Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-364/2020 27.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi, M.Hüseynzadə küçəsi, ev 18-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2020-ci ildə saat 14:00 radələrində ünvan 1 bağlar 1 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarında həyətə keçib, həyətdə yerləşən sanitar qovşağından qaraja qanunsuz daxil olub oradan 1 ədəd 100 manat dəyərində açıq qəhvəyi rəngli divan, 3 ədəd hər biri 30 manat olmaqla 90 manat dəyərində bir nəfərlik dəmir çarpayı, 1 ədəd 25 manat dəyərində gümüşü rəngli JVC markalı 37 dioqanallı (trupkalı) televizor, 1 ədəd 200 manat dəyərində ağ rəngli Nord markalı soyuducu, 1 ədəd 80 manat dəyərində ağ rəngli qaz sobası, 1 ədəd 70 manat dəyərində göy rəngli orta ölçülü Marquis markalı su mühərriki, 1 ədəd 15 manat dəyərində elektrik su qaynadan, 5 ədəd hər biri 30 manat olmaqla ümumi dəyəri 150 manat olan alüminum qazanları, 1 ədəd 30 manat dəyərində dəmir manqalı ümumilikdə 760 manat dəyərində əşyaları oğurlamaq istəyən zaman Abşeron rayon MP-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə təqdim edildiyindən öz iradəsindən asılı olmayan səbəbdən cinayətkar əməlini başa çatdıra bilməyərək gizli olaraq oğurluq etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, M.Hüseynzadə küçəsi, ev 18-də valideyinləri ilə birlikdə yaşayır. Avtoyuma yerində avtomobil yumaqla məşqul olur və bundan başqa tikintidə fəhləlik edir. xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Əvəz, Əvəzin qardaşı Anarla birlikdə Əvəzin Abşeron rayonu, Novxanı kəndinə yaşadığı evin hasarını sökmüşdür. Həyətdən çıxan zibili yığıb yaxınlıqda yerləşən zibil yerinə atmağa aparmışdır. Zibili atıb geri qayıdan zaman yaşayış olmayan fərdi yaşayış evi görmüşdür. Həmin evin hasarından həyətə baxmış və həyətdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Hasardan həyətə daxil olmuşdur. Evə baxmış, evin qapısı və pəncərələri bağlı olduğundan, həyətdə olan qaraja tərəf getmişdir. Qarajın qapısının da bağlı olduğunu bildikdən sonra qaraja birləşik tualetin qapısının açıq olmasından istifadə edib, içəri daxil olmuşdur. Tualetin yuxarı hissəsinə baxmış və tualetin yuxarı hissəsində mişar daşının yerindən oynadığını görüb əli ilə həmin daşı itələyib qarajın içərisinə salmışdır. Oradan qarajın içərsinə baxmışdır. Qarajda çarpayı, divan, qaz sobası, soyuducu, manqal və digər əşyalar olduğunu görmüşdür. Qarajda olan zaman qarajın qapısının döyülmüşdür. Bayırdan qarajda kimin olduğunu soruşmuşlar. Ev sahibinin gəldiyini zənn edib qaraja daxil olduğu yerdən həyətə çıxmışdır. Həyətə çıxan zaman polis əməkdaşlarının həyətdə olduğunu görmüşdür. Polis əməkdaşları ondan həyətdə nə etdiyini soruşduqda, oğurluğa gəldiyini bildirmişdir. Polis əməkdaşları onu saxlayıb Abşeron rayon polis idarəsinə məlumat vermişlər. Başqa evdən oğurluq etməmişdir. Oradan kabel və başqa əşyalar oğurlamaq məqsədi ilə daxil olmuşdur. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən 6 il olar ki, Abşeron rayonu, Novxanı kəndi, yeni bağlar 1 saylı ünvanda 0,06 ha torpaq sahəsində 1 mərtəbə və 1 mansardan ibarət fərdi yaşayış evi tiktirmişdir. Həmin evi təmiri tam başa çatmadığından yaşayış yoxdur. Fərdi yaşayış evin həyətində avtomobil saxlamaq üçün qaraj və qarajın yanında sanitar qovşağı tikdirmişdir. Həmin qarajda 1 ədəd 150 manat dəyərində divan, 3 ədəd hər biri 60 manat olan çarpayı, 1 ədəd 100 manat dəyərində JVC markalı 37 dioqanallı televizor, 1 ədəd 200 manat dəyərində Norf markalı soyuducu, 1 ədəd 100 manat dəyərində qaz sobası, 1 ədəd 200 manat dəyərində su matoru, 1 ədəd 100 manat elektrik qızdırıcı, ümumi dəyəri 400 manat olan 5 ədəd qazanlar, 1 ədəd 100 manat dəyərində manqal olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 14 :30 radələrində işdə olan zaman Abşeron RMİ-dən ona zəng vurub bir nəfər şəxsin oğurluq məqsədi ilə ona məxsus evin qarajına girdiyini və polis əməkdaşları tərəfindən tutuluduğunu bildirmişlər. Həmin ünvana gəlmiş və oradan da Abşeron rayon polis idarəisnə gələrək ərizə ilə müraciət etmişdir. Ona fərdi yaşayış evindən oğurluq edən şəxsi əvvəllər tanımamışdır. Fərdi yaşayış evinindən və qarajdan dəyərli əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, həmin tarixdən də Abşeron rayon mühafizə idarəsində polis nəfəri vəzifəsində xidmət edir. Şahid1 və Şahid3 ilə birlikdə Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən mühafizə altında olan və siqnalizasiya quraşdırılmış obyektlərə və bağ evlərinə nəzarət etmişlər. Bununla bağlı onlar Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Abşeron rayon mühafizə idarəsinin Novxanı bağlar massivi bölməsində gündəlik xidmət aparılır. Həmçinin onlar Abşeron rayon mühafizə idarəsi tərəfindən “VAZ-2121” Niva markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil təkim olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 14:01 dəqiqədə mərkəzləşdirilmiş məlumat mərkəzində radiostansiya vasitəsi ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən həyacan siqnalı daxil olmuşdur. Onlar dərhal həmin ünvana getmişlər. Şahid3la birlikdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətə giriş qapısını açarla açıb həyət daxil omuşlar və həyətdə avtomobil saxlamaq üçün tikilmiş qaraja tərəf getmişlər. Onlar qarajın giriş qapısının qarşısına çatıb qarajdan səs gəldiyini eşidib içəridə kimin olduğunu soruşmuşlar. Təxminən 1-2 dəqiqə sonra onların gəlməklərini bilən sonradan Abşeron rayonu, Novxanı kənd sakini olan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs qaraja bitişik tikilmiş tualetin içərisində bayıra çıxmışdır. Onlar Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs hadisə zamanı tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsınə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 330 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 760.00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon İHB-in Novxanı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-364/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-364/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver