Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-366/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, zərərçəkmiş şəxs X1, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci ildə saat 15 radələrində idarə etdiyi, «Toyota Prius» markalı 77BU397 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri, M. ƏRəsulzadə küçəsindən sola H. Əliyev prospektinə dönüb hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı,öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurulmamalı, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq piyadanın yanından keçib getməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vuraraq ona sol təpə nahiyyəsinin əzilmiş yarası,sol çanaq sümüklərindən oturaq sümüklərinin, qasıq sümüklərinin və sirkə kasası dibinin az yerdəyişən sınıqları ilə nəticələnən sağlamlığın az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi «Toyota Prius» markalı 77BU397 dövlət qeydiyyat nişanlı avtomobili taksi kimi rayonlararası idarə edib ailəsini dolandırır. 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində tam ayıq vəziyyətdə Masazır qəsəbəsi istiqamətindən üzü H. Əliyev küçəsinə doğru avtomobillə hərəkət edirmiş,M. Ə.Rəsulzadə küçəsinə daxil olub işıqforun qırmızı işığında dayanmışdır. Qarşıda hər hansı bir maşın olmamamışdır. Yaşıl işıq yanan kimi hərəkətə başlamış və sola doğru yəni H. Əliyev prospektinə dönmək istəmiş, həmin vaxtı avtomobilin 20-30 km sürətlə hərəkətdə olmuş, qabağa baxırmış bu zaman yolun sol tərəfindən çıxan yaşlı bir kişini görməmiş və ani anda maşının sol künc tərəfi ilə həmin adamı vurmuşdur.Həmin şəxs kapotun üstünə yıxılmış və daha sonra isə yerə düşmüşdür. Maşını saxlayıb həmin şəxsi avtomobilə oturdub xəstəxanaya aparmışdır.Ona ilkin tibbi yardım göstərilməsi üçün bütün lazımi hərəkətləri etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki,24 yanvar 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, H. Əliyev prospektində «At» heykəlinin qaşısındakı yolda dayanmış,sağdan gələn avtomobillərin keçib getməsini gözləmiş bu zaman həmin istiqamətlə gələn Toyota markalı avtomobil onu vurmuş və yerə sərmişir.Daha sonra həmin avtomobilin sürücüsü onu avtomobilə otuzdurub xəstəxanaya aparmışdır. O ciddi xəsarət aldığı üçün hərəkət edə bilməmiş,buna baxmayaraq sürücü ona heç bir köməklik göstərmişdir. Sonda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ilə barışdığını və ona heç qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə evdə olan zaman mobil telefonuna zəng edən həkim ona atasının xəsarətlə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir.Darhal Abşeron rayon xəstəxanasına getmiş və orada ona atasının sürücü Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən idarə etdiyi Toyota Prius markalı avtomobillə vurulduğu məlum olmuşdur. Sürücü Asiflə xəstəxanada görüşmüş, Asifdən başqa onun qohumları da xəstəxanaya gəlmişdir. Asif ona demiş ki, atasını idarə etdiyi avtomobillə yolda vurmuş və maşına oturdub xəstəxanaya aparmışdır. Həmin günü atasını axşam tərəfi 1 saylı Kliniki tibbi mərkəzə aparmışdır. Sonra onun müalicəsi həmin xəstəxanada davam etdirilmiş,fevral ayının 05-də müalicənin evdə davam etdirilməsi üçün xəstəxanadan buraxılmış, hazıra qədər ev şəraitində müalicəsini davam etdirir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş «MTE və PA ETT Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş əlavə məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 17Ə nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, sol təpə nahiyyəsinin əzilmiş yarası,sol çanaq sümüklərindən oturaq sümüklərinin, qasıq sümüklərinin və sirkə kasası dibinin az yerdəyişən sınıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 18 aprel 2022-ci il tarixli 8/778 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Toyota Prius markalı 77BU397 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasmda heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1989-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 542141 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022- ci il tarixli 2/3043 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi «Toyota Prius» markalı 77BU397 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 15 radələrində idarə etdiyi, «Toyota Prius» markalı 77BU397 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri,M. ƏRəsulzadə küçəsindən sola H. Əliyev prospektinə dönüb hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı,öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurulmamalı, hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq piyadanın yanından keçib getməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vuraraq ona sol təpə nahiyyəsinin əzilmiş yarası,sol çanaq sümüklərindən oturaq sümüklərinin, qasıq sümüklərinin və sirkə kasası dibinin az yerdəyişən sınıqları ilə nəticələnən sağlamlığın az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İbtidai məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Onun barəsində inzibati məsuliyyət tədbiri görülməsi üçün qərarın surəti Abşeron rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs İbtidai məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-366/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-366/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver