla müşayiət olunan sağdan 2-3-4-5-6-7-ci və soldan 4-cü qabırğaların, sol körpücük sümüyünün, sol bud sümüyünün yerdəyişən qapalı, eləcədə sol baldır sümüklərinin açıq çoxqəlpəli yerinidəyişən sınıqları ilə müşayiət olunan həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan bədən xəsarəti yetirmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 19.02.2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, 26.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti və iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti və iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs X1 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar