Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-364/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti iləözgənin əmlakını gizli olaraq talama məqsədilə12 dekabr 2018-ci il tarixdəgünün günorta saatlarında ünvan 3 ünvanında "xxxx" MTK-nın yaşayış binasının zirzəmisində yerləşən əvvəl işlədiyi plastik qapı-pəncərə düzəldilmə sexinin qapısınıözündə olan açarla açaraq qanunsuz olaraq saxlanc yerinə yəni Zərərçəkmiş şəxs məxsus sexə daxil olaraq oradan 7 ədəd hər biri 300 manat olmaqla ümumilikdə 2100 manat dəyərində alminium materialından olan qapıları, 01 ədəd 2000 manat dəyərindəüzərində “Teknomak” yazısı olan plastik qapı-pəncərə istehsalına aid aparatı, 01 ədəd 650 manat dəyərindəplastik qapı-pəncərə istehsalına aidüzərində “Zhongyye 7120” yazısı olan elektrik mühərriki ilə işləyən avadanlığı və 02 ədəd hər biri 500 manat olmaqla 1000 manat dəyərindəüzərində “Yılmaz Made in Turkey” yazıları olan elektrik mühərriki ilə işləyən avadanlığıgizli talama yolu ilə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ümumilikdə 5750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin noyabr ayının ortalatrında Abşeron rayon ərazisində yerləşən “Evrohome” tikinti və inşaat materialların satışı bazarında tanışlarımın yanına tez-tez gedib gəlir. Həmin vaxtı işsiz olmuşdur. Belə ki, tanışları həmin bazarda tikinti və inşaat materialların satışı ilə məşğul olmuşlar. 2018-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs tanışlarının yanına gələrək tikinti və inşaat materialları almışdır. O, Sabitlə tanış olmuşdur. Məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır kəndində "xxxx" MTK-nın ərazisində yerləşən B4 nömrəli yaşayış binasının zirzəmisində qapı-pəncərə sexi işlədir. O, Sabitdən onu da işə götürməsini xahiş etmiş, Sabit onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs məxsus qapı-pəncərə sexində nəzarətçi kimi işləmişdir. Orada nadir hallarda işçi olmuşdur. O, sexin içərisində olan əşyalara nəzarət etmişdir. Sabit sexin açarlarından birini ona vermişdir. Həmin vaxtı qardaşı Elşən ağır xəstə idi, onun müalicəsinə pul lazım idi. Ona görə də həmin sexdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2018-cil tarixdə yükləri daşımaq üçün tanışı Sübhana zəng vurmuşdur. Ona bildirmişdir ki, sexdəki ona məxsus bəzi malları daşımaq lazımdır. Ona maşın lazımdır. O, bildirmişdir ki, Sübhan əlvan metalların yığımı ilə məşğul olur. Həmçinin onu da bilmişdir ki, Sübhanın Qazel markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük maşını var, lakin onun sürücülük vəsiqəsi olmadığına görə həmin maşını Etibar adlı şəxs idarə etmişdir. Sübhan onunla razılaşmışdır. O və Sübhan birlikdə Etibarın idarə etdiyi Qazel markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Abşeron rayonu Masazır kəndində "xxxx" MTK-nın ərazisində yerləşən B4 nömrəli yaşayış binasının qarşısına gəlmişlər. O, zirzəmidə yerləşən qapı-pəncərə sexini özündə olan açarla açıb içəri daxil olmuşdur. Oradan aluminium pəncərənin tullantıları, plastik pəncərənin qaynaq aparatı, 3 ədəd plastik qapı-pəncərə üçün olan elektrik mühərriki ilə işləyən avadanlığı növbə ilə daşıyaraq yük maşınına yükləmişdir. Bundan sonra o, həmin malları Bakı şəhəri, NZS adlanan əraziyə aparıb orada metal qəbulu sexinə 136 manata satmışdır. Əldə etdiyi puldan 35 manat pulu gedişhaqqı olaraq Sübhana vermişdir. Qalan pulu isə özü üçün xərcləmişdir. Bundan 1-2 gün sonra o, Rusiya Federasiyasına getmişdir. 24 aprel 2022-ci il tarixdə Azərbayan Respublikasına qayıdarkən “Qırmızı körpü” SKM-dən Azərbaycan Respublikasına keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Sabit Əlisadəyə məxsus sexdən aluminium pəncərənin tullantıları, plastik pəncərənin qaynaq aparatı, 3 ədəd plastik qapı-pəncərə üçün olan elektrik mühərriki ilə işləyən avadanlıq oğurlamış, onun qeyd olunan qapı-pəncərə sexindən oğurluq etməyi barədə Etibar və Sübhan adlı şəxslərin məlumatı olmamış, o, həmin şəxslərə həmin malların özünə məxsus olduğunu, sadəcə həmin malların daşınmasında ona yük maşını lazım olduğunu bildirmişdir. Onun oğurluq etməyi barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər atası Zabitin Abşeron rayonu, Masazır kəndində yerləşən “Viktoriya-313” MTN-nın həyətindəki yaşayış binasının zirzəmisində olan plastik qapı-pəncərənin düzəldilməsi sexini işlətmişdir. 2018-ci ilin dekabr ayının əvvəlində atası rəhmətə getmişdir və həmin sex ona qalmışdır. Atası rəhmətə gedəndən sonra sexin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. 12 dekabr 2018-ci il tarixdə sexdə oğurluq hadisəsi baş vermişdir. Həmin vaxt sexə baxanda 1 ədəd qaynaq aparatı, 7 ədəd alminium qapılar oğurlandığını aşkarlamışdır. Oğurluqla bağlı sexdə əvvəl işləmiş Seymur adlı şəxsdən şübhələnir. Sexdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonra polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, sexdən oğurluğu həqiqətəndə Seymur etmişdir. Seymur əvvəl sexdə işləmişdir, sex barədə dolğun məlumatlı idi. Baxmayaraq ki, atası ondan sexin açarını alıb işdən çıxartsada Seymur açarın birini özündə saxlamışdır və atasının ölməsi zaman başlarının qarışıq olmasından istifadə edib sexdən oğurluq etmişdir. Belə ki, 12 dekabr 2018-ci il tarixdə Seymur özündə olan açarla sexin qapısını açıb içəri daxil olaraq sexdən 01 ədəd plastik qapı-pəncərə istehsalına aid qaynaq aparatını, 03 ədəd plastik qapı-pəncərə istehsalına aid elektrik mühərliki ilə işləyən aparatları və 7 ədəd alminium qapıların oğurlamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Seymur sexdən 01 ədəd plastik qapı-pəncərə istehsalına aid qaynaq aparatını, 03 ədəd plastik qapıpəncərə istehsalına aid elektrik mühərliki ilə işləyən aparatları və 7 ədəd alminium qapıları oğurlanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Seymur əvvəl sexdə nəzarətçi kimi işləmişdir. Atası ona açarı vermişdir ki, gələndə işə sexin qapısını aça bilsin. Lakin, son vaxt atası ölməmişdən qabaq Seymurdan sexin açarını alıb onuda işdən uzaqlaşdırmışdır. 2018-ci il tarixdə Abşeron rayon Masazır qəsəbəsində yerləşən plastik qapı-pəncərə seximdən oğurluq hadisəsi zamanı sexdən 7 ədəd aluminium qapıları, 1 ədəd “Texnomak” markalı qaynaq aparatının oğurlanması barədə məlumat vermiş, lakin daha sonra ona məlum olmuşdur ki, həmin vaxtı 1 ədəd “Zhongyue 7120” markalı elektrik mühərriki ilə işləyən avadanlıq və 2 ədəd üzərində “Yılmaz Made in Turkey” yazıları olan, elektrik mühərriki ilə işləyən avadanlıqlar oğurlanmışdır. Bildirmişdir ki, 1 ədəd “Texnomak” markalı qaynaq aparatı, 1 ədəd “Zhongyue 7120” markalı elektrik mühərriki ilə işləyən avadanlıq və 2 ədəd üzərində “Yılmaz Made in Turkey” yazıları olan, elektrik mühərriki ona qaytarılmış, lakin 7 ədəd aluminium qapılar qaytarılmamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə zamanı tədqiq edilmiş ifadəsindən görünür ki, o, əvvəllər Gəncə şəhərində yaşamış, lakin Gəncə şəhərində iş olmadığına görə 6-7 ildir ki, Bakı şəhərinə ailəsi ilə birlikdə köçmüşdür. Hazırda qara və əlvan metalların yığımı ilə məşqul olur. O, bu işi Etibar adlı qonşusu ilə birlikdə görür. Etibar Qazel markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edir. Həmin avtomobili Vüsal adlı qohumun onlara vermişdir ki, çörək pulu qazansınlar. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, Gəncə şəhərində qonşusu olmuş, onunla düşmənçiliyi və ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Bir neçə gün qabaq Seymur ona zəng vurub demişdir ki, «Abşeron rayuonu, Masazır qəsəbəsinə alminum var, gəl al». O, da Etibarla birlikdə Abşeron rayuonu, Masazır qəsəbəsinə getmişlər. “Qurtuluş 93” yaşayış kompleksinin qarşısında Seymur onları qarşılamış, oradan da birlikdə “Qurtuluş 93” yaşayış kompleksinə aid olmayan adını xatırlamadığı yaşayış kompleksinin həyətinə getmişlər, orada yeni tikilən hündür mərtəbəli binanın zirzəmisində olan qapı-pəncərə sexinə getmişlər. Etibar avtomaşını sexin qarşısında saxlamışdır. Həmin vaxt ətrafda binada işləyən ustalarda onları görmüşdür. Onlar sexin hissələrə bölünmüş alminium materialından hazırlanmış qapı və pəncərələr idi. Onlar həmin vaxt alminumları tərəzidə çəkmiş və cəmi 75 kiloqram alminum olmuşdur. Bundan başqa hissələrə bölünmüş plastik pəncərəyə aid 40 kiloqram plastiklər də vardı. Alminumlara görə hər kiloqramına 1 manat 20 qəpik, plastiklərə görə isə hər kiloqramına 40 qəpikdən pulu Seymura vermişlər. Seymura ümumilikdə 136 manat pul vermişlər. Onlar alminumları götürərkən Seymur onlara demişdir ki, «burda avadanlıqlar var, onu ustaya aparmaq lazımdır». Onlar ona demişlər ki, Xətai rayonu, Opede qəsəbəsinə gedirlər, metalları ora təhvil verəcəklər. Seymur ona demişdir ki, «ora kimi sexin avadanlıqlarını aparın, ordan başqa maşınla özüm aparacam». Onlapr razılaşmışlar, 01 ədəd böyük sexə aid avadanlıq idi, 2 ədəd isə kiçik ölçülü nəsə kəsən avadanlıq idi. Onlar avadanlıqları Opede qəsəbəsində yerləşən “Üç qardaşçay evi”-nin yanında avadanlıqları düşürtmüşlər, ordan Seymur yükdaşıma xidmətinə zəng vurub çağırmışdır. Seymur avadanlıqları Keşlə qəsəbəsinə gətirdikləri üçün onlara ümumilikdə 35 manat pul vermişdir. Seymur avadanlıqları oradan yükdaşıma xidmətinin yük avtomobili ilə təmirə aparmışdır. Konkret olaraq hara aparmağını bilmir. Onlar Seymurdan aldıqları alminum və plastikləri Bakı şəhəri, Xətai rayonu, Opede adlanan qəsəbədə yerləşən əlvan metalların qəbulu məntəqəsinə vermişlər. Alminumların bir kiloqramını 1 manat 70 qəpikdən, plastikləri isə bir kiloqramını isə 45 qəpikdən vermişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığınız alminumla plastik materialların oğurluq olmasını bilməmiş, bilsəydi heç vaxt götürməzdir. Həmdə o, Seymurdan gözləməzdir. Seymur əvvəl ticarətlə məşqul olub, yaxşı imkanı olub. Bundan başqa onlar sexə gedəndə orda binada ustalar işləmiş, günün günorta vaxtı idi. Seymur sexin qapısını açarla özü açmış və onlara demişdir ki, həmin sexdə işləyir, sex yiyəsi sexi ona tapşırıb. Onun ağlına gəlməzdi ki, Seymur ordan oğurluq etsin. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, X2 onun qapı qonşusudur, sonuncu ilə birlikdə əlvan metalların yığımı ilə məşqul olur. Sübhanın Vüsal adlı qohumu Qazel markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yül avtomaşınını Sübhana vermişdir ki, çörəkpulu qazansın. Sübhanın sürücülük vəsiqəsi olmadığına görə sürücü kimi ona avtomaşını vermişdir ki, avtomaşını idarə etsin. Əlvan metaslın yığımı ilə Sübhan məşqul olmuş, o, isə ancaq sürücülük etmişdir. Qazel markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yül avtomaşını sürücülük vəsiqəm olsada idarə etmək üçün etibarnaməsi yoxdur. Onun sürücülük vəsiqəsi var, lakin bir neçə gün qabaq Sübhana Seymur adlı tanışı zəng vurub çağırmışdır ki, Masazır qəsəbəsində alminumlar var, gəl apar. Onlar oranı tanımamış, Sübhanla birlikdə Abşeron rayuonu, Masazır qəsəbəsinə getmişlər. “Qurtuluş 93” yaşayış kompleksinin qarşısında Seymur onları qarşılamış, oradan da birlikdə “Qurtuluş 93” yaşayış kompleksinə aid olmayan adını xatırlamadığım yaşayış kompleksinin həyətinə getmişlər, orada yeni tikilən hündür mərtəbəli binanın zirzəmisində olan qapı-pəncərə sexinə getmişlər. O, avtomaşını sexin qarşısında saxlamışdır. Həmin vaxt ətrafda binada işləyən ustalarda onları görmüşdür. Onlar sexin hissələrə bölünmüş alminium materialından hazırlanmış qapı və pəncərələr idi. Həmin vaxt Sübhan alminumları və plastik materialları tərəzidə çəkmiş və Seymurla aralarında ümumi razılığa gəlmişlər. Onlar alminumları götürərkən Seymur onlara demişdir ki, burda avadanlıqlar var, onu Yasamal rayonunda yerləşən ustaya aparmaq lazımdır. O, Seymura demişdir ki, «sənədim tam olmadığına görə Yasamala gedə bilmərəm». Sonra Seymur demişdir ki, «siz Opede qəsəbəsinə kimi aparın, ordanda başqa maşınla əşyaları apararam». Razılaşmadan sonra sexdən 1 ədəd böyük və iki ədəd balaca aparatı maşına yükləmişlər, ordanda Xətai rayonu, Opede qəsəbəsinə getmişlər, orada 1 ədəd böyük və iki ədəd balaca aparatları düşürtmülər, Seymur yükdaşıma xidməti çağırtdırıb onların avtomaşını ilə 1 ədəd böyük və iki ədəd balaca aparatı harasa aparmışdır. Seymur getdikdən sonra Sübhan alminumla plastik əşyalarını Opede qəsəbəsində olan əlvan-metalların qəbulu sexinə təhvil vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Seymurdan sonruşduqda sonuncu bildirmişdir ki, həmin sexdə işləyir, sexin yiyəsi sexi ona tapşırıb. Onlar onu Opede qəsəbəsinə kimi gətirmişlər, ordan Seymur avadanları yükdaşıma xidmətilə hara aparmasını bilmirlər Təqsirləndirilən şəxs aldıqları əşyaların oğurluq olmasını bilməmişlər. Bundan başqa onlar sexə gedəndə orada binada ustalar işləmiş, günün günorta vaxtı idi. Seymur sexin qapısını açarla özü açmış və onlara demişdir ki, həmin sexdə işləyir, sex yiyəsi sexi ona tapşırıb. Onun ağlına gəlməzdi ki, Seymur ordan oğurluq etsin. İş materiallarında olan götürmə haqqında protokoldan görünür ki, cinayət işi üzrə Şahid1 təqdim etdiyi 01 ədəd plastik qapı-pəncərə istehsalına aid qaynaq avadanlığı və 03 ədəd plastik qapı-pəncərə istehsalına aid elektrik mühərriki işə işləyən avadanlıqlar götürülmüşdür. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 1862 nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, 01 ədəd üzərində Teknomak yazıları olan plastik qapı-pəncərə istehsalına aid qaynaq apparatı-2000,00 manat, 01 ədəd plastik qapı-pəncərə istehsalına aid üzərində «Zhongyue 7120» yazıları olan elektrik mühərriki ilə işləyən avadanlıq-650,00 manat, 02 ədəd üzərində «Yılmaz Made in Turkey» yazıları olan elektrik mühərriki ilə işləyən avadanlıq-1000,00 (2x500) manat. Təqdim edilmiş malların istifadəyə yararlı olub-olmaması həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Zərərçəkmiş şəxs özünə məxsus olan 01 ədəd üzərində “Teknomak” yazısı olan plastik qapı-pəncərə istehsalına aid aparatı, 01 ədəd plastik qapı-pəncərə istehsalına aid üzərində “Zhongyye 7120” yazısı olan elektrik mühərriki ilə işləyən avadanlığı və 02 ədəd üzərində “Yılmaz Made in Turkey” yazıları olan elektrik mühərriki ilə işləyən avadanlığını Abşeron RPİnin istintaq şöbəsindən təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onun şikayət və tələbi yoxdur. İş materiallarında olan DIN BƏSII-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq qaytarıldığı üçün ödənilməsi halı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, vurulmuş ziyanın ödənilməsi, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, dərhal MSY-dan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Gəncə şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Gəncə şəhəri Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Gəncə şəhəri Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd üzərində “Teknomak” yazısı olan plastik qapı-pəncərə istehsalına aid aparatı, 01 ədəd plastik qapı-pəncərə istehsalına aid üzərində “Zhongyye 7120” yazısı olan elektrik mühərriki ilə işləyən avadanlığı və 02 ədəd üzərində “Yılmaz Made in Turkey” yazıları olan elektrik mühərriki ilə işləyən avadanlığın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Gəncə şəhəri ərazisini və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş maddi sübut olan 01 ədəd üzərində “Teknomak” yazısı olan plastik qapı-pəncərə istehsalına aid aparatı, 01 ədəd plastik qapı-pəncərə istehsalına aid üzərində “Zhongyye 7120” yazısı olan elektrik mühərriki ilə işləyən avadanlığı və 02 ədəd üzərində “Yılmaz Made in Turkey” yazıları olan elektrik mühərriki ilə işləyən avadanlığın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-364/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-364/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver