Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-362/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi 4 saylı cəzaçəkmə müəssiəsi inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Aslanov küçəsi, döngə 4, ev 7-də yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, “Sumqayıt dairəsi” kimi adlanan ərazidə sərnişin kimi Zərərçəkmiş şəxs Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında əyləşərək, Zərərçəkmiş şəxs cinsiyyət orqanını oynatmaq bəhanəsi ilə üstünə uzanıb başını qataraq Sumqayıt - Bakı yolunun Abşeron rayonu, Ceyranbatan qəsəbəsindən keçən hissəsində sol əli ilə sonuncunun şalvarının sağ yan cibində olan 750 manat pulu çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, zərərçəkəndən 750 manat oğurluq etdiyini, lakin ziyanı bir dəfəyə ödəmək imkanı olmadığını və bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai isrintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərinə rəfiqəsigilə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə gedən zaman Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbə-üz yerləşən dayanacaqda dayanmış “Mercedes” markalı avtomobilə əyləşmiş və həmin vaxtı sürücünün cibindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə əli ilə sürücünün cinsiyyət orqanına sürtüb üstünə uzanmış və bu zaman sol əli ilə sürücünün şalvarının sağ yan cibində olan pulu çıxarmışdır. Sonra Saray yol polisi postunda avtomobildən düşüb getmişdir. Sürücünün cibindən götürdüyü pulu saymış və 350 manat pul olduğu məlum olmuşdur. Oğurladığı 350 manat pulu şəxsi ehtiyacına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, özünə məxsus olan “Mercedes E Klass” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ilə Ağsu rayonu arasında taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Ağsu rayonundan çıxıb Sumqayıt şəhərinə kənd təsərrüfatı məhsulları gətirib təhvil vermişdir. Həmin gün saat 09 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə qayıdan zaman “Azpetrol” yanacaq doldurma məntəqəsini keçdikdən sonra yolun kənarında dayanmış bir nəfər orta yaşlı qadın əli ilə ona işarə edib saxlamağını bildirmişdir. O, da həmin qadının sərnişin olduğunu fikirləşib pul müqabilində Bakı şəhərinə aparmağa qərar vermişdir. Həmin qadın avtomobilin ön oturacağında əyləşmiş və o, avtomobili hərəkət etdirən zaman qadın əlini onun cinsiyyət orqanına atıb oynatmağa başlamışdır. O, isə qadının bu hərəkətinə etiraz edib, toxunmamasını bildirmişdir. Həmin qadın şalvarını açmaq istəyən zaman o, Ceyranbatan qəsəbəsində avtomobili saxlayıb yolda sərnişinləri götürmüş və bu zaman qadın ondan əl çəkmişdir. Həmin qadın Saray yol polisi postunda avtomobildən düşüb getmişdir. Bakı- Sumqayıt yolunun vaz dairəsi deyilən ünvanda əynində olan şalvarın sağ yan cibində saxladığı 750 manat pulunun olmadığını aşkar etmişdir. Bundan sonra o, sərnişinləri 20 Yanvar metrostansiyasında düşürmüş və 750 manat pulunu həmin qadın tərəfindən oğurlanması ilə bağlı 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilən Şahid bildirmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə səhər saatlarında bölmədə növbədə olan zaman Ağsu rayon sakini Zərərçəkmiş şəxs Saray polis bölməsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 09 radələrində Sumqayıt şəhərinin çıxışında “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında bir nəfər qadının “Mercedes” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin kimi əyləşdiyini və Ceyranbatan qəsəbəsi ərazisində həmin qadının onun şalvarının sağ yan cibindən 750 manat pulunu oğurladığını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı bölmə rəhbərliyi həmin şəxsin cibindən pul oğurlayan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsi ilə bağlı göstəriş vermişdir. Bununla bağlı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs cibindən 750 manat pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində saxlanılaraq Saray polis bölməsinə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhərində “Azpetrol”-un yanında sərnişin kimi “Mercedes” markalı avtomobilə əyləşmişdir. Avtomobildə ön oturacaqda əyləşmiş və həmin vaxtı Ceyranbatan qəsəbəsi ərazisində avtomobilin sürücüsünün şalvarının sağ yan cibindən 350 manat pulu oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs izahatının alınması üçün təhqiqat şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və məhkəmə hökmünün surətinən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 10 ay azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq olunaraq əmlakı müsadirə olunmaqla 05 il azadlıqdan məhrum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 ay 02 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2017-ci ildə təyin edilmiş şərti vaxtından əvvəl azad etmə müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılıb. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və 01 il şərti sınaq müddəti tətbiq edilmişdir. xx.xx.2019-cu ildə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddələri təqsirli bilinərək 02 il azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum edilmişdir. CM-nin 66.5 maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cəzasının sonu ilə cəzaçəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18-ci maddəsində nəzərdə tutulan cinayətlərin resedivini yaradır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin resedivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində əsasən nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsin islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində CM-nin 65.2. madddəsinin tələbləri həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halı, təyin edilmiş cəzanın məhkumu islah etməsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 65.2. madddəsinin tələbləri həddində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzası təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin MSY-dən həbsdən azad olunmuş,barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən bu qüvvədə saxlanmışdır. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 27 may 2025-ci il tarixdə o, tutularaq MSY-ə yerləşdirilmişdir və hazırda həbsdədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından tutulduğu 02 gün müddət çıxılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və cəzasının əvvəli tutulduğu 27 may 2025-ci il tarixdən hesablanmalıdır. CM-nin 56.1.2.maddəsində görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 20 saat hesabı ilə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkənə mülki qaydada iddia qaldırmaq hüququ ona izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3 maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində 02 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 20 saat hesabı ilə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-362/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-362/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver