Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-366/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi tanışları Şahid6 və Şahid4 ilə birlikdə 25.01.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq, evin qonaq otağından 250 (iki yüz əlli) manat dəyərində 08.01.2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Şahid6 və Şahid4 ilə birlikdə 26.01.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını açmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 1100 (bir min yüz) manat dəyərində 01 ədəd «Nova» markalı istilik sistemi aparatını sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Şahid6 və Şahid4 ilə birlikdə 29.01.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı zor tətbiq etməklə yerindən çıxardıb pəncərədən yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq, qonaq otağından 800 manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru və həmin otaqda olan servantdan 230 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1030 (bir min otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid4 ilə birlikdə 06.02.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Saray qəsəbəsi M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özləri ilə götürdükləri mismarçıxardanla açaraq, pəncərədən yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabında olan 3 kiloqramlıq şüşə balonunun içərisindəki 3930 manat məbləğində nağd pulu, 1 kiloqramlıq şüşə balonunun içərisindəki 1 qəpiklərlə 6 manat məbləğində nağd pulu, ümumi dəyəri 3500 manat olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük və 01 cüt sırğalardan ibarət qızıl dəstini, 150 manat dəyərində 01 ədəd «ürək» formalı qızıl kulonu, 480 manat dəyərində 01 ədəd brilyant qaşlı qızıl kişi nişan üzüyünü, 420 manat dəyərində 01 ədəd qızıl qadın nişan üzüyünü, 180 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü, 220 manat dəyərində 01 ədəd digər qızıl qadın üzüyünü, 150 manat dəyərində 01 ədəd digər qızıl qadın üzüyünü, 125 manat dəyərində 01 cüt qızıl uşaq sırğalarını, 100 manat dəyərində 01 ədəd üzərində “Nazlı” sözü yazılmış qızıl uşaq qolbağını, 250 manat dəyərində 01 cüt qırmızı qaşlı qızıl sırğaları, 80 manat dəyərində 01 ədəd qırmızı qaşlı qızıl kulonu, 480 manat dəyərində 01 ədəd qırmızı qaşlı qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 10071 (on min yetmiş bir) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19.06.2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, 6-cı məhəllədə yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdığı dəmir parçası ilə sındırmaq yolu ilə pəncərədən yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabından 3500 manat məbləğində nağd pulu, hər bir cütünün dəyəri 500 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində 03 cüt qızıl sırğaları, hər bir cütünün dəyəri 500 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində 03 ədəd qızıl üzükləri, hər birinin dəyəri 1100 manat olmaqla, ümumilikdə 2200 manat dəyərində 02 ədəd qızıl boyunbağıları, hər birinin dəyəri 300 manat olmaqla, ümumilikdə 600 manat dəyərində 02 ədəd qızıl kulonları, hər birinin dəyəri 600 manat olmaqla, ümumilikdə 1200 manat dəyərində 02 ədəd qızıl qolbaqları və 300 manat dəyərində 01 ədəd «Samsung Pro 32GB» markalı SM-J530F/DS modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 10800 (on min səkkiz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25.01.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Cavid, Bəhram və İsmət adlı tanışları ilə görüşmüşdür. Kafedə olan zaman, Bəhram hamısının maddi vəziyyətlərinin aşağı səviyyədə olduğunu görüb oğurluq etməyi təklif etmişdir. Həmin zaman onlar Bəhramla razılaşmışlar. Daha sonra hamılıqda oradan çıxıb, Sumqayıt şəhərində yerləşən «Yaşıl dərə» bağlar massivinə tərəf getmişlər ki, münasib ev düşərsə oradan oğurluq etsinlər. Həmin gün təxminən saat 21 radələrində qarşılarına üzərində tünd qəhvəyi rəngdə naxışları olan ev rast gəlmişdir. Həmin evin işıqlarının yanmadığını görüb evdə kimsənin olmadığı qənaətinə gəlmişlər. Bundan sonra o, Bəhramla birlikdə evin arxa tərəfindən hasardan tullanaraq, evin həyətinə daxil olmuş, Cavid və İsmət isə küçədə qalaraq ətrafa nəzarət edib gələn olsa telefon vasitəsi ilə xəbər verəcəkmişlər. Həyətə daxil olduqdan sonra evin arxa hissəsinə keçib plastik pəncərənin üzərində olan dəmir barmaqlığı o, üzərində olan mismarçəkən alətlə aralamışdır. Bundan sonra həmin alətlə plastik pəncərəyə təsir edib açmışlar. Hər ikisi həmin pəncərədən evə daxil olaraq, Bəhramla birlikdə evin otaqlarını axtararkən qiymətli bir şey tapa bilmədikləri üçün qonaq otağında olan 1 ədəd “LG” markalı 107 ekran televizoru götürüb həmin pəncərədən həyətə, oradan da Cavid və İsmətin vasitəsi ilə yola çıxarmışlar. Oradan piyada növbə ilə həmin televizoru yaşadıqları Saray qəsəbəsinə gətirmişlər. Bəhramın yaşadığı evin yaxınlığındakı yaşayış olmayan yarımtikiliyə qoymuşlar ki, səhəri gün satıb pulunu da bölsünlər. Səhəri gün, o, Bəhram, Cavid və İsmət həmin yarımtikilinin yanında görüşmüşlər. Həmin vaxt Nurlan da onların yanlarında olmuş və Bəhram televizoru satmaq lazım olduğunu Nurlana bildirmişdir. Nurlan da həmin televizoru sata biləcəyini, lakin həmin puldan ona da çatacağını bildirmiş, onlar da Nurlanla razılaşmışlar. Həmin gün Nurlan oğurluq yolu ilə əldə etdikləri “LG” markalı televizoru götürüb Saray qəsəbəsində Miri kimi tanıdıqları Müseyib adlı şəxsə 110 manata satmışdır. Həmin puldan 20 manat Nurlan özünə götürmüş, qalan pulu isə onlara vermişdir. Yerdə qalan pulu o, Bəhram, İsmət və Cavid aralarında bölüüşdürmüşlər. Oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Nurlan Müseyibə televizoru satan zaman televizorun oğurluq yolu ilə əldə edildiyini bildirməmişdir. Nurlanın özü, həmin televizorun oğurluq yolu ilə əldə edildiyindən xəbərdar olmuşdur. Belə ki, Nurlan oğurluq barədə əvvəllcədən məlumatlı olmasa da, sonradan həmin televizorun oğurluq yolu ilə əldə edildiyini bilmiş və satılmasında köməklik etmişdir. Bundan sonra 26.01.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində o, Bəhram və Cavid görüşərək, Aşıq İmran küçəsində yerləşən fərdi həyət evlərin birində yaşayış olmadığını müəyyən etmişlər. O, Bəhram və Cavid hasardan həyətə keçmiş, həmin həyətdə iki mərtəbəli fərdi yaşayış evi yerləşirmiş, evin arxa tərəfində, hasarla evin arasında əl damı da olmuşdur. Həmin əl damının qapısı plastikdən olmaqla bağlı olmuşdur. Əl damını Cavid açıb daxil olduqda, orada divara bərkidilmiş vəziyyətdə “Nova” markalı kombi aparatını özü ilə götürdüyü açarla sökmüş, o, isə Bəhramla həmin aparatı götürüb hasardan küçəyə keçirmişlər və daha sonra hamılıqla oradan uzaqlaşmışlar. Oğurladıqları kombi aparatını aparıb Saray qəsəbəsində olan yarımtikiliyə qoymuşlar. Səhəri gün, Cavid ilə birlikdə, yəni 27 yanvar 2020-ci il tarixdə Saray qəsəbəsində yaşayan əvvəllər tanıdıqları Asim adlı şəxsə kombi aparatının olduğunu və 150 manata satmaq istədiklərini bildirmişlər. Cavid, Asimə həmin kombi aparatının Bəhrama məxsus olduğunu bildirmişdir. Asim də Cavidə 150 manat pul verərək, “Nova” markalı kombi aparatını almışdır. Cavid də həmin pulu 3 yerə bölərək hər birinə 50 manat məblğində pul vermişdir. Oğurluq yolu ilə əldə etdikləri pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Asim həmin kombi aparatının oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Bundan sonra 06 fevral 2020-ci il tarixdə saat 11 radələrində o, dostu Bəhramla görüşmək üçün Sumqayıt şəhərinə getmişdir. Sonuncu ilə görüşüb bir neçə saat birlikdə vaxt keçirdikdən sonra, Bəhramla birlikdə onun Saray qəsəbəsində yaşadığı evə gəlmişlər. Saat təxminən 18 radələrində Bəhram həyətdə olan mismarçıxardan alətini və 2 cüt fəhlə əlcəyini sellofan torbaya qoyub özü ilə gütürdükdən sonra, birlikdə həyətdən küçəyə çıxıb oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Saat təxminən 20 radələrində, yaşadıqları evdən bir qədər kənarda olan kürsülü, bir mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb, həmin evdə heç kimin olmadığını hiss edib evin küçəyə tərəf açılan pəncərəsindən içəriyə daxil olmağın mümkün olduğunu düşünmüşlər. O, torbadakı mismarçıxardan alətini və əlcəkləri çıxarmış, əlcəyin birini Bəhrama verib, digərini öz əlinə geyindikdən sonra mismarçıxardan alətini şalvarın kəmər yerinə salmış və sonra evin divarına bərkidilmiş qaz borusunun üstünə çıxaraq həmin mismarçıxardan aləti ilə evin plastik pəncərəsini açmışdır. Bundan sonra evə daxil olub pəncərədən əlini Bəhrama uzatmışdır. Bəhram onun əlindən tutaraq yuxarıya qalxıb həmin pəncərədən evə daxil olmuşdur. Bundan sonra hər ikisi özlərində olan alışqanın işığı ilə evə daxil olduqları qonaq otağında qızıl və pul olmadığını düşünüb evin yataq otaqlarını axtarmağa başlamışlar. Bəhram qonaq otağından çıxanda sağ tərəfdəki yataq otağına, o isə sol tərəfdəki yataq otağına girib axtarmağa başlamışlar. Təxminən 10 dəqiqə axtarış apardıqdan sonra o, Bəhramın yanına gəlib axtardığı otaqda qiymətli bir şey tapa bilmədiyini söyləmişdir. Həmin vaxtı Bəhram axtardığı otaqdakı paltar dolabında 3 kiloqramlıq şüşə balonda kağız pullar olduğunu görüb həmin pulları götürüb cibinə qoymuşdur. Sonra həmin dolabın rəfindəki qızıl qablarının içərisində olan 2 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qırmızı qaşlı qızıl iri kişi üzüyünü götürüb cibinə qoymuşdur. Sonra həmin dolabda sellofan torbada qəpik pullar olduğunu görüb həmin sellofan torbanı da götürüb cibinə qoyub onunla birlikdə evə girdikləri qonaq otağının digər plastik pəncərəsini açıb küçəyə tullanıb qaçaraq, oradan uzaqlaşıb onun yaşadığı evə getmişlər. Oğurladıqları pulları və qızılları Bəhram yaşadığı evdə cibindən çıxarmışdır. Onunla birlikdə həmin pulları sayıb, 38 ədəd 100 manatlıqdan və 130 ədəd 1 manatlıqdan ibarət cəmi 3930 manat olduğunu bildikdən sonra o, həmin pulun yarısını, yəni 1965 manatını Bəhrama verib qalanını da özü götürmüşdür. Sonra qızılları da Sumqayıtda satacağını deyib, cibinə qoymuş, bundan sonra hər ikisi evdən çıxıb Sumqayıt şəhərinə getmişlər. Həmin vaxt Bəhram yolda evdən oğurladıqları şəffaf rəngli sellofan paketə bükülmüş qəpiklərin 1 qəpiklik olduğunu görüb yolda tullamışdır. Həmin günü Bəhramla birlikdə Sumqayıt şəhəri ərazisində gəzib yeyib-içmişlər. Səhəri gün isə o, Bəhramla birlikdə həmin qızılları satmaq üçün Sumqayıt şəhərində yerləşən “Karvan Mall” ticarət mərkəzinin qarşısındakı bazara getmişlər. Orada Bəhram kənarda dayanmış, o, isə bazarda əvvəllər tanımadığı sonradan adının Vüsalə olduğunu bildiyi qadının qızıl alqısatqısı köşkünə girmişdir. Orada o, qızılları tanımadığı şəxsə hamısını 1200 manata satmış və əldə etdiyi pulları o, Bəhramla bölmüşdür. Zərərçəkmiş şəxs1 evindən nağd pul kimi ümumilikdə 3960 manat məbləğində, qızıl-zinət əşyalarından isə cəmi 3 ədəd ikisi qadın biri kişi üzüyü olmaqla qızıl üzükləri oğurlamışlar. Onun 29.01.2020-ci il tarixdə saat təxminən 16 radələrində tanışları Cavid, Bəhramla görüşüb onlarla birlikdə Abşeron rayonu, Saray qəsəbəsində fərdi evlərdən oğurluq etməyi təklif etməmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərin birindən 01 ədəd «Samsung» markalı qara rəngli televizoru və 230 manat da pul oğurlamasını, o cümlədən 19.06.2020-ci il tarixdə təxminən saat 11 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həyət evindən oğurluq edib dolabdan bir ədəd qızıl saat və qızıl sırğa, qızıl üzük, qızıl boyunbağı və bir ədəd “Samsung J 5 “ markalı mobil telefon götürməsini təsdiq etmir. İbtidai istintaq zamanı həmin evlərdən oğurluq etməsinə dair verdiyi ifadəni polislərin təzyiqi altında, onların döyməsi səbəbindən yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi ev 12də fərdi yaşayış evi vardır. Həmin evdə daimi yaşayış olmasa da, tez-tez həmin evə gedib baş çəkmişdir. Axırıncı dəfə 26 yanvar 2020-ci il tarixdə təxminən saat 09 radələrində evinə baş çəkən zaman hər şey öz qaydasında olmuşdur. O, 28 yanvar 2020-ci il tarixdə təxminən saat 10 radələrində evinə gedib darvazanı açaraq həyətə daxil olduqda, evin həyətə baxan pəncərəsinin dəmir barmaqlığının divardan aralandığını, baxçaya baxan pəncərənin isə dəmir barmaqlığının yerindən çıxarıldığını görmüşdür. Daha sonra həyətə nəzər yetirdikdə həyətdə olan tikilinin içərisində olan “Nova” markalı kombinin yerində olmadığını və oğurlandığını başa düşmüşdür. Bundan sonra o, evə daxil olmuş və evin ikinci mərtəbəsindəki yataq otağında olan dəmir seyfin sındırıldığını görmüşdür. Seyfdə pul və qızıl-zinət əşyaları olmamış, seyfdə olan sənədlər isə oğurlanmamışdır. O, mobil telefon vasitəsi ilə oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi zəng xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Abşeron rayon polis idarəsinin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş ziyanı tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29.01.2020-ci il tarixdə səhər saatlarında həmişə olduğu kimi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evindən işə getmişdir. Evin qalan sakinləri isə həmin günü saat 14 radələrində evin qapısını bağlayaraq Sumqayıt şəhərində qohumunun toy mərasiminə getmişlər. Onlar həmin günü axşam saat 21:30 radələrində toydan evlərinə gəlmişlər. Həyətə daxil olan zaman, evin pəncərəsinin dəmir barmaqlıqlarının yarı açıq vəziyyətdə, evin pəncərəsinin isə açıq vəziyyətdə olduğunu görmüşlər. Evə daxil olduqda isə evinin qonaq otağında 800 manat dəyərində olan «Samsung» markalı 127 ölçülü plazma televizorun yerində olmadığını aşkar etmişdir. Sonra həmin otaqdakı servanta baxaraq, orada qabın içərisində saxladığı 230 (iki yüz otuz) manat pulunun da yerində olmadığını aşkar etmişdir. Bundan dərhal sonra 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1030 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş ziyanı tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 fevral 2020-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək olan müddət ərzində naməlum şəxslər fərdi yaşayış evinə qanunsuz daxil olaraq yataq otağından 3 kiloqramlıq şüşə balonun içərisindən 5000 manat məbləğində kağız əskinazlarla nəğd pulu, 15 manatdan ibarət 50 qəpiklik pulları, həmçinin, yataq otağından 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı, 1 cüt qızıl sırğa və 1 ədəd üzükdən ibarət 3500 manat dəyərində qızıl komplekti, 150 manat dəyərində qızıl ürək formalı medalyonu, 480 manat dəyərində briliyant qaşlı kişi nişan üzüyünü, 420 manat dəyərində qadın nişan üzüyünü, 180 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 220 manat dəyərində qızıl qadın üzüyünü, 125 manat dəyərində 1 cüt qızıl uşaq sırğasını, 100 manat dəyərində üzərində “nazlı” sözü yazılmış uşaq qolbağını, 1 ədəd 150 manat dəyərində qızıl qadın üzüyünü, 250 manat dəyərində 1 cüt qırmızı qaşlı qızıl sırğanı, 80 manat dəyərində qırmızı qaşlı medalyonu, 480 manat dəyərində qırmızı qaşlı qadın üzüyünü oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 11150 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş ziyanı tələb etdiyini bildirdi. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 25.01.2020-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən evdən çıxıb Sumqayıt şəhəri 17-ci mkrorayonda yerləşən qaynatası Məmmədrzanın evinə getmişdir. Həmin gün təxminən saat 23 radələrində yaşadığı evə qayıtmış, evin qapısını açarla açıb evə daxil olan zaman evin otaqlarında olan əşyaların dağınıq vəziyyətində olduğunu aşkar etmişdir. Evinə baxış keçirən zaman evin qonaq otağından 01 ədəd «LG» markalı televizorun oğurlanlığını aşkar etmişdir. Oğurluğu aşkar etdikdən sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq evindən oğurluq olması barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 900 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 19.06.2020-ci il tarixdə təxminən saat 14 radələrindən 18 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadığı evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olaraq evin birinci mərtəbəsinin mətbəxinə baxan pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşadığı evə qanunsuz daxil olmuş, evin ikinci mərtəbəsində yerləşən yataq otağının qapısını sındırmaq yolu ilə yataq otağında olan dolabdan bir cüt 500 manat dəyərində üzərində yaşıl rəngli qaşı olan qızıl sırğanın, bir cüt 500 manat dəyərində ağ qızıldan hazırlanmış sırğanın, bir cüt 500 manat dəyərində sadə ağ qaşlarla bəzədilmiş qadın sırğasının, bir ədəd 500 manat dəyərində ağ sadə qaşlı qızıl qadın üzüyünün, bir ədəd 500 manat dəyərində zümrüd qaşlı qadın üzüyünün, bir ədəd 500 manat dəyərində sadə qaşsız qadın üzüyünün, bir ədəd 1100 manat dəyərində tros formalı qızıl qadın boyunbağısının, bir ədəd 1100 manat dəyərində ağ qızıldan hazırlanmış qızıl qadın boyunbağısının, iki ədəd hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində qızıl klonun, bir ədəd 600 manat dəyərində sadə qızıl qolbağın, bir ədəd 600 manat dəyərində üzəri ağ qaşlı qızıl qolbağın, ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyalarının, 3500 manat məbləğində nağd pulun və 500 manat dəyərində «Samsung J5» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 11000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 25.01.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Cavid, Taleh və İsmət adlı tanışları ilə görüşmüş, kafedə olan zaman o, həmin şəxslərə oğurluq etməyi təklif etmiş, onlarda razılaşmışlar. Daha sonra onlar hamlıqla oradan çıxıb, münasib ev düşərsə oradan oğurluq etmək üçün Sumqayıt şəhərində yerləşən «Yaşıl dərə» bağlar massivinə tərəf getmişlər. Həmin gün təxminən saat 21 radələrində qarşılarına üzərində tünd qəhvəyi rəngdə naxışları olan ev rast gəlmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs4 məxsus olduğunu bilmişdir. Sonradan Həmin evin işıqlarının yanmadığını görüb evdə kimsənin olmadığı qənaətinə gəlmişlər. Bundan sonra o, Taleh ilə birlikdə evin arxa tərəfindən hasardan tullanaraq, evin həyətinə daxil olmuş, Cavid və İsmət isə gələn olsa telefon vasitəsi ilə xəbər vermək üçün küçədə qalmışlar. Həyətə daxil olduqdan sonra evin arxa hissəsinə keçib plastik pəncərənin üzərində olan dəmir barmaqlığı Taleh üzərində olan mismarçəkən alətlə aralamış, sonra həmin alətlə plastik pəncərəni açmışlar. Hər ikisi həmin pənəcərədən evə daxil olmuşlar. O, Talehlə birlikdə evin otaqlarını axtararkən heç nə tapa bilmədiklərindən qonaq otağında olan 1 ədəd “LG” markalı 107 ekran televizoru götürüb pəncərədən həyətə, oradan da Cavid və İsmətin vasitəsi ilə yola çıxarmışlar. Oradan piyada növbə ilə həmin televizoru yaşadıqları Saray qəsəbəsinə gətirmişlər. Şəhərə aparıb satmaq üçün televizoru onun yaşadığı evin yaxınlığındakı yaşayış olmayan yarım tikiliyə qoymuşlar. Səhəri gün o, Taleh, Cavid və İsmət həmin yarımtikilinin yanında görüşmüşlər. Həmin vaxt Nurlan da onların yanında olarkən o, televizoru satmaq lazım olduğunu demişdir. Nurlan da onlara həmin televizoru sata biləcəyini və ona da pul verməli olacaqlarını bildirib oğurluq yolu ilə əldə etdikləri “LG” markalı televizoru götürüb Saray qəsəbəsində Miri kimi tanıdıqları Müseyib adlı şəxsə 110 manata satmışdır. Həmin puldan 20 manat Nurlan özünə götürmüş, qalan pulu isə onlara vermiş, onlarda pulu öz aralarında bölmüşlər. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Nurlanın televizoru satdığı Müseyib həmin televizorun oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Lakin Nurlan özü həmin televizorun onlar tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilmişdir. Belə ki, Nurlan oğurluq barədə əvvəllcədən məlumatlı olmasa da sonradan həmin televizorun oğurluq yolu ilə əldə edildiyini bilmiş və satılmasında köməklik etmişdir. O, həmin vaxt oğurluq etməyi təklif edərkən İsmətin 18 yaşına çatmadığını bilsədə onun pul qazanması üçün onlarla birlikdə oğurluq etməsini təklif etmişdir. Bundan sonra 26.01.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində o, Taleh və Cavidlə görüşərək, Aşıq İmran küçəsində yerləşən fərdi həyət evlərin birində yaşayış olmadığını müəyyən etmişlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs3 məxsus olduğunu bilmişdir. Taleh və Cavidlə birlikdə hasardan aşıb həyətə keçmişlər, həmin həyətdə iki mərtəbəli fərdi yaşayış evin arxa tərəfində hasarla evin arasında olan əl damının plastikdən olan qapısını Cavid açıb daxil olduqda, orada divara bərkidilmiş vəziyyətdə olan “Nova” markalı kombi aparatını özü ilə götürdüyü açarla sökmüş, o, isə Talehlə həmin aparatı götürüb hasardan küçəyə keçirmişlər. Hər üçü oğurladıqları kombi aparatını Saray qəsəbəsində olan yarım tikiliyə aparıb qoymuş, səhəri gün, Cavidlə birlikdə yəni 27 yanvar 2020-ci il tarixdə Saray qəsəbəsində yaşayan əvvəllər tanıdıqları Asim adlı şəxsə kombi aparatının olduğunu və 150 manata satmaq istədiklərini bildirdikdə Cavid Asimə həmin kombi aparatının ona məxsus olduğunu demişdir. Asim Cavidə 150 manat pul verərək həmin “Nova” markalı kombi aparatını almış, Cavid isə həmin pulu 3 yerə bölərək hərəsinə 50 manat pul vermişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Asim həmin kombi aparatının oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. 29.01.2020-ci il tarixdə saat təxminən 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində “Arayol” adlanan yerdə yerləşən çay evində olan zaman tanışları Cavid və Talehi görmüş, onlarla birlikdə çay içən zaman Cavid onlara Abşeron rayonu, Saray qəsəbəsində fərdi evlərdən oğurluq etməyi təklif etmişdir. Onlarda Cavidlə razılaşdıqdan sonra, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərin birində yaşayış olmadığını müəyyən etmişlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Cavid və Taleh hasardan həyətə aşıb keçmiş,o, isə gələn olduqda xəbər etmək üçün hasarın çöl tərəfində qalmışdır. O, hasardan həyətə baxarkən Cavidin həyətdə qaldığını, Talehin isə evə daxil olduğunu görmüşdür. Təxminən 25-30 dəqiqə sonra Taleh 01 ədəd «Samsung» markalı qara rəngli televizoru pəncərədən gətirib Cavidə vermiş, Cavid də həmin televizoru çölə çıxardıb hasardan ona vermiş, sonradan Talehlə birlikdə hasardan tullanaraq çölə çıxmışlar. Taleh cibindən 20 manat pulu çıxardıb göstərərək evdən televizordan əlavə 20 manat da pul oğurladığını demişdir. Daha sonra həmin puldan ona 5 manat vermişdir. Qalan pulu da Cavid ilə bölmüşlər. Bundan sonra Cavid həmin vaxtı *6555 zəng edərək taksi çağırıb televizoru satmağa aparmışlar. Ona isə Saray qəsəbəsində “Arayol” çayxanasında gözləməyi demişlər. O çayxanada oturub onları gözləmiş, təxminən bir saat sonra Taleh və Cavid onun yanına gəlmiş, orada həmin televizoru Sumqayıt şəhərində “kolxoz” bazarı deyilən yerdə tanımadığı şəxsə 100 manata satdığını deyib ona 20 manat pul verərək payına həmin məbləğin düşdüyünü bildirmişlər. O, həmin pulu götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra ona məlum olmuşdur ki, Taleh evdən 20 manat yox 230 manat məbəlğində pul götürmüş,onlara isə 230 manat yox, cəmi 20 manat pul oğurladığını bildirmişdir. Sonuncu dəfə 06 fevral 2020-ci il tarixdə saat 11 radələrində o, dostu Təqsirləndirilən şəxsla görüşmək üçün Sumqayıt şəhərinə getmiş, onunla görüşüb bir neçə saat birlikdə vaxt keçirdikdən sonra Talehlə birlikdə Saray qəsəbəsində yaşadığı evə gəlmişlər. Saat təxminən 18 radələrində anası Saray qəsəbəsində yaşayan nənəsigilə getdiyinə görə onlar evdə rahat söhbət edib oğurluq etmək qərarına gəlmişlər. Taleh onların həyətdə olan mismarçıxardan alətini və iki cüt fəhlə əlcəyini sellofan torbaya qoyub özü ilə gütürdükdən sonra onlar həyətdən küçəyə çıxıb oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Saat təxminən 20 radələrində yaşadığı evdən bir qədər kənarda olan kürsülü, bir mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını və evdə heç kimin olmadığını hiss edib evin küçəyə tərəf açılan pəncərəsindən içəriyə daxil olmağın mümkün olduğunu düşünmüşlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir.Taleh torbadakı mismarçıxardan alətini və əlcəkləri çıxarmış, əlcəyin birini ona vermiş, digərini öz əlinə geyindikdən sonra mismar çıxardan alətini şalvarının kəmər yerinə salmış və sonra evin divarına bərkidilmiş qaz borusunun üstünə çıxaraq həmin mismar çıxardan alət ilə evin plastik pəncərəsini açmışdır. Bundan sonra evə daxil olub pəncərədən əlini ona uzatmışdır. Oda əlindən tutub yuxarıya qalxıb həmin pəncərədən evə daxil olmuşdur. Bundan sonra hər ikisi özlərində olan alışqanın işığı ilə evə daxil olduqları qonaq otağnda qızıl və pul olmadığını düşünüb evin yataq otaqlarını axtarmağa başlamışlar. O, qonaq otağından çıxanda sağ tərəfdəki yataq otağına, Taleh isə sol tərəfdəki yataq otağına girib axtarmağa başlamışlar. Təxminən 10 dəqiqə axtarış apardıqdan sonra Taleh onun yanına gəlib axtardığı otaqda heç bir şey tapa bilmədiyini söyləmişdir. Həmin vaxtı o, axtardığı otaqdakı paltar dolabında 3 kiloqramlıq şüşə balonda kağız pulların olduğunu görüb həmin pulları götürüb cibinə qoymuşdur. Sonra həmin dolabın rəfindəki qızıl qablarının içərisində olan 2 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qırmızı qaşlı qızıl iri kişi üzüyünü götürüb cibinə qoymuşdur. Sonra həmin dolabda sellofan torbada qəpik pullar olduğunu görüb sellofan torbanı da götürüb cibinə qoyub Talehlə birlikdə evə girdikləri qonaq otağının digər plastik pəncərəsini açıb oradan küçəyə tullanaraq qaçıb üzaqlaşmışlar. Oğurladıqları pulları və qızılları yaşadığı evdə cibindən çıxarmış, Talehlə birlikdə pulları sayıb, 38 ədəd 100 manatlıqdan və 130 ədəd 1 manatlıqdan ibarət cəmi 3960 manat olduğunu bildikdən sonra Taleh həmin pulun yarısını, yəni 1980 manatını ona verib qalanını da özünə götürmüşdür. Sonra qızılları da Sumqayıtda satacağını deyib, cibinə qoymuş bundan sonra hər ikisi evdən çıxıb Sumqayıt şəhərinə gəlmişlər. Həmin vaxt o, yolda evdən oğurladıqları şəffaf rəngli sellofan paketə bükülmüş qəpiklərin 1 qəpiklik olduğunu görüb yolda tullamışdır. Həmin günü Talehlə birlikdə Sumqayıt şəhəri ərazisində gəzib yeyib-içmiş, səhəri gün isə o, Talehlə birlikdə həmin qızılları satmaq üçün Sumqayıt şəhərində yerləşən “Karvan Mall” ticarət mərkəzinin qarşısındakı bazara gəlmişlər. Orada o, kənarda dayanmış, Taleh isə bazarda əvvəllər tanımadığı sonradan adının Vüsalə olduğunu bildiyi qadının qızıl alışısatışı köşkünə girmişdir. Təxminən 5-10 dəqiqə sonra Taleh onun yanına gəlib üzüklərdən ikisini 800 manata satdığını deyib ona 400 manat pul verdikdə pulu Talehdən götürmüşdür. 07 fevral 2020-ci il tarixdə yenə də gəzib həmin pulları özləri üçün xərcləmişlər. Səhərisi gün Taleh yenə həmin Vüsalə adlı qadının köşkünə gedib təxminən 5 dəqiqə sonra onun yanına gəlib oğurluq yolu ilə əldə etdikləri bir ədəd qızıl üzüyü də 400 manata satdığını deyib ona 200 manat pul vermişdir. O, həmin pula özünə geyim əşyaları almışdır. Bundan sonra o, Talehdən ayrılıb Sumqayıtdan Qusar rayonundakı “Şahdağ” istirahət kompleksinə getmiş və 5-6 gün orada istirahət etdikdən sonra evlərinə qayıtmışdır. Oğurluqdan əldə etdiyi pulları da həmin istirahət mərkəzində xərcləmişdir. Birlikdə oğurladıqları qızılları satdıqdan sonra o, Talehi görməmiş, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Talehi Saray qəsəbəsində yaşadığı vaxtdan eyni məktəbdə oxuduğu vaxtdan tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 26.01.2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində tanışı Şahid4 ilə görüşən zaman, sonuncu ona 25.01.2020-ci il tarixdə Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinə daxil olaraq oradan 01 ədəd «LG» markalı televizoru ümumi tanışları yetkinlik yaşına çatmayan Şahid7, Şahid6 və Təqsirləndirilən şəxs ilə birlikdə oğurladıqlarını bildirdikdə onda həmin televizoru özgəsinə satıb gəlir əldə etmək niyyəti yaranmış və bu səbəbdən həmin gün, yəni 26.01.2020-ci il tarixdə saat 11 radələrində televizoru Şahid4 götürüb ünvan 4 ünvanında yaşayan əvvəllər tanıdığı Şahid1 özünə məxsus olduğunu deyib 110 manata satmış, Şahid1 aldığı 110 manat məbləğində puldan isə özünə 20 manat məbləğində pul götürüb pulun qalan hissəsini Bəhrama qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərmişdir ki, maddi vəziyyəti pis olduğuna və özünə iş tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Özü əvvəllər Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşadığına görə oğurluqlarını da adətən elə həmin ərazidə törətmişdir. O, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşadığı vaxtlarda Nurlan, Cavid, Bəhram və Taleh adlı şəxslərlə tanış olmuşdur. Buna görə də tez-tez Saray qəsəbəsinə gəlib getmişdir. 25.01.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Bəhram, Taleh və Cavid adlı tanışları ilə görüşmüş, kafedə olan zaman Bəhram onlara oğurluq etməyi təklif etmişdir. Həmin zaman onların maddi vəziyyətləri pis olduğuna görə hamılıqla razılaşmışlar. Daha sonra onlar hamısı oradan çıxıb münasib ev düşərsə oradan oğurluq etmək üçün Sumqayıt şəhərində yerləşən «Yaşıl dərə» bağlar massivinə tərəf getmişlər. Həmin gün təxminən saat 21 radələrində sonradan Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildiyi üzərində tünd qəhvəyi rəngdə naxışları olan evə rast gəlmişlər. Həmin evin işıqlarının yanmadığını görüb evdə kimsənin olmadığı qənaətinə gəlmişlər. Bəhramla Taleh ikisi birlikdə evin arxa tərəfindən hasardan tullanaraq evin həyətinə daxil olmuş, o isə Cavidlə kiminsə gəldiyini gördükdə Talehlə Bəhrama telefon vasitəsi ilə xəbər vermək üçün küçədə qalmalı olmuşlar. Cavid hasardan boylanıb həyətə baxanda Talehin əlindəki dəmir parçası ilə evin birinci mərtəbəsində yerləşən plastik pəncərənin üzərində olan dəmir barmaqlığın bir tərəfini yerindən çıxartdığını ona demiş, təxminən 30 dəqiqədən sonra Talehlə Bəhram evdən çıxıb, oğurladıqları 01 ədəd «LG» markalı televizoru hasarın digər tərəfindən onalara tərəf uzatdıqda alıb oğurladıqları televizoru əllərində Bəhramın yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin həyətindəki tikiliyə qoymuşlar. Bəhram həmin televizoru satandan sonra onlara pul verəcəyini demişdir. Cavidlə o, Taleh və Bəhram ilə sağollaşıb evlərinə getmişlər. Səhərisi gün axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsində yolda Bəhram ilə görüşərkən Bəhram ona televizoru 100 manata satdığını deyib payına düşən 25 manat pulu vermişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin, Bəhramın həmin televizoru harada və kimə satdığını bilməmiş, həmin oğurluğu etməsini isə onlara Bəhram təklif etmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadələrində göstərmişdir ki, 25.01.2020-ci il tarixdə təxminən saat 19 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Relax» adlanan kafedə əvvəllər tanıdığı Bəhram, Taleh və İsmət adlı tanışları ilə görüşmüşdür. Kafedə olan zaman Bəhram onlara oğurluq etmək təklifini etmiş, həmin zaman onların maddi vəziyyəti pis olduğuna görə hamısı bu təkliflə razılaşmışlar. Hamısı kafedən çıxıb münasib ev düşərsə oradan oğurluq etmək üçün Sumqayıt şəhərində yerləşən «Yaşıl dərə» bağlar massivinə tərəf getmişlər. Həmin gün təxminən saat 21 radələrində qarşılarına üzərində tünd qəhvəyi rəngdə naxışları olan ev rast gəlmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs4 məxsus olduğunu bilmişdir. Sonuncuya məxsus evin işıqlarının yanmadığını, evdə kimsənin olmadığı qənaətinə gəlmişlər. Bəhramla Taleh ikisi birlikdə evin arxa tərəfindən hasardan tullanaraq evin həyətinə daxil olmuş, o, İsmətlə küçədə kiminsə gəldiyni gördükdə Talehlə Bəhrama telefon vasitəsi ilə xəbər vermək üçün qalmalı olmuşlar. O, hasardan boylanıb həyətə baxan zaman Talehin əlindəki dəmir parçası ilə evin birinci mərtəbəsində yerləşən plastik pəncərənin üzərində olan dəmir barmaqlığın bir tərəfini yerindən çıxartdığını görmüşdür. Bundan sonra hər ikisi evin pəncərəsini itələyərək evə daxil olmuş, təxminən 30 dəqiqədən sonra Talehlə Bəhram evdən çıxıb oğurladıqları 01 ədəd «LG» markalı televizoru hasardan onlara tərəf uzatmışlar. O, İsmətlə televizoru Bəhramgildən alandan sonra sonuncular hasardan küçəyə keçmiş, sonra oğurladıqları televizoru Bəhramın yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evin həyətində tikiliyə qoymuşlar. Növbəti gün ümumi tanışları Nurlan onların yanına gəlmiş və həmin televizorun oğurluq yolu ilə əldə olduğunu billə-bilə televizoru Bəhramdan götürüb Müseyib adlı şəxsə 110 manata satıb özünə 20 manat götürmüş, qalan 90 manat məbləğində pulu isə onlara vermişdir. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 26.01.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində o, Taleh və Bəhramla görüşərək Aşıq İmran küçəsində yerləşən fərdi həyət evlərinin birində yaşayış olmadığını müəyyən etmişlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs3 məxsus olduğunu bilmişdir. O, Taleh və Bəhmanla hasardan həyətə keçmiş, evin arxasında hasarla evin arasında əl damının da olduğunu görüb əl damını açıb daxil olduqda orada divara bərkidilmiş vəziyyətdə olan “Nova” markalı kombi aparatını özü ilə götürdüyü açarla sökmüş, Talehlə Bəhram isə həmin aparatı götürüb hasardan küçəyə keçmişlər. Hər üçü oğurladıqları kombi aparatını Saray qəsəbəsində olan yarımtikiliyə aparıb qoymuş, səhəri gün, yəni 27 yanvar 2020-ci il tarixdə Saray qəsəbəsində yaşayan əvvəllər tanıdığı Asim adlı şəxsə özünə məxsus olduğunu kombi aparatının olduğunu və 150 manata satmaq istədiyni Asimə dedikdə Asim ona 150 manat pul verib oğurladığı kombi aparatını ondan almışdır. O, həmin pulu üç yerə bölərək hər birinə 50 manat pul çatmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 29.01.2020-ci il tarixdə saat təxminən 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində “Arayol” adlanan yerdə yerləşən çay evində olan zaman tanışları Bəhram və Talehi görmüş, sonuncularla birlikdə çay içən zaman onlara Abşeron rayonu, Saray qəsəbəsində fərdi evlərdən oğurluq etməyi təklif etmiş, Talehgil onunla razılaşdıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərin birində yaşayış olmadığını müəyyən etmişlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. O, Talehlə hasardan həyətə keçmiş, Bəhram isə hasarın çöl tərəfində qalıb onları gözləmişdir. Həyətdəki birmərtəbəli evin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb həyətdə qalmış, Taleh isə pəncərədən evə daxil olmuşdur. Taleh evi gəzdikdən sonra 01 ədəd «Samsung» markalı qara rəngli televizoru pəncərədən gətirib ona, o isə həmin televizoru çölə çıxarıb Bəhrama vermiş, sonradan Talehlə birlikdə hasardan tullanaraq küçəyə çıxmışlar. Onlar həmin vaxtı *6555”-ə zəng edərək taksi çağırmış və televizoru taksiyə yükləyib Sumqayıt şəhərinə yollanmışlar. Bəhram «Arayol» kafesində onları gözləmiş, onlarda Sumqayıt şəhərinə gedib «Kolxoz» bazarı deyilən yerdə o, kənarda dayanmış, Taleh isə televizoru aparıb tanımadığı şəxsə 100 (yüz) manata satmışdır. Bundan sonra onlar «Arayol» kafesinə yollanmış və Bəhram həmin puldan hərəsinə 20 manat məbləğində pul vermişdir. Talehlə birlikdə çölə çıxan zaman Taleh üstündən 20 (iyirmi) manat pul çıxarıb evdən 20 manat da pul oğurladığını da bildirmiş və həmin pulu da üç nəfərə bölmüşlər. Sonradan Talehin onların xəbəri olmadan evdən 20 manat yox, 230 manat məbləğində pul oğurladığı ona məlum olmuşdur. Oğurluq yolu ilə əldə etdiyi pulları isə o, öz şəxsi ehtiyaclarına xərcləmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ev 33-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Maddi cəhətdən ehtiyacını təmin etmək üçün istifadə olunmuş məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. Şahid6 təxminən 3 il olar ki kənd sakini kimi tanıyır. 28 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Cavid sonradan adını bildiyi Bəhram adlı şəxslə onun həyətinə gəlib Bəhramın kombi aparatı olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyni bildirdikdə o, Caviddən həmin kombi aparatının oğurluq olub-olmadığını soruşduqda Cavid ona “sən öl oğurluq mal olsa gəlib sənə satmaram» sözlərini dediyi üçün Cavidə inanıb kombi aparatına baxıb yaxşı vəziyyətdə olduğu üçün həmin aparata 150 manat pul verə biləcəyini demişdir. Cavid də onunla razılaşdığı üçün o, 150 manat pul verib “Nova” markalı kombini Caviddən almış, sabahı gün “Tap” az elektron portalında həmin “Nova” markalı kombini tanımadığı müştəriyə 180 manata satmışdır. Həmin vaxtdan 4-5 gün sonra, yəni fevral ayının ilk həftəsində Cavid saat 18 radələrində onun evinin qarşısına gəlib özünə məxsus “Demirdöküm” markalı kombi aparatını və elektrik tənzimləyicisini satmaq istədiyini bildirmişdir. O, həmin kombi aparatına baxıb yaxşı vəziyyətdə olduğunu görüb kombi aparatı və elektrik tənzimləyicisinə görə 200 manat pul verəcəyini bildirmişdir. Cavid də pula ehtiyacı olduğu üçün həmin kombini və elektrik tənzimləyicini ona 200 manata satmışdır. Cavid pulu aldıqdan sonra evdə özünə məxsus “LG” və “Samsung” markalı televizorların olduğunu və satmaq istədiyini demişdir. O, Cavidə «gətirərsən baxaram, yaxşı olsa alaram» sözlərini demişdir. Cavid də onunla razılaşıb çıxıb getmişdir. O, həmin gecə Caviddən aldığı “Demirdöküm” markalı kombi aparatını və elektrik tənzimləyicisini “Tap” az elektron satış portalında yerləşdirib tanımadığı müştəriyə 240 manata satmışdır. 06 fevral 2020-ci il tarixdə Cavid onun həyətinə gəlib “LG” və “Samsung” markallı televizorları təqdim etmişdir. O, həmin televizorlara baxdıqdan sonra Caviddən hansı qiymətə satdığını soruşmuş, Cavid də ona həmin televizorları 500 manata satdığını demişdir. O, həmin vaxt televizorların birinin elektrik kabelinin olmadığını görüb oğurluq olduğunu başa düşmüş, dərhal bu barədə əməliyyət müvəkkilinə zəng edərək məlumat vermişdir. O, Cavidi söhbətə tutub vaxt apararkən polis əməkdaşları onun həyətinə gəlmiş, orada o, televizorları və Cavidi polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Cavidin ona satmaq istədiyi televizorlar oğurluq yolu ilə əldə olunmuşdur. O, Caviddən aldığı əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Çünki, Cavid ona həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Abşeron rayonu Saray qəsəbəsində kompüter oyun salonu işlədir. Şahid5 Abşeron rayonu, Saray qəsəbəsində yaşayan və kompüter salonuna gəlib oyun oynayan şəxs kimi tanımışdır. 26 yanvar 2020-ci il tarixdə o, kompüter salonunun qarşısında olarkən Nurlan ona yaxınlaşaraq qohumunda “LG” markalı 107 ekran led televizor olduğunu və pula ehtiyacı olduğu üçün satdığını deyəndə Nurlana «gətir baxım əgər yaxşı vəziyyətdə olarsa alaram» sözlərini demişdir. Nurlan təxminən bir saat sonra onun yaşadığı evin qarşısına gəlmiş, O, yola çıxanda Nurlanın ona həmin televizoru gətirdiyini görmüşdür. O, televizorun oğurluq olub-olmadığını soruşanda Nurlan ona televizorun qohumuna məxsus olduğunu demişdir. Nurlana inanıb televizoru ondan 110 manata almışdır. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, təxminən 2020-ci ilin iyun ayının 21-də sonuncu ona zəng vuraraq, maddi vəziyyətinin yaxşı olmadığını, evin kirayəsini ödəyə bilmədiyini, bunun üçün işlətdiyi “Samsung J 5” markalı mobil telefonu satmaq istədiyini bildirəndə Talehdən həmin mobil telefonu hansı qiymətə satdığını soruşmuş, Taleh telefonu 100 manata satdığını ona bildirmişdir. Bundan sonra o, Talehin dediyi yerə, yəni Abşeron rayonu, Xırdalan şəhəri “AAAF” park yaşayış kompleksinin ərazisinə gələrək Talehlə görüşüb 100 manat pul verdikdən sonra həmin telefonu almışdır. O, mobil telefonun oğurluq olduğunu bilməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində polis əməkdaşları ona zəng vuraraq işlətdiyi mobil telefonun oğurluq olduğunu bildirəndə telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.06.2020-ci il tarixli 9/1503 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş televizorların istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan respublikadaxili orta bazar qyiməti:--01 ədəd qara rəngli 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş «LG» markalı 42LN540V model televizor – 250,00 manat; - 01 ədəd «Samsung» markalı LE32C550J1W model televizor – 200, 00 manat; - 01 ədəd qara rəngli 10/2014-cü il tarixdə Koreyada istehsal edilmiş «LG» markalı 42LB561V model televizor – 280,00 manat; - 01 ədəd qara rəngli «Panasonic» markalı «TC-21D2» model televizor – 40,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-daktiloskopik ekspertizasının 13.06.2020-ci il tarixli 20/295R nömrəli rəyindən görünür ki, 25.01.2020-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən vətəndaş Əhmədov X3 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd şəffaf yapışqan lent kəsiklərin üzərlərində olan əl izlərindən 02 ədəd əl barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. 2. Tədqiqata təqdim edilmiş vətəndaş Şahid7, Şahid5, Şahid4 və Şahid6 adına çıxarılmış daktiloskopik xərtilər müqayisəli tədqiqat üçün yararlıdırlar. 3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq və 02 ədəd ovuc izləri DİN-nin KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, o cümlədən vətəndaş Şahid7, Şahid5 əl əksləri ilə eynilik müəyyən edilmədi. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.02.2021-ci il tarixli 9/574 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, «Samsung» şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan «İntegral» firmasının məlumatına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və köhnə işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd «Samsung Pro 32GB» markalı SM-J530F/DS modelli mobil telefonun işlənmiş vəziyyətdə, 14.07.2020-ci il tarixə, istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq işələnmiş telefonun amortizasiya aşınmasını nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 300,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, o, Abşeron rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 1772.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 07.05.2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə 05 ay 01 gün azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. 02.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 21.08.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt şəhər Probasiya İdarəsindən alınmış 13.08.2021-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum qeyd edilən cəzadan 03 ay 28 gününü çəkmiş, 01(bir) il 08 (səkkiz) ay 03 (üç) günü isə çəkilməmiş qalmışdır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər məhkəməsinin 21.08.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il müddətinə müddətinə azadlığını məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il (08)səkkiz ay 03 (üç) gün hissəsi ilə qismən hesablanmalı və ona ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsi, əməlindən səmimi peşman olması, himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 16.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 14.01.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən götürmə barədə protokoldan görünür ki, cinayətin predmeti olan Zərərçəkmiş şəxs5 evindən oğurlanmış bir ədəd «Samsung Pro 32GB» markalı SM-J530F/DS modelli mobil telefon iş üzrə Şahid3 götürülmüşdür. Odur ki, həmin bir ədəd «Samsung Pro 32GB» markalı SM-J530F/DS modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılması, o cümlədən cinayətin predmeti olan Zərərçəkmiş şəxs4 evindən oğurlanmış və iş üzrə Şahid1 götürülmüş bir ədəd 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizor iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə hadisə yerindən götürülərək maddi sübut kimi tanınmış və Abşeron rayon Pİnin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş bir ədəd çəkic məhv edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 125 (yüz iyirmi beş) manatdır. İş üzrə 125 (yüz iyirmi beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 21.08.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 08 (səkkiz) ay 03 (üç) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 14.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayətin predmeti olan Zərərçəkmiş şəxs5 evindən oğurlanmış bir ədəd «Samsung Pro 32GB» markalı SM-J530F/DS modelli mobil telefon işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılması, o cümlədən cinayətin predmeti olan Zərərçəkmiş şəxs4 evindən oğurlanmış və iş üzrə Şahid1 götürülmüş bir ədəd 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizorun iş üzrə maddi sübut kimi tanınması və məhkəmə hökmünədək saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə hadisə yerindən götürülərək maddi sübut kimi tanınmış və Abşeron rayon Pİnin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş bir ədəd çəkic məhv edilsin. İş üzrə 125 (yüz iyirmi beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-366/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-366/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver