Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-367/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Abşeron rayonu, Giləzikəndindəanadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 14də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «VİP» çay evinin qarşısında Zərərçəkmiş şəxs digər şəxslə yaratdığı söz mübahisəsinə müdaxilə edib irad bildirərkən sonuncunun ona «atam hər şey yolundadır» sözünə kinayə ilə cavab verərkən aralarında yaranmış mübahisə zamanı özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməklə onunla tutaşmış, təpiklə sinəsindən və yumruqla sifətindən vuraraq ona sağ gözün ağlı qişasına geniş sahəli qansızma ilə müşayiət olunan sağ gözün üst qapağının qançır-şişkinlik halında əzilməsi ilə nəticələnən, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən zərər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri Heydər Əliyev prospektində “VİP” çay evini icarə əsasında işlədir. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində çay evinə bitişik “Pub 50” çay evində müştərilər və orada işləyən ofisiant qızlar arasında onun işlətdiyi çay evinin girişində söz mübahisəsi olduğunu görüb onlara yaxınlaşmış, həmin vaxtı yaranmış mübahisədən məlum olmuşdur ki, müştərilərdən biri ofisiant qızı telefona çəkdiyi üçün mübahisə etmişlər. O, orada olan adını bilmədiyi şəxsə bildirmişdir ki, onun obyektinin qarşısından gedib başqa yerdə mübahisə etsinlər. Həmin vaxtı orada olan oğlan içkili vəziyyətdə olduğundan aralarında sözlə mübahisə baş vermiş, sonuncunun sözündən əsəbləşib onun sinəsindən təpiklə vurub, sonra oradan uzaqaşmışdır Sonda əməlindən peşmançılıq çəkdiyini bildirdi və yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində “At heykəli” ilə üzbəüz “yerləşən VİP kafedə pivə içmiş, kafedə tək əyləşmişdir. Ondan başqa masalarda müştərilər də olmuş, həmin masalarda əyləşmiş tanımadığı qadın müştəri digər masada əyləşmiş kişi müştəriyə onu kameraya çəkdiyini deyib irad bildirmiş, həmin vaxt onların arasında söz mübahisəsi düşmüş, təxminən 5-6 nəfər kafenin həyətinə çıxmış, həmin vaxtı o, mübahisəyə müdaxilə edib, adını bilmədiyi xanımı sakitləşdirmək məqsəsilə «əgər onu kameraya çəkibsə, o da həmin istiqmətdə oturduğu üçün çəkilişə düşəcək» deyərək, kamera görüntüsünü siləcəyini bildirmişdir. Eyni zamanda digər tərəfə də nəsiyət verib, xanımı kameraya çəkibsə, silməsini xahiş etmişdir. Həmin vaxt adını sonradan bildiyi Orxan adlı şəxs ona yaxınlaşaraq nə baş verməsi barədə maraqlanmış, o, həmin şəxsə “atam hər şey yolundadır” sözünü işlədəndə, Orxan adlı şəxs ona deyilmiş həmin sözə görə onunla kinayə ilə rəftar etməyə başlamışdır. Həmin Orxan adlı şəxs ona «Allah eləməsin, atan olum» demiş, belə olduqda o, sonuncuya «qardaşım» deyə müraciət etmişdir. Orxan adlı şəxs isə yenə də ona «Allah etməsin, qardaşım olasan» deyərək onunla söz mübahisəsi etməyə başlamışdır. O, isə həmin Orxan adlı oğlana nə üçün onunla bu tərzdə danışmasını soruşduqda sonuncu təpiklə onun sinə nahiyəsindən vurmuş, o, geri çəkildikdə Orxan yumruqla sifət nahiyəsinə də vurmuşdur. O, Orxanın əlindən çıxıb gedəndə Orxan orada olan tanımadığı şəxslərə onu tutmalarını demiş, o, isə həmin ərazidən qaçıb uzaqlaşmışdır. Əlavə olaraq göstərmişdir ki, mübahisə zamanı Orxan onun sinə nahiəsindən təpiklə zərbə vurmuş və sonra yumruqla sifətinə zərbə vurmuş, zərbə nəticəsində sağ göz nahiyəsindən xəsarət almışdır. O, mübahisə zamanı Orxana heç bir müqavimət göstərməmiş, mübahisə «VİP» kafenin qarşısındakı ərazidə baş vermiş, təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı Şahid elan olunmuş ifadəsindən görünür ki,2019-cu ilin təxminən may-iyun aylarında Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pab 50” çay evində ofisiant kimi işləmiş, həmin vaxt orada onunla Aytac adlı rəfiqəsi də işləmişdir. Sonra o, Aytacla həmin çay evindən çıxıb Bakı şəhəri, Memar Əcəmi metrosunun yanındakı “Karat” çay evində işə düzəlmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat 02 radələrində Xırdalan şəhərində yerləşən “Pub 50” çay evinə rəfiqəsi Aytac ilə birlikdə müştəri qismində gəlmiş, çay evində olarkən bir nəfər tanımadığı oğlan müştəri qismində çay evinə girərək ona yaxınlaşmış və çay istəmişdir. Həmin şəxs həddindən artıq spirtli içki qəbul etdiyindən danışığını başa düşmək olmamış, sonuncu həmin çay evində işləmədiklərini, müştəri kimi gəldiklərini demiş, həmin şəxsə “Pub 50” çay evində ofisiant işləyən xanımı göstərib ona yaxınlaşmasını demişdir. Həmin sərxoş vəziyyətdə olan şəxs onların masasından sonrakı masaya əyləşmiş, o, çay evində işləyən Arzuya demişdir ki, həmin oğlana çay versin. Onlar Aytacla oturub söhbət edərkən bir az əvvəl çay evinə gələn həmin sərxoş oğlanın əlindəki mobil telefonla onları çəkdiyini görmüş, o, həmin şəxsin sərxoş olmasını bilib məhəl qoymamış, lakin Aytac həmin şəxsin onları çəkməsini görüb ona yaxınlaşaraq mobil telefonunu istəmiş və çəkilişi pozmağı tələb etmişdir. Həmin oğlan Aytacla söz mübahisəsi edərək mobil telefonun vermək istəməmiş və Aytacı itələyib özündən kənarlaşdırmışdır. Aytac həmin şəxslə mübahisə etdiyi üçün həmin şəxsə yaxınlaşıb xahiş etmişdir ki, əgər onları çəkmişdirsə telefonu versin həmin görüntünü silsinlər. Həmin şəxs isə telefonu verməyib söz mübahisəsi etdiyi üçün onlar çay evindən bayıra çıxmışlar. Həmin vaxtı çay evində müştəri kimi əyləşən sonradan adının Asif olduğunu bildiyi şəxs onlara yaxınlaşıb həmin oğlana xahiş etmişdir ki, əgər qızları çəkmisənsə telefonu ver silək mübahisə olmasın. Lakin sərxoş vəziyyətdə onları çəkən oğlan Asiflə mübahisə etməyə başlamış, bu vaxt “Pub 50” kafesinin yanındakı “VİP Haus” çay evini işlədən Orxanın onların mübahisə etmələrini görüb yaxınlaşmış və Asifdən nə baş verdiyini soruşmuş, onlar isə Orxana söhbətlərinə qarışmamasını, özlərinin söhbət etdiklərini bildirmiş, həmin vaxt Aytac tanışına zəng vurub hadisə barədə ona bildirmiş, Aytacın tanışı demişdir ki, onları telefonla çəkən şəxsin şəklini çəkib ona göndərsinlər və özləri də oradan çıxıb getsinlər. Aytac həmin oğlanın şəklini çəkib göndərmiş və sonra oradan çıxıb getmişlər. Onlarla mübahisə edən oğlan, Orxan və Asif isə kafenin qarşısında mübahisə etmiş, onlar oradan getdikləri üçün sonradan nə baş verməsini bilməmiş, hadisədən təxminən 2 gün sonra “Pub 50” kafesinə gəldikdə eşitmişdir ki, Orxan onlara köməklik edən Asiflə mübahisə edərək dalaşmışdır. Əlavə olaraq göstərmişdir ki, hadisə baş verən ərəfədə orada olmadığı üçün Orxanın Asiflə dalaşmasını və sonuncunun döyülməsini görməmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə–tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2373 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına geniş sahəli qansızma ilə müşayiət olunan sağ gözün üst qapağının qançır şişkinlik halında əzilməsi bərk küt əşya təsirindən törənmişdir, xəsarət xx.xx.2019-cu il tarixdə dava dalaş zamanı yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. MəhkəməTəqsirləndirilən şəxs təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 ( doxsan) manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 ( bir yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmənin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 ( doxsan) manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 ( bir yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-367/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-367/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver