Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-363/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Möhsüm oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Ucar rayonu, Alpoud kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, fərdi həyət evində yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 29, 177.2.3 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 17 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, ‘‘Yoncalıq“ adlanan yaşayış massivində yerləşən yeni tikilmiş fərdi həyət evinin pəncərəsini özündə olan vintaçanla açaraq binaya qanunsuz daxil olub, oradan evin divarlarına çəkilmiş 100 (yüz) metr uzunluqda, 1x4 mm ölçüdə, bir metri 39 (otuz doqquz) qəpik olmaqla cəmi 39 (otuz doqquz) manat dəyərində elerktrik naqillərini və təmir üçün olan santexnik avadanlıqlarını, yəni bir ədədi 25 qəpik olmaqla, cəmi 25 manat dəyərində 100 ədəd 25 mm ölçülü künclük (uqolnik); bir ədədi 30 qəpik olmaqla, cəmi 6 manat dəyərində 20 ədəd 25 mm ölçülü üç çıxışlı plastik boru (traynik); bir ədədi 30 qəpik olmaqla, cəmi 6 manat dəyərində 20 ədəd 25 mm ölçülü birləşdirici (mufta); bir ədədi 1 manat 50 qəpik olmaqla, cəmi 3 manat dəyərində 2 ədəd 25 mm ölçülü krant ( vintel); bir ədədi 2 manat 50 qəpik olmaqla, cəmi 10 manat dəyərində 4 ədəd 25 mm ölçülü açıcı ( vıklüçater); bir ədədi 1 manat 20 qəpik olmaqla, cəmi 14 manat 40 qəpik dəyərində 12 ədəd 25 mm ölçülü ; bir ədədi 15 qəpik olmaqla, cəmi 3 manat dəyərində 20 ədəd 15 mm ölçülü bağlayıcı(zaqluşka); bir ədədi 30 qəpik olmaqla, cəmi 3 manat 60 qəpik dəyərində 12 ədəd 25 mm ölçülü bağlayıcı(zaqluşka); bir ədədi 1 manat 50 qəpik olmaqla, cəmi 18 manat dəyərində 12 ədəd 25 mm ölçülü dekor ; bir ədədi 6 manat 50 qəpik olmaqla, cəmi 32 manat 50 qəpik dəyərində 5 ədəd 100 mm ölçülü boru (turba); bir ədədi 4 manat 50 qəpik olmaqla, cəmi 13 manat 50 qəpik dəyərində 3 ədəd 100x150 mm ölçülü boru (turba); bir ədədi 3 manat 50 qəpik olmaqla, cəmi 10 manat 50 qəpik dəyərində 3 ədəd 100x130 mm ölçülü boru (turba); bir ədədi 11manat olmaqla, cəmi 22 manat dəyərində 2 ədəd lOOx 2 m ölçülü boru (turba); bir ədədi 3 manat 50 qəpik olmaqla, cəmi 7 manat dəyərində 2 ədəd 100x150 mm ölçülü üç çıxışlı plastik boru (traynik); bir ədədi 2 manat 50 qəpik olmaqla, cəmi 5 manat dəyərində 2 ədəd 100x150 mm ölçülü keçid borusu ( perexadnik); bir ədədi 2 manat 50 qəpik olmaqla, cəmi 20 manat dəyərində 8 ədəd 100 mm ölçülü künclük (uqolnik); bir ədədi 2 manat 50 qəpik olmaqla, cəmi 10 manat dəyərində 4 ədəd 100 x 45 mm ölçülü künclük (uqolnik); bir ədədi 4 manat olmaqla, cəmi 8 manat dəyərində 2 ədəd 100 x 100 mm ölçülü üç çıxışlı plastik boru (traynik); bir ədədi 3 manat olmaqla, cəmi 18 manat dəyərində 6 ədəd 50 x 1 m ölçülü boru; bir ədədi 1 manat 80 qəpik olmaqla, cəmi 7 manat 20 qəpik dəyərində 4 ədəd 50 x 50 mm ölçülü boru; bir ədədi 1 manat 30 qəpik olmaqla, cəmi 7 manat 80 qəpik dəyərində 6 ədəd 50 x 30 mm ölçülü boru; bir ədədi 80 qəpik olmaqla, cəmi 8 manat dəyərində 10 ədəd 50 x 000 mm ölçülü künclük (uqonik); bir ədədi 80 qəpik olmaqla, cəmi 4 manat 80 qəpik dəyərində 6 ədəd 50 x 45 mm ölçülü künclük (uqolnik); bir ədədi 80 qəpik olmaqla, cəmi 4 manat 80 qəpik dəyərində 6 ədəd 50 x 45 mm ölçülü künclük (uqolnik); bir ədədi 1 manat 50 qəpik olmaqla, cəmi 9 manat dəyərində 6 ədəd 50 mm ölçülü üç çıxışlı plastik boru (traynik); bir ədədi 7 manat olmaqla, cəmi 21 manat dəyərində 3 ədəd 50 mm ölçülü trap ; bir ədədi 1 manat olmaqla, cəmi 100 manat dəyərində 100 ədəd 3 mm ölçülü örtük (izolyasiya); bir ədədi 5 manat olmaqla, cəmi 5 manat dəyərində 1 ədəd “tolder” kleyi; bir ədədi 13 manat olmaqla, cəmi 13 manat dəyərində 1 ədəd “tolder” kleyi; bir ədədi 50 qəpik olmaqla, cəmi 20 manat dəyərində 40 ədəd elektrik qutusu; bir ədədi 1 manat 50 qəpik olmaqla, cəmi 3 manat dəyərində 2 ədəd izalent; bir ədədi 6 manat 50 qəpik olmaqla, cəmi 130 manat dəyərində 20 ədəd kollektor; bir ədədi 2 manat olmaqla, cəmi 4 manat dəyərində 20ədəd kollektor (amerikanka); bir ədədi 4 manat 50 qəpik olmaqla, cəmi 9 manat dəyərində 25\25 ölçüdə 2 ədəd kollektor (amerikanka); bir ədədi 1 manat 50 qəpik olmaqla, cəmi 3 manat dəyərində 25 mm ölçüdə 2 ədəd bağlayıcı (vintel); bir ədəd 25 manat dəyərində reduktor; bir ədəd 45 manat dəyərində tənzimləyici; bir ədəd 15 manat dəyərində kombi seti; 60 sm uzunluğunda 6 manat dəyərində rezin boru; bir ədəd 4 manat dəyərində bağlayıcı (vintel) və bir ədəd 20 x 15 mm ölçüdə 1 manat dəyərində keçiricini, cəmi 781 (yeddi yüz səksən bir) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən oğurluq etmək məqsədilə 19 mart 2022-ci il tarixdə, saat 11 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” adlanan yaşayış massivində yerləşən yeni tikilmiş fərdi həyət evinin həmən pəncərəsini özündə olan vintaçanla açaraq binaya qanunsuz daxil olub, oradan sonuncuya məxsus əmlakı talamaq istəyərkən qonşuluqda yaşayan Şahid2 onun pəncərəni açıb içəri daxil olmasını görüb evin qapısını döyərək müdaxilə etməsi nəticəsində o, iradəsindən asılı olmayan səbəbə görə öz əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə bir yerdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə yaşamışdır. Heç yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hazırda ona məlum olmuşdur ki, onun 17 mart 2022-ci il tarixdə elektrik naqilləri və santexnik avadanlığını oğurladığı ev Zərərçəkmiş şəxs məxsus olmuşdur. Onun yaşadığı məhəllə ilə Zərərçəkmiş şəxs yeni tikdirdiyi və hazırda təmir etdirdiyi ev qonşu məhəllədə yerləşir. Onun atası İnqilab Rəhimov həmin evdə təxminən bir il müddətində gözətçi işləmişdir. Evin təmiri yekunlaşmaq üzrə olduğundan təxminən iki-üç ay olar ki, atası həmin evdə gözətçilik etmişdir. Buna baxmayaraq həmin evin sahibi olan Zərərçəkmiş şəxs o, görməmiş və adını bilməmişdir. O, əvvəllər maşın təmiri ilə məşğul olmuş və gündəlik çörək pulu qazanmışdır. Lakin son iki ay müddətində heç bir yerdə işləməmişdir. Ona görə də pulu olmamışdır. Atasının gözətçilik etdiyi evin yanındakı küçədən 17 mart 2022-ci il tarixdə keçərkən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də, 17 mart 2022-ci il tarixdə axşam vaxtı saat təxminən 21 radələrində həmin evin qarşısına gəlmişdir. Həyətin hasarı tikilmədiyi üçün ev küçə tərəfdən mühafizə olunmamışdır. Odur ki, rahat şəkildə evə yaxınlaşmış, evin qarşı tərəfdən sağ tərəfdəki pəncərəsini vint açan (atverka) ilə itələyib açmışdır. Evin otağına girmiş və otaqda divara çəkilmiş suvağın altında olan elektrik naqillərinin suvaqda olan uc hissələrini orada olan bıçaqla (rezakla) kəsmişdir. Sonra ikinci mərtəbədə vannanın içində olan plastik santexnik avadanlıqlarını götürüb evdən daxil olduğu pəncərədən çıxmışdır. Elnarənin evindən bir qədər aralıda olan “Vulkan” dağı deyilən yerə gedib orada naqilləri yandırmış və mis metalını bir yerə toplamışdır. Oğurladığı əşyaları “Vulkan” dağının yanında saxlamış və evə qayıtmışdır. Səhəri gün, saat təxminən 10 radələrində həmin yerə gedib oğurladığı mis metalını və santexnik avadanlıqlarını Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş 93” yaşayış massivinin yanında yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Oğurladığı mis məftillərin qarşılığında cəmi 42 (qırx iki) manat, santexnik avadanlıqlarına görə 82 (səksən iki) manat, cəmi 124 (yüz iyirmi dörd) manat pul əldə etmişdir. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, təxminən saart 16-17 radələrində yenidən Elnarənin evinə getmişdir.O, evə həmin pəncərədən girmiş, evin birinci mərtəbəsinə baxsa da heç nə tapa bilməmiş, sonra otaqlara baxmaq üçün ikinci mərtəbəyə çıxmış, orada da heç bir şey tapa bilməyib birinci mərtəbəyə düşüb pəncərədən çıxıb evə gedərkən Elnarə ilə qonşuluqda yaşayan kişi ilə rastlaşmışdır. Həmin şəxs ondan niyə evə girdiyini soruşmuşdur. O, həmin şəxsə yalan olaraq izah etmişdir ki, itinin zənciri bu evdə qaldığı üçün həmin evə gəlmişdir. Həmin şəxs də ona bir söz deməmiş və o, çıxıb getmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 7, mənzil 69-da yaşayır. Bundan başqa o, Abşeron rayonu, Masazır kəndində “Yoncalıq” deyilən yaşayış massivində iki mərtəbəli fərdi ev tikdirmişdir. Yolun kənarında yerləşən evin həyətinin hasarını çəkdirməmiş və ev açıqda yerləşir. Lakin evin dəmir qapısı və pəncərələri vardır. Həmin evə köçməmişdir. Mütəmadi olaraq yeni tikdirdiyi həmin evə baş çəkmişdir. Hadisədən əvvəl axırıncı dəfə 15 mart 2022-ci il tarixdə sözügedən evdə olmuşdur. Həmin vaxt evdə hər şey qaydasında olmuşdur. 24 mart 2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Masazır kəndində tikdirdiyi evə gəlmişdir ki, evə baş çəksin. Mühəndislə görüşüb həyətə hasar çəkdirmək istəmişdir. Onun evinin açarı evinin tikinti-təmir işlərini aparmış mühəndis Eldənizdə olmuşdur. O, gələnə qədər Eldəniz qapını açıb içəri girmişdir. O, evə çatarkən Eldəniz demişdir ki, “evin divarlarına çəkilmiş, suvağın altında olan elektrik naqillərinin bayırda olan uc hissələri kəsilib oğurlanmışdır. Həmçinin evin santexnik işlərinin görülməsi üçün alınmış santexnik avadanlıqları oğurlanmışdır”. Evə baxdıqda qabaq tərəfdən birinci mərtəbədə sağ tərəfdən pəncərə açıq olmuşdur. Ona da məlum olmuşdur ki, evindən oğurluq edilmişdir. O, orada olan zaman qonşuluqda yaşayan Xaliq ona yaxınlaşmış və bildirmişdir ki, “bir həftə əvvəl onun evinin içində naməlum şəxsin olduğunu görmüşdür”. Xaliq demişdir ki, “həmin şəxs evdən çıxıb getmək istəyərkən onun qarşısına keçərək kim olduğunu soruşmuş, həmin şəxs qonşu Xaliqə demişdir ki, atası həmin evdə mühafizəçi olmuşdur. İtinin zənciri evdə qaldığı üçün zənciri götürməkdən ötrü evə girmişdir”. Xaliq də onun sözlərinə inanmış və bu barədə ona məlumat verməmişdir. Qeyd etmişdir ki, 02 oktyabr 2021-ci il tarixdən 02 mart 2022-ci il tarixədək Abşeron rayonu, Masazır kəndində yaşayan İnqilab adlı şəxsə evinin mühafizəsini tapşırmışdır. Bununla əlaqədar İnqilaba hər ay üçün 350 manat zəhmət haqqı vermişdir. Evin təmir işləri dayandırıldığı üçün 02 mart 2022-ci iltarixdə İnqilabla evinin mühafizəsi barədə razılaşmanı bitirmiş, bir gün sonra evin açarını İnqilabdan təhvil almışdır. Lakin İnqilabın oğlunu tanımamış, onun evində İnqilabın itinin zənciri qalmamış, oğurluq cinayətini gizlətmək üçün onun evinə zəncir üçün girdiyi barədə yalan uydurmuşdur. Onun evindən oğurluq cinayətini törətməsində həmin şəxsdən şübhələnmiş və həmin şəxsin ona vurmuş maddi ziyanı ödəməsini tələb etmişdir. Hazırda ittihamda göstərilən məbləğ yəni 800 manat ödənilsə də, əslində ona daha çox, yəni 4000 manat məbləğində ziyan dəymişdir. Ona görə də şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, “Yoncalıq” yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs ilə qonşudur. Onun yaşadığı evdən küçənin alt tərəfində yerləşən Zərərçəkmiş şəxs evi görünür. Novruz bayramı ərəfəsində 19 mart 2022-ci il tarixdə yuxudan gec durmuşdur. Təxminən saat 11 radələrində yuxudan oyandıqda yataq otağının pəncərəsindən küçəyə baxdıqda Elnarənin evinin qapısında bir nəfər şəxsin qapını döydüyünü görmüşdür. Qapını açan olmadıqda həmin şəxs cibindən görmədiyi əşya çıxarıb qabaq sağ tərəfdə olan pəncərəni qurdalatyaraq açmış və içəri girmişdir. O, dərhal Elnarənin evinə gedib qapını döymüşdür ki, içəridəki adamın kimliyini müəyyən etsin. Lakin qapını içəridəki şəxs açmamışdır. O, küçədə gözləmiş, həmin şəxs evin həyətindən çıxanda qarşısını kəsərək evə nə üçün girdiyini, kim olduğunu soruşmuşdur. Elnarənin evinə girmiş həmin şəxs atasının bu evdə gözətçi olduğunu, evin içində itinin zəncirinin qaldığını bildirmişdir. O, həmin şəxsdən soruşmuşdur ki, “qapını nə üçün açmırdın”? Həmin şəxs cavab vermişdir ki, qorxduğu üçün qapını açmamışdır. 24 mart 2022-ci il tarixdə saat 12 radələrində Elnarənin həyətinə adamlar toplaşdığını görüb o da həmin həyətə getmiş və nə kimi hadisə baş verdiyini soruşduqda məlum olmuşdur ki, Elnarənin evindən oğurluq cinayəti törədilmişdir. O da, Elnarəyə bir neçə gün əvvəl Elnarənin evinə İnqilabın oğlunun girdiyini söyləmişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4-də yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə qohumluğu və ədavəti yoxdur. Zərərçəkmiş şəxs evinin təmir işlərini görməsi ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Kənanla da qohumluğu və ədavəti olmamışdır. O, təxminən dörd-beş aydır ki, Zərərçəkmiş şəxs Masazır kəndində inşa etdirdiyi evin tikinti və təmir işlərində çalışır, həmçinin həmin evdə aparılan tikinti-təmir işlərində işləyən şəxslərə və tikintiyə rəhbərlik etmişdir. İşçiləri tikinti işlərinə o, cəlb etmişdir. 24 mart 2022-ci il tarixdə saat 09 radələrində iş yerinə gəldikdə görmüşdür ki, evin divarlarına çəkilmiş elektrik naqillərinin suvaqdan çöldə qalan uc hissələri kəsilib aparılmışdır. Sonra ikinci mərtəbədə hamam otağına baxdıqda təmir üçün aldıqları santexnik avadanlıqlarının oğurlandığını görmüşdür. Həmin avadanlıqları iki ədəd kisəyə yığmışdır. Kisələrin içindəki avadanlıqlarla aparıldığını görüb dərhal Zərərçəkmiş şəxs zəng etmiş və evdən oğurluq olması barədə Zərərçəkmiş şəxs bildirmişdir. Hadisə yerinə ev sahibi Zərərçəkmiş şəxs gəldikdən sonra DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bildirmişdir ki, oğurluq nəticəsində dəymiş ziyanı hesablamışlar və oğurlanan əşyaların dəyəri 781 ( yeddi yüz səksən bir) manat, təmir-bərpa işləri ilə əlaqədar xərclər 1200 (min iki yüz) manat, təmir xərcləri ilə birlikdə dəymiş maddi ziyan 1981 ( min doqquz yüz səksən bir) manat təşkil etmişdir. Məhkəmə istintaqında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin payız aylarında tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır kəndində tikdirdiyi yeni evdə gözətçilik etmiş, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs onu həmin işdən kənarlaşdırmışdır. Gözətçi olduğu müddətdə evin həyətində həmin evdə usta işləyən Eldəniz öz itini bağlamış, axşam vaxtları itin yeməyini o vermişdir. Gözətçilikdən çıxarıldıqdan sonra Eldəniz itini zənciri ilə birlikdə Elnarənin həyətindən aparmışdır. Onun Elnarəyə məxsus evdə hər hansı əşyası qalmamışdır. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 7-də yerləşən fərdi evdə yaşayır. Abşeron rayonu, Qurtuluş 93 qəsəbəsində, Masazır -Novxanı avtomobil yolunun kənarında metal qəbulu məntəqəsində fərdi qaydada işləyir. Həmin iki otaqdan ibarət obyekti icarəyə götürüb, həmin yerdə əlvan metalların və plasmas materialların qəbulu işi ilə məşğul olur. Müxtəlif şəxslərdən pul verib qəbul etməklə topladığı metal və plastik materialları Ceyranbatan qəsəbəsində metal əritmə zavoduna təhvil vermişdir. Metal qəbulu məntəqəsində tək işləyir. Vətəndaşlardan aldığı əlvan metal və plastik materialları aldığı şəxslərin adlarını metal qəbuluna dair tərtib etdiyi kitabda qeydiyyat aparmır. Yalnız şübhələndiyi hallarda metal və yaxud digər məhsul təhvil verən şəxslərin şəxsiyyət vəsiqələrinin surətini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin onun işlədiyi qəbul məntəqəsinə gətirilərək ifadəsi yerində yoxlanılıb fotoşəklki çəkilərkən həmin şəxsi üzdən tanımışdır. Adı isə istintaq zamanı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ona cəmi bir dəfə mart ayının ortalarında “Novruz” bayramından qabaq mis metal və plastik əşyalar satmışdır. Kənana həmin metal və plastik əşyalara görə az miqdarda pul vermişdir. Kənanın gətirdiyi malların çəkisi və Kənana verdiyi pulun məbləği yadında qalmamışdır. Kənan ona metal və plastik əşyalar satarkən həmin əşyaların evinin təmirindən artıq qaldığı üçün satdığını bildirmişdir. Ona görə də, Kənanın ona satdığı materialların oğurluq olmasından şübhələnməmişdir. Əgər Kənanın ona satdığı əşyaların oğurluq olduğunu bilsəydi mütləq polisə məlumat vermiş olardı. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdırr. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan 800 manat ödənilib, lakin ona dəyən zərərlər yəni evin yenidən elektrik xətlərinin təmiri, bərpası, ustalara çəkilən xərclər ödənilmədiyindən şikayətçidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3, 29, 177.2.3 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə elan olunmuş ittiham üzrə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 19 (on doqquz) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 11 (on bir) ay 08 (səkkiz) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.3 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 19 (on doqquz) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 11 (on bir) ay 08 (səkkiz) gün müddət hazırki hökmdə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilsin, dərhal həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-363/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-363/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver