Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-367/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Etibar oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 16 avqust 1991-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Digah qəsəbəsi Əliçıraq kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxxxxx 1995-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və Abşeron rayonu Digah qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 19 aparel 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış , fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində nömrəsiz fərdi evdə kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 19 sentyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən X2 icarə əsasında işlətdiyi «Murad market» adlı ərzaq mağazasına plastik qapını sıxıb açma yolu ilə qanunsuz daxil olub, mağazadan hər biri 38 manat olmaqla cəmi 76 manat dəyərində 2 blok “Vinston” markalı, hər biri 28 manat olmaqla cəmi 84 manat dəyərində 3 blok “Vinçester” markalı, hər biri 22 manat olmaqla cəmi 132 manat dəyərində 6 blok “Magna” markalı, 23 manat dəyərində 1 blok “Vest” markalı, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində 3 blok “Vant linex” markalı, hər biri 24 manat olmaqla cəmi 72 manat dəyərində 3 blok “Vant” markalı, hər biri 38 manat olmaqla cəmi 152 manat dəyərində 4 blok “Kent” markalı, 24 manat dəyərində 1 blok “Prima” markalı, hər biri 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 blok “Arqo” markalı, hər biri 27 manat olmaqla cəmi 54 manat dəyərində 2 blok “Pallmall” markalı, hər biri 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 blok “Viceroy” markalı siqaretləri, içərisində hər biri 0,50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd alışqanı, hər kiloqramı 5 manat olmaqla cəmi 50 manat dəyərində 10 kiloqram toyuq ətini və mağazada olan kassa aparatındakı 105 manat nağd pulu gizli olaraq talayıb,zərər çəkmiş şəxs X3 ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda 0.031 qram,0.024 qram,0,705 qram ümumilikdə 0,760 qram çəkidə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,033 qram psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu Digah qəsəbəsi ərazisində üzərində daşıyaraq saxlamış, 20 sentyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Mehdiabad polis bölməsinin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qara rəngli dəri pul kisəsinin içərisindən həmin 03 ədəd bükümdə 0,760 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,033 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 19 sentyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən X2 icarə əsasında işlətdiyi «Murad market» adlı ərzaq mağazasına plastik qapını sıxıb açma yolu ilə qanunsuz daxil olub, mağazadan hər biri 38 manat olmaqla cəmi 76 manat dəyərində 2 blok “Vinston” markalı, hər biri 28 manat olmaqla cəmi 84 manat dəyərində 3 blok “Vinçester” markalı, hər biri 22 manat olmaqla cəmi 132 manat dəyərində 6 blok “Magna” markalı, 23 manat dəyərində 1 blok “Vest” markalı, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində 3 blok “Vant linex” markalı, hər biri 24 manat olmaqla cəmi 72 manat dəyərində 3 blok “Vant” markalı, hər biri 38 manat olmaqla cəmi 152 manat dəyərində 4 blok “Kent” markalı, 24 manat dəyərində 1 blok “Prima” markalı, hər biri 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 blok “Arqo” markalı, hər biri 27 manat olmaqla cəmi 54 manat dəyərində 2 blok “Pallmall” markalı, hər biri 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 blok “Viceroy” markalı siqaretləri, içərisindəhər biri 0,50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd alışqanı, hər kiloqramı 5 manat olmaqla cəmi 50 manat dəyərində 10 kiloqram toyuq ətini və mağazada olan kassa aparatındakı 105 manat nağd pulu gizli olaraq talayıb,zərər çəkmiş şəxs X3 ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 19 sentyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən X2 icarəəsasında işlətdiyi «Murad market» adlı ərzaq mağazasına plastik qapını sıxıb açma yolu ilə qanunsuz daxil olub, mağazadan hər biri 38 manat olmaqla cəmi 76 manat dəyərində 2 blok "Vinston“ markalı, hər biri 28 manat olmaqla cəmi 84 manat dəyərində 3 blok "Vinçester” markalı, hər biri 22 manat olmaqla cəmi 132 manat dəyərində 6 blok “Magna" markalı, 23 manat dəyərində 1 blok “Vest” markalı, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində 3 blok “Vant linex” markalı, hər biri 24 manat olmaqla cəmi 72 manat dəyərində 3 blok “Vant” markalı, hər biri 38 manat olmaqla cəmi 152 manat dəyərində 4 blok "Kent” markalı, 24 manat dəyərində 1 blok “Prima” markalı, hər biri 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 blok “Arqo” markalı, hər biri 27 manat olmaqla cəmi 54 manat dəyərində 2 blok “Pallmall” markalı, hər biri 22 manat olmaqla cəmi 44 manat dəyərində 2 blok “Viceroy” markalı siqaretləri, içərisində hər biri 0,50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd alışqanı, hər kiloqramı 5 manat olmaqla cəmi 50 manat dəyərində 10 kiloqram toyuq ətini və mağazada olan kassa aparatındakı 105 manat nağd pulu gizli olaraq talayıb,zərər çəkmiş şəxs X3 ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o, dostları Kamal və Cavidanla birlikdə icarə əsasında idarə etdiyi “Khazar” markalı avtomobillə Novxanı qəsəbəsinə dəniz qırağına getmiş, orada olan zaman Kamalla o birlikdə spirtli içki qəbul etmişdir. Oradan qayıdan zaman xx.xx.2022-ci il tarixdə saat 03 radələrində onlar Abşeron rayonu Mehdiabad qəsəbəsinin içərisi ilə gəlmiş və Mehdiabad qəsəbəsində “Murad” adlı marketin qapısında və pəncərəsində dəmir barmaqlıqların olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişlər. Bu zaman o, avtomobili "Murad" marketin qarşısında saxlamışdır. Əvvəlcə Kamal avtomobildən düşmüş və ətrafa baxmışdır.Saat 03 radələri olduğu üçün Ətrafda heç kim olmamışdır. Kamaldan sonra Cavidan da avtomobildən düşmüşdür. Cavidanın başında idman şapkası və üzündə şarf olmuşdur. Cavidanın üzü görsənməmişdir. Kamalın əynində də sarı rəngli idman gödəkçəsi olmuşdur. Həmin idman gödəkçəsinin papağını başına elə keçirmişdir ki, üzü görünməsin. Bundan başqa avtomobildə onun “Haski” cinsi iti də olmuşdur. Kamal və Cavidan avtomobildən düşən zaman it də onlarla avtomobildən düşmüşdür .Kamal mağazanın qarşısında itlə oynayan zaman Cavidan mağazanın plastik qapısını əlindəki bıçaqla açmağa cəhd göstərmiş və bir neçə dəfə qapını itələmişdir. Qapının açılmadığını görüb avtomobilə yaxınlaşmış və ona qapını aça bilmədiyini demişdir. Bundan sonra Kamal Cavidandan bıçağı almış və həmin bıçaqla qapını açmağa çalışmışdır. Kamalın qapını aça bilmədiyini görən Cavidan avtomobilə yaxınlaşaraq bir daha qapını aça bilmədiyini ona demişdir. Bundan sonra o, avtomobildən dümüş və onların yanma getmişdir. O, əlindəki bıçaqla qapını itələyib açmışdır. Həmin vaxt əlində əlcək olmuşdur. O, qapını açdıqdan sonra onlar hər üçü marketə daxil olmuşdur. Kamal mağazadan siqaretlər yığılan vitrinə yaxınlaşmış və oradan selofan torba götürərək vitrindən müxtəlif markalı siqaretləri həmin torbaya yığmışdır ,həmin vaxt Cavidan da selofan torba götürüb toyuqlar yığılan soyuducudan təxminən 10 kiloqram toyuq ətini həmin torbaya yığmışdır. O, isə mağazada olan kassadan 105 manat nağd pul götürmüşdür. Onlar birlikdə oğurladıqları əşyalarla birlikdə marketdən çıxaraq onun avtomobilinə əyləşmiş və birlikdə onun Digah qəsəbəsində kirayə yaşadığı evə getmişdir. Onlar oğurladıqları əşyaları onun evində qoymuşdur .Bundan sonra Kamal və Cavidan oradan çıxıb öz yaşadıqları evə getmişlər. Həmin günün səhəri o, birlikdə oğurladığı əşyaları Bakı istintaq təcridxanasında olan dustaqlara paylamaq üçün vermişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Bakışəhəri Balaxanı qəsəbəsi ərazisində tammadığı şəxsdən 10 manat pul müqabilində 02 ədəd şəffaf selofana bükülmüş və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni sonradan istifadə etmək üçün istiladəsində olan qara rəngli dəri pul kisəsinin içərisinə qoyub əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Digah qəsəbəsində olan zaman iki nələr polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getməyə dəvət etmişlər. Polis bölməsində ona dövlət vəsaiti hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində videoçəkilişlə üzərindəşəxsi axtarış aparılacağı elan edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanarkən o, ilk öncə hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qara rəngli dəri pul kisəsini və onun içərisindən Bakışəhəri Balaxanı qəsəbəsindən tammadığı şəxsdən əldə etdiyi 02 ədəd şəffaf, 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini iştirakçılara təqdim etmişdir. Bundan sonra üzərindəşəxsi axtarış aparılmış və idarə etdiyi avtomobilə də baxış keçirilmişdir. Təqdim etdiyi narkotik vasitədən və psixotrop maddədən başqa üzərindən və avtomobilindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o dostları Ramin və Cavidanla birlikdə Raminin icarə əsasında idarə etdiyi “Khazar” markalı avtomobillə Novxanı qəsəbəsinə, yəni dəniz qırağına getmişdir. Onlar Novxanı qəsəbəsində olan zaman Raminlə o birlikdə spirtli içki qəbul etmişdir. Oradan qayıdan zaman xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsinin içərisi ilə gəlmişlər. Mehdiabad qəsəbəsinin içərisində onlar “Murad'’ adlı marketin qapısında və pəncərəsində dəmir barmaqlıqların olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu zaman Ramin avtomobili “Murad" marketin qarşısında saxlamışdır. Əvvəlcə o, avtomobildən düşmüş və ətrafa baxmışdır. Saat 03 radələri olduğu üçün ətrafda heç kim olmamışdır. Ondan sonra Cavidan da avtomobildən düşmüşdür. Cavidanın əynində idman papağı və üzündə şərf olmuşdur.Cavidanın üzü görsənməmişdir. Onun əynində isə sarı rəngli idman gödəkçəsi olmuşdur. Həmin idman gödəkçəsinin papağını üzü görünməsin deyə başına keçirmişdir. Bundan başqa avtomobildə Raminin Haski cinsi iti də olmuşdur. O və Cavidan avtomobildən düşən zaman it də onlarla avtomobildən düşmüşdü. O. mağazamın qarşısında itlə oynayan zaman Cavidan mağazanın plastik qapısını əlindəki bıçaqla açmağa cəhd göstərmişdir və bir neçə dəfə qapını itələmişdir. Qapının açılmadığını görüb avtomobilə yaxınlaşmış və Raminə ona qapını aça bilmədiyini demişdir. Bundan sonra o, Cavidandan bıçağı almış və həmin bıçaqla qapını açmağa çalışmışdır. Onun qapını aça bilmədiyini görən Cavidan avtomobilə yaxınlaşaraq bir daha qapını aça bilmədiyini demişdir. Bundan sonra Ramin avtomobildən düşüb onların yanma gəlmişdir. Ramin onu kənara çəkmiş və əlidəki bıçağı alaraq qapını həmin bıçaqla açmağa başlamışdır. Raminin həmin vaxtı əlində əlcək olmuşdur. Ramin qapını çiyniylə itələyib aça bilmişdir. Bundan sonra hər üçü marketə daxil olmuşdur. O, mağazadan siqaretlər yığılan vitrinə yaxınlaşmış və oradan selofan torba götürərək vitrindən müxtəlif markalı siqaretləri həmin torbaya yığmışdır. Həmin vaxt Cavidan da selofan torba götürüb toyuqlar yığılan soyuducudan təxminən 10 kiloqram toyuq ətini həmin torbaya yığmışdır Ramin isə mağazada olan kassadan 105 manat nağd pulu götürmüşdür.Onlar birlikdə oğurladıqları əşyalarla birlikdə marketdən çıxaraq Raminin avtomobilinə əyləşmiş və birlikdə Raminin Digah qəsəbəsində kirayə yaşadığı evə getmişdir. Ramin həmin evdə tək yaşamışdır. Raminin evində oğurladıqları əşyaları qoymuş və oradan çıxıb öz yaşaqları evə getmişdir. Həmin gündən sonra Raminlə bir daha görüşməmiş və Raminin həmin oğurladıqları əşyaları nə etdiyini bilməmişdir. Lakin polis əməkdaşları tərəfindən tutulduqdan sonra Raminin həmin oğurladıqları ərzaqları cəzaçəkmə müəssisəsinə dustaqlara paylanması üçün göndərdiyini öyrənmişdir. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun dostlarıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o dostları Ramin və Kamal ilə birlikdə Raminin icarə əsasında idarə etdiyi “Khazar” markalı avtomobillə Novxanı qəsəbəsinə, yəni dəniz qırağına getmişdir. Oradan qayıdan zaman xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinin içərisi ilə gəlmişlər. Mehdiabad qəsəbəsinin içərisində “Murad” adlı marketin qapısında və pəncərəsində dəmir barmaqlıqların olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu zaman Ramin avtomobili “Murad” marketin qarşısında saxlamışdır. Əvvəlcə Kamal avtomobildən düşmüş və ətrafa baxmışdır .Saat 03 radələri olduğu üçün ətrafda heç kim olmamışdır. Kamaldan sonra o da avtomobildən düşmüşdür. Onun əyniində idman papağı və üzündə şərf olmuşdur. Kamalın əynində isə sarı rəngli idman gödəkçəsi olmuşdur. Həmin idman gödəkçəsinin papağını Kamal üzü görünməsin deyə başına keçirmişdir. Bundan başqa avtomobildə Raminin Haski cinsi iti də olmuşdur. O və Kamal avtomobildən düşən zaman it də onlarla birlikdə avtomobildən düşmüşdür. Kamal mağazanın qarşısında itlə oynayan zaman o mağazanın plastik qapısını əlindəki bıçaqla açmağa cəhd göstərmişdir və bir neçə dəfə qapını itələmişdir. Qapının açılmadığını görüb avtomobilə yaxınlaşmış və Raminə qapını aça bilmədiyini demişdir. Bundan sonra Kamal ondan bıçağı almış və həmin bıçaqla qapını açmağa çalışmışdır .Kamalın qapını aça bilmədiyini gördüyü üçün avtomobilə yaxınlaşaraq bir daha qapını aça bilmədiyini Raminə demişdir. Bundan sonra Ramin avtomobildən düşüb onların yanına gəlmişdir.Ramin Kamalı kənara çəkmiş və əlindəki bıçağı alaraq qapını həmin bıçaqla açmağa başlamışdır. Raminin həmin vaxt əlində əlcək olmuşdur. Ramin qapını çiyniylə itələyib aça bilmişdir. Bundan sonra onlar marketə daxil olmuşdur. Kamal mağazadan siqaretlər yığılan vitrinə yaxınlaşmış və oradan selofan torba götürərək vitrindən müxtəlif markalı siqaretləri həmin torbaya yığmışdır,həmin vaxt o da selofan torba götürüb toyuqlar yığılan soyuducudan təxminən 10 kiloqram toyuq ətini həmin torbaya yığmışdır Ramin isə mağazada olan kassadan 105 manat nağd pulu götürmüşdür.Onlar birlikdə oğurladıqları əşyalarla birlikdə marketdən çıxaraq Raminin avtomobilinə əyləşmiş və birlikdə Raminin Digah qəsəbəsində kirayə yaşadığı evə getmişdir. Ramin həmin evdə tək yaşamışdır. Raminin evində oğurladıqları əşyaları qoymuş və oradan çıxıb öz yaşadıqları evə getmişdir. Həmin gündən sonra Raminlə bir daha görüşməmiş və Raminin həmin oğurladıqları əşyaları nə etdiyini bilməmişdir. Lakin polis əməkdaşları tərəfindən tutulduqdan sonra Raminin həmin oğurladıqları ərzaqları cəzaçəkmə müəssisəsinə dustaqlara paylanması üçün göndərdiyini öyrənmişdir. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, üç il olar ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Murad" marketi icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində işlətdiyi “Murad" marketin qapılarını bağlayaraq evə getmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03:50-də 3 nəfər şəxs ağ rəngli “Xəzər” markalı avtomobil ilə işlətdiyi mağazaya yaxınlaşmış və həmin avtomobildən düşən 3 nəfər şəxs ayrıayrılıqda mağazanın qapısını açmağa cəhd göstərmişdir. Həmin şəxslərdən biri sonradan mağazanın qapısını açaraq mağazaya daxil ola bilmişdir. Ondan sonra digər iki nəfər də mağazaya daxil olmuş və mağazadan siqaretlər yığılmış vitrindən 2 blok hər biri 38 manat olan 76 manat dəyərində “Vinston” markalı, 3 blok hər biri 28 manat olan 84 manat dəyərində “Vinçester” markalı, 6 blok hər biri 22 manat olan 132 manat dəyərində ”Magna” markalı, 1 blok 23 manat dəyərində "Vest” markalı, 3 blok hər biri 25 manat olan 75 manat dəyərində “Vant linex” markalı, 3 blok hər biri 24 manat olan 72 manat dəyərində "Vant" markalı, 4 blok hər biri 38 manat olan 152 manat dəyərində "Kent" markalı. 1 blok 24 manat dəyərində “Prima” markalı, 2 blok hər biri 22 manat olan 44 manat dəyərində “Arqo" markalı, 2 blok hər biri 27 manat olan 54 manat dəyərində "Pallmall” markalı, 2 ədəd hər biri 22 manat olan 44 manat dəyərində “Viceroy” markalıümumilikdə 780 manat dəyərində siqaretləri, 1 qutu içərisində 50 ədəd alışqan olan hər biri 0,50 qəpik olan 25 manat dəyərində alışqanları, 10 kiloqram hər kiloqramı 5 manat olan 50 manat dəyərində toyuq ətini və mağazada olan kassadan 105 manat nağd pulu oğurlamışlar. Hadisə nəticəsində ona 960 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyi üçün sonunculara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 20 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsində olan zaman 19 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Murad marketdə oğurluq hadisəsini törətmiş və müşahidə kamerasına düşmüş şəxslərin idarə etdiyi avtomobilə bənzər ağ rəngli “Xəzər” minik markalı avtomobil görmüşlər. Həmin avtomobilə yaxınlaşıb, avtomobilin sürücüsünə özlərini təqdim etmişlər və həmin sürücü, o cümlədən yanında olan digər iki nəfər şəxsə oğurluqda şübhəli olduqlarını bildirib, onları Mehdiabad polis bölməsinə dəvət etmiş, birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən olunmuşdur. Polis bölməsində olarkən Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs1 üzərində özünə aid narkotik vasitə olduğunu bildirmişdir. Bu səbəbdən raportla rəhbərliyə müraciət olunmuş və Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmaqla hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qara rəngli dəri pul kisəsini çıxarıb həmin pul kisəsinin içərisindən 2 ədəd sellofan, 2 ədəd kağız bildirmişdir. Sonra təqdim olunmuş bükümlər təhqiqatçı tərəfindən götürülməklə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Xəzər” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 göstərdiklərini təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qara rəngli dəri pul kisəsinin içərisindən 3 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 6/5373 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №236» dairəvi möhür əksləri olan. «Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,031 qram, 0.024 qram, 0,705 qram ümumi təmiz çəkisi 0,760 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,033 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir. İş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,013 qram çəkidə psixotrop maddə metamfetamin və 0,013 qram narkotik vasitə olan heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin fəhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İ hissəsinin 27-ci bəndində psixotrop maddəmetamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış, daşımış və qabaqcadlan əlbir olan bir qrup şəxs tərəfindən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə binaya qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin maddələrdə nəzərdə tutulan cinayət əməlləri törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 09 (doqquz) ay 07 (yeddi) gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və o, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6759 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyaya görə məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,013 qram psixotrop maddə metamfetamin və 0,710 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs1 tutulmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və o, xx.xx.2016- cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığn məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və onun barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. CMS AZEMİS çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı bir azyaşlı uşağı var. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığn məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, onun barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat və 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyaya görə məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan 0,013 qram psixotrop maddə metamfetamin və 0,710 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat və 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənil Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu gündən) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-367/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-367/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver