Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-364/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvəllər məhkum olunmuş, Abşeron rayonu, Məmmədli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs hazırda barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik tərkibli toxumu əldə edib 2020-ci ilin avqust ayında yaşadığı Abşeron rayonu, Məmmədli kəndində evin həyətində əkib yetişdirdiyi 1(bir) ədəd çətənə kolu bitkisinin yarpaqlarını toplayıb qurudaraq bu yolla satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 4 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,757 qram, 3,941 qram, 4,358 qram və 4,746 qram, ümumi çəkisi 17,802 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əynində olan gödəkçəsinin cibində saxlamış, 06.02.2021-ci il tarixdə saat 18 radələrində, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Abşeron rayonu Məmmədli kəndi ərazisində saxlanılıb həmin bölməyə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkçəsinin sağ yan cibindən 4 (dörd) ədəd kibrit qutusunda, həmin ümumi təmiz çəkisi 17,802 qram olan narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvüləri ilə birlikdə Abşeron rayonun Məmmədli kəndində yaşayır. O, təxminən 3-4 il olar ki, narkotik vasitə olan marixuanadan hərdən bir istifadə edir. 2020-ci ilin təxminən avqust ayında yaşadığı evin həyətində tərəvəz əkmək üçün toxum səpmiş, bir neçə gündən sonra həmin toxum cücərmiş, tərəvəz toxumlarının içərisində 1 ədəd çətənə kolu olduğunu məyyən etmişdir. O, həmin çətənə koluna qulluq etdirib böyütmüş, bir neçə ay bundan əvvəl, yani 2020-ci ilin dekabr ayının axırlarında həmin bir ədəd çətənə kolunun quruduğunu görüb, həmin çətənə kolunu torpaqdan çıxartmış, üzərində olan yarpaqlarını qurudub özü istifadə etmək üçün evdə kibrit qutusuna yığıb cibində saxlamışdır. O, həmin bir ədəd çətənə kolundan topladığı marixuananı özü istifadə etmək üçün kibrit qutularına yığıb üzərində saxlamış, 06.02.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Abşeron rayonu Məmmədli kəndində yaşadığı evin yaxınlığında piyada gəzərkən, Abşeron RPİ-nin X5 əməkldaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin üzərində gəzdirilməsində və daşınmasında şübhəli olduğunu deyib onu polis bölməsinə dəvət etmişər. O, polis əməkdaşları ilə birlikdə Mehdiabad polis bölməsinə getmiş, polis bölməində xidməti iş otaqlarından birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet və narkotik maddə olub-olmamasını və varsa təqdim etməsi bildirilmişlər. O, həmin şəxslərin iştirakı və video çəklişlə, əynində olan qış gödəkçəsinin sağ yan cibində içərisində narkotik vasitə marixuana olan dörd ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları içərisində marixuana olan həmin dörd ədəd kibrit qutularını, içərisində olan qurudulmuş marixuana ilə birlikdə ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırmışlar. O və orada olan iştirakçılar bu barədə tərtib edilmiş protokolu və zərfi imza etmişlər. Onun üzərindən digər qanunla qadağan edilmiş hər hansı əşya və predmet, həmçinin yuxarıda göstərdiyi 4 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutusundan başqa narkotik vasitə aşkar edilməmişdir. O, həmin tərəvəz toxumların kimdən və haradan aldığını xatırlamır, həmin tərəvəz toxumunun içərisində narkotik tərkibli toxum olduğunu bilməmiş, lakin həmin toxumları əkəndən sonra bir ədəd cücərmiş toxum çətənə koluna oxşadığını bilmiş, bu səbəbdən də həmin bir ədəd marixuana koluna qulluq etmiş, dibini boşaldıb su vermişdir. Həmin kol yekələndən sonra özü istifadə etmək üçün, həmin bir ədəd kolun quruduğunu görmüş, həmin bir ədəd koldan tökülmüş yarpaqları qurutduqdan sonra kibrit qutularına yığıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin kolun narkotik tərkibli çtənə bitkisi olmasını ondan başqa heç kim bilməmiş, həmin bir ədəd koldan topladığı marixuanadan heç kimə verməmiş, satmamış, topladığı qurudulmuş marixuanadan yalnız özü istifadə etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində üç azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsindən görünür ki, Abşeron rayon Polis İdarəsinin Mediabad polis Bölməsində Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin fevral ayının əvəllərində onun icraatına xx.xx.1984-cü ildə Abşeron rayonu Məhəmmədli kəndində anadan olmuş, həmin kəndə daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını yoxlanılması üçün polis bölməsinin rəhbərliyinə məruzə etmiş, polis bölməsində əməliyyat qrupu yaradılmış, həmin qrupa sahə rəisi polis kapitanı Şahid2 da daxil olmuşdur. 06.02.2021-ci il tarixdə saat təxminən 18 radələrində Mehdiabad PB-in sahə rəisi, polis kapitanı Şahid2lə birlikdə Abşeron rayonu, Məhəmmədli kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilmiş, Mehdiabad polis bölməsində otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq şabaladı rəngli isti qış gödəkçəsinin sağ yan cibindən dörd ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin dörd ədəd kibrit qutusunun içərisində olan narkotik vasitəyə bənzər kütlə iştirakçıların yanında qablaşdırılaraq təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən həmin protokol və içərisində narkoitik vasitə olan zərf imzalanmışdır. Mehdiabad polis bölməsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutusunda olan marixuananı təxminən 6 ay əvvəl özü yaşadığı evin həyətində olan bir ədəd narkotik tərkibli çətənə kolundan özü istifadə etmək üçün yığıb topladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid2 digər şahid dindirilmiş Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 06.02.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs oğlu, Abşeron rayonu Məhəmmədli kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-in Mehdiabad polis bölməsinə gətirilmiş, orada otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qış gödəkçəsinin qabaq sağ yan cibindən 4 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutusu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının 07.02.2021-ci il tarixli 7/165 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı üzərindən götürülmüş 4 (dörd) ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər kütlə » yazılar və imzalar olan zərfdə 4 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -4,757 qram, 3,941 qram, 4,358 qram, 4,746 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 17,802 qramdır. Təqdim edilmiş dörd ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Marixuana Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağa edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Marixuanalrın təmiz çəkisi-17,802 qram, tədiqaqata sərf edildi-0,08 qram, qalıq-17,722 qram; Ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat, qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 17.03.2021-ci il tarixli 812 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17.04.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 04 ədəd kibrit qutusunda təmiz çəkisi 17,722 qram olan qurudulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Abşeron rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasısına məhkum edilmiş, 19.11.2020-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CMnin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan mərhum etməyə nisbətdə daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində- onlar cazasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilir. İş materiallarında olan Məmmədli Kənd İƏDÜ nümayəndəsi ərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.08.2010-cu il təvəllüdlü Murtuz Rəhimli, 15.07.2012ci il təvəllüdlü Zəhra Rəhimli və 11.12.2017-ci il təvəllüdlü Nicat Rəhimli adlı üç azyaşlı övladı var. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı övladının olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08.02.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 08.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barədə olan həmin rəydəki eksperthəkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 17,722 qram olan narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 66.46 (altmış altı manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 ( iki yüz qırx) manat məbləğində, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 06 fevral 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 66.46 (altmış altı manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş çəkisi 17,722 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 06 fevral 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 ( iki yüz qırx) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-364/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-364/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver