Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-364/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR-sı, Şərur rayonu, Çərçibogan kəndində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, əvvəllər məhkum olmamış, orta təhsilli, evli, X2, Şərur rayonu, Çərçibogan kəndində qeydiyyatda olan Abşeron rayonu, Saray qəsəbəsi "Domlar” adlanan yerdə kirayədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə qaynanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 əmlakını yandırmaqla qəsdən məhv etmək qərarına gəlmiş, bu məqsədlə yanacaqdoldurma məntəqəsindən hər birində bir litr olmaqla iki butulka benzin alaraq xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Saray qəsəbəsi, 20 Yanvar küçəsi 2 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 2500 manat dəyərində 2 saylı mənzilin qarşısına gələrək, yerdən götürdüyü daşla mənzilin pəncərəsinin şüşəsini sındırıb, bir ədəd butulkadakı benzini alışdırmaqla mənzilin pəncərəsinin şüşəsini sındırdığı yerdən içəri ataraq mənzildə yanğın törətmiş, mənzilin 150 manat dəyərində pəncərəsi, pəncərənin 1500 manat dəyərində olan pərdəsi, pəncərənin aşağı hissəsində 50 manat dəyərində olan divar kağızları yansa da, mənzildə yanğın kənar müdaxilə olmadan söndüyündən Zərərçəkmiş şəxs1 məxsus 25000 manat dəyərində mənzili və mənzilin yataq otağının 90 manat dəyərində olan lüstüru, iki ədəd hər birinin qiyməti 750 manat olan pərdələri, 300 manat dəyərində olan güzgülü kamot, üç ədəd ümumilikdə qiyməti 200 manat olan dolab dəsti (sandıq), 50 manat dəyərində uşaq oyuncaqları, 600 manat dəyərində mətbəxt mebeli, 400 manat dəyərində taxt olmaqla cəmi 28140 (iyirmi səkkiz min yüz qırx) manat dəyərində xeyli miqdarda əmlakını yandırmaqla bilavasitə qəsdən məhv etməyə yönəlimiş aktiv hərəkətlərlə qəsdən edilən əməllini iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Bundan sonra, vahid qəsdlə əhatə olunan əməlini davam etdirərək həmin gün saat 20:40- də Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsi 53 saylı evin qarşısına gələrək orada qaynı Zərərçəkmiş şəxs2 məxsus küçədə saxlanılmış, 15000 manat dəyərində olan 2010-cu il buraxılışlı “BMW6” markalı ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə özü ilə bir litrlik plasmas butulkada gətirdiyi benzini tökərək alışqanla yandırmış, lakin yaxınlıqda olan şəxslər tərəfindən yanğın söndürüldüyündən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 15000 manat dəyərində, avtomobilini yəni xeyli miqdarda əmlakını vahid niyyətlə yandırmaqla məhv etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Səma adlı qadın onun rəsmi həyat yoldaşı olmaqla birgə nigahdan iki az yaşlı övladları var. Öz valideynlləri, Səma və az yaşlı uşaqları ilə birlikdə qaynanası Xalidənin adına olan evdə yaşamış, sonradan qayınanası Xalidə ailə işlərinə müdaxilə etdiyi üçün aralarında ümumi narazılıq yarandığından Xalidə Səmanı götürüb yaşadığı evə aparmışdır. Ona görə də Xalidəyə məxsus evdən çıxaraq başqa yerdə kirayə tutduğu evdə yaşamağa başlamışlar. Uşaqları ilə görüşməyə Xalidə mane olduğu üçün əsəbləşib Xalidəyə məxsus evi və onun oğlu Validə məxsus maşını yandırmaq qərarına gəlmiş və həmin əşyaları yandıraraq onlara təsir göstərə biləcəyini düşünmüşdür. Ona görə də 17 noyabr 2022-ci il tarixdə saat təxminbən 20 radələrində yanacaq doldurma məntəqəsinə gedib oradan 2 butulka hər biri bir letr olan 92 benzin alıb, Xalidəyə məxsus əvvəllər yaşadığı Abşeron rayonu Saray qəsəbəsində 20 yanvar küçəsində yerləşən 2 saylı evin 2 saylı mənzilinə gəlmişdir.Həmin mənzildə hal hazırda hec kim yaşamamışdır. Həmin mənzilin pəncərəsini daşla qıraraq özü ilə gətirdiyi butulkanı yandırıb qonaq otağının içərisinə atmış və evin yanmağa başladığını görüb oradan uzaqlaşaraq 17 noyabr 2022-ci il tarixdə saat 20:40-də idarə etdiyi avtomobil ilə Saray qəsəbəsi İ.Hüseynov küçəsi 53 saylı evin qarşısına gələrək orada qaynı Zərərçəkmiş şəxs2 məxsus “** BS ***” dövlət qeydiyyat nömrə nişanlı “BMW X6” markalı avtomobilin üzərinə özü ilə bir litirlik plasmas butulkada gətirdiyi benzini tökərək alışqanla yandırmış və avtomobil yanmağa başladıqdan sonra oradan idarə etdiyi avtomobilə minərək Abşeron RPİ-nə gəlib törətdiyi yanğın barədə məlumat verdiyini bildirmişdir. Sonda o, tutduğu əməldən peşman olduğunu əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qızı Səmanın həyat yoldaşıdır və onların iki övladları var. Qızı Səma ilə kürəkəni Vüsala yaşamaq üçün 2014-cü ildə ev vermiş, qızı qaynatası və qaynanası eləcə də əri Vüsal ilə birlikdə orada yaşayırmışlar. Sonradan ailədə narazıllıq olduğu üçün Vüsalın valideyinləri evi tərk edib getdiyini eşitmiş, qızı Səma ilə Vüsal arasında ailə-məişət zəmnində mübahisə olduğu üçün qızını və iki az yaşlı uşaqları ilə birlikdə yaşadığı evə gətirmişdir. 17 noyabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları evdə olarkən qonşuluqda yaşayan Anar və Səmədin qışqırıq səslərini eşitdiyi üçün bayıra çıxmış və oğlu Vəliyə məxsus olan **-BS-*** dövlət qeydiyyat nişanlı “BMW X6”markalı avtomobilin yandığını görüb küçəyə qaçmış, həmin vaxt qonşular avtomobili söndürmüşlər. Ona görə də DİN-nin 102 xidmətinə zəng edib avtomobilinin yandırılması barədə məlumat verdikdə, polis idarəsindən ona həmin avtomobilin və evin Vüsal tərəfindən yandırıldığı və sonuncunun könüllü olaraq polisə gəlib məlumanğ verdiyi bildirilmişdir. Məlumatı verəndən sonra 25000 manat dəyərində olan qızı Səmaya yaşamaq üçün verdiyi evə gedib baxdıqda evin 150 manat dəyərində olan taxta pəncərəsi, 1500 manat dəyərində olan pəncərənin pərdəsi və pəncərənin alt hissəsində 50 manat dəyərində olan divar kağızının yanmasını görmüşdür. Yanğın nəticəsində 1700 manat özünə, 2000 manat isə oğlu Vəliyə maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi və ondan şikayətçi olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs bacısı Səmanın həyat yoldaşıdır və onların iki övladları var. Onların ailələrində narazılıq olduğu üçün anası Xalidə bacısı Səmanı uşaqları ilə birlikdə evə gətirmişdir. 17 noyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları evdə olarkən qonşuluqda yaşayan Anar və Səmədin qışqırıq səslərini eşitmiş, bayıra çıxaraq atası tərəfindən ona bağışlanmış və nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əsasında idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı “BMW X6” markalı avtomobilin yandığını və qonşuların avtomobilin söndürdüklərini görmüşdür. Ona görə də anası Xalidə DİN-nin 102 xidmətinə məlumat verərək avtomobilinin yandırılması barədə məlumat verdikdə, polisdən həmin avtomobili və evi Vüsal yandırdığını və özüdə könüllü olaraq polisə gəlib məlumat verdiyini göstərmişdir. Məlumat aldıqdan sonra onlar bacısı Səmaya verdikləri evə gedib baxdıqda evin 150 manat dəyərində olan taxta pəncərəsi, 1500 manat dəyərində olan pəncərənin pərdəsi və pəncərənin alt hissəsində 50 manat dəyərində olan divar kağızının yanmasını görmüşlər. Yanğın nəticəsində 2500 manat dəyərində olan evin qismən yanması nəticəsində 1700 manat anasına, 27000 manat dəyərində olan avtomobilin qismən yanması nəticəsində 2000 manat özünə maddi zərər dəymışdır.Sonda o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi və ondan şikayətçi olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Qabil oğlu ifadəsində göstərdi ki, Vəli onun əmisioğludur və onlar qonşuluqda yaşayırlar. 17 noyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları küçədə alov görüb bayıra çıxdıqda əmisi oğlu Vəliyə məxsus olan avtomobilin yandığını görmüşlər. Ona görə də qonşusu Səmədlə birlikdə qaçıb həmin avtomobili söndürməyə başlamışlar və avtomobili söndürərkən əmisi oğlunu səsləməyə başlamışdır. Həmin vaxt səsə əmisi oğlu Vəli və əmisi yoldaşı Xalidə bayıra çıxmış və onlar avtomobilə çatana kimi avtomobili söndürmüşlər. Xalidə hadisə barəsində DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və məlumat verərkən polisdən avtomobilin və evin Vüsal tərəfindən yandırıldığı bildirlmişdir. Bundan sonra onlar evin yerləşdiyi ünvana getmişlər. Həmin evi əmisi arvadı Xalidə Vüsal ilə Səmaya yaşamaq üçün vermişdir. Onlar evə gedib baxdıqda həmin evin pəncərəsi və pərdəsinin və divar kağızının yandığını görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materialalrında olan və məhkəmə zamanı tədqiq edilmiş: Məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/793 nömrəli rəyində göstərilmişdir ki, 1 ədəd eni 1 metr 50 sm, uzunluğu 1 metr, 70 sm olan taxta materialından olan pəncərənin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150,0 manat müəyyən edilir. Məhkəmə yanğın-texniki ekspertizasının 03 fevral 2023-cü il tarixli 10/901 nömrəli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1ma məxsus fərdi yaşayış evində yanğının mənbəyi, evin yaşayış otağı daxilində lokal formada olmaqla pəncərənin qarşısında odlaq zonasının yaradılması nəticəsində baş verməsi mümkündür. Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində saxlanılmış “BMW” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə yanğının mənbəyi, avtomobilin sol tərəf arxa qapısının üzərində olmudur. Yanğın neft məhsulu olan benzindən odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə avtomobilin sol tərəf arxa qapısı üzərində odlaq zonasının yaradılması nəticəsində baş verməsi mümkümdür. X1 xx.xx.2023-cü il tarixli 23 saylı rəyində Abşeron rayon Saray qəsəbəsində yerləşən 30,3 kv/metr sahəsi olan yaşayış evinin hadisə baş verən tarixə bazar qiyməti ilə təqribi dəyəri 24500 manat, Zərərçəkmiş şəxs2 məxsus 2010-cu il buraxılışlı “BMW” X6 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 15500 manat məbləğində müəyyən edilir. Milli Maşın MMC-nin 10 dekabr 2022-ci il tarixli aktında ** BS *** qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol qanadının paduşkası, arxa sol qanadın rezini, arxa qoruyucusu, arxa sol qanadın alt hissəsinin rezin qoruyucusu, arxa sol qapının arxa sol qapsının boyanması və parlovkası işlərin görülməsi və hissəllərin qismən dəyişdirilməsi ümumilkdə 2000 AZN təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs vahid qəsdlə qaynanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 əmlakını yandırmaqla qəsdən məhv etmək qərarına gəlmiş, bu məqsədlə yanacaqdoldurma məntəqəsindən hər birində bir litr olmaqla iki butulkada benzin alaraq xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Saray qəsəbəsi, 20 Yanvar küçəsi 2 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 2500 manat dəyərində 2 saylı mənzilin qarşısına gələrək, yerdən götürdüyü daşla mənzilin pəncərəsinin şüşəsini sındırıb, bir ədəd butulkadakı benzini alışdırmaqla mənzilin pəncərəsinin şüşəsini sındırdığı yerdən içəri ataraq mənzildə yanğın törətmiş, mənzilin 150 manat dəyərində pəncərəsi, pəncərənin 1500 manat dəyərində olan pərdəsi, pəncərənin aşağı hissəsində 50 manat dəyərində olan divar kağızları yansa da, mənzildə yanğın kənar müdaxilə olmadan söndüyündən Zərərçəkmiş şəxs1 məxsus 25000 manat dəyərində mənzili və mənzilin yataq otağının 90 manat dəyərində olan lüstüru, iki ədəd hər birinin qiyməti 750 manat olan pərdələri, 300 manat dəyərində olan güzgülü kamot, üç ədəd ümumilikdə qiyməti 200 manat olan dolab dəsti (sandıq), 50 manat dəyərində uşaq oyuncaqları, 600 manat dəyərində mətbəxt mebeli, 400 manat dəyərində taxt olmaqla cəmi 28140 (iyirmi səkkiz min yüz qırx) manat dəyərində xeyli miqdarda əmlakını yandırmaqla bilavasitə qəsdən məhv etməyə yönəlimiş aktiv hərəkətlərlə qəsdən edilən əməllini iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Bundan sonra, vahid qəsdlə əhatə olunan əməlini davam etdirərək həmin gün saat 20:40- də Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsi 53 saylı evin qarşısına gələrək, orada qaynı Zərərçəkmiş şəxs2 məxsus küçədə saxlanılmış, 15000 manat dəyərində olan 2010-cu il buraxılışlı “BMW6” markalı ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə özü ilə bir litrlik plasmas butulkada gətirdiyi benzini tökərək, alışqanla yandırmış, lakin yaxınlıqda olan şəxslər tərəfindən yanğın söndürüldüyündən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 15000 manat dəyərində, yəni xeyli miqdarda əmlakını vahid niyyətlə yandırmaqla məhv etməyə cəhd etmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialalrında olna Şərur RİHB-nın Çərçiboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Süleymanov X3 rayonu, Çərçiboğan kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş CMS AZEMİS çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2018-ci il təvəllüdlü Vüsalə Süleymanova adlı uşağı var. İş üzrə Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-cü maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmıdşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 152 (yüz əlli iki) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 152 (yüz əlli iki) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-364/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-364/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver