Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-365/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən odlu silah hesab edilən 1 ədəd nömrəsi silinmiş, Türkiyə Respublikasında silah zavodunda istehsal olunmuş, 16 kalibirli, CİFSAN 555 modelli, çaxmaqsız, şaquli hamar qoşa lüləli, ümumi uzunluğu 540 mm, ov tüfəngi, odlu yivsiz, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyinə görə öz təyinatını itirmiş, 16 kalibirli yalnız üst lülədən atəş üçün yararlı ov tüfənginin kəsiyini və 05 ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş 16x70 kalibirli ov patronları əldə edərək üzərində daşıyıb, saxlamış və gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən o saxlanılıb Qobu polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman şalvarının bel hissəsindən həmin odlu silah və 05 ədəd ov patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 gün əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən zibillikdə qoşa lüləsi kəsik ov silahı və 5 ədəd patron olduğunu görmüş, dərhal silahı və patronları götürüb Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evimə aparıb gizlətmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Hökməli qəsəbəsində yaşayış məntəqəsindən kənarda sığırçın vurmaq üçün həmin ov silahını üzərində gəzdirmişdir. Həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində onu saxlayıb Abşeron RPİnin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin X10 xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, da əynindəki qəhvəyi rəngli parça şalvarının bel hissəsindən qoşa lüləsi kəsilmiş ov silahını və şalvarının sağ yan cibindən 5 ədəd 16 mm-lik üzərində Zuber söz yazılmış ov silahının patronunu çıxarıb təqdim etmişdir. Həmin əşyalar şəxsi axtarış zamanı qablaşdırıldıqdan sonra iştirakçılar və onun tərəfindən imzalanmış, polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Sonda o, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan şəxs olmasını əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz odlu silah əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla Qobu polis bölməsinin rəisinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, və Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Şahid3 və sahənin polis nəfəri Şahid4 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs dayandığını görüb, ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs qanunsuz odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, Qobu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətlərini qəbul edərək birlikdə Qobu polis bölməsinə gəlmişdir. Qobu polis bölməsinin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın bel hissəsindən çıxardığı bir ədəd qoşa lüləsi kəsilmiş ov silahına bənzəyən əşyanı və şalvarının sağ yan cibindən 05 ədəd 16 mm-lik üzərində “Zuber yazılmış ov silahı patronlarını çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi lüləsi kəsilmiş ov tüfənginə bənzər silaha və 05 ədəd patrona baxış keçirmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi silahı və patronları 5 gün əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsində zibillikdən tapdığını və xx.xx.2023-cü il tarixdə Hökməli qəsəbəsində yaşayış məntəqəsindən kənarda sığırçın vurmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş silah və 05 ədəd patron qablaşdırılıb üzəri imzalanmış, bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 məhkəmə iclasında verdiyi, Şahid2 elan olunan ifadələrindən görünür ki, onlar da oxşar məzmunlu ifadə verərək şahid Cavid Dünyamaliyevin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İstintaq zamanı, 12 iyul 2021 -ci il tarixdə Abşeron rayon Pİ-nin TŞ-nin təhqtqatçısı Sabit Yusifov tərəfindən keçirilmiş, «şəxsi axtarış və götürmə», «baxış» istintaq hərəkətlərinin 1 ədəd «CD» formatlı disk köçürülsmüş video görüntülərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 2 ədəd video tay 1 olduğu aşkar edilmişdir. 1 -ci fayladkı 6 dəqiqə 20 saniyədən ibarət görüntü Abşeron RPİ-nin X10 qeydə alınaraq, Abşeron RPİ-nin Qobu PB-nin C A üzrə əməliyyat müvəkilləri X3 və X7 iştirakları ilə Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən Dayandur Cabbarovun hüquq vəzifələri izah olunması, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşyanı könüllü təqdim etməsinin təklif olunması, Dayandur Cabbarov özü könüllü olaraq üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya oladığını lakin yaşadığı evdə iki ədəd ov silahı olduğunu vo həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirməsi müşahidə edilmişidr. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd nömrəsi silinmiş silah, Türkiyə Respubliklasmda silah zavodunda istehsal olunmuş 16 kalibirli, CİFSAN 555 modelli, çaxmaqsız, şaquli hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal hazırda öz təyinatını itirmiş 16 kalibirli ov tüfənginin kəsiyidir, texniki cəhətdən nasazdır və yalnız üst lülədən atəş üçün yararlıdır Tədqiqata təqdim edilmiş silahdan yalnız 16X70 kalibirli ov patronları ilə atəş açmaq nəzərdə tutulmuşdur.
2. Tədqiqata təqdim edilmiş 05 ədəd patron Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibirli ov patronlarıdır, həmin kalibirli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar.
3. “ Həmin silahdan atəş açılıb-açılmaması müəyyənləşdirilsin.” Sualına cavab olaraq bildiririk ki, DİN-in KTİ-də “məhkəmə fiziki kimyəvi” ekspertizası keşirilmədiyindən həmin suala cavab verilmədi.
4. “Təqdim edilən silahın zavod təyinatına və faktiki vəziyyətinə görə neçə patron yerləşməsi və patronların atəş üçün lülə yuvasına yeridilməsində hər hansı nasazlığın olubolmamsı müəyyən edilsin.” suala cavab olaraq bildiririk ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silahın patron yuvalarına patronlar yalnız tək-tək yerləşdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 Publik Hüquqi şəxsin 08 fevral 2023-cü il tarixli 246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Əlavə Məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/146R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd nömrəsi silinmiş silah, Türkiyə Respubliklasmda silah zavodunda istehsal olunmuş 16 kalibirli, CİFSAN 555 modelli, çaxmaqsız, şaquli hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal hazırda öz təyinatını itirmiş 16 kalibirli ov tüfənginin kəsiyidir, texniki cəhətdən nasazdır və yalnız üst lülədən atəş üçün yararlıdır Tədqiqata təqdim edilmiş silahdan yalnız 16X70 kalibirli ov patronları ilə atəş açmaq nəzərdə tutulmuşdur.
2. Tədqiqata təqdim edilmiş 03 ədəd patron Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibirli ov patronlarıdır, həmin kalibirli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar.
3. Tədqiqata təqdim edilən silahın lüləsinin uzunluğu 312 mm, ümumi uzunluğu 540 MM, silahın lülələrinin uc hissəsinin diametri 1,4 mm, patron yuvalarının diametri 18,76 mm, kalibri 16-dır. Məhkəmə iş materiallarında olan DVD diskə baxış keçirərək müəyyən etdi ki, xx.xx.2023cü il tarixdə saat 13 radələrində Abşeron RPl-nin X10 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı şalvarının bel hissəsindən 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və şalvarının sağ yan cibindən 05 ədəd ov patronları aşkar edilərək götürülmüşdür. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş və bir ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və o, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və o, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsində nəzərdə tutulan cinayətin resedivini yaradır. İş materiallarında olan Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Xədicə adlı bir azyaşlı uşağı və xx.xx.2007-ci il təvəllüdlü Cəlil adlı yetkinlik yaşına çatmayan şəxs vardır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterize olunmasını və himayəsində bir yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır Təqsirləndirilən şəxs əməlində cinayətin residiv olması onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi və 05 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi, 05 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim:Şövkət Nəcəfova