Məhkəmə qərarları › İş №1(012)-362/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-362/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-362/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 ştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran rayonun Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan,Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yaşamış, barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə «həbs» qətimkan təsbiri seçilmiş,həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmış, həmin tarixdən həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək niyyəti ilə 06 iyul 2021-ci il tarixdə saat 16 radələrində aşkar surətdə on altı yaşına çatmayan xalası qızı xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qardaşına məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evə dəvət edib orada onunla ailə quracağın yalandan deyib aldadaraq evdə heç kimin olmadığından istifadə edərək sonuncunu soyundurmuş, əllərini sinəsinə, cinsiyyət orqanına sürtərək, öz cinsiyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi əlaqədə olmuş, sonra isə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə yeridərək seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 21 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində aşkar surətdə on altı yaşına çatmayan xalası qızı xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evdə onunla ailə quracağını yalandan deyib aldadaraq evdə heç kimin olmadığından istifadə edərək sonuncunu soyundurmuş, əllərini sinəsinə, cinsiyyət orqanına sürtərək, öz cinsiyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi əlaqədə olmuş, sonra isə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə yeridərək seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstədi ki, arvadından ayrıldığına görə 2020-2021-ci illərdə Abşeron rayonu,Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan xalası Maralın evində onlarla birlikdə yaşamış,Yeganə xalası Maralın qızıdır və həmin vaxtı 9-cu sinifdə oxumuşdur. Xalası Maral onun arvadından ayrıldığına görə qızı Yeganə ilə ailə qurmasını təklif etdikdə, o, razı olmamış və Yeganənin azyaşlı olduğunu, onu istəmədiyini bildirmişdir. Bundan sonra xalasının evindən çıxıb başqa ünvanda yaşamağa başlamış, xalası Maralın qızı Yeganə ilə ailə qurması təklifi onun tərəfindən rədd edildiyinə görə xalası Maral və xalası qızı Yeganə ona qarşı qərəzli olmuş və buna şörə ona şər atmışlar.Yeganə ilə heç vaxt təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir.Ona görə də barəsində olan cinayət işi üzrə bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə qanuni nümayəndəsi Şahid1 ştirakları ilə dindirilmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində valideyinlərinin himayəsində yaşayır. 2021-ci il tarixdə, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3 saylı orta məktəbin 9 sinifində oxumuş, Təqsirləndirilən şəxs vəfat etmiş xalası Reyhanın oğludur.Mais onun 9-cu sinifdə oxuduğunu bilmiş, ad günlərində gəlib qohum kimi iştirak etmiş və Mais Hökməli qəsəbəsində qardaşı Mailin evində yaşamışdır. Mais evlidir, bir uşağı var, lakin Maisin arvadı ondan ayrı yaşamışdır. Mais xalası oğlu kimi onlara tez-tez gəlib- getmiş, Mailin evi ilə onların evi arasında təxminən 50-60 metr məsafə olmuş və buna görədə Mais günün çox hissəsini onların evində keçirmişdir. 06 iyul 2021-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə tək olduğu zaman xalası oğlu Mais onlara gəlmiş və qapını bağlamışdır. Həmin vaxt o, evdən çölə çıxmaq istəmiş, lakin Mais onu çıxmağa qoymamış və Maisin nə üçün belə etdiyini başa düşməmişdir. Sonra Mais onu qucaqlamış, onunla evlənəcəyini və onu sevdiyini bildirmişdir.Bundan sonra Mais onu boş olan yataq otaqlarında paltarlarını əynindən çıxardaraq onu soyundurmuş və döşəməyə uzatmış, eyni zamanda Mais özü də şalvarını və alt paltarını soyunmuşdur. Mais əllərini onun sinəsinə və cinsiyyət orqanına sürtmüş, bundan sonra Mais onun üstünə uzanaraq cinsiyyət orqanı onun razlığı əsasında cinsiyyət orqanına salmış və həmin zaman o, ağrılar hiss etmişdir.Sonra Mais onun üstündən durduqda cinsiyyət orqanından qan axdığını görmüş, bundan sonra Mais yenə cinsiyyət orqanını onun arxa dəliy deşiyinə salıb-çıxarmış, cinsiyyət orqanından gələn spermasını onun arxa dəliyinə axıtmış, sonra onlar hər ikisi paltarlarını geyinmişlər. Mais ona bu barədə heç kimə deməməsini tapşırmış,yaxın günlərdə onunla evlənəcəyini və onu sevdiyini bildirmişdir.O, valideyinlərindən qorxduğuna görə bu barədə onlara və başqalarına heç nə deməmişdir. 21 sentyabr 2021-ci il tarixdə, Mais onlara gəlmiş, həmin gün saat 15 radələrində Mais yaşadığı evdə onunla yenə də təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur.Anası onu həyacanlı gördükdə nə baş verdiyini soruşmuş, anasına Maisin ona evlilik təklif etdiyini dedikdə, anası ona iradını bildirərək,bunun heç zaman mümkün olmadığını bildirmişdir. O, yenə valideyinlərindən qorxduğu üçün bu barədə həmin gün onlara və başqalarına heç nə deməmiş, anası ondan dəfələrlə Mais ilə nə kimi münasibətinin olduğunu soruşmuş, buna görə də anasına 22 sentyabr 2021-ci il tarixdə Maislə cinsi əlaqədə olmağını demişdir. Anası da həmin günü onu özü ilə X2 aparmış və bu barədə ərizə vermişdir. Anası həmdə həmin tarixdə DİNnin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir.Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur, əvvəllər onların münasibətləri yaxşı olmuşdur. 21 sentyabr 2021-ci il tarixdə, yaşadığı evdə qızı Zərərçəkmiş şəxs həyəcanlı olmasını görüb,qızı Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamış, lakin qızı Zərərçəkmiş şəxs ona heç bir məlumat verməmişdir. Buna baxmayaraq o, gecə boyu Yeganə ilə söhbət etməyə davam etmiş və gecə saatlarında Yeganə baş verənləri etiraf etməyə başlamışdır. Belə ki, qızı Yenganə Maisin evlənmək vədi ilə onunla cinsi əlaqədə olduğunu ona demişdir. Bunu bildikdə özünü çox pis hiss etmiş, əri Şahid2 necə məlumat verəcəyini düşünməyə başlamışdır. 22 sentyabr 2023-cü il tarixdə o, özünü toparlayaraq bu barədə əri Şahid2 məlumat vermiş və sonradan qərara gəlmişlər ki, şikayət etmək qərarına gəlmişlər. Bu səbəbdən ilkin olaraq Azərbaycan Respublikası DİN-nin «102» xidməti-zəng mərkəzi sisteminə məlumat vermiş, sonradan isə Abşeron rayon Polis İdarəsinin X2 gedərək ərizə ilə müraciət etmişdir. Orada müvafiq araşdırma başlanılmış və məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Təhqiqat zamanı bacısı oğlu Təqsirləndirilən şəxs qaçıb gizləndiyi üçün ilkin olaraq onun dindirilməsi mümkün olmamış və Təqsirləndirilən şəxs qaçıb gizləndiyi üçün axtarışa verilmişdir.Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamasından və ona inanmasından istifadə edərək qızı Zərərçəkmiş şəxs ilə evlənəcəyinə inandırmış və onunla cinsi əlaqədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun,eyni məzmunda ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-tibbi ekspertizanın 06 oktyabr 2021-ci il tarixli 515 nömrəli rəyindən göstərilmişdir ki, xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən tarixə uyğun gələ bilər.Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2022-ci il tarixli 1537 nömrəli rəyindən görürür ki, Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır.Zərərçəkmiş şəxsəqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətləri qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək və məlumat vermək qabiliyyətinə malikdir.Zərərçəkmiş şəxs təfəkkürünün təhlil-tərkib prosesslərində primitivlik,mühakimələrinin bir qədər səthi olması, xarakterlərində sadəlöhvlük, tez inanmaq, nəticəni proqnozlaşdırmadan hərəkət etməyə meyillilik aşkar edilir. Zərərçəkmiş şəxs əqli, psixi və psixoloji inkişafını nəzərə almaqla, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi.Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlaməti müşahidə olunmamışdır.Zərərçəkmiş şəxs sensor-perseptiv prosesləri fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs primitiv şəxsin cizgiləri aşkar olunduğundan başqalarının təsiri altında hərəkət edə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş «ifadənin yerində yoxlanılması istintaq hərəkəti» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğu və seksual xarakterli hərəkətlər etdiyi hadisə yeri Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivindəki fərdi yaşayış evində yerləşir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Nəzərli X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.5 bəndinə əsasən həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilərək məhkumluğu üzərindən götürülmüşdür. İş materiallarında olan Abşeron rayon polis idarəsi,Qobu polis bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,məktubdan görünür ki,xx.xx.2022-ci il tarixdə,Abşeron RPİ-in İŞ-i tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə barəsində axtarış elan edilmiş,xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, Abşeron RPİin,Qobu PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində,Bakı şəhəri,Binəqədi rayonu,Sulu-Təpə qəsəbəsi ərazisində tutularaq Qobu PB-nə gətirilmiş və Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin Abşeron rayon prokuroru tərəfindən təmin edilməməsi,onun dərhal Abşeron rayon polis idarəsinin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərar verilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan təsbiri seçilmiş,həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, cinayət əməli törətməsini etiraf etməməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Onun özünü təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təkzib olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallardan hər hansı biri müəyyən olunmadı. Məhkəmə cəzanın həddi və növü məsələsini müzakirə edib hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür və həmin cəza cinayət qanununun vəzifələri, ədalət prinsipi və cəzanın məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 2-ci, 8-ci və 41-ci maddələrinin tələblərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdən, 27 avqust 2022-ci il tarixədək tutulduğu 2 gün, 1 günə 1 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdən, 27 avqust 2022-ci il tarixədək tutulduğu 2 gün, 1 günə 1 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar