Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-365/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X4 iştirakı ilə 08 aprel 1988-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1-də yaşayan, barəsində 24 aprel 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası “Covid-19” pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərə cəza tədbirlərinin tətbiq olunması ilə bağlı xüsusi karantin rejiminin tətbiq edilməsi barədə 13 mart 2020-ci il, 12 sentyabr 2020-ci il və 19 noyabr 2020-ci il tarixli qərarlarının müalicə yerlərini tərk etməmələrinin qadağan olunması barədə tələblərini pozaraq, “Covid-19” virusu daşıyıcısı olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə 26 noyabr 2020-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olması və yaşadığı ünvanı tərk etməməsi, karantin rejimini pozduğu halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq məlumatının 28 noyabr 2020-ci il tarixdə, saat 15:05-də istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 informasiya sistemindən daxil olmasına baxmayaraq, Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya və karantin rejim qaydalarına əməl etməyərək, 06 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 1 ünvanı tərk etməklə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmış, həmin tarixdə saat 19:05 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində idarə etdiyi “Mıtsubıshı Aırtrek minik” markalı, 90KJ892 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən DİN-in Baş X8 İdarəsinin İ Tağımının YPXA-nın əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə yaşadığı evə TTY gəlmiş və evdə ondan Koronavirusla bağlı analız nümünəsi götürülmüşdür. 28 noyabr 2020-ci il tarixdə Koronavirus (Covid-19) xəstəsi olması ilə bağlı onun istifadə etdiyi ***-***-**-** nömrəmə sms gəlmiş və ondan sonra yaşadığı evdən çıxmamış, yaşadığı ərazinin sahə həkimi ona evdə müalicə etmişdir. 06 dekabr 2020-ci il tarixdə axşam saatlarında evdə oturmaqdan yorulduğu üçün çölə çıxıb bir qədər havasını dəyişmək istəmişdir. Ona görə saat təxminən 18 radələrində yaşadığı evdən çıxaraq özünə məxsus “Mıtsubıshı Aırtrek minik” markalı, 90KJ892 dövlət qeydiyyat nişanlı avtomobilimə oturub avtomobili idarə edərək, Abşeron rayonu Saray qəsəbəsindən fırlanıb Saray qəsəbəsinin girişində Bakı-Quba yolunda olan X8 postunu keçib, Ceyranbatan qəsəbəsinin ərazisindən Sumqayıt şəhərinə yaşadığı evə gedirmiş.Bu zaman onu DYPX-nin əməkdaşları saxlamışlar və onun sənədlərini yoxlayanda Koronavirus (Covid-19) xəstəsi olduğu halda nəyə görə evdən çıxmağı irad bildirilərək, onu DYP postuna gətirmişlər və müvafiq sənədləşmə aparılmışdır.Qeyd etmişdir ki, o, bilirmiş ki, Koronavirus (Covid-19) xəstəsidir və onun hərəkəti qadağandır, əks halda qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcək.Ancaq evdə oturmaqdan yorulduğu üçün çölə çıxıb havasını dəyişmək üçün avtomobilində bir qədər gəzişmiş, heç bir iaşə obyektinə və ya əhalinin sıx olan yerlərə getməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, AR DİN-in baş X8 İdarəsinin Yol Patrul Xidməti Alayının İ Tağımın yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 06 dekabr 2020-ci il tarixdə, saat 19:05 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə Bakı-Quba avtomobil yolunun 26-ci kilometrliyində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində xidmətdə olarkən “Mitsubishi Airtrek minik” markalı, 90KJ892 dövlət qeydiyyat nişanlı avtomobilin elektron protokolun bildirişini verilməsi üçün tərəfindən saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, avtomobili idarə edən sürücü 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (Covid-19) Koronavirus daşıyıcısıdır, onun hərəkətinə qadağan qoyulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış və bu barədə tərəfindən raport yazılaraq həmin xəstə aidiyyəti üzrə Abşeron rayon Pİ-nin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı-Quba yolunun 26-cı kilometrliyindən Sumqayıt şəhəri istiqamətində hərəkət etmiş və o, avtomobildə tək olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs özü də Koronavirus xəstəsi olmasını bildiyini, lakin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq avtomobili ilə hərəkətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və ünvan 2r. Sumqayıt şəhəri 11-ci mikrorayon onun sahəsidir. 26 noyabr 2020-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Covid-19 müayinəsi ilə bağlı analiz nümünəsi götürülmüş və 28 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş analiz nümünəsinin nəticəsi pozitiv olması müəyyən edilmiş və həmin tarixdə də Təqsirləndirilən şəxs Covid-19 xəstəsi kimi qeydiyyata alınaraq onun ünvanına müalicə dərman paketi göndərilmiş, həmçinin ona yaşadığı ünvanı 14 gün müddətində tərk etməməli, əks halda qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı bir daha bildirilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna 28 noyabr 2020-ci il tarixdə, saat 15:05-də Koronavirus (Covid-19) ilə bağlı verdiyi analizin nəticəsinin pozitiv olması, yaşadığı ünvanı tərk etməməsi, yaşadığı ünvanı tərk etdiyi halda qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə İTS.GOV.AZ-dan məlumat daxil olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 17 mart 2021-ci il tarixli, 020-3212-1221 326 saylı məktubunda göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid 19” virusuna yoluxduğu və 26 noyabr 2020-ci il saat 10:51:37-dən 10 dekabr 2020-ci il saat 10:51:37-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X3 (TƏBİB) informasiya sistemi tərəfindən 28 noyabr 2020-ci il saat 14:19:18 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş üzrə Sumqayıt şəhər 1 nömrəli poliklinikasının 21 aprel 2021-ci il tarixli, 326 saylı məktubunda göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə Covid-19 xəstəliyinə görə yaxma vermiş, 28 noyabr 2020-ci il tarixdə verdiyi yaxmanın nəticəsi (+) pozitiv olmuş, xəstə asimptomatik gedişli olmuş, 12 dekabr 2020-ci il tarixədək evdə abmulator müalicədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-365/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-365/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver