Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-363/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Elşən qızının, Zərərçəkmiş şəxs3, zərəçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 avqust 2004-cü ildə İmişli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, hazırda İmişli rayonu Xubyarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayan, Abşeron rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 28 noyabr 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Nəsimi rayonu, H.B. Əliyev küçəsi 15-də yerləşən “Bolluca” uşaq geyimləri mağazasına müştəri qismində daxil olaraq, həmin mağazada işləyən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus masanın üstündə qoyulmuş 1 ədəd 3000 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefon aparatını götürüb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 3000 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2022-ci il tarixdə saat 19-da Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 34-də yerləşən “Galata” tədris mərkəzinə vətəndaşların sərbəst giriş çıxışı mümkün olan vaxtda daxil olaraq, orada işləyən Zərərçəkmiş şəxs1 Elşən qızına məxsus masanın üzərində qoyulmuş 1 ədəd 2800 manat dəyərində olan “İphone 12” markalı mobil telefonu götürüb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 2800 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “Playstation” kompyuter oyun klubunun zal hissəsinə müştəri kimi sərbəst daxil olaraq masanın üzərindən orada işləyən Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 3000 manat dəyərində olan “Samsung S-22” markalı mobil telefon aparatını götürüb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 3000 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsində “Şamlıq” hamamına daxil olaraq dəsmal asılan şkafın üstündə qoyulmuş hamamda istirahət edən Zərərçəkmiş şəxs4b oğluna məxsus 1 ədəd 2450 manat dəyərində olan “İpone 13 Pro” markalı və Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 2380 manat dəyərində olan “İpone 12 Pro “markalı mobil telefon aparatlarını gizli olaraq talamaqla vahid niyyətlə zərərçəkmişlər Zərərçəkmiş şəxs4 2450 manat və Zərərçəkmiş şəxs5 2380 manat, ümumilikdə 4830 ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında bir qədər gəzdikdən sonra Hüseynbala Əliyev küçəsi ilə “Nənəmin təndiri”nə tərəf gedərkən yolun kənarında olan “Bolluca” uşaq geyimləri mağazasına girmiş orada işləyən satıcının digər müştəriyə başı qarışıq olduğunu görüb balaca masanın üzərində olan “İphone 13 Pro Max” markalı mobil telefonu oğurlayaraq oradan çıxıb getmişdir. Bir qədər uzaqlaşdıqdan sonra “Şamaxinka” deyilən ərazidə tanımadığı şəxsə şəxsiyyət vəsiqəsinin surəti ilə oğurladığı telefonu 150 manata satmışdır. Telefonu satdıqdan sonra həmin 150 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində “28 May” metrostansiyasının qarşısından piyada Tarqovi istiqamətinə gedərkən, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Af Mall” ticarət mərkəzinə daxil olmuş orada yerləşən hazırlıq kursunun qarşısından keçərkən yazı masasının üzərində mobil telefon olduğunu görmüşdür. Qeyd etdiyi yerdə heç kimin olmadığını görüb ətrafı müşahidə etdikdən sonra onu da kiminsə görməməsinə əmin olub hazırlıq kursunda olan yazı masasının üzərindən “iPhone 12” markalı mobil telefonu oğurlayaraq dərhal oradan uzaqlaşıb Ticarət mərkəzini tərk etmişdir. Bir qədər getdikdən sonra oğurladığı telefonu satmaq qərarına gəlmiş, həmin telefonu 200 manata öz şəxsiyyət vəsiqəsi ilə 28 may metrosunun qarşısında tanımaığı şəxsə satmışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “Play station” kompüter zalına gəlmişdir. Həmin vaxtın zalın yanında olan kafeyə girib pivə içmişdir. Bundan sonra oradan çıxaraq həmin klubun zal hissəsinə keçib görmüşdür ki, masanın üzərində 1 ədəd Samsung S 22 markalı mobil telefon aparatı vardır. Bundan sonra qərara gəlmişdir ki, həmin telefonu oğurlasın. O, kənara nəzər yetirmiş heç kimin görmədiyini görüb həmin telefonu masanın üzərindən götürüb oradan qaçaraq çıxıb getmişdir. Həmin günün səhəri o, həmin Samsung markalı mobil telefon aparatını Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında yerləşən telefon mağazasına apararaq orada 200 manata satmışdır. Həmin pullarıda yeyib-içməyə xərcləmişdir. Bundan başqa həmin pullar qurtardıqdan sonra o, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsində yerləşən Şamlıq hamamına gəlmişdir. Həmin hamama 14 manat giriş haqqı verib içəri daxil olmuşdur. Hamamda bir az çimdikdən sonra o, ümumi basseyn olan otağa gəlmiş, bu zaman orada dəsmalların üzərində 1 ədəd İphone 13 Pro və 1 ədəd İpoene 12 Pro markalı telefonlar görmüşdür. Kənara baxmış və görmüşdür ki, adam azdı bundan sonra həmin telefonları götürüb geyinmə otağına keçmiş, paltarlarını geyinib oradan uzaqlaşaraq kirayədə yaşadığı evə getmişdir. Həmin telefonları söndürüb həmin günün səhəri Bakıı şəhəri 20 yanvar metrosunun yaxınlığında yerləşən telefon dükanına hər birini 200 manata sataraq 400 manatı cibinə qoyaraq öz şəxsi ehtiyaclarına ödəmişdir. dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 14 il olar ki, Nəsimi rayonu, Hüseybala Əliyev küçəsində yerləşən “Bolluca” uşaq geyimləri mağzasını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində işlədiyi mağazada açıq mavi rəngli, yaddaş tutumu 256 GB olan “İphone 13 Pro Max” markalı mobil telefonunu orada olan masanın üzərinə qoyub mağazadakı müştərilərə başı qarışdığından, orada digər müştəri qismində olan şəxs ona məxsus olan mobil telefonunu masanın üzərindən oğurlayaraq dərhal oranı tərk etmişdir. Bundan sonra o, hadisə barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Mağazada olan video muşahidə kamerasına qeyd olunduğu kimi həmin şəxs təxminən 20- 22 yaşlarında olan orta boylu gənc oğlan olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, dymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Elşən qızı ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayından “Af Mall” ticarət mərkəzində yerləşən “Galata” tədris mərkəzində ofis meneceri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində işlədiyi tədris mərkəzində olarkən ofisdə yerləşən yazı masasının üzrərində ona məxsus qara rəngli, yaddaş tutumu 64 GB olan “iPhone 12” markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin gün bir qədər telefonunu axtarmış və daha sonra orada olan video müşahidə kamerasına baxmaq istədikdə gec olduğundan, səhəri gün kamera görüntülərinə baxarkən telefonu oğurlayan şəxsin təxminən 19-20 yaşlarında olan orta boylu gənc oğlan olduğunu görüb bir daha telefonunun oğurlandığına əmin olduqdan sonra, o, hadisə barədə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu 27-ci məhəllə ərazisində yerləşən “Play station” klubda administrator işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:30 radələrində özünə məxsus 3000 manat dəyərində, tünd narıncı rəngdə və üzərində 070 560 30 30 nömrəsi olan telefonunu, zalda bar stolun üzərinə qoymuş, salonda olan müştərillərlə söhbət edib geri qayıtmış və görmüşdür ki, stolun üzərinə qoyduğu telefonu oğurlayıblar. Əvvəlcə otağı axtarmış və sonrada kamera görüntülərinə baxdıqda bir nəfər cavan oğlan telefonu götürüb getyini görmüşdür. Lakin həmin şəxsi o, birinci dəfə idi ki, görürdü. Ona görə də o, polisə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Xızı rayonu Şurabad qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bizon boyaları şirkətində satış meneceri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs5 onun dostudur. Münasibətləri bir dost kimi həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə Nurlan ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizdaə küçəsində yerləşən “Şamlıq” hamama gəlib orada dincəlməyə razılaşmışlar. Təxminən saat 17 radələrində onlar hamama gəlib orada dincəlməyə başlamışlar. Ümimi hamamın hovuzu olan otağında o və Nurlan özünə məxsus İpone markalı mobil telefonları dəsmal şkafının üstünə qoyaraq parnoya girmişlər. Təxminən 10 dəqiqədən sonra çıxmışlar və naməlum şəxs və ya şəxlər mobil telefonlarını oğurladıqlarını görmüşlər. Bundan sonra telefonları axtarsalar da tapa bilmədikləri üçün hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişlər. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onun telefonu İpone 13 Pro olmuş, üzərində ***-***-**- ** nömrəsi olmuşdur. Telefonunun qiyməti 2450 manatdır. İmei kodu **********42436-dı. Üzərində olan nömrəni isə 5 manata almışdır. O həm də mülki iddia vermıklə 2450 manat dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hümbətov X2 Havadar Baba oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. O həm də mülki iddia vermıklə 2380 manat dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/757 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydad təxminən aşağıdakı kimi müəyyən edilir.
1. 01 ədəd açıq mavi rəngli “İphone 13 Pro Max” markalı 256 GB yaddaşlı mobil telefon – 1850,0 manat
2. 01 ədəd qara rəngli “İphone 12” markalı 64 GB yaddaşlı mobil telefon – 900 manat Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Bundan başqa məhkəmə cinayət işi üzrə mövcud halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay, yəni 12 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkən şəxslərin mülki iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi ziyanın əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 2450 manat pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Bundan başqa zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi ziyanın əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 2380 manat pulun tutulub ona verilməsi barədə mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddianı müzakirə edən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 iddiası təmin edilməli, ona dəymiş maddi ziyan 2450 manat pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 iddiası təmin edilməli, ona dəymiş maddi ziyan 2380 manat pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilməlidir. İş üzrə 50 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 50 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2450 (iki min dörd yüz əlli) manat pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin. Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2380 (iki min üç yüz səksəni) manat pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva