Məhkəmə qərarları › İş №1(012)-365/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-365/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-365/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxx 1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, ünvan 1 mənzil 10-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkumluğu olmayan, orta təhsilli, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 23-də qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq Massivi, ev 12-də yaşayan və barəsində Abşeron rayon Məhkəıməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsi, Quşçuluq massivi, İ. Dadaşov küçəsi, 12 saylı ünvanda tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan bir ədəd kibrit qutusuna qablaşdırılmış şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi təmiz çəkisi 5,329 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 100 manat pulu müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 saylı ünvana daşımış, Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni Təqsirləndirilən şəxs2 əldə etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 daxil olmuş məlumat əsasında adı çəkilən idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 saylı ünvanın qarşısında saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynindəki açıq-mavi rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı bir ədəd kibrit qutusuna qablaşdırılmış 5,329 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və taman niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 225,329 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla Abşeron rayonu, Güzdək qəsəbəsi, Quşçuluq massivi, İ. Dadaşov küçəsi, 12 saylı ünvana daşımış, xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan narkotik vasitə qurudulmuş marixuananın 5,329 qramını bir ədəd kibrit qutusuna qablaşdırmaqla 100 manat pulun müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, qalan narkotik vasitənin 220 qramını bir ədəd polietilen bükümdə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidəki vedrənin içərisində saxlamış, Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni Təqsirləndirilən şəxs2 əldə etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 daxil olmuş məlumat əsasında adı çəkilən idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 saylı ünvanın qarşısında saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı bir ədəd kibrit qutusuna qablaşdırılmış 5,329 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 verdiyi məlumat əsasında tədbirinin davamı olaraq adı çəkilən idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsi, Quşçuluq massivi, İ.Dadaşov küçəsi, 12 saylı ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmış və yaşadığı fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı yaşayış evinin həyətyanı sahəsində yerləşən tikilidəki vedrənin içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd polietilen torbada 220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilənlərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1onaelanedilmişittihamüzrəözünütəqsirlibilərək, ifadəsində göstərmişdirki,həmin narkotik vasitəni kəndçiləri Təqsirləndirilən şəxs2 əldə edərək istifadə edir. Nazim həmin narkotik vasitəni bir kibrit qutusunda 100 manata satmış, narkotik vasitə istifadə etməyindən heç kəsin xəbəri olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Nazimlə Güzdək qəsəbəsində “Astanofka” adlanan yerdə qarşılaşmış, ona narkotik vasitə marixuana istədiyini bildirmişdir. Nazim hazırda narkotik vasitənin üzərində olmadığını, sabah tezdən yaşadığı evə gələrək oradan götürməyini bildirmişdir. Nazimlə razılaşmış və xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Nazimin yaşadığı ünvan 5 ünvanına getmiş, qapını açaraq həyətə daxil olmuşdur. Bu zaman Nazim həyətdə oturmuş, dünən danışdıqları narkotik vasitə üçün gəldiyini bildirmişdir. Nazim cibindən bir kibrit qutusunda qurudulmuş marixuana çıxararaq ona vermişdir. Narkotik vasitənin qiyməti barədə maraqlandıqda, Nazim 100 manat verməli olduğunu bildirmiş, buna görə də, Nazimə 100 manat pul vermişdir. Bundan sonra oradan çıxıb getmiş, oradan çıxdıqdan sonra gəzmək üçün Abşeron rayonu, Xırdalan şəhərinin mərkəzində yerləşən parka getmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 13:00-da ünvan 6 ünvanının yaxınlığında olarkən bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları anket məlumatları barədə maraqlandıqda, onlara öz anket məlumatlarını bildirmişlər. Polis əməkdaşları barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra yanlarında olan digər iki nəfər şəxsin hal şahidi olduqlarını bildirmiş, polis əməkdaşları mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu, hal şahidlərinin iştirakı ilə üzərində baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları üzərində nə əşya varsa təqdim etməyini təklif etmiş, səmimi olaraq üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, bir ədəd mobil telefon, iyirmi manat pul olduğunu bildirmişdir. Bundan sonra əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən isə «Samsung Duos» markalı mobil telefonu və iyirmi manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd kibrit qutusunu açaraq, baxış keçirmişlər. Keçirilən baxışdan sonra həmin kibrit qutusu içərisindəki narkotik vasitə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Digər tədbir iştirakçıları kimi həmin zərfin üzərini özü də imzalamışdır. Polis əməkdaşları onlara təqdim etdiyi iyirmi manat pulu özünə qaytarmış, mobil telefonun isə iş üçün əhəmiyyət kəsb edəcəyini bildirirək götürmüşlər. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmiş və baxış zamanı üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar olunmamışdır. Polis əməkdaşları narkotik vasitəni kimdən əldə etdiyini soruşduqda, onlara bir neçə saat əvvəl Təqsirləndirilən şəxs2 yüz manata öz istifadəsi etmək məqsədilə aldığını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa edilməsində onlara kömək etməyini istəmişlər. Onlara razılıq verdikdən sonra tədbir iştirakçıları ilə birlikdə Nazimin yaşadığı ünvan 7 ünvanının yaxınlığına getmiş, həmin ünvana çatdıqda əməliyyat mövqeyi seçilmişdir. Həmin gün saat 14 radələrində qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 dayandığını görüb onu polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları Nazimə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Nazimin anket məlumatlarını dəqiqləşdirdikdən sonra onu barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları iba mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilməli olduğunu izah etmişlər. Bundan sonra Nazimə üzərində nə əşya varsa təqdim etməsini təklif etmişlər. Nazım üzərində bir ədəd mobil telefon və on manat pul olduğunu bildirmişdir. Bundan sonra Nazim əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən «iPhone 5» markalı mobil telefonunu, şalvarının sol yan cibindən isə on manat pulu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Nazimin təqdim etdiyi on manat pul özünə qaytarılsa da, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Nazimin üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində qanunsuz əşya və predmet aşkar olunmayaraq, götürülməmişdir. Daha sonra Nazimdən yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuş, Nazim yaşadığı evdə bir ədəd polietilen torbada içərisində təxminən 220 qrama yaxın narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları Nazimdən yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün icazə istəmiş, Nazim buna etiraz etməyərək, bu barədə ərizə vermişdir. Nazim tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmiş, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən təsərrüfat təyinatlı tikilidən vedrənin içərisindən bir ədəd rəngli polietilen torbanı tədbir iştarıkçılarına təqdim etmişdir. Həmin torba polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və baxışdan sonra torba zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Nazim də həmin zərfin üzərinə imza etmiş, bundan sonra Nazimin iştirakı ilə təsərrüfat təyinatlı tikiliyə, həyətyanı sahəyə, orada yerləşən hamama, sanitar qovşağına, evin bütün otaqlarına, dəhlizə, mətbəxə baxış keçirilmişdir. Baxış zamanı oradan qanunsuzəşya və predmet aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Nazim saat 12 radələrində bir ədəd kibrit qutusunda olan marixunanı 100 manata satmasını etiraf etmiş və həm satdığı, həm də yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuananı təxminən bir ay öncə Kürdəmir rayonunda olarkən orada təsadüfən tanış olduğu bir nəfər adını, yaşadığı ünvanı dəqiq bilmədiyi şəxsdən 800 manata özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Bundan sonra Baş X4 yollanmış, orada özünün və Nazimin hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqdim edilən siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X6 dəvət edilərək ona, vəkil X8 isə Nazimə təqdim edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən protokol tərtib edilərək, protokol imzalanmışdır. Hazırdaəməlindənpeşmançılıq çəkir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir, narkotik vasitəni həmişə qonaq getdiyi rayonlarda tanımadığı şəxslərdən almışdır. 2019-cu ilin iyul ayının əvvəllərində qonşunun anası öldüyü üçün yas mərasimi ilə əlaqədar Kürdəmirə getmiş, orada olduğu zaman söhbət əsnasında bir nəfər tanımadığı şəxs özündə narkotik vasitə marixuana olduğunu, çəkmək istəsə verə biləcəyini bildirmişdir. Həmin şəxs ilə razılaşmış, onun verdiyi narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitə xoşuna gəldiyi üçün həmin şəxsdən 800 manat qarşılığında təxminən 220 qramdan bir qədər çox çəkidə narkotik vasitə qurudulmuş marixuana almış, həmin marixuana polietilen torbada olmuşdur. Həmin narkotik vasitəni yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivi, ev 12-nin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə vedrənin içərisində gizlətmişdir. Narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamış, bəzən həmin narkotikdən vasitədən digər şəxslərə də vermişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Güzdək qəsəbəsində “Astanofka” adlanan yerdə dayandığı zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq, narkotik vasitə marixuana istədiyini bildirmiş, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Hazırda üzərində narkotik vasitə olmadığını sabah tezdən yaşadığı evə gələrək oradan götürməsini demişdir. xx xxxxxx 2019cu il tarixdə saat 12 radələrində Abbasəli yaşadığı evə gəlmiş və qapını açaraq həyətə daxil olmuş, bu zaman özü həyətdə oturmuşdur. Abbasəli dünən danışdıqları narkotik vasitə üçün gəldiyini bildirmişdir. Cibindən bir kibrit qutusunda qurudulmuş marixuana çıxararaq ona vermiş, Abbasəli narkotik vasitənin qiyməti barədə maraqlandıq isə ona 100 manat verməli olduğunu bildirmişdir. Abbasəli 100 manat verərək, çıxıb getmiş və bundan sonra həyəti işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 14 radələrində yaşadığı evin qarşısında olarkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Həmin mülki geyimli şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, anket məlumatlarını dəqiqləşdirdikdən sonra barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah etmiş, yanlarında olan digər iki nəfər şəxsi təqdim edərək onların hal şahidi olduqlarını bildirmişlər. Polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində nə əşya varsa təqdim etməsini təklif etmiş, o, üzərimdə bir ədəd mobil telefon və on manat pul olduğunu bildirnuçdur. Bundan sonra əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən «iPhone 5» markalı mobil telefonu, şalvarın sol yan cibindən isə on manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi on manat pul özünə qaytarılsada, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya və predmet aşkar olunmayaraq, götürülməmişdir. Daha sonra yaşadığı evdə qeyri-qanuni əşyaların olub-olmaması soruşulmuş, polis əməkdaşlarına yaşadığı evdə bir ədəd polietilen torbada içərisində təxminən 220 qrama yaxın narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün icazə istəmiş, buna etiraz etməyərək, bu barədə ərizə vermişdir. Tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmişdir. Fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən təsərrüfat təyinatlı tikilidən vedrənin içərisindən bir ədəd rəngli polietilen torbanı tədbir iştirakçılarına təqdim etmişdir. Həmin torba polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və baxışdan sonra torba zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri və özü həmin zərfin üzərinə imza etmiş, bundan sonra polis əməkdaşları onun iştirakı ilə təsərrüfat təyinatlı tikiliyə, həyətyanı sahəyə, orada yerləşən hamama, sanitar qovşağına, evin bütün otaqlarına, dəhlizə, mətbəxə baxış keçirmişlər. Baxış zamanı oradan qanunsuz əşya və predmet aşkar olunmayaraq, götürülməmişdir. Sorğu zamanı Abbasəliyə saat 12 radələrində bir ədəd kibrit qutusunda olan marixunanı 100 manata satmağını etiraf etmiş və həm Abbasəliyə satdığı, həm də yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuananı təxminən bir ay öncə Kürdəmir rayonunda olarkən orada təsadüfən tanış olduğu bir nəfər adını və yaşadığı ünvanı dəqiq bilmədiyi şəxsdən 800 manata özü istifadə etmək məqsədilə aldığını bildirmiş, bundan sonra onlar Baş X4 yollanmışlar. Oraya gəldikdə özünün və Abbasəlinin hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, təqdim edilən siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X6 dəvət edilərək Abbasəliyə, vəkil X8 isə ona təqdim edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən protokol tərtib edilərək, imzalanmışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 törətdikləri cinayətlərin aşkar edilməsi məqsədi ilə iş yoldaşları Azərbaycan Respublikası DİN-in Baş X3 xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid4, baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakları ilə keçirilmiş əməliyyataxtarış tədbirində özü də iştirak etmişdir. Həmin tədbirlə əlaqədar xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş X4 1995-ci il təvəllüdlü, ünvan 1 mənzil 10 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin maddəni ünvan 12 saylı ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs2 əldə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə raportla Azərbaycan Respublikası DİN-in Baş X3 rəhbərliyinə məruzə olunmuş və baş idarənin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4, baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, özünün iştirakı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılaraq, həmin qrupun rəhbəri özü təyin edilmişdir. Həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 13:00-da əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 6 saylı ünvanda əməliyyat mövqelərində dayandıqları zaman bir nəfər qarşılarında zahirən Təqsirləndirilən şəxs1 bənzəyən şəxsin olduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşaraq, ciblərində olan xidməti vəsiqələrini çıxarıb, özlərini təqdim etmiş və onun Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhəli olduğunu bildirib, həmin şəxsdən anket məlumatlarını soruşmuşlar. Bundan sonra həmin şəxs onlara xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 13 mənzil 10 saylı ünvanda qeydiyyatda olan və həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Həmin şəxsi əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş və həmin şəxs qərarla tanış olaraq, qərarla tanış olması barədə qərarda göy qələmlə öz qeydiyyatını aparmışdır. Həmin vaxtı hadisə yerindən keçən iki nəfər şəxsə yaxınlaşmış və onlara əməliyyat-axtarış tədbirləri keçirilən zaman onların da iştirak etməsini xahiş etmişlər. Bundan sonra hər iki şəxs öz anket məlumatlarını bildirmiş və bundan sonra məlum olmuşdur ki, onlar xx.xx.1974-cü ildə ünvan 14 saylı ünvanda yaşayan Şahid5 və xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş ünvan 16 saylı ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda da yaşayan Şahid6dur. Onlar hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində olan bütün əşyaları çıxararaq, təqdim etməsini xahiş etmiş, bu zaman Təqsirləndirilən şəxs1 üzərində 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuana, 01 ədəd “Samsung DUOS” markalı mobil telefon, 20 (iyirmi) manat pul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin əşyaları bir-bir çıxararaq, təqdim etməsini demiş, Təqsirləndirilən şəxs1 ilk öncə əynində olan açıq mavi rəngli cinsi şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, daha sonra şalvarın sol yan cibindən “Samsung DUOS” markalı mobil telefonu və 20 (iyirmi) manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirdikdə, orada tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuş və Təqsirləndirilən şəxs1 da həmin maddənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin maddə kibrit qutusu ilə birlikdə zərfə qoyulmuş və DİN-in 7 nömrəli möhürü ilə möhürlənərək, imzalanmışdır. İş üzrə əhəmiyyət daşıdığı üçün mobil telefon tərəflərindən götürülsə də, 20 manat pulun iş üzrə əhəmiyyət daşımadığını nəzərə alıb, həmin pulu Təqsirləndirilən şəxs1 qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan marixuanaya bənzər maddəni haradan əldə etdiyini soruşduqda, sonuncu narkotik vasitə olan marixuananı tanışı ünvan 17 saylı ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 adlı şəxsdən təxminən 1 saat əvvəl, yəni xx.xx.2019-cu il tarixdə saat 12 radələrində 100 (yüz) manata öz şəxsi istifadəsi üçün aldığını və bu məqsədlə də üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxsin cinayət əməlinin ifşa edilməsində onlara kömək etməsini təklif etmiş və sonuncu bu təkliflə razılaşmışdır. Odur ki, onlar hal şahidləri və Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 17 saylı ünvanın yaxınlığına gəlmiş və həmin gün saat 14:10-da Təqsirləndirilən şəxs1 xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşayan bir nəfər şəxsi göstərərək, narkotik vasitəni ondan aldığını bildirmişdir. Onlar həmin şəxsə yaxınlaşmış və ciblərində olan xidməti vəsiqələrini çıxarıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, ünvan 17 saylı ünvanda qeydiyyatda olan və həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxsə Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhəli olduğunu bildirib, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş və həmin şəxs qərarla tanış olaraq, qərarla tanış olması barədə qərarda göy qələmlə öz qeydiyyatını aparmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində olan bütün əşyaları çıxararaq, təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 açıq mavi rəngli cinsi şalvarının sağ yan cibindən “İphone 5” markalı mobil telefonu, sol yan cibindən isə 10 (on) manat pulu çıxararaq, təqdim etmiş və qeyd edilən əşyalara baxış keçirildikdən sonra iş üzrə əhəmiyyət daşıdığı üçün mobil telefon götürülsə də, 10 (on) manat pulun iş üzrə əhəmiyyət daşımadığını nəzərə alıb, həmin pulu Təqsirləndirilən şəxs2 qaytarmışlar. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və onun üzərində hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə qeyri-qanuni əşyanın olub-olmaması soruşulmuş və sonuncu yaşadığı evdə 01 (bir) ədəd polietilen torbada içərisində təxminən 220 (iki yüz iyirmi) qram narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə, həyətyani sahəyə baxış keçirilməli olduğu bildirildikdə, sonuncu buna hər hansı bir etirazını bildirməyərək, etirazının olmaması barədə ərizə də yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzilinə getmiş və Təqsirləndirilən şəxs2 bir mərtəbəli, ətrafında həyətyani sahəsi olan 3 otaqlı evdə yaşadığı məlum olmuşdur. Həyətyani sahədə hamam, sanitar qovşağı, təsərrüfat təyinatlı tikili olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitəni gizlətdiyi yeri təqdim etməsini bildirmiş və narkotik vasitəni təsərrüfat təyinatlı tikilidə olan vedrənin içərisində gizlətdiyini demişdir. Onlar birlikdə həmin təsərrüfat təyinatlı tikiliyə getmiş və Təqsirləndirilən şəxs2 orada olan verdənin içərisindəki 01 ədəd polietilen torbanı onlara təqdim etdi. Həmin torba tərəflərində açıldıqdan sonra orada tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuana bənzən maddə aşkarlandı və həmin maddə torba ilə birlikdə zərfə qoyularaq, tərəfimizdən DİN-in 7 nömrəli möhürü ilə möhürlənib, zərfin üzəri bütün tədbir iştirakçıları tərəfindən imzalandı. Bundan sonra mənzilin bütün otaqlarına, həmçinin həyətyani sahədə olan bütün otaqlara baxış keçirildi və hər hansı qeyri-qanuni əşya, predmet aşkar edildi. Sorğu zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuananı həmin gün saat 12 radələrində 100 manat müqabilində satmasını etiraf edərək, həmin narkotik vasitəni və vedrənin içərisində olan narkotik vasitəni Krüdəmir rayonunda olarkən təsadüfən tanış olduğu, adını və soyadını bilmədiyi şəxsdən 800 manata öz istifadəsi üçün aldığını, bir qismini isə ayıraraq, kibrit qutusuna qoyub, tanışı Təqsirləndirilən şəxs1 satdığını bildirmişdir. Bundan sonra biz hal şahidləri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 birlikdə Baş X4 getmişlər. İdarədə olduqları zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillər siyahısını təqdim etməklə, ona müdafiəçi seçmək hüququnu izah edilmişdir. Hüquqları izah edildikdən sonra hər iki şəxs, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Buna görə də “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dəvət edilərək, Təqsirləndirilən şəxs1, həmin büronun vəkili X8 isə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Keçirilmiş baxışla əlaqədar müdafiəçilər, hal şahidlərinin iştirakı ilə protokol tərtib olundu və möhürlənmiş 02 ədəd zərf, 02 ədəd mobil telefon protokola əlavə edilmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş X3 əməkdaşları Şahid2, Şahid4, Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid5ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 13 radələrində ünvan 6 saylı ünvanda gəzdiyi zaman bir neçə nəfər şəxs mülki geyimli şəxslər yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, Azərbaycan Respublikası DİNin Baş X3 polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra onlardan biri ilə arasında olan söhbət zamanı həmin polis əməkdaşı keçiriləcək əməliyyat-axtarış tədbirində iştirakının vacib olduğunu deyərək, hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Bir vətəndaş kimi polis əməkdaşının bu təklifi ilə razılaşmış və ictimai borcumu yerinə yetirmək məqsədi ilə heç bir etiraz etməmişdir. Bir müddət sonra polis əməkdaşları həmin ərazidə piyada gəzən bir nəfər şəxsi də saxlamış və onunla da eyni qaydada söhbət edərək, hal şahidi qismində onu da tədbirə dəvət etmişlər. Həmin şəxs də polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra polis əməkdaşları ona və digər şəxsə qanunvericilikdə nəzərdə tutulan bütün hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra aydın olmuşdur ki, barəsində əməliyyat tədbirləri keçirilən şəxsin adı və soyadı Təqsirləndirilən şəxs1dur. Polis əməkdaşları ondan üzərində olan bütün əşyaları çıxararaq, təqdim etməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuana, 01 ədəd “Samsung DUOS” markalı mobil telefon, 20 (iyirmi) manat pul olduğunu bildirmiş və bundan sonra, onlar polis əməkdaşları həmin əşyaları bir-bir çıxararaq, təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs1 ilk öncə əynində olan açıq mavi rəngli cinsi şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, daha sonra şalvarın sol yan cibindən “Samsung DUOS” markalı mobil telefonu, 20 (iyirmi) manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirdikdə, orada tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuş və Təqsirləndirilən şəxs1 da həmin maddənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin maddə kibrit qutusu ilə birlikdə zərfə qoyulmuş və polis əməkdaşları tərəfindən möhürlənib, zərfin üzəri onlar və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 götürülmüş 20 manat pulu onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan marixuanaya bənzər maddəni haradan əldə etdiyini soruşduqda, sonuncu narkotik vasitə olan marixuananı tanışı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxsdən təxminən 1 saat əvvəl, yəni xx.xx.2019-cu il tarixdə saat 12 radələrində 100 (yüz) manata öz şəxsi istifadəsi üçün aldığını və bu məqsədlə də üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxsin cinayət əməlinin ifşa edilməsində onlara kömək etməsini təklif etmiş və sonuncu bu təkliflə razılaşmışdır. Odur ki, özü, özündən əlavə bir nəfər hal şahidi, polis əməkdaşları və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 17 saylı ünvanın yaxınlığına gəlmiş və həmin gün saat 14:10-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına göstərərək, narkotik vasitəni ondan aldığını bildirmişdir. Həmin şəxsə yaxınlaşmış və polis əməkdaşları ciblərində olan xidməti vəsiqələri çıxarıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Polis əməkdaşları həmin şəxsə Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhəli olduğunu bildirib, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş və həmin şəxs qərarla tanış olaraq, qərarla tanış olması barədə qərarda göy qələmlə öz qeydiyyatını aparmışdır. Bundan sonra polis əməkdaşları onların da iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində olan bütün əşyaları çıxararaq, təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 açıq mavi rəngli cinsi şalvarının sağ yan cibindən “İphone 5” markalı mobil telefonu, sol yan cibindən isə 10 (on) manat pulu çıxararaq, təqdim etmiş və 10 (on) manat pul polis əməkdaşlarına lazım olmadığı üçün Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və onun üzərində hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə qeyri-qanuni əşyanın olub-olmaması soruşulmuş və sonuncu yaşadığı evdə 01 (bir) ədəd polietilen torbada içərisində təxminən 220 (iki yüz iyirmi) qram narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 izah edilmişdir ki, onun yaşadığı evə, həyətyani sahəyə baxış keçirilməlidir və sonuncu buna hər hansı bir etirazını bildirməyərək, etirazının olmaması barədə ərizə də yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı mənzilinə getmiş və Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində narkotik vasitəni təsərrüfat təyinatlı tikilidə olan vedrənin içərisində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 dediyi kimi təsərrüfat təyinatlı tikiliyə getmiş və Təqsirləndirilən şəxs2 orada olan verdənin içərisindəki 01 ədəd polietilen torbanı onlara təqdim etmişdir. Həmin torba polis əməkdaşları tərəfindən açıldıqdan sonra orada tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuana bənzən maddə aşkarlanmış və həmin maddə torba ilə birlikdə zərfə qoyularaq, möhürlənib, zərfin üzəri onlar tərəfindən imzalanmışdır. Bundan sonra mənzilin bütün otaqlarına, həmçinin həyətyani sahədə olan bütün otaqlara baxış keçirilmiş və hər hansı qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuananı satıb-satmadığını soruşduqda, Təqsirləndirilən şəxs2 həmin gün saat 12 radələrində 100 manat müqabilində narkotik vasitə satmasını etiraf edərək, həmin narkotik vasitəni və vedrənin içərisində olan narkotik vasitəni Kürdəmir rayonunda olarkən təsadüfən tanış olduğu, adını və soyadını bilmədiyi şəxsdən 800 manata öz istifadəsi üçün aldığını, bir qismini isə ayıraraq, kibrit qutusuna qoyub, tanışı Təqsirləndirilən şəxs1 satdığını bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə Baş X4 getmişlər. İdarədə olduqları zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillər çağırılmış və keçirilmiş tədbirin nəticəsi olaraq, kompüter vasitəsi ilə protokol tərtib edilərək, uca səslə oxunmuş və imzalanması üçün onlara təqdim olunmuşdur. Həmin protokol bir daha tərəflərindən oxunduqdan sonra polis əməkdaşının oxuduğu ilə protokolda qeyd olunanlar arasında hər hansı ziddiyyətin olmadığını görmüş və bundan sonra protokolu imzalamışdır. Eyni zamanda digər şəxslər də protokolu oxumuş və imzalamış, həmin şəxslərin də protokola hər hansı əlavəsi daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 20051 nömrəli rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 aşkar olunmuş..”sözləri yazılmış zərfdə bir kibrit qutusunda təmiz çəkisi 5,329 qram və üzərində “..Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda aşkar olunmuş..” sözləri yazılmış kağız paketdə bir ədəd polietilen torbada təmiz çəkisi 220,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır(Marixuananın ümumi çəkisi: 225,329 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram (hər 1- 2 N-li obyektdən 0,05 qram götürüldü),qalıq: 225,229 qramdır). Tədqiqata təqdim olunmuş kibrit qutusunda və polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cuiltarixli, 2221 saylırəyindəgöstərilirki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 2222 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, sözügedən qərar əsasında “xxxxxxxxxxxxxxx” MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olanməlumatlarabaxışkeçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, sözügedən qərar əsasında “xxxxxxxxxxxxxxx” MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixli 008-3335-1219 nömrəli məktubundan görünürki, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirmədikləri, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadıqlarını, əlaqələrini, narkotik vasitələrin satışı və ya istifadəsi olmalarını görə biləcək şahidlərin dairəsini, eləcə də digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Nəzərov X7 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tərsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2019-cu il tarixli şübhəli şəxs qismində tutma protokoludan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1xx.xx.2019-cu il tarixdə azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2xx.xx.2019-cu il tarixdə azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 mənzilindəki tikilidən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumilikdə qalıq qalan 225,229 qram çəkidə narkotik vasitə marixuana maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasına təhvil verilmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD disk və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə təqsirləndirilənlərin şəxslər öz ifadələri, şahidlərin ifadələri və ekspertlərin rəyləri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq Təqsirləndirilən şəxs1 satması sübuta yetirilmişdir. Həmin sübutlar mənbələrinə görə mötəbərdir və bir-birini tamamlayır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Etdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hazırlıq iclasının qərarına əsasən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə zalında həbs olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 mənzilindəki tikilidən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumilikdə qalıq qalan 225,229 qram çəkidə narkotik vasitə marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan RespublikasıCM-nin 234.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan ümumilikdə qalıq qalan 225,229 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar